Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4090/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili X2, cavabdeh Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun vəkili X1 və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna qarşı əmrlərin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apel yasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna qarşı əmrlərin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-9153/2019) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)3158/2020) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı və vəkili X4 izahatlarında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun vəkili X1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx x 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1984-cü il tarixdə X6 Zakfederasiya adına X9 işə qəbul edilmiş, həmin müəssisədə müxtəlif vəzifələrdə, sonuncu dəfə kadrlar şöbəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2007-ci ildə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. GTİB “Xəzərdənizgəmitəmiri” Zaqfederasiya adına GTZnun şəxsi heyəti üzrə 109a saylı xx.xx.2007-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2007-ci il tarixli 90 saylı əmr dəyişdirilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 2007-ci il avqustun 27-dən xitam verilməsi əmr edilmişdir. xx.xx.1997-ci il tarixdə D-1852 nömrə ilə (VÖEN №**********) dövlət qeydiyyatına alınmış Zakfederasiya adına X10 xx.xx.2015-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci, Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddələrinin tətbiqi ilə razılaşm ışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “iddiaçının işdən azad edilməsi barədə xx.xx.2007ci il, 90 saylı və xx.xx.2007-ci il tarixli əmrlər işçi ilə işə götürən arasında əmə k münasibətlərini tənzimləyən hüquq normalarının tələblərinə zidd şəkildə verilsə də, əmrlərin məhkəmə qaydasında mübahisələndirilməsi üçün o, həmin əmrləri rəsmi qaydada əldə etmək imkanından qərəzli şəkildə məhrum edilmişdir. Uzun müddət ərzində hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək üçün əmrin surətini əldə edə bilməmişdir. İşdən azad olunması barədə əmrlər ilə tanış olmaq üçün vaxtında dəfələrlə müraciət etsədə, əmrin surəti ilə tanış olmaq imkanı qərəzli olaraq məhdudlaşdırıldığından mübahisə predmeti üzrə iddia tələbi irəli sürə bilməmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiym ət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı ilə X6 Zakfederasiya adına X11 arasında əmək münasibətlərinə xx.xx.2007-ci ildə xitam verilmiş, iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək “xxxxxxxxxxx” ASC-də (xx.xx.2015ci ildən ASC-nin adı dəyişdirilərək “xxxxx” ASC adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, İdarə heyətinin sədr müavini, direktor müavini vəzifələrində işləmişdir. İddiaçı isə işə bərpa tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə - işdən azad olunduqdan 12 il sonra müraciət etmişdir. İddiaçı ötən müddət ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etməməsinin səbəblərini işdən azad olunma barədə əmrin ona qərəzli şəkildə vaxtında təqdim olunmadığı ilə əsaslandırmağa çalışmışdır. Halbuki bu hal sübuta yetmir.... iddiaçının əmək münasibətlərinə xitam verildikdən sonra başqa müəssisə ilə əmək müqaviləsi bağlaması, orada uzun illər işləməsi, 12 il ərzində hazırkı iddianı qaldırmaması onun işdən azad olunması barədə əmrlə razılaşdığını təsdiq edir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli q ətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4090/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4090/2020
11.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver