Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4090/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin kassatorun ərizəsinə əsasən geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(102)3720/2023 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğ vedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 kv.m olan 88 saylı mənzilin "xxxx" ASC qarşısında 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə onun arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, İP 2449/15-USD saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1058/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmişdir.
3. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(006)-1058/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(102)-3720/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1058/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(102)-3720/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahi ş etmişdir.
6. Daha sonra cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir
8. Maddə 404-1.3. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 404-1.3-ci maddəsinə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizənin daxil olması, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticə törədir.
11. Baxılan işdə də kassasiya şikayətinin mümkünlüyü araşdırılan zaman müəyyən edilmişdir ki, kassasiy a şikayəti verən şəxs şikayətin geri qaytarılmasını xahiş edib. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
12. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(102)3720/2023 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.