Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4091/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, səs yazılarından sübut kimi istifadə olunması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1247/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə 6700 manat pulun və digər əşyaların qaytarılması tələbi ilə bağlıdır.
2. İddiaçı bildirir ki, cavabdeh ondan 6700 manat pul almış, habelə “Nokia” telefonu, bir qazanını və fanarını aparmış, lakin onları qaytarmamışdır. Cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu etiraf etməsi telefon danışıqlarına dair səs yazılarında əks olunmuşdur.
3. Cavabdeh isə bildirir ki, iddiaçıdan 182 manat və 50 manat olmaqla, cəmi 232 manat borc almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6700 manat pulun, 1 ədəd «Nokia» markalı ağ rəngli telefonun, 1 ədəd 5 litrlik təzə qazanın və 1 ədəd 35 manatlıq qırmızı rəngli fənərin alınıb ona verilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, rəsmi nikah münasibətinə daxil olmadan ailə qurmuş, sonradan ailə münasibətlərində narazılıq olduğundan ayrılmışdır. Həmin faktiki nikah münasibətindən bir uşağı anadan olmuşdur. Uşağı ilə birlikdə anası X1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi 129 nömrəli evdə yaşayır. Özü fərdi sahibkar kimi Gəncə şəhəri, köhnə kolxoz bazarı adlanan ərazidə geyim paltarlarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh onunla 2017-ci ilin may ayının 15-də “Odnoklassnik” sosial şəbəkəsində tanış olmuş və onu görmək üçün Gəncə şəhərində “Gənclik” əyləncə mərkəzinə gəlmişdir. İki gündən sonra onun istifadə etdiyi telefona zəng etmiş, yenə Gəncə şəhərinə gəlib onunla görüşmüş və arvadının rəhmətə getdiyini bildirmiş dir. Eyni zamanda anasına Gəncə şəhərində Nəzakət adlı bir gəlinlə tanış olduğunu və evlənmək istədiyini, anasının isə razılıq verdiyini bildirmişdir. Söhbət zamanı Cavabdeh işlərini qaydasına qoymaq üçün pul lazım olduğunu bildirərək, ondan 200 manat borc istəmişdir. O da 200 manat borc pul vermişdir. Vüsal 15 gündən sonra ondan 180 manat, 2017ci ilin iyun ayının 17-də 70 manat borc pul almışdır. 2017-ci ilin iyun ayında Gəncə şəhərində işlədiyi geyim paltarları satdığı mağazaya gələrək bacısı qızına Türkiyə istehsalı olan, hər birinin qiyməti 25 manat olan 2 ədəd qara rəngli yubka, xalası qızına Türkiyə istehsalı olan qiyməti 50 manata l ədəd qara rəngli don, hər birinin qiyməti 20 manat olan 4 ədəd müxtəlif rəngli koftalar, qiyməti 20 manat olan l ədəd cilet - cəmi 200 manat məbləğində geyim əşyalarını almış və pulunu borc kimi verəcəyinə söz vermişdir. 2017-ci ilin avqust ayında idarə etdiyi avtomobili vurub qapısını zədələdiyinə görə təmir üçün 400 manat, sonra isə qapısını rənglətmək üçün 150 manat borc pul almışdır. Bundan sonra işlədiyi mağazaya gəlib 20 manat borc almış, həmin pulu borc aldıqdan sonra telefonla zəng vurub, əlavə yenidən 60 manat pul almışdır. Təxminən 2017ci ilin sentyabr ayında yenidən işlədiyi dükana gəlib 15 manat, sonra 20 manat borc pul almışdır. Yolda olarkən telefonuna zəng vurub telefonunda “kontur” olmadığını və 10 manatlıq “kontur” yükləməyi xahiş etmiş, o da, 10 manatlıq kontur yükləmişdir. 2017-ci ilin oktyabr ayının təxminən ortalarında Vüsal qardaşının tez evlənməsini istədiyini və nikaha girmək üçün pul lazım olduğunu bildirmiş, bunu n üçün ondan 400 manat borc pul almış və Gözlə kənd icra nümayəndəsi gəlib, nikahımızı qeydiyyata alacaqdır” demişdir. Bundan əlavə ondan 400 manat, 20 manat, 20 manat, 35 manat və 400 manat borc pul almışdır. 2017-ci ilin oktyabrında ondan 150 manat və 20 manat yol pulu almışdır. Sonra zəng vurub qızını avtomobil vurduğunu, təcili ona 200 manat pul lazım olduğunu bildirərək ondan 200 manat borc pul almışdır. Bakı şəhərindən yenidən zəng vuraraq qızının xəstəxanada olduğunu, qan üçün pul lazım olduğunu bildirmiş və o, 14.11.2017-ci il tarixdə “Bank of Baku” Bankının Kəpəz filialı vasitəsi ilə 182 manat pul göndərmişdir. Sonra qızına cərahiyyə əməliyyatı lazım olduğunu, qardaşının göndərdiyi pulun isə azlıq etdiyini bildirərək, ona yenə borc verməsini xahiş etmiş və aldığı borc pulların ha mısını qaytaracağına söz vermişdir. O, Vüsalı vəziyyətdən çıxarmaq üçün əvvəlcə 700 manat, sonra 500 manat borc pul vermişdir. Bundan sonra anasının ürəyini əməliyyat etdirmək adı ilə 200 manat borc almış və 10 manatlıq kontur yükləmişdir. Aradan bir neçə gün keçəndən sonra gəlib 40 manat, 2018-ci ilin fevral ayında isə 50 manat borc almışdır. Sonra ona toy edəcəyini bildirib 108 manat, qardaşının evini adına sənədləşdirəcəyi üçün pul çatmadığından 70 manat, anasına sistem köçürəcəyi adı ilə 160 manat borc pul almışdır. Sonra Vüsal ona 2018-ci ilin Novruz bayramına kimi uşağı da götürüb getməyi təklif etmiş, lakin pulunun olmadığını bildirmişdir. O da, qızıl-zinət əşyalarını banka qoyub, 540 manat pul götürüb borc vermişdir. Bundan əlavə xərcləmək üçün 100 manat pul almışdır. 2018-ci il aprelin 12-də 55 manat, kontur üçün 5 manat və yol pulu 10 manat almış və söz vermişdir ki, qardaşı pul göndərən kimi borclarını qaytaracaqdır. 2019-cu ilin sentyabrın 20-də Vüsal Şəmkirdə işləməyin mümkün olmadığını, evi satıb toxum dükanı açacağını və onu da, şərik edəcəyini, qazanıb pulları qaytaracağını bildirmişdir. Həmin vaxt lotoreya oyunu oynadığı üçün, onun razılığı ilə anası Qənimətdən gəlib 1000 manat pul götürmüşdür. Vüsal bildirmişdir ki, ondan borc aldığı 6700 manat pulun hamısını qaytaracaqdır. Lakin sonradan Vüsalın onu aldatdığını görmüşdür. Cavabdeh borclu olduğu 6700 manat pulu qaytaracağı barədə telefonunda səs yazısı da vardır. Bundan başqa Cavabdeh 1 ədəd "Nokia” markalı ağ rəngli telefonunu, 1 ədəd 5 litrlik təzə qazan və 1 ədəd 35 manatlıq qırmızı rəngli fanarını gö türüb aparmış və qaytarmamışdır.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qismən etiraf edərək bildirmişdir ki, həqiqətən cavabdeh iddiaçı ilə “Odnoklassnik”-də tanış olmuşdur. Cavabdeh iddiaçıdan iki dəfə 182 manat və 50 manat borc almışdır. Cavabdeh, bundan başqa iddiaçıdan pul almamışdır. Sonradan iddiaçı cavabdehin onunla evlənməsini tələb etmiş, cavabdeh isə ailəli olduğunu bildirərək imtina etdiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi telefon səs yazıları isə rəsmi qaydada aparılmadığı üçün sübut əhəmiyyəti kəsb etmir.
7. Şəmkir Rayon Məhkəməsinin (hakim M.Mustafayev) 10 sentyabr 2020-ci il tarixli, 2(076)1784/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 67 00 (altı min yeddi yüz) manat pulun, habelə 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə “Odnoklassnik” sosial şəbəkəsində tanış olması və cavabdehin iddiaçıdan 182 manat və 50 manat borc alması işin mübahisə edilməyən hallarıdır. Həmçinin, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh ilə 06.09.2019-cu il tarixdə dini nikah kəsdirməsi təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazısında Cavabdeh iddiaçıdan aldığı pulu evini ipoteka qoyaraq qaytaracağını bildirsə də, qeyd edilən səs yazısı qanunun tələblərinə riayət etmədən əldə edildiyindən məhkəmə sübut kimi qəbul etmir. Buna baxmayaraq məhkəmə hesab edir ki, iş materialları ilə və tərəflərin izahatı ilə Cavabdeh İddiaçı 6700 manat məbləğində pul alması və qaytarmaması təsdiqini tapmış və bununla bağlı iddiaçının izahatı daha inandırıcıdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia qismən yəni, 6700 manat hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Rzaquliyev) 16 fevral 2021-ci il tarixli, 2(104)-1247/21 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(076)-1784/2020 nömrəli qətnaməsi qismən, C avabdeh 6700 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh 232 (iki yüz otuz iki) manat pulun alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halı, yəni cavabdehə 6700 manat pul verməsini (cavabdeh tərəfindən etiraf olunmuş 182 və 50 manat istisna olmaqla) əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut (yazılı müqavilə, qəbz və s.) təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar məhkəmə kollegiyasını sübut edilməli faktlara inandırmaq üçün kifayət etmədiyindən məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləs inin 77.3-cü maddəsinə əsasən, tərəfin diqqətini buna cəlb etməklə əlavə sübutların məhkəməyə təqdim edilməsini təklif etsə də, iddiaçı bu öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının təqdim etdiyi audio diskə münasibətdə qeyd etmişdir ki, həmin səs yazısı MPM-in tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən isə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh, birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya instansiyasında da məhkəmə prosesinə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin məhkəmələrə gəlməməsinin bircə səbəbi vardır. O, məhkəmədə iddiaçının qarşısında ifşa olunacağından, borcunun olduğunu dana bilməyəcəyindən qorxduğuna görə, məhkəməyə gəlməmişdir. Çünki, məhkəməyə qədər dəfələrlə onun özü və valideynləri, hətta qardaşı da, üzbəüz surətdə və telefon danışıqlarında borclu olduqlarını etiraf edib, həmin pulu q aytaracaqları barədə dəfələrlə iddiaçıya söz vermişlər. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya iddiaçının təqdim etdiyi səs yazıları qanun pozuntusu ilə əldə edilmişdir. Bununla əlaqədar iddiaçı bildirir ki, onun cavabdehlə danışdıqlarının hamısının yazılması barədə cavabdeh özü əvvəlcədən məlumatı olmuşdur. Yəni o, iddiaçının telefonunun bütün danışıqları yazdığını əvvəlcədən bilirdi. Çünki cavabdeh dəfələrlə iddiaçının yanında olanda sonuncu ona bildirmişdir ki, onun işi ilə əlaqədar nisyə mal götürdüyü şəxslərlə yaxud, nisyə mal satdığı şəxslərlə haq-hesabların yadda qalması üçün, onun telefonu danışılan bütün danışıq yazılarını qeydə alır. Cavabdeh, iddiaçının yanında olanda dəfələrlə soruşmuş və bilirdi ki, iddiaçının telefonu avtomatik səs yazma rejimində işləməklə yazıları qeyd ə alır. İddiaçı və anası məhkəmədən əvvəl dəfələrlə onların evinə gedib valideynlərinin yanında pullarını tələb edəndə, cavabdeh onlara 6700 manat borclu olduğunu, bu barədə telefon danışıqlarında etiraf etdiyini təsdiqləmişdir. Yəni o, hər dəfə demişdir ki, telefonda yazılmış etiraflarını qəbul edir və pulu qaytaracaqdır. Apellyasiya Məhkəməsi qətnaməsində göstərilmişdir ki, MPM-nin 95.2 maddəsinə əsaslanıb, cavabdehin telefon danışıqlarındakı borcu barədə etirafının gizli yolla əldə edilmiş sübut kimi qəbul etmişdir. İddiaçı hesab edir ki, məhkəmə həmin maddənin tətbiqində səhvə yol vermişdir. Çünki, yuxarıda bütün göstərilənlərdən təsdiq olunur ki, cavabdehin səs yazılarını gizli şəkildə deyil, o, əvvəlcədən və sonradan məlumatlı olduğu halda yazılmışdır. Apellyasiya Məhkəməsi qətnaməsi ndə qeyd edilmişdir ki, guya iddiaçı cavabdehə 6700 manat pul verməyinin hər hansı bir mötəbər sübut, yəni yazılı müqavilə, yaxud qəbz təqdim etməmişdir. İddiaçı hesab edir ki, həmin nəticə ilə razılaşmaq olmaz çünki, Azərbaycan Respublikası MM-nin 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi şifahi bağlanan müqavilədir. Tərəflərin qarşılıqlı münasibətlərindən görünür ki, onların arasında hər hansı yazılı müqavilə yaxud qəbzin olmasına lüzum olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.1. Məhkəmə həqiqət ə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
24. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylər ini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabd ehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Baxılan işdə iddiaçı bildirir ki, cavabdeh ondan hissə-hissə 6700 manat məbləğində borc pul almış, lakin həmin vəsaiti qaytarmamışdır. Cavabdeh isə iddiaçıdan 182 manat və 50 manat olmaqla cəmi 232 manat borc aldığını etiraf edir.
30. Belə olan halda iddia tələbinin əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilə bilər (§ 16).
31. Apellyasiya məhkəməsi iddiaçının pul tələbini cavabdehin etiraf etdiyi həcmdə təmin etmişdir. Ona görə də kassasiya baxışının predmetini pul tələbinin təmin olunmayan hissəsi təşkil edir.
32. Kollegiya nəzərə alır ki, iddiaçı, pul tələbinin 232 manatdan artıq olan hissəsində haqlı olmasını, yəni həmin məbləğdən artıq pul vəsaitini cavabdehə verdiyini sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 21).
33. İddiaçı bu xüsusat üzrə yazılı sənəd və digər bu kimi sübutlar verə bilməsə də, cavabdehin ona 6700 manat məbləğində pul borcunu etiraf etməsinə dair telefondakı danışıqlarının səs yazısını təqdim etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi isə Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə istinad edərək, həmin səs yazılarını qanunun tələblərinin pozulması ilə əldə edilmiş sübut kimi qiymətləndirmiş və onları qəbul etməmişdir.
35. K ollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin bu mövqeyi əsaslı yanaşma sayıla bilməz.
36. Belə ki, mülki prosessual qanunvericilik səs yazılarından sübut kimi istifadə olunması imkanını tanıyır (§ 18-19, 24). Bununla belə, qanunla icazə verilən hallardan başqa gizli yolla əldə edilmiş səs yazılarından sübut kimi istifadə olunmasına yol verilmir (§ 20-23).
37. Hazırkı işdə isə apellyasiya məhkəməsi iddiaçının istinad etdiyi səs yazılarının qanunla icazə verilən hallara aid olub-olmamasını qiymətləndirməmiş və həmin sübutların qanunu pozmaqla əldə edilməsi barədə gəldiyi qənaəti əsaslandırmamışdır.
38. Kollegiya vurğulayır ki, şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlarda n məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir.
39. Bununla belə, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başq asını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını ist isna edir.
40. Beləliklə, başqa şəxs(lər)lə olan telefon danışığının deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir.
41. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin etirafını gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs yazısından istifadə edə bilməməsi maddi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 125, hissə Vİİ).
42. Digər tərəfdən, öz öhdəliyini yerinə yetirməmiş şəxsin hüquq pozuntusunu gizlətmək məqsədilə bir hüquq qaydasından təyinatına zidd şəkildə istifadə etməsi, haqlı mənafeyi olan şəxsin isə qanuni sübutetmə imkanından yararlana bilməməsi hüququn son məqsədi olan ədalət prinsipinə də uyğun gəlmir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddə sində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr d eyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
44. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi tərəflər arasında baş tutmuş telefon danışıqlarının onlar arasında məhz həmin məsələyə dair yaranmış mübahisənin həllində istifadəsi qanunla icazə verilən hal kimi qiymətləndirilməlidir. Belə olan halda, həmin danışıqlara dair səs yazıları MPM-nin 76.3-cü maddəsi baxımından qanunu pozmaqla əldə edilmiş sübut hesab edilə bilməz.
45. Qeyd edilənlər ona dəlalət edir ki, hazırkı işdə apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara (səs yazılarına) tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir (§ 22). Bu hal isə prosessual hüquq normasının pozulmasına və iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.
46. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi pul tələbinin təmin olunmayan hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1247/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi pul tələbinin təmin olunmayan hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.