Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4092/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2002/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 52000 ABŞ dolları məbləğində pulun ödəniş g ününə manata olan məzənnəyə uyğun olaraq alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının (hakimlər – Raqib Qurbanov sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının (hakimlər – Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Əli Rüstəmov) xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6808/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi M ülki kolegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışsdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 52000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəyə uyğun olaraq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2006-cı ildən x2 yerləşən çınqıl sexinin sahibidir. Lakin iki ildir ki sexin fəaliyyəti maliyyə məsələləri ilə bağlı dayanmışdır. 2007-ci ildə Cavabdeh Beton zavodun müdiri kimi tanımış və həmin ildən birgə iş fəali yyətinə başlamışlar. Cavabdeh ondan dəfələrlə nəğd pulla qum və çınqıl almış, münasibətləri yarandığından etibar edib ona nisyə mal verməyə başlamışdır. Verdiyi nisyə malın ümumi məbləği 53650 ABŞ dollarına çatmış, lakin həmin vaxtdan x2 ona olan borcunu verməyərək ona külli miqdarda maddi ziyan vurmuşdur. Bundan sonra Cavabdeh verdiyi maldan beton istehsal edərək xxxa verdiyini bildirmişdir. xxx isə həmin pulu x2ın şərikinə verdiyini bildirmişdir. Xətai rayon məhkəməsinə müraciət etmiş, işə baxılarkən Cavabdeh ona 3000 manat pul ödəmiş və qalan pulu verəcəyini bildirmişdir. Lakin bu günə qədər heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərə k Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə məhkəməyə təqdim edilmiş sənədlərə və toplanmış sübutlara əsaslanmamışdır. Belə ki, işdə olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli 31 saylı Sərəncamından aydın görünür ki, x5 İddiaçı X1 xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı əsasında ayrılmış 0,4 ha torpaq sahəsinin 0,2 hektar hisssində qum, çınqıl və qırmadaş sexinin tikintisinə, 0,2 hektar hissəsində isə karxana təsərrüfatının təşkilinə icazə verilmişdir. Sərəncamda qeyd edilən bələdiyyə qərarı və ayrılmış torpaq sahəsinə dair eskiz layihə və qeyri-yaşayış sahəsinə dair çıxarış məhkəməyə təqdi m edilmişdir. İşə təkrar apelyasiya məhkəməsində baxılan zaman məhkəmə kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilən göstərişlərin heç birinə əməl etməyərək Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh kasasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qi ymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini və kasasiya şikayətinə qarşı yazılı etirazı nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehdən 52000 ABŞ dolları pul tələb edir və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından iddiaçının cavabdehdən öhdəliyin icrasını, yaxud ona olan pul borcunu qaytarmasını tələb etməsi üçün cavabdehin öhdəliyinin ona zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Buna baxmayaraq iddiaçı tələbini təsdiq edən hər hansı yazılı müqaviləyə istinad etməmiş, cavabdehlə aralarında hər hansı əvəzli şifahi əqdin bağ landığını, habelə cavabdehin öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı tələbini təsdiq edən sübut qismində xx.xx.2007-ci il tarixli müqavilə və Daşburun stansiyasından göndərilən inert yüklərin cədvəlini təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli müqavilə cavabdehlə iddiaçı arasında deyil, “xxxx” MTK-nın direktoru X3 arasında bağlanmış, həmin müqavilə münasibətlərinin iddiaçı ilə bağlılığı müəyyən edilməmişdir. Daşburun stansiyasından göndərilən inert yüklərin cədvəlində isə iddiaçının adı qeyd olunmamış, həmçinin hazırkı mübahisənin həllində iddiaçının əsaslandığı halları birmənalı təsdiq edən mötəbər sübut kimi qiymətləndiril məsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçının təqdim etdiyi Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin qərardaddan görünür ki, iddiaçı əvvəllər də pul tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmış, həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadla tərəflər arasında hər hansı barışıq olduğu, müəyyən şərtlər ilə razılıq əldə edildiyi müəyyən edilmir. Əgər tərəflər arasında iddiaçının iddia etdiyi kimi razılıq əldə edilmiş olsaydı, tərəflər həmin şərtlərlə barışıq sazişi bağlamaq hüquqlarından istifadə edə bilərdilər. Nəzərə alınmalıdır ki, məhkəmə sözügedən mülki iş üzrə iddia ərizəsini MPM-in 259.0.6-259.0.7-cı maddəsinə əsasən (işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə g əlmədikdə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə) baxılmamış saxlamışdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbini təsdiq edən zəruri sübutları məhkəmə təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləyə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (madd ə 77.1). Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (maddə 89). Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddia çının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2002/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4092/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4092/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver