Məhkəmə qərarları › İş №2(102)-4092/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4092/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4092/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: su təhcizatı, su təchizatının dayandırılması, mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “su verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4368/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı Durna Hüseynova və Vidadi Hüseynovla müqavilələr bağlanmış və hər bir istehlakçının adına ayrıca abonent kodu verilərək ayrı sayğaclar quraşdırılmışdır. X4 adına olan sayğac üzrə 594,7 manat borc hesablanmışdır. Vidadi Hüseynovun adına olan sayğac üzrə isə borcun olması müəyyən edilmir. Durna Hüseynovanın borcuna görə ünvan 1 ünvanına su verilməsi Cavabdeh ASC tərəfindən ümumiyyətlə hər iki sayğac üzrə dayandırılmışdır.

2. Cavabdeh ASC-nin Vidadi Hüseynova ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “...sözügedən ünvan ın su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat su xətti üzərində quraşdırılmış 49798955 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Qeyd olunan sayğac istismara yararsız olduğundan xx.xx.2022-ci il tarixdə dəyişdirilərək 21063214 nömrəli mexaniki tipli su sayğacı ilə əvəz edilmişdir. Həmin sayğac göstəricisi 1m3 olmaqla xidmətlərdən istifadəyə görə abonent hesabınızda 594,57 manat borc var. Qeyd olunan borc istismardan çıxarılmış sayğacın göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən hesabınızda olan borcla bağlı Sizə hər ay hesab-faktura təqdim edilməsinə baxmayaraq son 1 il ərzində heç bir ödəniş edilməmişdir. “Sudan istifadə qaydaları”nın 7.10 -cu bəndinə əsasən, bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. Bu səbəbdən, müraciətdə qeyd etdiyiniz hər iki ünvan üzrə (**********000, **********0000) su təchizatı dayandırılmışdır. Yaranmış borc məbləği ödənildikdən və ya su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissəli ödəniş protokolu imzalandıqdan sonra su təchizatınız bərpa oluna bilər” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, suyun verilməsinin bərpa edilməsi öhdəliy inin Cavabdeh ASC-nin üzərinə qoyulması və vurulmuş 50.000 manat məbləğində mənəvi zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Almaniya Respublikasının vətəndaşı olmaqla ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qeyd edir ki, yaşadığı mənzildə 2 ədəd su sayğacı mövcuddur. Birinci sayğac üzrə abonent kodu **********000 olmaqla X3 adına, digər sayğac üzrə abonent kodu **********000 olmaqla X1 adınadır. Cavabdeh ASC-nin Binəqədi rayon su idarəsinin rəisi Elçin Bağırov və müavini Tural Quliyevin göstərişi əsasında ildə bir dəfə olmaqla hesab faktura təqdim olunaraq su sərfiyyatına görə ödəniş həyata keçirilmişdir. 2022-ci ilin oktyabr ayının 26-27-si ərazi üzrə nəzarətçi iddiaçıya telefonla zəng edərək heç bir b ildiriş, hesab faktura təqdim etmədən abonent kodu **********000 olmaqla X3 adına olan sayğac üzrə borcun 700 manat olduğunu bildirmiş və bir gün içərisində ödəməsini istəmişlər. İddiaçı isə nəzarətçiyə bu borcu birdəfəyə ödəyə bilməcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Binəqədi rayon Su İdarəsinin rəisi Elçin Bağırovun göstərişi ilə yaşadığı ünvana su verilməsi dayandırılmışdır. Bundan əlavə digər abonent kodu **********000 olmaqla X1 adına olan su sayğacında 150 manat balans olmasına baxmayaraq, su verilməsi dayandırılmış, üstəlik əməkdaşların kobud müdaxiləsi nəticəsində su klapanını da qırmışlar. Balansında yetərincə su deposu olan sayğacın hansı səbəbə kəsilməsinin eyni zamanda heç bir yazılı bildiriş təqdim edilmədən su v erilməsinin dayandırılmasının izahını bu günə kimi verə bilmirlər. İddiaçı tərəfindən yaranmış vəziyyətlə bağlı həm Cavabdeh ASC-nin qaynar xəttinə, həm də idarənin ərazi üzrə nəzarətçisinə zəng edərək bu halı bildirmiş və etdiklərinin qanunsuz hərəkət olduğunu xatırlatmışdır. Su idarəsinin əməkdaşları tərəfindən hər iki sayğac üzrə su verilməsi dyandırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi hesab faktura göndərilərək 709.44 (yedd yüz doqquz manat 44 qəpik) manat borcun olduğu bildirilmişdir. Halbuki, idarə tərəfindən bildiriş suyun dayandırılmasınadan əvvəl təqdim edilməli idi. Qeyd edilən hesab fakturanın məlumat bölməsində qeyd edilmişdir ki, “borcunuzu bilidriş təqdim edildikdən sonra 1 ay ərzində ödəməsəniz su təchizatınız dayandırılacaqdır”. Beləliklə yaranmış olan borcun ödənilməsi üçün iddiaçının 1 ay müddəti olduğu halda, idarənin rəisinin qanunsuz göstərişi əsasında bu hüququndan məhrum edilərək heç bir hesab faktura təqdim edilmədən, qanunvericiliklə heç bir müddət verilmədən qanunsuzluq edilərək su təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən yaranmış vəziyyətlə bağlı dövlət orqanlarına müraciət edilmiş amma məsələ bu günə kimi öz həllini tapmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı su təlabatını ödəmək üçün əlavə 3-4 maşın su almaq məcburiyyətində qalmışdır ki, bu da onun əlavə olaraq maddi ziyan çəkməsinə səbəb olmuşdur. Göstərilənlərlə yanaşı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, bu hallar iddiaçıda mənfi psixoloji reaksiyalar yaratmış, ona pisixi təsir göstərmiş, mən əvi əzab, iztirab və sarsıntı keçirməsinə səbəb olmuş, onda güclü əsəb gərginliyi yaratmışdır.

5. Cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi abonent kodlarından biri Cavabdeh ASC-nin balansında mövcud deyil, digər kod üzrə isə 594 manat borc vardır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Sudan istifadə qaydaları”nın 7.10-cu bəndində göstərilmişdir ki, bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. İddia ərizəsində göstərilən borcdan 114 manat düzəliş edilmiş, yəni Cavabdeh ASC tərəfindən akt göndərilərək borcun az olduğu müəyyən edilmiş və borc azaldılmışd ır. Yaranmış borca görə bir ay ərzində ödəniş edilmədiyi halda suyun verilməsi dayandırıla bilər. Abonentə borcun ödənilməsi barədə xəbərdarlıq edilməli olmasına baxmayaraq, hazırda Cavabdeh ASC tərəfindən iddiaçıya xəbərdarlıq edilməsi barədə sübutu yoxdur. Qeyd olunan ünvana suyun verilməsi dayandırılmışdır. İddianın rədd olunmasını xahiş edir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1148/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbinin qismən təmin edilməsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə su verilməsinin bərpa edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

7. Məh kəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi iddiaçı Vidadi Hüseynov və Durna Hüseynova birgə təsərrüfat aparır, eyni əmlakı birgə idarə edirlər və qeyd olunan hər iki sayğac eyni əmlaka - Bakı şəhəri, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, 3/A saylı evə aid olan sayğaclardır. Bu halda məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən STKM eyni əmlaka dair abonentlərdən birinin yaranmış borcunun 1 ay ərzində ödənilməməsi əsası ilə digər abonentin adına olan sayğac üzrə su verilməsinin dayandırılmasında haqlıdır. Lakin hazırkı halda yaranmış borcun məbləği və ödənilməsi müddətini özündə əks etdirən bildirişin iddiaçıya nə vaxt təqdim edilməsi müəyyən edilmədiyindən, qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş 1 ay müddətin hesablanması mümkün deyildi r. Belə ki, borcun ödənilməsi müddəti suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən sonra hesablanmağa başlayır.

8. Məhkəmə hesab edib ki, bu halda STKM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, 3/a saylı evə suyun verilməsinin dayandırılması əsassız və qanunsuz olmuşdur.

9. İddiaçı eyni zamanda mənəvi zərərə görə 50.000 manat pulun cavabdehdən tutulmasını tələb edir. İddiaçının sübut qismində təqdim etdiyi "Adil” X7 Mərkəzi tərəfindən verilmiş 4 nömrəli arayışa əsasən iddiaçıya "stresə qarşı kəskin reaksiya” diaqnozun qoyulması müəyyən olunsa da, həmin halın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş stress, əsəb və digər mənəvi narahatçılıqla bağlı olması sübut olunmur.

10. Məhkəmə gəldiy i nəticəni Mülki Məcəllənin 14.1, 389.1, 390.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2-ci, 4.1.3-cü, 7.10-cu, 8.1-ci, 8.2-ci bəndlərinə, həmin Qaydaların 1 nömrəli Əlavəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsi qətnaməsinin qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam təmin olunması b arədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin sübutlara və işin hallarına düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq edilmədiyi, iddiaçının mənzilinə cavabdeh tərəfindən təchiz edilən suyun qanunsuz kəsilməsi nəticəsində onun və ailə üzvlərinin əsəb, gərginlik, stress keçirmələrinin sübuta ehtiyacı olmayan hal olduğunun nəzərə alınmadığı, suyun kəsilməsindən cəmi 3 gün sonra həkim tərəfindən iddiaçıya “stressə qarşı kəskin reaksiya” diaqnozunun qoyulduğuna əhəmiyyət vermədiyi qeyd olunmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4368/2023 nömrəli, 13 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Hə sənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçının “mənəvi zərərin əvəzi olaraq 50.000 manatın cavabdehdən tutulub ona ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə “dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində dəyişdirilərək, iddia ərizəsi verilərkən ödənilmiş 240 manat dövlət rüsumunun 200 manatının Cavabdeh ASC-dən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid olunması qət edilmişdir.

14. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarından göründüyü kimi, sonradan iddiaçıya göndər ilən bildirişdə borcun 594,57 manat olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəssisə iddiaçının yaşadığı ünvanda yaranmış borca görə su təchizatını dayandırmaqda haqlı olsa da, bunu borcun mövcudluğu barədə iddiaçıya bildiriş göndərmədən etməklə qanunsuzluğa yol vermişdir. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir və buna görə də kollegiya bu nəticə ilə bağlı mülahizə bildirməyərək iddiaçının mənəvi ziyan tələbinin əsaslı olub-olmadığı məsələsinə münasibət bildirmişdir. Lakin şübhəsizdir ki, həmin tələbə qiymət verilərkən iddiaçı tərəfindən su istehlakına görə 594,57 manat məbləğdə borcun mövcudluğunun qəbul edildiyi, həmin borcun uzun dövr ərzində yarandı ğı və ödənilmədiyi, iddiaçının yaşadığı ünvana su təchizatının məhz borca görə kəsildiyi nəzərə alınmalıdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. 16. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.200 7-ci il tarixli X6 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

17. Kollegiya cavabdeh təşkilatın üzərinə fərdi yaşayış evinə su verilməsinin bərpa edilməsi öhdəliyinin qoyulmasını iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.

18. Bununla belə, kollegiyanın qənaətinə görə məhkəmə, iddiaçının ödədiyi dövlət rüsumunun məbləğinin tam şəkildə onun özünə aid olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin rüsum iddiaçını iddia qaldırmağa vadar edən və məhkəmə tərəfindən qanunsuz hesab olunan hərəkətlərə məhkəmə tərəfindən qiymət verilməsi üçün ödənilmiş, nəticə etibarilə həmin hərəkətlərin qanunsuz olduğu qənaətinə gəlinmişdir. Bu isə o deməkdir ki, həmin rüsum məbləğinin iddiası qismən təmin olunan iddiaçıya aid edilməsi, məhkəmə xərclərinin bölüşdürülməsi zamanı əsas götürülməli olan mütənasiblik prinsipinə uyğun olmamışdır.

19. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı istehlakçı olmaqla əslində rüsum ödənişindən azad edilən şəxsdir.

20. Bu mənada kollegiya hesab edir ki, qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmadan məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli, iddiaçının iddia qaldırarkən ödədiyi rüsum məbləğinin 200 manat hissəsi cavabdehdən a lınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

21. Apellyasiya şikayəti əsassız hesab edildiyindən apellyasiya üçün ödənilən rüsum iddiaçının özünə aid olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin qismən ləğv edilməsi və işin apellyasiya məhkəməsində mahiyyət üzrə yenidən baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ə kimi bu məsələyə maddi hüquq normalarının tətbiqi müstəvisində əsaslı yanaşmamışdır. Hazırkı mübahisə üzrə istər beynəlxalq məhkəmələrin qəbul etmiş olduğu qərarlarda, istərsə də ölkəmizdə Konstitusiya və Ali Məhkəmənin Plenumu səviyyəsində qəbul edilmiş qərarlarda mənəvi zərərin bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması açıqca qeyd edildiyi halda, məhkəmə bu məsələnin üzərindən sükutla keçməklə öz mövqeyində fərqli yanaşma sərgiləmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslard an, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin po zulması başa düşülməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

28. Bənd

2. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək), həmçinin verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmə k (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.

29. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.

30. Bənd 7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər.

31. Bənd 8.1. Su təchizatı və kanalizasiya mü əssisəsi - STKM istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, STKM ilə müvafiq müqavilə bağlanılmadıqda, məişət (təsərrüfat)-içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı oldu qda, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər.

32. Bənd 8.2. İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehla kçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. 33. “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavə olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”nin 3.7-ci bəndi. İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun

34. Maddə

1. İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.

35. Maddə

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərə findən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ha

36. Mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qoh umlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisləndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri iddiaçının birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşlıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədard ır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4368/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar