Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4093/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Rnun və Cavabdeh hüquq varisi X3 vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-11439/2019 nömrəli qərardadı ilə hazırki iş üzrə icraatın Cavabdeh hüquq varis(lər)i müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi, iş üzrə Cavabdeh ölümü ilə əlaqədar X5 və X3 onun prosessual hüquq varisi qismində tanınmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2020-ci il tarixli, xxx nömrəl i qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh E saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Mə hkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən ekspert rəyinə istinad etmiş, həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Lakin, məhkəmə həmin rəyi iş materiallarda olan digər sübutlarla və məhkəmə qətnaməsi ilə yanaşı qiymətləndirməmişdir. Apelyasiya şikayəti bundan ibarət olmuşdur ki, qeyd olunan mülki işə baxılarkən tikinti-texniki ekspertizası təyin edilmiş və xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi verilmişdir. Həmin rəy sübut kimi qəbul edilə bilməz. Belə ki, mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olan X10 (həmin mənzil mənə alqı-satqı müqaviləsi əsasında verilmişdir) məhkəmədə iddia qaldıraraq, cavabdehlər X2 və X6 və digər şəxslərin, onun mülkiyyətində olan ünvan 1 ünvandakı mənzilindən çıxarılmaları və mülkiyyət hüququnun təmin edilərək, həmin mənzilin onun sahiblik v ə istifadəsinə verilməsinə dair qətnamə çıxarlmasım məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1262/2010 saylı, xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə cavabdehlər X4 və X6 E saylı evin iddiaçı X7 mülkiyyətində olan mənzildən çıxarılması və həmin ünvanda yerləşən iddiaçının mülkiyyətində olan mənzilin iddiaçının faktiki sahibliyinə verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə icra edilən zaman icra məmuru məhkəməyə qətnamənin izah edilməsi ilə bağlı müraciət etmiş və təqdimatını belə əsaslandırmışdır ki, həmin mənzilin qapısı faktiki olaraq ünvan 2 ünvandan açılır və belə olan halda qətnamə necə icra olunmalıdır? Nəsimi rayon məhkəməsi isə qətnaməyə izah verməmiş və qərardadını belə əsaslandırmışdır ki, həmin mənzilin qapısı faktiki olaraq ünvan 2 ünva ndan açıldığı üçün qətnamə həmin qaydada da icra olunmalıdır. O cümlədən həmin qətnamənin icra olunması barədə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2011-ci il tarixli aktından da görünür ki, mübahisəli mənzilin qapısı ünvan 2 ünvandandır və qətnamə həmin qaydada da icra edilmişdir. Ekspert rəyində isə qeyd edilmişdir ki, mənzilin texniki pasportu işə əlavə edilməmişdir. Halbuki, mənzilin texniki pasportu işə əlavə edilmişdir və iddiaçı təkrarən də əlavə edir. Bundan başqa 41 saylı mənzil kommunal istismar sahəsi tərəfindən çəkilmiş sxemdən görünür ki, iddiaçıya məxsus olan mənzilin giriş-çıxış qapısı Z ünvandandır. Göründüyü kimi ekspert rəyində bilərəkdən iş materiallarında olan sənədlərə, baxış zamanı mənzilin faktiki vəziyyətinə və tikililərin texniki parametrlərinə bu cür qiymət verilmiş və bununla da qanunsuz rəy verilmişdir. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə isə heç bir əsas olmadan əlavə ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmiş və əsassız rəyi mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmiş və bununla da iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İstər birinci instansiya məhkəməsi və istərsə də məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının mənzilin qapısı faktiki olaraq ünvan 2 ünvana açılır və bu hal məhkəmə qətnaməsi və qərardadı ilə müəyyən edilmişdir. Həmin məhkəmə aktları da iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası isə Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının yalnız kserosurətinin iş materillarına əlavə edilməsi və digər tərəfdən, sözügedən məhkəmə aktının əslini təqdim edilmiş olsaydı belə yalnız bu hal ekspert rəyinin mötəbərliyini şübhə altına almağa əsas deyildir kimi anlaşılmaz ifadələrlə qətnaməsini əsaslandırmışdır. Bununla da məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, birinci instansiya tərəfindən tikinti-texniki ekspertizası təyin edilərkən, Dövlət Reyestri Xidmətinin mütəxəssisinin iştirakı təmin olunmamışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, və Cavabdeh hüquq varislari X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh hüquq varisi X3 vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin t əmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktik i hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan sənədlər və ekspert rəyi ilə müəyyən olunur ki, E saylı ev İddiaçı, Z ünvanında yerləşən ümumi sahəsi 22,6 kv.m olan qeyri-yaşayış sahəsi isə Cavabdeh mülkiyyətindədir. İddiaçı ona məxsus mənzilin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinə gir iş-çıxış yolunun E tərəfdən, ünvan 6 ünvanında yerləşən mənzilin yerləşdiyi sahəyə isə giriş-çıxış yolunun Z tərəfdən olduğu müəyyən edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının şikayətdə istinad etdiyi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının yalnız kserosurəti işə əlavə edilmiş, əsli yaxud notarial qaydada təsdiq edilmiş surəti təqdim olunmamışdır. Digər tərəfdən, sözügedən məhkəmə aktının əslini təqdim edilmiş olsaydı belə yalnız bu hal ekspert rəyinin mötəbərliyini şübhə altına almağa əsas deyildir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı icra məmurunun həmin məhkəmənin xx.xx.2010-cu il tarixli qətnaməsinə izah verilməsi barədə təqdimatı əsasında qəbul edilmişdir və mə nzilin giriş qapısının başqa ünvandan olub-olmaması məsələsi məhkəmə baxışının predmeti olmamışdır. Başqa sözlə desək, icra məmuru təqdimatında mübahisəli mənzilin giriş qapısının həmin ünvandan deyil, E saylı ünvandan olduğunu bildirmiş və qətnaməyə izah verilməsini xahiş etmişdir. İşə baxan məhkəmə mənzilin giriş qapısının hansı ünvanda olması ilə bağlı araşdırma aparmamış, mübahisəli mənzilin giriş qapısının başqa ünvanda olmasının icra vərəqəsinin icra edilməsinə mane olmadığı barədə qənaətə gəlmişdir. Ona görə də həmin qərardadın hazırkı mübahisə ilə birbaşa əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi və ekspert mübahisəli evə, həmçinin cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə baxış keçirmiş və ekspert əsaslandırılmış rəyini məhkəməyə təqdim etmişdir. İddiaçı ekspert rəyi nin mötəbərliyini şübhə altına alacaq tutarlı dəlillərə istinad etməmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının göstərilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya kollegiyası iş materiallarında olan ekspert rəyini mötəbər sübut kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin rəydə 92 saylı yaşayış evinin hər hansı otağının 96 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə birləşdirilib-birləşdirilmədiyini müəyyən etməyin mümkün olmadığı, 96 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasport təqdim edilmədiyindən həmin tikililərin hazırki vəziyyətinin hər birinin ayrı-ayrılıqda texniki pasporta uyuğn olub-olmamasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı təkrar ekspertiza təyin edilməsi barədə vəsatətlə mə hkəməyə müraciət etmiş və təkrar ekspertiza keçirilməsini mümkün edəcək 96 saylı mənzilə dair texniki pasport da iş materiallarına əlavə edilmişdir. İddiaçı həmçinin ekspert rəyinin tam olmamasını apelyasiya şikayətində də göstərmişdir. Lakin apelyasiya baxışı zamanı işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə bu hala əhəmiyyət verməmiş, ekspert rəyini mötəbər sübut kimi nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən, Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Apelyasiya kollegiyası həmçinin 92 və 96 saylı ünvanların giriş-çıxış qapısının 2010-2011-ci illərdə eyni olması ilə bağlı təqdim edilmiş məhkəmə qərardadına münasibətdə də düzgün mövqe nümayiş etdirməmişdir. Belə ki, həmin qərardadla göstərilən ünvanların qeyd edilən tarixlərdə girişçıxış qapısının eyni olması müəyyən edilir. Həmin qərardadla 92 və 96 saylı ünvanın giriş-çıxışının eyni olması müəyyən edildiyi halda, apelyasiya kollegiyası bu halın mövcud olmasının (nəyə görə 2010-2011-ci illərdə ünvanların giriş-çıxış qapısı eyni olmuşdur, sonradan giriş-çıxış qapısı nəyə görə ayrılmışdır, giriş-çıxış qapısının yerinin dəyişdirilməsi zəbt ilə əlaqədardırmı) səbəblərini də araşdırmamışdır. Qeyd olunanlarla yanaşı, apelyasiya kollegiyası prosessual pozuntuya yol verərək, işə birinci instansiya məhkəməsində baxılan zaman təyin edilmiş ekspertiza tədqiqatı üzrə müəyyən edilmiş ekspertiza xərcinin birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bölüşdürülməməs inə münasibətdə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş materiallarından göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, təqdim edilmiş sübutların əldə edilmiş sübutlarla müqayisəli tədqiqatını həyata keçirməmiş, mübahisənin həllinə formal yanaşaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci ma ddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qayd ada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şi kayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Gö ründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı nın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin apelyasiya və kasasiya şikayətində göstərilmiş ümumi hallarının, dəlillərinin tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-4093/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4093/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver