Məhkəmə qərarları › İş №2(102)-4093/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4093/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4093/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4093/2025 Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1066/2025 nömrəli 24 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh məhkəmə iclasında İddiaçı 66000 (altmış altı min) manat borcu olduğunu etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 97750 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 384 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qoyun alış-verişi üçün cavabdehə 97750 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulun 31750 manatını Qəmbərə ödəyəcəyi haqqında polisdə iltizam yazmışdır. Qalan 66000 manatı isə iddiaçıya ödəməli olduğu halda hazıradək ödəməmişdir. Dəfələrlə pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək pul un ödənilməsindən boyun qaçırmışdır.

4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul edərək, 66.000 manat borcunun olması hissəsində iddia tələbini etiraf edərək həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-874/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilmiş, Cavabdeh 66.000 (altmış altı min) manat borc və 384 (üç yüz səksən dörd) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 66.000 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlmişdir.

7. Məhkə mə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-874/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli şəkildə araşdırmamışdır. Belə ki, iş materiallarında olan Quba rayon PŞ-nin istintaq bölməsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına və onun guya əvvəlki məhkəmə iclasında etiraf edici izahatını əsas götürmüşdür. Lak in işin digər hallarını araşdırmamışdır. Belə ki, əslində ona qarşı iddiaçı tərəfindən mənəvi psixoloji təsirlər olmuş və həmin etiraf edici ifadələr ona iddiaçı tərəfindən edilən hədə-qorxular nəticəsində verilmişdir. Əslində isə iddiaçının ona qarşı pul tələbinə dair iddiası tamamilə absurddur və həqiqətə uyğun deyildir. Onunla iddiaçı arasında pulun alınmasına dair hər hansı yazılı bir sənəd və ya müqavilə mövcud deyildir. İş üzrə keçirilən məhkəmə iclasında da borcun etirafına dair ondan heç bir yazılı sənəd alınmamışdır. Məhkəmə qətnaməsində sadəcə olaraq qeyd olunur ki, iddiaçı X1 ona qarşı iddiası 66000 (altmış altı min) manat pulun geri qaytarılması ilə bağlıdır. Göründüyü kimi həmin qərarda da iddianın pulla bağlı olduğu göstərilsə də konkret olaraq həmin pulun onun tərəfindən a lınması heç bir mötəbər sübutlarla öz təsdiqin tapmamışdır.

10. Məhkəmə kollegiyasının iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1066/2025 nömrəli 24 sentyabr 2025-ci il tarixli qətnaməsi (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Quba Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(027)-874/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh iddiaçıya aralarında yaranmış mülki hüquq münasibəti əsasında 66.000 manat ödəməli olduğunu etiraf etdiyindən, birinci instansiya məhkəməsi əsaslı olaraq həmin məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir.

13. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən psixoloji təsirə məruz qaldığını və etirafedici ifadələri hədə-qorxu nəticəsində verdiyini qeyd etsə də, bu halları təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

14. Əksinə, məhkəmə iclas protokolundan və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh iddiaçıya 66000 manat məbləğində pul vəsaitini qaytarmalı olmasını etiraf etmişdir. 3

4. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 777.1, 777.2, 777.4, 778.1, 778.2, 778.3, 779.1, 779.2, 779.2.1, 779.2.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 106.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Ap ellyasiya Məhkəməsinin 2(105)-1066/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qətnaməsini ləğv edib, işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hər iki instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli şəkildə araşdırmamışdır. Məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən iş materiallarında olan Quba Rayon PŞ-nin İstintaq Bölməsininxx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına və onun guya əvvəlki məhkəmə iclasında etirafedici izahatını əsas götürmüşdür. Lakin, təəssüf ki, işin digər hallarını araşdırmamışdır. Belə ki, əslində ona qarşı iddiaçı tərəfindən mənəvi-psixoloji təsirlər olmuş və həmin etirafedici ifadələr cavabdeh tərəfindən edilən hədə- qorxular nəticəsində verilmişdir. Əslində isə cavabdehin ona qarşı pul tələbinə dair iddiası tamamilə absurddur və həqiqətə uyğun deyildir. Onunla cavabdeh arasında pulun alınmasına dair hər hansı yazılı bir sənəd və ya müqavilə mövcud deyildir. İş üzrə keçirilən məhkəmə iclasında da borcun etirafına dair ondan heç bir yazılı sənəd alınmamışdır. Məhkəmə qətnaməsində sadəcə olaraq qeyd olunur ki, iddiaçı X1 ona qarşı iddiası 66000 manat pulun geri qaytarılması ilə bağlıdır. Göründüyü kimi, həmin qərarda da iddianın pulla bağlı olduğu göstərilsə də konkret olaraq həmin pulun onun tərəfindən alınması heç bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə gedişatında iddiaçıya tərəfindən 9000 manat ödənilsə də, hətta qeyd olunan ödənişlə bağlı qəbz olsa da məhkəmə bunu nə zərə almamışdır.

18. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 77.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmə lə gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

24. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

25. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

26. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

27. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olm adan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

28. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

29. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:

30. Maddə 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər;

31. Maddə 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətb iq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

41. Maddə 418.3. Prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə gedişatında iddiaçıya tərəfindən 9000 manat ödənilsə də, hətta qeyd olunan ödənişlə bağlı qəbz olsa da məhkəmənin bunu nəzərə almadığı ba rədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə cavabdehin iddiaçıya 9000 manat ödəməsi barədə məhkəməyə qəbz təqdim etməsi təsdiqlənmir. Ona görə də həmin dəlil məhkəmə qətnaməsinin ləğvinə əsas təşkil edə bilməz.

46. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, yox lanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1066/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar