Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4095/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakların hərracdan satılması və satışdan hasil olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına uyğun mütənasib şəkildə bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)13562/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət inə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(005)599/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim G.A.Əsədova) iddia qismən təmin edilməklə, ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin, “Jeep Wrangler” markalı ** dövlət qeydiyyat nişanlı avtomobilin və Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiymətinin 285.000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni 2/5 (beşdə iki) hissəsi Cavabdeh, 3/5 (beşdə üç) hissəsi İddiaçı verilməsi, “Jeep Wrangler” markalı ** dövlət qeydiyyat nişa nlı avtomobilin və Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsinin Cavabdeh, 1/2 hissəsinin İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13562/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(005)-599/2019 saylı qətnaməsinin qismən, yəni “Jeep Wrangler” markalı, ** dövlət qeydiyyat nişanlı avtomobilin və Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin açıq hərracda satılması, “Jeep Wrangler” markalı, ** dövlət qeydiyyat nişanlı avtomobilin və Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsinin Cavabdeh, 1/2 hissəsinin İddiaçı verilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı “Jeep Wrangler” markalı ** dövlət qeydiyyat nişanlı avtomobilin və Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin hərracda satılması və satışdan hasil olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməsi hissələrində təmin edilməməsi qət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin in 22 avqust 2019-cu il tarixli, 2(005)-599/2019 saylı qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin hərracda satılması və satışdan hasil olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına uyğun mütənasib şəkildə bölünməsi, “Jeep Wrangler” markalı ** dövlət qeydiyyat nişanlı avtomobilin və Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin hərracda satılması və satışdan hasil olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölüşdürülməsi, ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin h ərracdan satılmasından 1 ay sonra Cavabdeh qeyd edilən mənzildən çıxarılması, həmin mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiymətinin 285.000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahda olduğu dövrdə iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil alınmışdır. Daha sonra onların aralarındaki nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh tərəfindən “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə iddia qaldırılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzil kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin 1/3 hissəsi üzərində Cavabdeh, 2/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, mübahisəli mənzil kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin 2/5 hissəsi üzərində cavabdehin, 3/5 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Mübahisəli mənzil üzərində paylı mülkiyyətçilərin payları məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, bundan sonra İddiaçı tərəfindən mülkiyyətçilərin paylarının naturada bölünməsinə dair iddia qaldırılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə mənzilin naturada bölünməsi mümkün olmadığından o nun iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra o, təkrarən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən cavabdeh X1 onun mülkiyyət payına mütənasib şəkildə kompensasiya ödənilməsi barədə iddia qaldırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir.Həmin qətnamə də qanuni qüvvəsini almışdır. Qeyd edilən işlər üzrə iddia tələbi rədd edildiyindən, iddiaçının mülkiyyət hüququ pozulur. Belə ki, mübahisəli mənzildə Cavabdeh yaşadığından və aralarındakı münasibətlər pozulduğundan iddiaçı öz mülkiyyət hüququndan tam istifadə edə bilməsi üçün mənzil hərracdan satılmalı və satışdan hasil edilən pul vəsaiti mənzilin mülk iyyətçiləri arasında paylarına uyğun mütənasib şəkildə bölünməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin mənzilə aid hissəsinin ləğv edilib iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Yəhyəzadə Elşən Rüfət oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddia tələbinin mənzilə aid hissəsində işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırma mış, işin həmin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qeyd olunan hissədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya ş ikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktla r əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(005)-420/2015 nömrəli qətnaməsi ilə ünvan 3 nömrəli evin 22 nömrəli mənzili 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçı, “Jeep Wrangler” markalı ** dövlət qeydiyyat nişanlı avtomobil 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı, Qusar rayonu Həzrə bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsi 1/2 hissədə Cavabdeh, 1/2 hissə İddiaçı aid edilməklə paylara bölünməsi müəyyən edilmişdir. İş materiallarında olan Bak ı Apellyasiya Məhkəməsinin 02 iyun 2015-ci il tarixli, 2(103)-3390/2015 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2015ci il tarixli 2(005)-420/2015 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, ünvan 3 nömrəli evin 22 nömrəli mənzilinə Cavabdeh 2/5 və İddiaçı 3/5 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(005)-10/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzil üzrə payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(005)-606/2018 nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan paya kompensasiya verilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətdə olan paya kompensasiya verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2018-ci il tarixli, 2(103)- 4248/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 2(005)-606/2018 nömrəli qətnaməsi və müvafiq olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(102)5235/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(103)-4248/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisləndirilən əmlaklardan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzillə bağlı düzgün nəticəyə gəlsə də, digər əmakların hərracdan satılmasını qət etməklə səhvə yol vermişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin ümumi paylı mülkiyyətlərində ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil, Qusar rayonu, Həzrə Bələdiyyəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və “Jeep Wrangler” markalı ** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İş materiallarından görünür ki, İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmlaklardan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin hərracdan satılmasını və satışdan əldə olunan pul vəsaitin paylarına mütənasib olaraq tərəflər arasında böülməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmin i artıraraq, hər üç əmlakın hərracdan satılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün de yildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -220.4-cü və 220.5-ci maddələrinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilm əsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. -220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Mə cəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həm in mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Tərəflərin ümumi paylı mülkiyyətlərində olan əmlaklardan birinin, yəni ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin naturada bölünməsinə dair tərəflər arasında məhkəmə mübahisələri olmuş və həmin əmlakın naturada ayrılmasının qeyri-mümkünlüyü müəyyən olunmuşdur. Daha sonra, tərəflər bir-birinə qarşı paylarının dəyərinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş, lakin tərəflər ümumi razılığa gəlmədikləri üçün həmin iddiaları da rədd olunduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib olaraq tərəflər arasında bölünməsi hissəsində mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və həmin normaların rəsmi şərhi olan Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin qərarına uyğun olmaqla, əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin hərracdan satılarkən ilkin sa tış qiymətinin 285.000 manat məbləğində müəyyən etməklə də düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizası təyin edilmiş və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 iyul 2019-cu il tarixli 056/19 nömrəli qiymətləndirmə hesabatına əsasən ünvan 3 ünvanında yerləşən 22 nömrəli mənzilin hazırkı dövrə olan bazar qiyməti 285.000 manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh mənzilin aşağı qiymətə dəyərləndirilməsini apellyasiya şikayətində göstərsə də, həmin dəlilini təsdiq edən hər hansı sübutu (alternativ qiymətləndirmə hesabatını, müqavilə və s.) məhkəməyə təqdim etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məh kəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti ilə mübahisələndirilən hissədə düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində qeyd olunan hissədə düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13562/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi kass asiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4095/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4095/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver