Məhkəmə qərarları › İş №2(102)-4096/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4096/2025

11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4096/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 2(103)4581 /2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh 11 iyul 2024-cü il tarixdə, saat 08:45-də “Chevrolet Malıbu” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ərazisində yolayrıcını keçmə qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı mülkiyyətində olan və etibarnamə ilə X2 tərəfindən idarə olunan “Audi Q7” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur.

2. Həmin faktla bağlı Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xə ta haqqında protokol tərtib olunmuş, 12 iyul 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarla inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 80 manat miqdarında cərimə olunmuşdur.

3. Müstəqil sığorta eksperti X1 tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli qüsur aktına əsasən “Audi Q7” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5240 manat məbləğində zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 iyul 2024cü il tarixdə saat 08:45-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus **-XA-*** dövlət qeydiyyat nişanlı, “Audi Q7” minik markal ı, 2007-ci il buraxılışlı avtomobilə 5.240 manat maddi ziyanın, vəkillə bağlanmış hüquqi yardımın göstərilməsi barədə müqavilə üzrə ödənilmiş 170 manat xidmət haqqının və 72,40 manat dövlət rüsumunun, cəmi 5.312,40 manatın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçı avtomobilə vurulmuş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etsə də, müraciətin təmin olunmasından imtina edilmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, 01 avqust 2024-cü il tarixli qüsur aktında 2007-ci il buraxılışlı “Audi Q 7” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4900,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Digər 1 adda ehtiyat hissəsi (ön sol kulak) barədə məlumat olmadığından, həmin ehtiyat hissəsi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)370/2025 nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia qismən təmin olunmuş, maddi zərərin əvəzi olaraq 5150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi göstərmişdir ki, inzibati xəta haqqında protokoldan və inzibati tənbeh haqqında qərardan da göründüyü kimi cavabdeh tərəfindən yolnəqliyyat hadisəsi (dönmə manevr qaydalarını pozması) nəticəsində iddia çıya məxsus “Audi Q7” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir.

9. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza rəyinə əsasən 2007-ci il buraxılışlı “Audi Q7” markalı, **-XA*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 4.900 manat məbləğində olduğu, digər 1 adda ehtiyat hissəsi olan (ön sol kulak) barədə məlumat olmadığından həmin ehtiyat hissəsi üzrə qiymətləndirmə aparılmasının mümkün olmaması bildirilmişdir. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyində göstərilən 4900 manat və iş materiallarında olan 01 avqust 2024-cü il tarixli qüsur aktında (ön sol kulak) barədə qeyd olunan 250 manat olması nəzərə alınaraq, 5150 manat dəymiş zərər cavabdehdən tutularaq iddiaç ıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 11 iyun 2024-cü il tarixdə, saat 08:45-də radələrində evdən işə gedərkən Gəncə prospekti, 39 ünvanında, işıqforda geriyə dönmə əməliyyatına icazə verilən yerdən geriyə dönərək yolun ikinci xəttində dayanaraq işıqforda gözləmiş, sarı işıqda keçərkən iddiaçının oğlu Çingizin idarə etdiyi “Audi Q7” avtomaşını sürətlə onun idarə etdiy i avtomaşının üstünə gəldiyini görmüşdür. “Audi Q7” avtomaşının sürücüsü maşını sürətlə sürmüş, cavabdeh təhlükəni hiss etdiyinə görə maşını sola, Çingiz isə sağa çəkmişdir. Bu zaman “Audi Q7” maşını sürətlə yoluna davam etmiş və mağazanın həyətində səkiyə dəyib dayanmışdır. Həmin avtomobilin təkərləri partlamış, bir də qabaq buferi düşmüşdür. Çingiz özü sürət həddini aşıb qəza vəziyyəti törətdiyi halda, maşınından çıxıb onun tərəfə gəldi, əsəbi halda qışqırdı ki, “səbəbkar sənsən sənə görə mənim maşınıma ziyan dəydi”. Sonra polis işçiləri gəlmiş, sarı işıqda keçdiyinə görə protokol tərtib olunmuş, 80 manat cərimə yazılmışdır. Ekspertin rəyini düzgün hesab etmir, o maşına 5.000 manatlıq ziyan dəyməyib. Hadisə gününün axşamı ona bir kişi zəng edərək dedi ki, ya maşına vurduğun ziyanı ödəməl isən, ya da səni məhkəməyə verəcəyik, mən Çingizin atasıyam, Ali Məhkəmədə işləyirəm, o pulu verəcəksən.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 2(103)-4581/2025 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ələkbərov və F.Qəniyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)-370/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti 2 dəlillə əsaslandırılmışdır: 1. hadisənin baş verməsində cavabdehin təqsirinin olmaması; 2. zərərin məbləğinin düzgün hesablanmaması.

15. Birinci dəlilə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh yolayrıcını keçmə qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh vermə haqqında qərarla inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 80 manat miqdarında cərimə olunmuşdur. Protokol və qərar mübahisələndirilməmiş və cərimə ödənilmişdir. Buna görə də, bu dəlil qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

16. İkinci dəlil ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan xüsusat cavabdeh tərəfindən mübahisələndirilsə də, zərərin məbləğinin hansı hissədə mübahisələndirilməsi əsaslandırılmamışdır. Yəni, cavabdehin bu dəlilə münasibətdə sübutetmə yükü ilə bağlı üzər inə düşən vəzifə ondan ibarət idi ki, aktda və ekspert rəyindən göstərilən hər hansı bir ehtiyat hissəsinin zədələnmədiyini və ya dəyərinin göstərilən həddə olmasını əsaslandırsın və bununla bağlı sübut təqdim etsin. Lakin cavabdeh tərəfindən qeyd olunan hallar əsaslandırılmamış, sübut təqdim olunmamışdır.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 384, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 425.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 8, 14, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

20. Belə ki, iddia tamamilə əsassızdır. İddiaçı 5150 manat zərərlə bağlı məhkəməyə hər hansı bir tutarlı sübut, qəbz təqdim etməmiş, məhkəmə isə buna baxmayaraq iddia tələblərini təmin etmişdir. İddiaçı faktiki dəymiş zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, hadisə zamanı nəqliyyat vasitəsinin zədələnməsi nəticəsində təmir xərcləri qüsur aktı ilə hesablansa da, iddiaçının qüsur aktında qeyd olunan rəqəmlər faktiki zərərdən qat-qat yuxarıdır. Odur ki, iddiaçı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkdiyi xərcləri (ödədiyi məbləği) süb uta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün bütün əsaslar mövcuddur. Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə də hüquqi qiymət verməmişdir. Belə ki, iddia üzrə iddiaçının tərəfindən iddia ərizəsinin dəlillərinin tamamilə əsassız olduğuna apellyasiya instansiyası məhkəməsi lazımi hüquqi qiymət verməmişdir. İddiaçı faktiki dəymiş zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iş materiallarında iddia tələbinin təmin edilməməsi ilə bağlı kifayət qədər sübutlar mövcuddur, lakin məhkəmə onlara lazımi qaydada hüquq i qiymət verməmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüqu qu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2- ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələn miş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 10 1.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı şikayətin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

29. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisə olunmayan hallarıdır.

30. Cavabdeh hazırda ilk olaraq vurulmuş zərərə görə təqsirli olmasını mübahisələndirir. Lakin, iş üzrə müəyyən olunmuşdur ki, cavabdeh yolayrıcını keçmə qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmiş, bu əmələ görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol t ərtib olunmuş, cavabdeh protokolu mübahisələndirməmiş və inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 80 manat cəriməni ödəmişdir.

31. Kassasiya şikayətinin digər dəlili zərərin məbləği ilə bağlıdır.

32. Lakin, iddiaçıya vurulan zərərin məbləği müəyyən edilərkən bilavasitə iddiaçının təqdim etdiyi “Qüsur aktı” deyil, iş üzrə keçirilmiş ekspertiza rəyi əsas götürülmüşdür. Cavabdeh həmin rəyin səhv və əsassız olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyini; qüsur aktını; ekspert rəyindən istinad olunan, dəyişməsi və ya təmir edilməsi tələb olunan avtomobil detallarında zədələrin olmamasını təsdiq edən fotoşəkillər və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

33. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaql a, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan avtomobilə vurulan zərərin dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, i ş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 2(103)-4581/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar