Məhkəmə qərarları › İş №2(102)-4097/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4097/2020

27.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4097/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti İlkin iddia tələbi: kirayə haqqı ödənilməklə və gələcəkdə tikiləcək binada mənzil sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılma Qarşılıqlı iddia: kompensasiya olaraq mənzillərin və qeyri-yaşayış sahəsinin, təmir xərclərinin ödənilməsi Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 və vəkili Vəkil İzafət oğlunun, cavabdehin və onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13919/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh3 (bundan sonra – cavabdeh) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 114 saylı evin mülkiyyətçisi olan cavabdehə ailə üzvləri ilə birlikdə (X13, X9, X7, X11, X12) iddiaçı tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada 220 kv.m təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək iddiaçı tərəfindən ona xüsusi mülkiyyətində, ailə üzvlərinin isə qanuni istifadəsində olan yaşayış sahəsinə və mənzilin yerləşdiyi torpaq sahəsinə (tikintialtı + həyətyanı sahə) kompensasiya olaraq həmin mənzilin iddiaçı tərəfindən söküləcəyi yerdə həmin tikinti şirkəti tərəfindən tikiləcək çoxmərtəbəli çoxmənzilli yaşayış binasında hər biri 136 kv.m olan iki ədəd üç otaqlı təmirsiz mənzilin, bu mənzillərin 1 kvadratmetri üçün 2 00 manatdan olmaqla 54400 manatdan ibarət ümumi təmir xərclərinin (272 x 200 = 54.400) və mənzilin qanunvericiliklə müəyyən edilən statusuna əsasən qanuni istifadə hüquqları (yaxud qeydiyyata alınmayan mülkiyyət hüquqları) ilə sahibliklərində olan 74 m2 torpaq sahəsinə görə isə eyni ölçülü qeyriyaşayış sahəsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-453/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(103)-13919/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sə drlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanda mülkiyyətçi olan cavabdehin ailə üzvləri ilə birlikdə (X13, X9, X7, X11, X12) iddiaçı tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada hər biri 120 kv.m sahəsi olan (cəmi 240 kv.m) 2 ədəd tam təmirli mən zil sahəsi ilə təmin edilməsi şərti ilə yaşadığı ünvan 1 ünvanından çıxarılmaları, ilkin və qarşılılqlı iddiaların qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilmişdir. Kassasiya baxışı zamanı məhkəməyə tərəflər arasına bağlanmış barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə icl asında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, eləcə də cavabdeh və onun vəkili məhkəməyə barışıq sazişi ilə yanaşı, yazılı ərizələr təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını bildirdilər və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümyəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını m ümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-ə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MMC-nin direktoru X10 və cavabdeh tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin direktoru X10 ilə Cavabdeh3 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi tə sdiq edilsin: “1. İddiaçı MMC Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova 114 saylı, faktiki sahəsi 134 kv.m olan mənzilin müqabilində aylıq 800 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada hər birinin sahəsi 120 kvm olan 02 (iki) ədəd təmirsiz mənzil sahəsi, təmir üçün 48000 manat pul və binanın 1-ci mərtəbəsində 35 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi verir, Cavabdeh3 isə mənzili boşaldaraq 15 gün müddətində İddiaçı MMC-yə təhvil verir.

2. İnşa ediləcək həmin binanın Salatın Əsgərova küçəsinə baxan hissədə 2 (iki) ədəd hər biri 120.0 kv.metrdən ibarət mənzilləri 6-cı blok, 10-cu mərtəbədə, 3 otaqlı, 120.0 kv.metr 1 ədəd mənzil və 6-cı blok, 11-ci mərtəbədə, 3 otaqlı, 120.0 kv.metr 1 ədəd mənzil.

3. Tərəflər qarşılıqlı olaraq ver dikləri iddialardan, kassasiya şikayətindən imtina edir və mülki iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir.

4. Tərəflər bəyan edir ki, bu Barışıq sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

5. Bu saziş onun imzalandığı andan hüquqi qüvvəyə minir və sazişin şərtləri tərəflərin hüquqi varislərinə də şamil edilir.

6. Bu Saziş 03 nüsxədə tərtib edilir, bir nüsxəsi Cavabdeh3 qızında, bir nüsxəsi İddiaçı MMC-də, bir nüsxəsi də məhkəmədə qalır.

7. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdə və mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edildikdən dərhal sonra bu sazişdə nəzərdə tutulmuş müqavilələr, kirayə haqqı və təmir xərci üçün pul Cavabdeh3 İddiaçı MMC tərəfindən verilir.” Bakı Apelyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-13919/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh3 qarşı kirayə haqqı ödənilməklə və gələcəkdə tikiləcək binada mənzil sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılma tələbinə dair ilkin iddiası və cavabdehin kompensasiya olaraq mənzillərin və qeyri-yaşayış sahəsinin, təmir xərclərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar