Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4097/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və X4 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və X4 "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2023 nömrəli, 24 avqust 2023-cü i l tarixli qərardadından maraqlarına toxunan şəxs kimi X kassasiya şikayətinə 01 notyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu və X9 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişlər.
2. Ərizəçilər tələbi onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 2172 ünvanında yerləşən torpaq sahəsi üzərində Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu, X9 və mərhum X2 ümumi birgə mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. X5 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra da onlar bu bağ sahəsi ndən istifadəni davam etdirmişlər. Vərəsəliyin qəbuluna dair ərizə ilə bağlı Abşeron rayon 2 saylı Notariat Kontoru xx.xx.2011-ci il tarixli, 22 saylı məktubla bağ sahəsinə dair vərəsəlik işinin açılmasına qoyulmuş müddətin keçdiyini bildirmişdir. Bağ sahəsindən X2 vəfatından sonra da mütəmadi olaraq istifadə etdikləri üçün miras əmlakın qəbuluna dair ərizə ilə müraciət etmişlər.
3. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 ünvanında yerləşən torpaq sahəsinin mərhum X3 aid miras hissəsinin ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. (hakim Şəmsəddin Abasov) b)Apellyasiya instansiyası məh kəməsində icraat
4. X qətnamə ilə maraqlarına toxunan şəxs kimi Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi onun hüquqlarına toxunur və o, qətnamə barədə Abşeron Rayon Məhkəməsində e-2(012)2863/2022 saylı işə baxılarkən məlumatlı olmuşdur. Mərhum Ərizəçi4 X ilə birgə nikah münasibətlərindən X, X10, X6, X7, X və X8 anadan olmuşdur. Tərəflərin atası Ərizəçi4 xx.xx.2013-cü il tarixdə, anası isə xx.xx.2006-cı il tarixdə vəfat etmişlər. xx.xx.2015-ci il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisində 2V-1-23 reyestr nömrə və xx.xx.2019-cu il tarixdə 2V-63 reyestr nömrə ilə təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılanda X vərəsəliyə dəvət edilməmiş və bununla da onun hüquqları pozulmuşdur.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair 22 may 2023-cü il tarixli qərardad ləğv edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakimlər Almaz Sül eymanova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)
8. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bu baxımdan demək olar ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması mülki-prosessual qanunverciliyin tələblərinə uyğun deyildir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzər ə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq ed ilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etd iyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasını n spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işdə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir.
11. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etm əlidir. Lakin hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran m əhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.
13. Apellyasiya instansiya məhkəməsi müəyyən edib ki, maraqlı şəxsə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə Abşeron Rayon Məhkəməsinin 0 6 aprel 2023-cü il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs qismində X tərəfindən 01 aprel 2023-cü il tarixdə, yəni mübahisəli qətnamədən 11 ildən çox müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gəti rib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, maraqlı şəxs X məhkəmə araşdırması zamanı mübahisələndirilən məhkəmə qətnaməsi barədə 2021-ci ilin oktyabr ayında məlumat əldə etdiyini, lakin 28 yanvar 2023-cü il tarixdə müraciət edərək məhkəmə qətnaməsini rəsmi qaydada qəbul etdiyini bildirdi.
15. Apellyasiya instansiya məhkəməsi onu da müəyyən etmişdir ki, X eləcə də xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli qətnaməsini ə ldə etmək üçün məhkəməyə müraciət etmişdir.
16. Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunan hüquqi mövqedən çıxış edərək hesab etmişdir ki, X11 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an müəyyən edilməli, sözügedən tarix təsbit edildikdən sonra 11 il müddətin keçməsində apellyatorun təqsirinin olub-olmamasına, həmçinin onun bu barədə məlumatlı olduqdan sonra qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddətə əməl edib-etmədiyinə, hər iki halda müddətin buraxılmasının üzrlü sayılıb-sayıla bilməyəcəyinə hüquqi qiymət verilməlidir.
17. X mübahisələndirilən məhkəmə qətnaməsindən ən azından 2021-ci il tarixdən məlumatlı olmuşdur. Məhkəmə qətnaməsinin rəsmi qaydada verilməsi ifadəsi hərfi məna daşımamaqla şəxsin məhkəmə aktı barədə məlumatlı olmasını ehtiva edir. Eyni zamanda qeyd olunmalıdır ki, maraqlı şəxs 2021-ci ilin oktyabr ayında məhkəmə aktı barədə məlumatlı olsa da, məhkəmə aktını rəsmi qaydada əldə etməsi ilə bağlı hərəkət etməmiş, apellyasiya şikayəti verməmişdir. Bununla yanaşı, məhkəmə iclasında izahat verən X bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, 1996-cı ildən Azərbaycanda yaşayır. Qeyd edilən mübahisəli torpaq sahəsində 1988-ci ildən olmamışdır. Həmin sahədən valideynləri, daha sonra bacı və qardaşları istifadə etmişlər. Onun yaxın qohumları ilə münasibəti gərgin olduğundan həmin bağ sahəsinə son 2 ilədək getməmişdir. Eləcə də anasının ölümündən sonra da torpaq sahəsi ilə maraqlanmamış, oradan istifadə etməmiş, mirasın qəbulu ilə bağlı notariat orqanına müra ciət etməmişdir. Göründüyü kimi X mirasın qəbulunda maraqlı olmamış, ötən 11 il ərzində torpaq sahəsi ilə maraqlanmamış, istifadə və sahiblik etməmiş, mirasın qəbulu ilə bağlı nortariat orqanına müraciət etməmiş, mübahisəli qətnamədən 11 il müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Bundan başqa, şikayətdə X tərəfindən onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmasının onun iradəsindən asılı olmaması, məhkəmə aktı barədə məlumat əldə etdikdən (2021-ci il) sonra həmin aktı uzun müddət ərzində mübahisələndirməməsinin səbəbləri, müddətin də ötürülməsinin üzürlü səbəbləri ilə bağlı hallar əsaslandırılmamışdır.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi n əticəni Mülki Prosessual Məcəllənin 128.1, 130.1, 357.1, 357.2, 360, 363.1, 363.2, 363.4, 364.1, 364.2, 366.1, 366.2, 366.3, 372.1, 372.7 və 384.0.6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. X (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Lakin məhkəmə özünün 22 may 2023-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü haqq ında qərardadını 24 avqust 2023-cü il tarixdə ləğv edərək şikayəti mümkünsüz saymışdır. Bu isə MPM-in 361-ci maddəsinin pozulmasıdır. Belə ki, iş üzrə 3 məhkəmə iclası təyin edilmiş, sorğular göndərilmişdir. Məhkəmə səlahiyyət həddini aşaraq səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə ərizəçilər tərəfindən etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya ş ikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 363.4. Bu Məcəllənin 363. 1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən ası lı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamə nin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən iki əsasa – prosessual müddətin ötməsinə; müddətlə bağlı məsələyə birinci instansiya məhkəməsinin qiymət verməməsinə istinad etmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 818-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
27. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikay ətinin dəlilləridir.
28. Kassasiya şikayətinin iş üzrə 3 məhkəmə iclasının təyin edilməsi, sorğular göndərilməsindən sonra apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən apellyasiya instansiyası məhkəməsinin səlahiyyət həddini aşması barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsaslı saymır.
29. Nəzərə alınsa ki, Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması... müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunverciliyə uyğun olmuşdur.
30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X-in kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.