Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4098/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4098/2022 (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ASC (bundan sonra-iddiaçı və ya bank ) ilə Cavabdeh2 MMC (bundan sonra-cavabdeh) arasında bağlanmış 19 avqust 2014-cü il tarixli 299/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 60 ay müddətinə, illik 6 faiz olmaqla, 200 000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun ödənilməsini öhdəsinə götürmüşdür.
3. İddiaçı ilə cavabdeh və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 20 avqust 2014-cü il tarixli ipot eka müqaviləsinə əsasən ipoteka qoyan özünə məxsus olan ünvan 1də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri (ipotka predmetinin bazar dəyəri 280 000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə cavabdehin yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. 4. ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri İddiaçı ASC-nin xeyrinə yüklü edilərək 27 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır.
5. İddiaçı, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı, Cavabdeh2 MMC-dən 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun plaraq) hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmediyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qr afikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 200.000 manat əsas, 32.375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablanan 305.56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublkası MM-in 445.7-c maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 232.681.54 manat borcu mövcuddur.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(007) 1782/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 26 yanvar 2021-ci il tarixli rəylə müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən 63/64/65/67 nömrəli mənzillərə hazırkı bazar qiyməti 600.000 manat təşkil edir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (H.Əhmədova) 05 aprel 2021-ci il tarixli, 2(007)-254/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MMC-dən 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra hesablanmış məbləğ olmaql a, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan, ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 600 000 (altı yüz min) manat müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilin b oşaldaraq, Banka təhvil verilməsi qət olunmuşdur.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməmiş və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 MMC öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır.
11. Birinci instansiy a məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə uyğun olaraq ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərin hərracda ilkin satış qiyməti qiymətləndiricinin rəyinə uyğun olaraq 600 000 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü, 34.1.1-ci, 47.4-cü, 59.3.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu, 295 -ci, 296.1-ci, 442-ci, 445.7-ci, 448-ci, 449.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, bankın iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddialarını təmin edərək əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakları n real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən əmlakların qiymətini qiymətləndirilməyə dair hesabata əsasən 600000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Belə ki, “İpoteka Haqqında” Qanunda qeyd olunub ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Hesab edirlər ki, əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edirlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur.
15. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nizamı rayon məhkəməsi 2(007)-254/2021 saylı mülki iş üzrə 05 aprel 2021-ci ıl tarixli qətnaməsi ilə mübahisə ilə əlaqəsi olmayan bəzi müddəaları özündə əks etdirməklə düzgün olmayan nəticə əldə edilməsinə səbəb olaraq ciddi qanun pozulması hallarına yol vermiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuş məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Məhkəmə bir sıra qanuni müddəalara toxunsa da prosessual tərəf olan cavabdehlərin AR MPM-nin müvafiq maddələrində nəzərdə tutulan hüquqlardan istifadə etməsini və məhkəmə iclasında iştirakını məhdudlaşdırmış cavabdehlərə məhkəmə iclasının bildirişinin çatıb-çatmamasını araşdırmamış. AR MPM-nın 185.5-cı maddəsini əsas götürərək iş üzrə əsas tərəf olan cavabdehlərın iştirakı olmadan iclas keçirərək konstitusion hüquqların pozulması ilə nəticələnən qərarını qəbul etmişdir ki, bu da qanunla yolverilməzdir. Bunun da nəticəsi olaraq Əsas Qanun olan Konstitusiyada və eləcə də AR MPM-nin müvafiq müddəalarında nəzərdə tutulan hüquqlar birinci instansiya məh kəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Birinci instansiya zamanı mübahisə predimeti olan kredit müqaviləsi ilə bağlı yaranan hüquqi əsasın mahiyyəti ondan ibarətdir ki, bu müqavilənin əsasında iddiaçının niyyəti müqavilə üzrə öhdəliklər üzrlü səbəblərdən olsa belə gecikmələrlə icra edildikdə təminat olaraq rəsmiləşdirilmiş daşınmaz əmlakı ələ keçirilmək olmuşdur ki, işi qeyriobyektiv araşdıran birinci instansiya məhkəməsi cavabdeh tərəfin iştirakını təmin etmədiy üçün əsl niyyəti araşdıraraq ədalətli qərar qəbul etməmişdir. Mübahisə predimeti olan 299/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 2014-cü il tarixdə bağlanılmış və verilmiş kredit borcundan müəyyən ödənişlər ödənilmişdir. Sonradan MMC-nin fəaliyyətində sıxıntılar yarandığından kreditin ödənilməsində gecikmə hall arı baş vermişdir. 2020-ci ilin fevral ayından etibarən qlobal problemə çevrilən pandemioloji vəziyyət digər sahələrə mənfi təsir etdiyi kimi "xxxx" MMC-nin də fəaliyyətinə mənfi təsir etmiş və qalıq kredit məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. Birinci instansiya məhkəməsi ədalətli qərar qəbul etmək əvəzinə yalnız iddiaçının oz möhürü ilə təsdiqlənmiş sənəd əsasında qərar qəbul etmişdir. İddiaçının tələb etdiyi borcun konkret nə qədər əsas və faiz borcdan ibarət olması tələb edilən borcun hansı dövrdən hansı dövrədək olması, ödənilən ödənişlərin nə qədər vəsait təşkil etməsi, faktiki dövrədək borc hesablanmalı olduğu halda borcun əhatə dövrünün iddia verildikdən sonrakı dövrə də şamil edilməsi və s. halların dəqiq müəyyənləşdirilməsi üçün xüsusi biliyə malik olan ekspert hesabl amalar əsasında rəy verməli idi. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi tələb edilən borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini təyin etmək əvəzinə iddiaçının təqdim etdiyi sənəd əsasında qərar qəbul etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin müəyyənləşdirilməsi üçun əmtəəşunaslıq ekspertizası keçirilməsini təmin etmədən hansısa MMC-nin rəyi əsasında öz qərarını elan etmişdir. İpoteka ilə yüklü edilən əmlaklın real bazar qiyməti qətnamədə göstərilən məbləğlərdən tamamilə fərqlənir. Belə ki, təkcə onu bildirmək kifayətdir ki, qətnamədə ilkin satış qiyməti 600.000 manat qiymətində göstərilən ünvan 1 ünvanında yerləşən 113 m2 yaşayış sah əsindən ibarət 7 otaqlı mənzillərin (tam təmirli və evro şəraitli, müasir avropa standartlarına uyğun mənzillər) real bazar qiyməti ən pis halda 1.200.000 manat təşkil edir. Təəssüflər olsun ki, işə baxılmasında maraqlı olan iddiaçı və birinci instansiya məhkəməsi bu halları ört-basdır etmək üçün əmtəəşünaslıq və mühasibatlıq ekspertizalarının keçirilməsi məsələsindən yan keçmişlər. Apellyasiya instansiya məhkəməsi işə apellyasiya qaydasında baxarkən qəbul ediləcək qərarın obyektivliyini təmin etmək üçün kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların, həmçinin, kredit müqaviləsi üzrə yaranmış borcun, eləcə də edilmiş ödənişlərinin dəqiq məbləğinin müəyyənləşdirilməsi üçün öz təşəbbüsü və EKOKAT” MMC-nin haqqlı tələbi ilə məhkəmə əmtəəşünaslıq və məhkəmə- mühasibatlıq ekspertizaları keçirəcəyinə ümid etdiklrini bildirmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 21 dekabr 2021-ci il tarixli, UNİ/N 63-1146/21 saylı Qiymətləndirmə Rəyinə əsasən qiymətləndirici qarşısında qoyulmuş sualların həlli ilə bağlı aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı binanın 210 kv.m ümumi, 113 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 63/64/65/67 saylı mənzilin 21 dekabr 2021-ci il tarixinə bazar dəyəri 779.600,0 (yeddi yüz yetmiş doqquz min altı yüz) manat, likvid dəyəri 701.600,0 (yeddi yüz bir min altı yüz) manat təşkil edir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), Z.Şirinov və R.Eyvazov) 2(103)-361/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tutulması qət olunan borcun məbləğin və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, borc məbləğinin 232.681, 54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat əvəzinə 223,436,91 (iki yüz iyirmi üç min dörd yüz otuz altı manat 91 qəpik) manat (o cümlədən: o cümlədən: əsas borc üzrə 190.966,67 AZN, faiz borcu üzrə 32.164,74 AZN, faiz borcu (illik 5 %-lə hesablanmaqla) 305,50 AZN. ) müəyyən olunması, ipoteka predmeti olan ünvan 1-də yerlə şən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərin ilkin satış qiymətinin likvid qiymət olaraq 701.600,0 (yeddi yüz bir min altı yüz) manat müəyyən olunması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, borclu Cavabdeh2 MMC İddiaçı ASC ilə bağladığı 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 MMC öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaq la, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır.
20. Apellyasiya instansiya məhkəməsi qeyd edilən likvid dəyəri ilə razılaşarkən ipoteka predmeti olan mənzilin yerləşdiyi ərazinin xüsusiyyətlərini (Piyada getmək baxımından (1 km.-dən aşağı) “Sahil metrostansiyasının, Fəvvarələr Meydanının, Malakan bağının yaxınlığında), mənzilin yerləşdiyi binanın Arxitektur layihəsini, Fasad örtüyünü, həmçinin, mənzilin özünün təmirli olması və.sair baxımından xüsusiyyətlərini nəzərə almışdır.
21. Apellyasiya Məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279.-cu, 295-ci, 296.1-ci, 442-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci, «İpoteka haqqında» Qanunun 33-cü, 34.1.1-ci, 47.4-cü, 59.3.2-ci əsaslandırmışdır.
1. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri maddələrinə istinadla Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)361/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ipoteka predmetinin qiymətinin dəyişdirilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar q iymətini nəzərə almamışdır. BakıApellyasiya Məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün hüquqi qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyinin olmaması barəsində səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 9/8594 saylıməhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsaslanmışdır. Belə ki, Cavabdeh2 MMC-nin xx.xx.2014-cü il tarixli, 299/14 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyinə əsasən kredit müqaviləsinin müddətinin bitdiyi, yəni xx.xx.2019-cu il tarixinə 199.966,67 manat məbləğində əsas və 33.164,74 manat məbləğində faiz borcunun olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunan hesabdan çıxarışda cavbdehin ödən işləri öz əksini tapmışdır. Lakin ekspert hesabdan çıxarışda göstərilən ödənişləri nəzərə almayaraq səhv hesablamışdır. Belə ki, cavabdeh tərəfindən sonuncu dəfə cavabdeh tərəfindən 20.000 manat ödəniş olunsa da, ekspert yalnız 10.000 manat ödəniş olmasını nəzərə alaraq qalıq borcu düzgün müəyyən etməmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi ekpert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir Məhkəmələr tərəfindən təyin olunan ekspert rəylərində olan uyğunsuzluqlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi natamam olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, UNİ/N 63-1146/21 saylı qiymətləndirmə rəyini əsas sübut kimi qəbul etmiş və mülki işi tam araşdırma aparmadan iddia tələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən Bakı Apellyasiya Məhkəməsi prosessual baxımdan da səhvə yol vermişdir. Hesab edirik ki, kassasiya şikayəti təmin edilməlidir.
24. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya məhkəməsinin (sədrlik edən hakim Ş.Məmmədova) 2(103)- 361/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul еdilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ekspert tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini açıq-aşkar pozulması halları na hüquqi qiymət verilməmişdir və təkrar ekspertiza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nəzərə almamışdır ki, Bank tərəfindən Cavabdeh2 MMC-nin etdiyi ödənişlərin nəzərə alınmaması, iqtisadi çətinlik ərəfəsində olan cavabdehə faiz borcu pulun hesablanması tamamilə qanunsuzdur. Məhkəmə tərəfindən qətnamədə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 445.7, 449.1-ci maddələrinə istinad edilmişdir, lakin nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi borcun konkret nə qədər əsas və faiz borcdan ibarət olması, tələb edilən borcun hansı dövrdən hansı dövrədək olması, ödənilən ödənişlərin nə qədər vəsait təşkil etməsi, faktiki dövrədək borc hesablanmalı olduğu halda borcun əhatə dövrünün iddia verildikdən sonrakı dövrə də şamil edilməsi hallarına lazımi hüquqi qiymət verilməmiş, həmçinin, məhkəmə mübahisəsi dövründə cavabdeh tərəfindən eyni gündə fərqli qəbz nömrələri ilə 10.000+10.000 manat olmaqla edilən 20.000 manat ödənişdən yalnız 10.000 manat nəzərə alınmışdır. Beləliklə Bank tərəfindən əsassız olaraq artıq əsas və faiz borcu hesablanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1-ci maddələrin isə tətbiqini yolverilməz hesab edirik. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində ilkin satış qiyməti 700.000 manat qiymətində göstərilən ünvan 1 ünvanında yerləşən 113 m2 yaşayış sahəsindən ibarət 7 otaqlımənzillərin (tam təmirli və evro şəraitli, müasir avropa standartlarına uyğun mənzillər) real bazar qiyməti ən pis halda 1.200.000 manat təşkil edir. Təəssüflər olsun ki, işə baxılmasında maraqlı olan MMC-nin eksperti qiymət məsələsinin d əqiqləşdirilməsindən yan keçərək cüzi fərqlə başqa məbləğ yazmışdır. Məhkəmə tərəfindən qətnamədə Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 217.1, 217.2, 217.3-cü maddələrində nəzərdə tutulmuş normalara lazımi hüquqi qiymət verməmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosesual hüquq normaları düzgün tətbiq edilsəydi bu mənim iddiamın tam təmin edilməsi ilə nəticələnərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
29. Maddə 445.4. İcra üçün t əqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
33. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
35. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
36. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
37. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həm in evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kassasiya baxışının hədləri
38. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfi ndən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-361/2022 nömrəli mülki iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.