Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4098/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və buna əsas olmuş qeydlərin ləğv olunması, qanunsuz zəbt olunmuş torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, xarici dövlətdə verilən etibarnamənin qüvvədə olma müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrli k edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 2(103)6386/2025 nömrəli qərardadından iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Lökbatan qəsəbəsi, XXX, ev 7 torpaq sahəsinin üzərində olan tikilidən və torpaq sahəsindən çıxarılması; cavabdehdən 26.100 manat zərərin əvəzi – əldən çıxmış fayda və ödənilmiş 168 manat dövlət rüsumu olmaqla, cəmi 26.268 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsinin alğı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin və üzərində olan tikiliyə dair Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış və ona əsas olmuş qeydlərin ləğv olunması; əvvəl verilmiş iddia tələbi nəzərə alınmaqla Cavabdeh1 qanunsuz zəbt olunmuş, ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəh əri Qaradağ Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(002)1461/2025 nömrəli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi təmin edilməmişdir.
4. İddiaçının adından vəkil Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 2(103)-6386/2025 nömrəli qərardadı ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və F.Talışinski) apellyasiya qeyri-mümkün hesab edilmiş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı aşağıda qeyd edilən iki əsasa görə qeyri-mümkündür.
7. Birincisi, məhkəmən in, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan “Dövlət rüsumunun hesablanması kalkulyatorundan” əldə etdiyi hesablamadan görünür ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün 84 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin, apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, apellyator 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
8. İkincisi, apellyasiya şikayəti iddiaçının vəkil Nümayəndə tərəfindən elektron qaydada imzalansa da, iddiaçı apellyasiya şikayətini elektron qaydada imzalamamışd ır. Halbuki, iş materiallarına, o cümlədən “Elektron Məhkəmə” İnformasiya Sisteminə hazırkı iş üzrə əlavə edilmiş sənədlər sırasında vəkil Nümayəndəa iddiaçının adından apellyasiya şikayətinin verilməsi səlahiyyətini özündə ehtiva edən iddiaçının ona verdiyi etibarnamə yoxdur.
9. Belə ki, iddiaçının ABŞ-nin Nyu York şəhərində vəkil Nümayəndə adına 29 iyul 2023-cü il tarixdə verdiyi etibarnamədə (iş v. 59 və 62), etibarnamənin hansı müddətə verilməsi qeyd olunmadığı üçün həmin etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə görə, 1 il müddətinə verilmiş sayılır. Apellyasiya şikayəti isə vəkil Nümayəndə tərəfindən 05 noyabr 2025-ci il tarixdə elektron qaydada imzalanmışdır. Lakin Rayon Məhkəməsi iş üzrə iddiaçının apellyasiya şikayətini qaytarmamış, şikayəti mülki iş lə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
10. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qeyd edilən bu hal da, apellyasiyanın mümkünlüyü üçün əsasın olmaması qənaətinə gəlməyə əsas verir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2, 363.1.1, 363.1.2, 366.2-ci, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. İddiaçının adından vəkil Nümayəndə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 2(103)6386/2025 nömrəli qərardadının ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1, 18-ci, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Konvensiyanın 1-ci, Mülki Prosessual Məcəllənin 14.1-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Belə ki, etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Apellyasiya məhkəməsinin Amerikada verildiyi etibarnaməsində müddətin göstərilməməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanuna və Mülki Məcəllənin 363.2-ci maddəsinə uyğundur. Apellyasiya məhkəməsi müddətsiz olan xaricdə verilmiş etibarnaməni bir il müddətinə verilmiş kimi qiymətləndirilmişdir. Digər tərəfdən, apellyasiya məhkəməsi həmin etibarnamə ilə vəkilə verilmiş hüquqların mahiyyətin və həcmini nəzərə almamışdır. Sözügedən ABŞ-də vəkilin adına verilən etibarnamədə 05 oktyabr 1961-ci il Haaqa Konvensiyasına istinad olunmaqla, ona uyğun tərtib edildiyi qeyd olunur. Azərbaycan Respublikası bu Konvensiyasının iştirakçısıdır. Məhkəmə tərəfindən şərait yaratmış olsaydı, vəkil çatışmayan 34 manatı ödəyib, X1 verilmiş etibarnamə ilə bağlı beynəlxalq hüquq normaların qeydə etməklə izahı verərdi.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı yaz ılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmi n Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayə ti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 18. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. 19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhk əmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
21. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini 2 əsasla qeyri-mümkün hesab etmişdir: dövlət rüsumunun az ödənilməsi və vəkilin apellyatorun a dından apellyasiya şikayəti vermə səlahiyyətinin olmaması.
22. Birinci əsasa münasibətdə qeyd olunmalıdır ki, iddiaçı ilkin olaraq cavabdehin daşınmaz əmlakdan çıxarılmasını və 26100 manat pulun ödənilməsini tələb edərək, bu tələbə münasibətdə birinci instansiya məhkəməsinə 168 manat məbləğində dövlət rüsumu ödəmişdir.
23. Lakin, sonradan iddia tələbi dəyişdirilmiş, müqavilənin etibarsız hesab edilməklə, cavabdehin mübahisəli torpaq sahəsindən və tikilidən çıxarılması xahiş olunmuşdur.
24. Göründüyü kimi, iddiaçının tələbi ilk olaraq qiymətləndirilən iddia olmaqla, məbləğə münasibətdə dövlət rüsumu ödənilsə də, sonradan azaldılmış tələb hazırkı məhkəmə təcrübəsində qiymətləndirilməyən iddia kimi qəbul olunur və “Dövlət rüsumu haqqında” Qanunun 8.2 və 8.6-cı maddələrinə əsasən bu tələbə mün asibətdə apellyasiya şikayəti verilərkən 50 manat dövlət rüsumu ödənilməlidir.
25. İddiaçının apellyasiya şikayətinə 50 manat dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərardadı əsaslı olmamışdır.
26. Apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin ikinci əsasına münasibət bildirərək kassasiya məhkəməsi qeyd edir ki, İddiaçı bir sıra səlahiyyətləri, o cümlədən məhkəmə aktından şikayət verilməsi səlahiyyətini Nümayəndə Nyu-York Ştatının dövlət notariusu kimi səlahiyyətləndirilmiş Roksana Perdomonun təsdiq etdiyi tarixi göstərilməyən, lakin notariusun səlahiyyəti 14 yanvar 2020-ci il tarixdə Kvins rayonu və Ali Məhkəmənin katibi Audrey İ.Pheffer tərəfin dən təsdiq olunmuş etibarnamə ilə həvalə etmişdir.
27. Həqiqətən, həmin etibarnamədə onun qüvvədə olma müddəti qeyd olunmamışdır.
28. Lakin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hala istinad etməklə, əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə istinad etmiş və hesab etmişdir ki, etibarnamə 1 il müddətinə verilmiş sayılır.
29. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur.
30. Açıq internet məlumatlarından müəyyən olunur ki, X1 etibarnamənin (Power of Attorney, POA) qüvvədə olma müddəti qanunvericiliklə məhdudlaşdırılmayıb, orada müddət göstərilməyibsə, etibarnamə müddətsiz qüvvədə olur. Bu halda, e tibarnamənin müddəti onun vermiş şəxs tərəfindən geri tələb edilməsi və ya ölümü ilə məhdudlaşdırılır.
31. Beləliklə, hazırkı məsələyə “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 18-ci maddəsi tətbiq edilməklə, belə nəticəyə gəlmək olar ki, iddiaçının adından vəkilə etibarnamə X2 hüququna əsasən müddətsiz verilmişdir.
32. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə görə, vəkilə etibarnamənin verilməsindən uzun müddət keçməsi nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsinin etibarnaməyə yuxarıda qeyd olunan səbəblərdən hər hansı birinə görə xitam verilib-verilməməsinə dair əlavə sübutları iddiaçının vəkilindən tələb etmək hüququ vardır.
33. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının adından verilmiş apellyasiya mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2025-ci il tarixli, 2(103)-6386/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları iddiaçının apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.