Məhkəmə qərarları › İş №2(102)-4099/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4099/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4099/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “podrat müqaviləsi üzrə pul" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3110/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsindən cavabeh "xxxx" MMCnin kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (sifarişçi) "xxxx" MMC-nin (podratçının) arasında xx.xx.2020-ci ildə yazılı formada podrat müqaviləsi bağlanmışdır.

2. Podratçı üzərinə öhdəlik götürmüşdür ki, sifarişçiyə aid olan, Pirşağı qəsəbəsi, “Hidrotexniki” b/y-nin 131/132 nömrəli bağ sahəsi ərazisində yerləşən torpaq sahəsində bağ evinin tikinti işlərinin icrasını həyata keçirəcək. Müqaviləyə əsasən podratçı işləri öz qüvvə, avadanlıq, alət, mexanizm və digər lazımi materialları ilə icra etməyi öhdəsinə götürür.

3. Sifarişçi isə üzərinə öhdəlik götürmüşdür ki, bu işin müqabilində podratçıya muzd ödəyəcək. Podratçı tərəfindən görüləcək işin ümumi həcmi 343 kv.m, sifarişçi tərəfi ndən ödəniləcək pulun ümumi məbləği isə 65.000 manat müəyyən edilib. Ödənişin bu qaydada həyata keçirilməsi razılaşdırılıb: 1) birinci mərhələyə aid işlər üçün 19.500 manat müqavilə imzalandığı zaman ödəniləcək; 2) ikinci mərhələyə aid işlər üçün 19.500 manat birinci mərhələyə aid işlər tamamlandıqdan dərhal sonra ödəniləcək; 3) üçüncü mərhələyə aid işlər üçün 19.500 manat ikinci mərhələyə aid işlər tamamlandıqdan dərhal sonra ödəniləcək; 4) işlər tamamlandıqdan və işlərin nəticəsi təhvil-təslim aktı ilə qəbul edildikdən sonra qalıq 6.500 manat ödəniləcək. Müqavilədə qeyd olunmuşdur ki, işlər 90 gün ərzində tamamlanacaq.

4. Daha sonra podrat müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sifarişçi ilə podratçının arasında xx.xx.2021-ci ildə müqavilə bağlanmışdır. Bu müqavilədə qeyd ol unmuşdur ki, evin inşasının üçüncü mərhələsində nəzərdə tutulmuş dəmir-beton-tavan işlərinin tamamlanması üçün sifarişçi tərəfindən alınacaq materiala (12 mm-lik 2,2 ton armatur və digər) çəkiləcək xərclər podrat müqaviləsinin 3.2.4-cü bəndində göstərilən məbləğdən (işlərin nəticəsi təhvil-təslim aktı ilə qəbul edildikdən sonra ödəniləcək 6.500 manatdan) çıxılacaq və podratçı üzərinə öhdəlik götürür ki, podrat müqaviləsi üzrə öhdəliklərini bu müqavilənin imzalandığı xx.xx.2021-ci ildən sonra 30 təqvim günü ərzində yerinə yetirəcək.

5. Sifarişçi podratçıya 59500 manat ödəniş edib, lakin görülən işlərin həcmi həmin məbləğdən az olmuşdur. Mübahisə bununla bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə Sabunçu R ayon Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tikintinin başa çatdırılması üçün tələb edilən 25.851 manatın, 800 manat ekspertiza xərcinin və 171 manat dövlət rüsumunun, ümumilikdə 26.822 manat pul vəsaititini tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, podrat müqaviləsinin 3-cü bəndinə əsasən tikinti işləri üç mərhədə həyata keçirilməli və hər mərhələ üzrə ödəniş əvvəlcədən edilməlidir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq ödənişləri həyata keçirmiş, hətta tikintinin ikinci mərhələsi başa çatmamış üçüncü mərhələnin də ödənişini (üç mərhələ üzrə ümumilikdə 59.550 manat) həyata keçirmişdir. Ödənişləri “Elit Memarlıq" MMC adından cavabdehlər Cavabdeh1 (MM C-nin direktoru) və Cavabdeh3 (Cavabdeh1 qardaşı) qəbul etmiş, bütün ödənişlər “Elit Memarlıq" MMC-nin möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderi əsasında həyata keçirilmişdir. Ödəniş tarixləri və məbləğlərini belə olmuşdur: xx.xx.2020-ci il 13000 manat, xx.xx.2020-ci il 6900 manat, xx.xx.2020-ci il 12.000 manat, xx.xx.2020-ci il 2000 manat, xx.xx.2020-ci il 4000 manat, xx.xx.2020-ci il 2150 manat, xx.xx.2020-ci il 2000 manat, xx.xx.2020-ci il 1000 manat, xx.xx.2020-ci il 1000 manat, xx.xx.2021-ci il 2000 manat, xx.xx.2021-ci il 1500 manat, xx.xx.2021-ci il 2000 manat, xx.xx.2021-ci il 3000 manat, xx.xx.2021-cı ıl 7000 manat.

8. İddiaçı sifarişçi kimi üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin, podratçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş və tikinti yarımçıq qa lmışdır. Bununla bağlı iddiaçı tərəfindən daxili işlər orqanlarına müraciət olunmuş və müvafiq araşdırma da aparılmışdır. Aparılmış araşdırma zamanı "xxxx" MMC-nin direktoru Cavabdeh1 və onun qardaşı izahatlarında qeyd edilən məbləğdə pulu aldıqlarını və işin yarımçıq qalmasını etiraf etmişlər.

9. Daha sonra tərəflər xx.xx.2021-ci il tarixdə xx.xx.2020-ci il tarixli SC/092 №-li podrat müqaviləsinə əlavə imzalamışlar. Həmin əlavənin 3-cü bəndinə əsasən podratçı öhdəsinə götürmüşdür ki, SC/092 nömrəli podrat müqaviləsi üzrə öhdəliklərini 30 təqvim günü ərzində yerinə yetirəcək. Əlavənin 2-ci bəndində isə nəzərdə tutulmuşdur ki, işlərin tamamlanması üçün sifarişçi kimi iddiaçı tərəfindən alınacaq materiala (2,2 ton 12mm armatur) ödəniləcək xərclər SC/092 nömrəli podrat müqaviləsinin 3.2.4-cü bəndində qeyd olunan məbləğdən çıxılacaq. Qeyd edilən material (2,2 ton 12mm armatur) iddiaçı tərəfindən alınmış və dəfələrlə şifahi qaydada məlumat versə də podratçı təşkilatın vəzifəli şəxsləri yenə də müqavilə ilə üzərlərinə düşən öhdəliklərini yerinə yetirməmişlər.

10. Bundan sonra iddiaçı müqaviləyə əlavədə nəzərdə tutulmuş materialı almağını yazılı qaydada da cavabdeh təşkilatın ünvanına (həm hüquqi ünvana, həm də faktiki ünvana) göndərdiyi məktubda bildirmişdir. İddiaçı həmin məktubla qarşı tərəfin diqqətinə çatdırmışdır ki, tikinti işlərinə indiyədək "xxxx" MMC tərəfindən 39.936 manat xərc çəkilmişdir. xx.xx.2021-ci il tarixdək olan bazar qiymətləri nəzərə alındıqda tikintinin başa çatdırılması üçün 19421 manat tələb edilir. Lakin podratçı tərəfindən müqavilə öhdəlikləri vaxtında i cra edilmədiyi üçün qiymətlər qalxması səbəbindən hazırda tikintinin başa çatdırılması üçün 25851 manat tələb edilir. Qeyd edilən məbləğlər tikintinin hazırki vəziyyətinə baxarılaraq verilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir.

11. İddiaçı məktubda həmçinin bunları qeyd etmişdir: “xx.xx.2020-ci il tarixli SC/092 №-li podrat müqaviləsinə xx.xx.2021-ci il tarixdə imzalanmış əlavənin 2-ci bəndində nəzərdə tutulmuş materialı (2,2 ton 12mm armatur) aldığımı bir daha nəzərinizə çatdıraraq aramızda olan podrat müqaviləsi və ona əlavənin şərtlərinin yerinə yetirilməsini, əks təqdirdə tikintinin başa çatdırılması üçün hazırda tələb edilən 25851 manat məbləğində pul vəsaitinin mənə geri ödənilməsini təklif edirəm. Əks təqdirdə müqavilənin 10.2-ci bəndinə və Azərbaycan Respublikası qanunvericli yinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyimi diqqətinizə çatdırıram”.

12. X1 verdiyi xx.xx.2021-ci il tarixli 289 №-li ekspert rəyinə əsasən: 1) fərdi yaşayış evinin tikintisinə müqavilənin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək olan bazar qiymətinə uyğun olaraq 39936 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilir (xidmət haqqı və tikinti materialları daxil olmaqla); 2) fərdi yaşayış evinin tikintisinin başa çatdırılması üçün müqavilənin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək olan bazar qiymətlərinə uyğun olaraq 19421 manat məbləğində pul vəsaiti tələb edilir (xidmət haqqı və tikinti materialları daxil olmaqla), fərdi yaşayış evinin tikintisinin başa çatdırılması üçün hazırki dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq 25851 manat məbləği ndə pul vəsaiti tələb edilir (xidmət haqqı və tikinti materialları daxil olmaqla).

13. Göründüyü kimi indiyədək iddiaçı tərəfindən cavabdehlərə 59550 manat ödənilsə də, qarşı tərəf yalnız 39936 manat məbləği həddində işləri yerinə yetirmiş, bundan sonra heç bir iş görməmiş, həmin müddət ərzində isə tikinti materiallarının qiyməti qalxmış və nəticədə bu gün cavabdehlərin təqsiri səbəbindən tikinti işlərinin yerinə yetirilməsi üçün daha çox, yəni 25851 manat məbləğində pul vəsaiti tələb edilir (xidmət haqqı və tikinti materialları daxil olmaqla).

14. İddiaçı hesab edir ki, hazırda tikintinin başa çatdırılması üçün tələb olunan məbləğ, yəni 25851 manat məbləğində pul vəsaiti cavabdehlərən tutularaq ona ödənilməlidir. Bundan əlavə, tikinti işlərinin qiymətləndirilməsi üçün iddiaçı Alternativ E kspertiza İdarəsinə müraciət edərək rəy almış, ekspertiza xərcləri 800 manat təşkil etmişdir. Həmin məbləğ və hazırki işə görə ödədiyi dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

15. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 21.1, 21.3, 427.3, 442, 443.1, 443.3, 443.5, 445.1, 445.2, 448.2, 759.2 və 762.3-cü maddələrinə isitnad etmişdir.

16. İddiaçı görülən işlərin həcmi ilə bağlı X1 xx.xx.2021-ci il tarixli 289 №-li ekspert rəyini təqdim etmişdir.

17. Cavabdeh1 birinci instansiya məhkəməsinin hazırlıq iclasında göstərmişdir ki, iddiaçı müqavilə üzrə ödənişləri etmədiyi üçün işi davam etdirə bilməmişlər. İddiaçı möhlət verərsə, barışığa getməyə razıdır.

18. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddiaçının təqdim etdiyi rəyə etiraz edərək, həmin rəydə göstəri lən məbləğin şişirdilməsini bildirmiş və mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsi 16 iyun 2022-ci il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5346 №-li rəyinə əsasən yarımçıq vəziyyətdə inşa olunmuş fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə tikintisinə, müqavilənin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 40145,0 manat məbləğində pul vəsaiti (xidmət haqqı və tikinti materialları daxil olmaqla) xərclənib, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinə (müqavilədə nəzərdə tutulmuş icra müddəti nəzərə alınmaqla) əsasən, fərdi yaşayış evinin tikintisinin tam başa çatdırılması üçün, müqavilənin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 19276,0 manat məbləğində pul vəsaiti (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb olunur, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinə əsasən, fərdi yaşayış evinin tikintisinin tam başa çatdırılması üçün, hazırkı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq, təqribən 25851,0 manat məbləğində pul vəsaiti (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb edilir.

21. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ekspert rəyində göstərilən məbləğin şişirdilməsini göstərərək, iddianı qəbul etməmişdir.

22. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, və Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişlər ki, işlərin yubadılmasının səbəbi ondan i barət olmuşdur ki, iddiaçı pulları toplam şəkildə vermirdi, iddiaçı pulu verənədək inşaat materialları bahalaşırdı. Onlar işi yekunlaşdırmağı bu şərtlə təklif edirlər ki, inşaat materiallarının və işçilərin əmək haqqını iddiaçı ödəsin, onlar isə özlərinə çatası gəlirdən imtina etsinlər. Eyni zamanda ekspertiza rəyinə şübhə ilə yanaşırlar və iddianın rədd edilməsini xahiş edirlər.

23. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2540/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 25851 manat və 171 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia Cavabdeh1 və Cavabdeh3 qarşı hissədə rədd olunmuş, ödənilmiş 800 manat ekspertiza xərci iddiaçıya aid edilmişdir. (hakim Tahirə Əsədova)

24. Birinci instansiya məhkəməsi işdəki s ənədlərə əsasən müəyyən etmişdir ki, müqavilədə işlərin üç mərhələdə görülməsi, iddiaçı tərəfindən üç mərhələ üzrə 58500 manat (19500 manat x 3 mərhələ), hər növbəti mərhələnin ödənişi əvvəlki mərhələ təhvil veriləndən sonra edilməsi, işlər təhvil veriləndən sonra isə qalıq 6500 manat pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Kassa mədaxil orderlərinin qəbzlərinə əsasən iddiaçı tərəfindən ödənilməli olan 58500 manatdan artıq vəsait, 59550 manat ödənilmişdir.

25. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tərəfindən 59550 manat ödənilmiş, ekspert rəyinə əsasən həmin pulun 40145 manatı inşaata sərf edilmiş, 19405 manat hissəsi cavabdehlərdə qalmış, bu məbləğ həmin dövr üçün artıqlamasıyla işlərin yekunlaşmasına kifayfət etdiyi halda, hazırda o məbləğdən çox, yəni 25851 manat təl əb olunur. Hazırda iddiaçı üç cavabdehdən müştərək qaydada tikintinin başa çatdırılması üçün tələb edilən 25851 manatın, 800 manat ekspertiza xərcinin və 171 manat dövlət rüsumunun tutulmasını istəyir.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh “Elit Memarlıq" MMC ilə podrat müqaviləsi bağlamış, “Elit Memarlıq" MMC iddiaçı tərəfindən ödənilən pul vəsaitin hamısını tikintiyə yönəltməmiş, iddiaçı bunun nəticəsində ziyana düşmüş, tikinti yarımçıq qalmış, həmin tikintinin yekunlaşması üçün hazırda 25851 manat vəsait tələb edilir və iddiaçı həmin pulu tələb edir.

27. Birinci instansiya məhkəməsi cavabdehin hər mərhələ üçün pullar toplam şəkildə ödənilmədiyindən işlərdə gecikmə baş verməsi barədə etirazının dəlillərinə münasibətdə göstərmişdir ki, pulların hər mərhələ üzrə ödənilməsi hər mərhələ üzrə icraçı tərəfindən aralıq təhvil-təslim aktlarının sifarişçiyə təqdim edilməsindən sonra (müqavilənin 5.1-ci bəndi) nəzərdə tutulmuşdur. Lakin, belə aralıq təhvil-təslim aktları tərtib edilmədiyindən sifarişçi də pulların hər mərhələ üzrə birdəfəyə ödənilməsi tələb edə bilməzdi.

28. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı sifarişçiyə qarşı faktiki olaraq 6446 manat əlavə pul tələbi qoymuşdur. Belə ki, iddiaçı tərəfindən ödənilmiş 19405 manat sifarişçidə qalmışdır.

29. Birinci instansiya məhkəməsi iddia tələbini "xxxx" MMC-yə qarşı qanuni və əsaslı, digər cavabdehlərə isə qarşı əsassız olduğu qənaətinə gəlmiş və göstərmişdir ki, hazırki mübahisə üzrə cavabdeh yalnız “Elit Memarlıq" MMC-dir. Belə ki, müqavilə məhz MMC ilə bağlanmışdır, digər cavabdehlər isə MMC-nin qanuni təmsilçisi və onun qardaşıdır.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-ci, 21.2, 385.1, 386.1, 433.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 752.1, 759.2, 76.2.3-cü, Mülki Prosessual Məcəllənin 52.1, 52.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

31. İş üzrə 23 dekabr 2022-ci il tarixdə yanlışlıq qərardadı və ekspertiza xərcini tutulması barədə əlavə qətnamə çıxarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayətini dəlilləri: - podrat müqaviləsi üzrə razılaşdırılmış məbləğ 65000 manatdır. Lakin iddiaçı bu məbləğin yalnız 59550 manat hissəsini ödəyib. 545 0 manat hissə ödənilməmiş qalıb. İddiaçı tərəfindən 5450 manat ödənilmədiyi halda, cavabdehin tikinti işlərinə sərf edəcək məbləğin indiki dövrün bazar dəyərinə mütənasib olaraq ödəməsi məqsədə uyğun deyil; - məhkəmə ekspert rəyini əsas götürsə də, rəyi digər sübutlarla yanaşı qiymətləndirməmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3110/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov )

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, podrat müqaviləsi xx.xx.2020-ci ildə bağlanıb, işlərin icra müddəti 90 gün müəyyən edilib, daha sonra işlərin icrası müddəti xx.xx.2021-ci ildən hesablanmaqla 30 təqvim günü uzadılıb, bununla da işlərin icrası müddəti xx.xx.2021-ci ildə başa çatıb. Bundan 4 ay sonra – xx.xx.2022-ci ildə hazırkı iddia ərizəsi verilib. Birinci instansiya məhkəməsində müəyyən edilib ki, evin tikintisi tam başa çatmayıb, yarımçıq vəziyyətdə olan evin tikintisinə podrat müqaviləsinin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 40.145 manat (xidmət haqqı və tikinti materialları daxil olmaqla) xərclənib. Podrat müqaviləsinin şərtlərinə əsasən evin tikintisinin tam başa çatdırılması üçün, podrat müqaviləsinin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 19.276 manat (xidmət haqqı və tikinti materiallar ı daxil olmaqla) tələb olunub, hazırkı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən 25.851 manat (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb olunur. Bu hal Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5346 №-li ekspert rəyi ilə müəyyən olunub.

36. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, sifarişçi podratçıya cəmi 59.550 manat ödəyib. Podratçının gördüyü işə (yarımçıq işə) 40.145 manat xərclənib. Əgər işlər vaxtında (podrat müqaviləsində müəyyən edilən müddətdə) yerinə yetirilsəydi, qalan işə (yarımçıq işin tamamlanmasına) 19.276 manat xərclənəcəkdi. Bu 2 məbləğin cəmi 59.421 manat təşkil edir (40.145 manat + 19.276 manat = 59.421 manat). Göründüyü kimi, sifarişçi podratçıya işin vaxtında tamamlanması üçün zəruri olan xərcdən 129 man at artıq pul ödəyib (59.550 manat - 59.421 manat = 129 manat). Lakin iş tamamlanmayıb. Podrat müqaviləsinin müddəti isə bitib. Yarımçıq işin tamamlanması üçün hazırkı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq tələb olunan pulun məbləği 25.851 manat təşkil edir.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək göstərib ki, sifarişçinin hüququ pozulub, yəni podartçı ona yarımçıq iş təhvil verib. Pozulmuş hüququn bərpası (yarımçıq işin tamamlanması) üçün sifarişçi hazırkı dövrün bazar qiymətlərinə görə 25.851 manat xərc çəkməlidir. Sifarişçi podratçıya ümumilikdə 65.000 manat ödəməyi öhdəsinə götürsə də, 59.550 manat ödəyib. Sifarişçi qalan 5.450 manatı (65.000 manat – 59.550 manat = 5.450 manat) ödəməyə borclu deyil. Çünki s ifarişçi podratçıya işin razılaşdırılmış müddətdə tamamlanması üçün zəruri olan xərcdən 129 manat artıq pul ödəyib, lakin podratçı işi tamamlamayıb. Müqavilənin şərtlərinə görə, qalan 5.450 manat o halda tələb oluna bilərdi ki, podratçı işi podrat müqaviləsində müəyyən edilmiş müddətdə tamamlasın və işin nəticəsini sifarişçiyə təhvil versin. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh "xxxx" MMC (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərilə eyni məzmunda əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etirazda göstərilib ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apellyasiya məhkəməsi qiymət verib. Kassasiya şikayəti verilməsi vaxt udmağa hesablanıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fay da) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2 Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podra tçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində cavabdeh apellyasiy a instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mübahisələndirilib, apellyasiya baxışının da predmeti həmin hissə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi podrat müqaviləsi üzrə ödənilmiş pulun və zərər məbləğinin qaytarılması barədədir.

47. İşin müəyyən edilmiş hallarına görə iddiaçı (sifarişçi) ilə cavabdeh "xxxx" MMC (podratçı) arasında evin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanıb, sifarişçi podratçıya cəmi 59.550 manat ödəyib, podratçının gördüyü işə (y arımçıq işə) 40.145 manat xərclənib. Podartçı işi yarımçıq təhvil verməklə sifarişçinin hüququnu pozub. Pozulmuş hüququn bərpası (yarımçıq işin tamamlanması) üçün sifarişçi hazırkı dövrün bazar qiymətlərinə görə 25.851 manat xərc çəkməlidir.

48. Mülki Məcllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

49. Göstərilən normanın tələbi və işin müəyyən edilmiş halları baxımından işə mahiyyəti üzrə baxan məhkəmələr düzgün nəticəyə gəlmişlər.

50. Podrat müqaviləsi üzrə razılaşdırılmış məbləğ 65000 manat olsa da, iddiaçının bu məbləğin yalnız 59550 manat hissəsini ödəməsi, 5450 manat hissənin ödənilməmiş qalması, belə olan halda cavabdehin tikinti işlərinə sərf edəcək məbləğin indiki dövrün bazar dəyərinə mütənasib olaraq ödəməsinin düzgün olmaması barədə kassasiya şikayətin dəlilləri əsassızdır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə qiymət verərək göstərib ki, sifarişçi podratçıya ümumilikdə 65.000 manat ödəməyi öhdəsinə götürsə də, 59.550 manat ödəyib, buna görə də sifarişçi qalan 5.450 manatı ödəməyə borclu deyil. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün həmin dəlilə əlavə qiymət verməyə zərurət görmür.

51. Məhkəmənin ekspert rəyini əsas götürsə də, rəydə qiymətlərin şişirdilməsi, rəyin düzgün olmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, bu dəlil də əsaslı d eyil. Belə ki, işdən görünür ki, iddiaçı podrat müqaviləsi üzrə görülmüş və görüləcək işlərin həcmi barədə ekspert rəyi təqdim etmiş, cavabdeh həmin rəylə razılaşmadığı üçün birinci instansiya məhkəməsi onun bu dəlili üzrə ekspertiza təyin etmiş, ekspert rəyi ilə həmin məbləğ təsdiqini tapmışdır. Başqa sözlə, cavabdehin dəlili ekspert rəyi ilə təkzib edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

53. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

54. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Lakin cavabdeh ekspert rəyi ilə razı olmasa da, işə mahiyyəti üzrə baxan məhkəmələrə ekspert rəyi ilə razı olmamasını əsaslandırmamışdır.

55. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassızdır.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3110/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar