Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4099/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı iş üzrə QƏRARİ İş № 2(1*2)-4*99/24 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-881/2*23 nömrəli, 8 oktyabr 2*24-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2*24-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a)İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məktəbinin drektoru Qahirə Məmmədovanın 26.*8.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, musiqi məktəbində müəllimə vəzifəsinə bərpa olunması və çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2*24-cü il tarixli 2(125)-525/2*24 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin 26.*8.2*23-cü il tarixli 1** nömrəli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2*24-cü il tarixli 2(1*4)-881/2*24 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2*24-cü il tarixli 2(125)-525/2*24 nömrəli qətnam əsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2*24-cü il tarixli 2(1*4)-881/2*24 nömrəli qərardadı ilə geri qaytarılmışdır.
6. Daha sonra iddiаçı İddiaçı qətnamədən təkrar kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək ərizəsini onunla əsaslandırmışdır ki, üzrlü səbəblərdən qətnamədən kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Belə ki, səhhətilə əlaqədar müalicə və müayinə olunmuşdur.
7. Gəncə Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(1*4)-881/2*24 nömrəli, 8 oktyabr 2*24-cü il tarixli qərardadı ilə (hakimlər İslam Həsənov sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və Loğman Süleymanov) qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı 7 iyun 2*24-cü il tarixdə qəbzə imza edərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2*24-cü il tarixli 2(1*4)-881/2*24 nömrəli qətnaməsinin surətini rəsmi qaydada qəbul etmişdir. İddiaçı tərəfindən 22 avqust 2*24-cü il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olun muş prosessual müddət bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetə yerləşdirilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2*24-cü il tarixli, 2(1*4)- 881/2*24 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı prosessual müddətin buraxılmasının səbəbi kimi səhhətində yaranmış problemlərlə bağlı müalicə olunduğunu göstərmişdir. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi epikrizlər, habelə müvafiq tibb müəssilərindən alınmış digər sənədlər sistemli şək ildə tədqiq edildikdə iddiaçının 2*2*, 2*22-2*23-cü illərdə, habelə cari ilin fevral ayında tibbi müayinələrdən keçdiyi müəyyən olunur.
10. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini X1 13*.1, 133.1, 135.5, 135.6, 4*5.*.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2*24-cü il tarixli qərardadı ilə razılaşmayan iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsi kabinet vasitəsi ilə elektron qaydada məhkəməyə göndərilmiş xəstəliyi ilə bağlı sənədlərdən də görünür ki, xeyli müddətdir ki, sümük oynaq və göz xəstəliy indən əziyyət çəkir, hətta xəstəliyə görə əməliyyat da, olunmuşdur, indi də həmin xəstəliklərə görə müayinə və müalicə olunur. Həmçinin xəstəliklərlə bağlı ağırıkəsici dərmanlar qəbul edən zaman güclü və təsirli olduğu üçün bir müddət özündə olmur, hətta bu hal həftələrlə davam edə bilir. Belə vəziyyətdə dövlət orqanları və ya məhkəmə tərəfindən ünvanına göndərilən sənədləri hansı tarixdə imza etməyi, ona göndərilməsi, imza etdiyi və ona göndərilmiş sənədlərlə bağlı hansı hərəkətləri etməyi unutmuşdur. Məhz bu səbəblərdən, həmçinin hüquqi cəhətdən savadı olmadığı üçün, hansı sənədi imza etməyi və ya məhkəmə aktından hansı müddətdə şikayət verilməsini bilmədiyindən vaxtında şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Məhkəmə isə bu halları və müddətin ötməsinin ondan aslı olmaya n səbəblərdən olmasını, həmçinin səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınması barədə nümayəndənin məhkəməyə göndərdiyi ərizəni nəzərə almamış, nəticədə onun məhkəmədə müdafiə hüququndan istifadə etmək imkanından məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
15. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
16. Maddə13*.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 13*.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 4*5.*.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
20. Maddə 4*8.1.4. Kassa siya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərar dadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi iddiaçının dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin iddiaçının iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
27. Apellyasiya instansiya məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı prosessual müddətin buraxılmasının səbəbi kimi səhhətində yaranmış problemlərlə bağlı müalicə olunduğunu göstərmişdir. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi epikrizlər, habelə müvafiq tibb müəssilərindən alınmış digər sənədlər sistemli şəkildə tədqiq edildikdə iddiaçının 2*2*, 2*22-2*23-cü illərdə, habelə cari ilin fevral ayında tibbi müayinələrdən keçdiyi müəyyən olunur.
28. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edil ə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı o lmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-881/2*24 nömrəli, 8 oktyabr 2*24-cü il tarixli qərardadı dəyişdirilmədə saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.