Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-41/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:ipoteka müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(103)4519/2022 saylı qətnaməsindən cavabdeh X verdiyi kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ipoteka qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 570 kv.metr ümumi, 401 kv.metr əsas, 169 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə 112.965,13 manat əsas, 1.5707, 26 manat faiz, 100 manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqviləsi üzrə 8.658,31 manat faiz, 50 manat cərimə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 ASCyə verilməsi, qalan məbləğin İddiaçı verilməsi, İddiaçı məxsus qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edi lib. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icra məmurunun sifarişinə əsasən "xxxx" MMC-nin 27 mart 2014-cü il tarixli hesabatı ilə İddiaçı məxsus olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.metr ümumi sahədən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının qiyməti 380.000 manat müəyyən edilmişdir. “X1” MMC tərəfindən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.metr ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının 380.000 manat ilkin qiyməti satılmasına dair hərrac 28 yanvar 2019-cu il tarixə saat 11:00-a; qiyməti 15 faiz endirilməklə 323.000 manat qiyməti ilə ikinci hərrac 18 fevral 2019-cu il tarixə saat 11:00-a təyin edilmiş və hər iki hərrac baş tutmamış elan edilməklə, bununla bağlı “Kaspi” qəzetinin 20 fevral 2019-cu il tarixli nəşrində müvafiq elan dərc olunmuşdur. “X1” MMC 11 noyabr 2020-ci il tarixli məktubu ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-cü maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli icra vərəqəsi üzrə sənədlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC 28 dekabr 2020-ci il tarixli məktubla Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli icra sənədi üzrə icraatın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmasını xahiş etmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2021ci il tarixli qərardadı ilə həmin icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər XCavabdeh1 ASC-yə və X qarşı ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasının (mağaza) ipoteka qoyulmasına dair 25 fevral 2011-ci il tarixli və 04 avqust 2011-ci il tarixli ipoteka müqavilələrinə xitam verilməsi, X tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və LPO Cavabdeh 1 ASC tərəfindən iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasına (mağaza) dair sənədlərin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin satılması ilə bağlı hərraclar keçirilmiş, lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Bununla bağlı “Kaspi” qəzetində elan dərc olunmuş, ipoteka predmeti “X1” MMC tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif olunmuş və ipoteka saxlayan bu təklifi qəbul etmədiyindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 20 21-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı ilə LPO Cavabdeh1 ASC arasında bağlanmış 25 fevral 2011-ci il tarixli və 04 avqust 2011-ci il tarixli ipoteka müqavilələri əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 570 kv.metr ümumi, 401 kv.metr əsas, 169 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (mağaza) dair ipotekaya xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasland ırmışdır ki, qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki, Bank, “İpoteka haqqında” Qanun ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış ipoteka predmetinin təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində qeyri-yaşayış sahəsinin əldə edilməsi barədə “X1” MMC ilə müvafiq müqavilə bağlamamışdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 317.2, 319.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikay əti verərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.Sarıyev sədrlik edən, məruzəçi, N.Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın qismən təmin edilən hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəb ul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq göstərmişdir ki, hərrac 2019-cü ildə aparıldığı halda, məhkəmə mövcud olmayan 21 aprel 2017-ci il tarixdə Bankın qeyriyaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırması, həmin iddianın Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi, həmin işin apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olması, son nəticədə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına istinad etmişdir. Daha sonra apellyasiya məhkəməsi Mülki Məcəllənin 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.8-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarına istinad etməklə göstərmişdir ki, hərrac təşkilatçısı olan “X1” MMC qanunun tələblərinə riayət etməmiş, ipoteka saxlayana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görməmişdir. Belə ki, iş materiallarında olan hərrac təşkilatçısı tərəfindən məhkəməyə göndərilmiş sənədlərin s urətlərindən görünür ki, hərracla bağlı bildirişlər ipoteka saxlayana göndərilməmiş, iş materiallarında bunu təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin, təkrar hərrac baş tutmamış elan edildiyi halda, ipoteka predmeti ipoteka saxlayana təklif olunmamış, bunu təsdiq edəcək heç bir sübut mövcud deyildir. Apellyasiya mərhələsində iddiaçı tərəf hərracla bağlı bildirişlərin göndərilməsinə heç bir aidiyyəti olmayan hərrac təşkilatçısının adından məktub və teleqram təqdim etsə də, məhkəmə kollegiyası həmin sənədləri iddiaçının özü üçün yeni sübut əldə etməsinə cəhd kimi qiymətləndirərək, MPM-in 371-ci maddəsinə əsasən həmin sənədi qəbul etməmişdir. Digər tərəfdən hərrac təşkilatçısı hərracla bağlı məhkəməyə göndərdiyi sənədlərdə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2019-cu il tarix li, 244 №-li Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ünvanlanmış məktubunu əlavə etsə də, həmin məktubun həmin ASC-yə göndərilməsi və Bankın hərracın baş tutmamasından məlumatlı olması müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiya məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh ipoteka predmetinin təkrar satışı ilə bağlı hərracın nəticələrində maraqlı olduğu halda ona təkrar hərracın baş tutmaması barədə məlumat verilərək, dəyərindən 25 faiz ucuz qiymətə əmlakı almaq təklif olunsa da, müvafiq hüquqlarından istifadə etməmişdir. Cavabdehin hərracdan məlumatı olmadığı halda, onun hərracın nəticələrini mübahisələndirməmişdir. Qanunvericiliyin tələblərinə uyğun ipoteka müqaviləsinə xitam verilməli olduğu halda, cavabdeh yalan məlumat verərək, heç bir sübuta istinad etmədən “X1” MMC-nin 26 fevral 2019-cu il tarixli məktubundan məlumatlı olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev sədrlik edən, məruzəçi, E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi, hesab etmişdir ki, hərracın baş tutmaması elan olunduqdan sonra ipoteka saxlayana ipoteka predmetinin alınmasına dair təklifin çatdırılmaması halı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən həm ipoteka qoyan, həm də ipoteka saxlayan hərrac barədə yazılı bildirişlə və kütləvi informasiya vasitələrində elan vasitəsi ilə məlumatlandırılmalıdırlar. Lakin, sözügedən Qanunun 43.7 və 43.7-1-ci maddələrində ipoteka saxlayana ipoteka predmetinin alınması ilə bağlı xüsusi təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi L PO Cavabdeh1 ASC-nin hərrac barədə məlumatlandırılmaması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin hal hərracın etibarsızlığı üçün səbəb olan bilər. Lakin, hazırki işdə cavabdeh hərracı və onun nəticələrini mübahisələndirməmişdir. Bundan əlavə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nin (əvvəlki “X1” MMC) "xxxx" MMCnin 1106 saylı poçt şöbəsinə ünvanladığı sorğu məktubunu və həmin məktuba cavab olan teleqramı təqdim etmişdir. Həmin sənədlərə əsasən iddiaçıya məxsus mübahisəli qeyriyaşayış binasının hərracın keçirilməsinə dair kodla nömrələnmiş məktubun 08 fevral 2019cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş, Şöbəyə 11 fevral 2019-cu ildə çatdırılmış, 12 fevral 2019-cu ildə icra edilmişdir. Apellyasiya məhkəməsi MPM-in 371ci maddəsinə istinad edə rək, həmin sənədləri qəbul etməmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi cavabdehin hərraclar barədə məlumatlandırılması birinci instansiya məhkəməsində mübahisələndirilməmiş və bu məsələ yalnız apellyasiya baxışı zamanı araşdırma predmetinə çevrilmişdir. Belə olan halda isə, apellyasiya məhkəməsi iddiaçının həmin hallarla bağlı təqdim etdiyi sübutları qəbul edilməsindən imtina etməklə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasına dair təməl prinsipini pozmuşdur. Həmçinin kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin azı 27 noyabr 2020-ci il tarixdən hərrac barədə məlumatı olmuş, lakin o, həmin tarixdən sonra da, qanunla müəyyən edilən müddət ərzində ipoteka predmetinin alınması üçün tədbirlər görməmiş, əksinə icraatın dayandırılmasını xahiş etmişdir. Həmin hallar isə apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Kassasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni İpoteka haqqında Qanunun 41.2, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, Şərafət Məmmədova və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, hərracın baş tutmaması elan olunduqdan sonra ipoteka saxlayana ipoteka predmetinin alınmasına dair təklifin çatdırılmaması halı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən həm ipoteka qoyan, həm də ipoteka saxlayan hərrac barədə yazılı bildirişlə və kütləvi informasiya vasitələrində elan vasitəsi ilə məlumatlandırılmalıdır. Lakin, Qanunun 43.7 və 43.7-1-ci maddələrində ipoteka saxlayana ipoteka predmetinin alınması ilə bağlı xüsusi təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Həmin hal hərracın etibarsızlığı üçün səbəb ola bilər. Lakin, işdə cavabdeh hərracı və onun nəticələri mübahisələndirməmişdir. Cavabdehin azı 27 noyabr 2020-ci il tarixdən hərrac barədə məlumatı olmuş, lakin o, həmin tarixdən sonra da, qanunla müəyyən edi lən müddət ərzində ipoteka predmetinin alınması üçün tədbirlər görməmiş, əksinə, icraatın dayandırılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Qanunun 41, 43.8-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, əmlakın alınması üçün hərrac baş tutmaması səbəbindən Banka təklif göndərilməmişdir. ”Capitals Auksion” MMC-nin məhkəməyə təqdim etdiyi məktub təklif məktubu yox hərracın 18 fevral 2019-cu ildə keçirilməsinə dair məktubdur. İkinci hərrac 18 fevral 2019-cu il tarixdə keçirildiyinə görə, əmlakın 08 fevral 2019-cu ik tarixdə təklif olunması mümkün deyil. Həmçinin onu da qeyd olunmuşdur ki, mübahisəli mənzillə bağlı 2015 ci ildə "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Beləliklə, əmlak bir dəfə hərraca çıxarılmış və bank tərəfindən hərracdan qəbul olunmuşdur. 2015-ci ildə keçirilmiş hərr acın nəticələri qüvvvədə olduğu halda yenidən hansı səbəbdən 2019-cu il tarixində hərracın keçirilməsi onlara məlum olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə
43. Hərracın baş tutmaması barədə elanın dərc ed ildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüqu qlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və ə saslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Əvvəla, hərracın baş tutmaması elan olunduqdan sonra ipoteka saxlayana ipoteka predmetinin alınmasına dair təklifin çatdırılmaması halı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən, həm ipoteka qoyan, həm də ipoteka saxlayan hərrac barədə yazılı bildirişlə və kütləvi informasiya vasitələrində elan vasitəsi ilə məlumatlandırılmalıdırlar. Lakin, sözügedən Qanunun 43.7 və 43.7-1-ci maddələrində ipoteka saxlayana ipoteka predmetinin alınması ilə bağlı xüsusi təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində hərrac barədə məlumatlandırılmadığı nı göstərsə də, bu hal hərracın etibarsızlığı üçün əsas ola bilər. Lakin, hazırki işdə, cavabdeh ümumiyyətlə hərracı və onun nəticələrini mübahisələndirməyib. Bundan əlavə, iddiaçı apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nin (əvvəlki “X1” MMC) "xxxx" MMC-nin 1106 saylı poçt şöbəsinə ünvanladığı sorğu məktubunu və həmin məktuba cavab olan teleqramı təqdim etmişdir. Həmin sənədlərə əsasən iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasının hərracın keçirilməsinə dair kodla nömrələnmiş məktubun 08 fevral 2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna daxil olduğu müəyyən edilir. Həmçinin işdən görünür ki, cavabdeh ən azından 27 noyabr 2020-ci il tarixdən hərrac barədə məlumatı olub, lakin o, həmin tarixdən sonra da, qanunla müəyyən edilən müddət ərzində ipoteka predmetinin alın ması üçün tədbirlər görməyib, əksinə icraatın dayandırılmasını xahiş edib. Halbuki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərilir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsində göstərilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apelly asiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(103)-4519/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.