Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-41/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ali təhsil haqqında diplomun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1355/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. M übahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının Dövlət Attestasiya Komissiyasının 1 iyul 2004-cü il tarixli qərarı ilə Cavabdeh “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir. Diplomun seriyası B № 005085, qeydiyyat nömrəsi: “04/504”; diplom 2004-cü ildə verilmişdir.
3. Azərbaycan Dövlət Aqrar Universitetinin Dövlət Attestasiya Komissiyasının 23 iyun 2010-cu il tarixli qərarı ilə Cavabdeh “Mühəndis iqtisadiyyatı və idarə edilməsi” ali peşə istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir. Diplomun seriyası B № 191600, qeydiyyat nömrəsi: “254637”; diplom 2010-cu ildə verilmişdir.
4. Azərbaycan Respublikası X1nin Azərbaycan Re spublikasının Təhsil naziri Emin Əmrullayevə ünvanladığı 24 sentyabr 2020-ci il tarixli 01/xx-xx/2356 saylı məktuba əsasən dövlət qulluğunda inzibati vəzifədə çalışan 27 iyul 1967-ci il təvəllüdlü Cavabdeh adına yazılmış, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş B seriyalı 005085 nömrəli diplomun həqiqiliyinin yoxlanılması üçün X1 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir (xx.xx.2020-ci il tarixli xx-xx-1322/16 nömrəli cavab məktubu). Təhsil müəssisəsinin məlumatına əsasən, Cavabdeh B seriyalı 005085 nömrəli diplom təqdim etməklə 2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “Aqrar islahatların iqtisadiyyat ı və idarə edilməsi” ixtisası üzrə əlavə ali təhsil almış və 2010-cu ildə B seriyalı 191600 nömrəli diplom yazılmışdır. Cavabdeh əlavə ali təhsil üzrə əldə etdiyi diplomun həqiqiliyinin yoxlanılması və nəticəsi barədə Mərkəzin məlumatlandırılması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik və ya iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən cavabdehin adına 1 iyul 2004-cü il tarixdə verilmiş B seriyalı 005085 nömrəli diplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İ ddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehə məxsus diplomun surəti Nazirliyə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsası olmamışdır. Təqdim olunmuş diplom blankından görünmüşdür ki, həmin diplom dövlət nümunəli təhsil sənədi deyildir. Digər tərəfdən məzunlara verilən diplom blankları Nazirlikdə qeydiyyata alınaraq təhsil müəssisələrinə verilir. Cavabdehə məxsus diplom blankı isə Nazirlikdə qeydiyyata alınmamışdır. Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun (1992-ci il tarixli) 8-ci maddəsində qeyd edilmişdir ki, təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssis əsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilmişdir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsin in bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlməmişdir. Nazirlik cavabdehin təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.2-ci bəndində qeyd edilmişdir ki, bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010- cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 5.1.3-cü bəndinə əsasən ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. Qaydaların bu bəndindən göründüyü kimi, əlavə təhsil almaq üçün mütləq baza təhsili tələb olunur. Baza təhsili qanuni olmayan və adına dövlət nümunəli təhsil sənədi yazılmayan şəxsin təkrar ali təhsil alması qanunvericiliyin tələblərinə cavab verməmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, o, 1989-1992-ci illər arası S.Dadaşov adına X3 Texnikumunu bitirmiş, həmin 3 illik təh sil diplomunun əsasında 1999-cu ildə X2 İnstitutuna qəbul olunmuşdur. 1999-cu ilin sonuna yaxın X2 İnstitutu fəaliyyətini dayandırdıqdan sonra o, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülmüş, qanunla tənzimlənmiş formada ildə 2 dəfə yaz-payız sessiyasına çağırılaraq təhsil almış, təhsili ödənişli olduğu üçün ildə 2000 manat (köhnə əskinaz) məbləğində təhsil xərci ödəmişdir. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən 3-cü kursda ona verilmiş arayış əsasında Kəlbəcər rayon Ağdaban kənd nümayəndəliyinin müavini vəzifəsinə təyin olunmuşdur. İş yerini dəyişməsi üçün ixtisas dəyişikliyi etmək məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə üçüncü təhsil olaraq qəbul olunmuş, oxuduğu müddət ərzində ildə 600 manat məbləğində təhsil haq qı ödəmişdir. Universiteti bitirdikdən sonra xüsusi yoxlamadan keçərək Kəlbəcər rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 2011-2021-ci illər arası işləmişdir. 2021-ci ilin avqust ayında Mədəniyyət Nazirliyinin kadrlar şöbəsindən ona zəng olunaraq diplomunun saxta olduğu bildirilmiş və ərizə yazaraq işdən çıxmağa məcbur edilmişdir. Ona verilmiş diplom saxta olmamışdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(040)-171/2023 nömrəli iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin əsasını təşkil edən hal - X1 tərəfindən Nazirliyə göndərilmiş məktubda cava bdehin adına Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş “B 005085” nömrəli diplomun blankının hüquqi əsasının olmaması ilə bağlı gəldiyi nəticə aidiyyəti məhkəmə instansiyasının qanuni qüvvəyə minmiş yekun aktı ilə təsdiqlənmədən hazırki mülki işə münasibətdə sübut qismində qəbul edilə bilməz. Bundan başqa, iddiaçı, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş “B 005085” nömrəli diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın nümunələri” adlanan sənədə uyğunsuzluğunu əsaslandıra bilməmişdir. Cavabdehə döv lət təhsil müəssisəsi olaraq fəaliyyət göstərmiş Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürlə təsdiqlənmiş ali təhsil haqqında sənəd (bakalavr diplomu) verilmişdirsə və həmin sənədin alınması üçün cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi məhkəmə aktları ilə öz təsdiqini tapmırsa, həmin sənədi vermiş dövlət orqanına, o cümlədən inzibati orqan olan Nazirliyə cavabdehin etimadı qanunla qorunur.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Azərbaycan Respublikasının Təhsil Qanunu”nda və hal-hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda diplomların etibarsızlığına əsas olan hallar göstərilməmişdir.
11. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehin Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında təhsil aldığı zaman qüvvədə olmuş “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 47-ci maddəsinin 2-ci hissəsində təhsilalanların vəzifələri sadalanmış, həmin normanın da tələblərinin cavabdeh tərəfindən pozulmasını təsdiq edən sübutlar məhkəmə araşdırması nəticəsində aşkar edilməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 42, 71-ci, 7 oktyabr 1992-ci ildə qəbul edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş (hal-hazırda qüvvədən düşmüşdür) “Azərbaycan Respublikası Təhsil Qanunu”nun 8, 21-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tar ixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın nümunələri” adlanan sənədinə (hal-hazırda qüvvədən düşmüşdür) istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə təqdim olunmuş sənədlərə əhəmiyyət verməmiş, cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etirazda qeyd edilən faktları araşdırmamış, həmin məsələlərə hüquqi qiymət verməmiş və nəticədə formal əsaslarla iddia tələbini təmin etməmişdir.
15. Gəncə Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1355/2023 nömrəli mülki iş üzrə 1 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, Nazirliyin Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən cavabdehin adına 1 iyul 2004-cü il tarixdə verilmiş B seriyalı 005085 nömrəli diplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin adına yazılmış 1 iyul 2004 -cü il tarixli B seriyalı 005085 nömrəli diplom Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına Nazirlik tərəfindən verilməmiş və həmin diplom dövlət nümunəli sənəd olmamışdır.
17. Məhkəmə öz mövqeyini 7 oktyabr 1992-ci ildə qəbul edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş (hal-hazırda qüvvədən düşmüşdür) “Azərbaycan Respublikası Təhsil Qanunu”nun 8-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın nümunələri” adlanan sənədinə (hal-hazırda qüvvədən düşmüşdür), Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsd iq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə ali təhsil haqqında diplomun verilməsi qaydası müəyyən edilmişdir. Cavabdeh qanuni və əsaslı olaraq bakalavriat pilləsi üzrə ali təhsil almışdır. İnstitutda imtahan sessiyalarında iştirak etmiş, adı dərs jurnallarında yazılmışdır. Məhkəmə ilk öncə cavabdehə ali təhsil haqqında diplom verən təhsil müəssisəsinə sorğu verərək adının dərs jurnallarında qeyd olunubolunmamasını, imtahan sessiyalarında iştirak edib-etməməyini araşdırmalı idi.
20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 42, 60-cı, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddələrinə, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarının 3 və 4-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Təhsil Qanunu” (7 oktyabr 1992-ci il tarixli)
22. Maddə
8. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir; təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir; təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın nümunələri” adlanan sənədi (hal-hazırda qüvvədən düşmüşdür)
23. Hissə 1. “Diplomlar 15x21 sm ölçüdə kitabça şəklində çap olunur; ali məktəbi fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə al qırmızı rənglidir; diplomun üz qabığının yuxarı hissəsinə relyeflə Azərbaycan Respublikasının gerbi, aşağı hissəsinə isə “DİPLOM” sözü həkk olunur; kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan Respublikasının gerbinin təsviri olan, ali təhsil haqqında dövlət sənədlərinin (bakalavr diplomu) tələblərinə uyğun hazırlanmış dövlət nişanlı kağız yapışdırılır, mətn həmin səhifələrdə yazılır, səhifənin sağ hissə sinin yuxarısında qara rənglə “DİPLOM” sözü yazılır; sol tərəfin sağ aşağı kənarında möhür yeri saxlanılır. Daha sonra mətn diplom nümunəsində göstərilən formada yerləşdirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimat
24. Bənd 1.4. Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik ola n apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
36. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1355/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.