Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-410/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9062/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov, iş № 2(002)-74/2019) İddiaçı Cavabdehnə qarşı əmlaka vurulmuş zərərin ə vəzinin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdeh müəssisəsindən 97.500 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: ünvan 1 ünvanlarında yerləşən ümumi sahəsi 62,3 kv.metr olan 5/1 saylı mağaza və ümumi sahəsi 71,3 kv.metr olan 5/1 saylı çörək mağazası müvafiq olaraq xx xxxxxx 2013-cü il tarixli və xx xxxxxxx 2010-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli sərəncamına əsasən N küçəsinin kəsişdiyi ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən Cavabdeh tərəfindən İddiaçı məxsus mağazalar özbaşına söküldüyündən 2018-ci ilin may ayında o, Kiçik Müəssisədən ona dəymiş maddi ziyana görə onun xeyrinə 300.000 manatın tutulması barədə məhkəmədə iddia qaldırmış, işə baxan məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual h üquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən eyni zamanda Cavabdeh müəssisəsi kassasiya şikayəti verərək mübahisəli tikililərin “xxxx” MMC tərəfindən onların mövcud olmadığı vəziyyətdə qiymətləndililməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili, cavabdehin nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qismən təmin olunmasını əsaslı hesab edərkən müstəqil qiymətləndirici tərəfindən mağazaların ümumilikdə bazar dəyərinin 97.500 manat məbləğində qiymətləndirilməsini və həmin məbləğin iddiaçıya dəymiş ziyanın əvəzi olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilmədən, maddi hüquq normalarının pozulması ilə çıxarıldığından əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı ona dəymiş ziyana görə cavabdehdən 300.000 manat tələb etmiş və eyni zamanda ona məxsus olan torpaq sahəsinin azad olunmasını xahiş etmişdir. İşdə olan Dövlət Reyestrindən çıxarışlardan görünür ki, ümumi sahəsi 62,3 kv.metr təşkil edən mağaza 0,00651 ha torpaq sahəsi üzərində, ümumi sahəsi 71,3 kv.metr olan çörək mağazası isə 0,00819 ha torpaq sahəsi üzərində yerləşir. Həmin reyestrlərdən çıxarışlarda göstərilən torpaq sahələri iddiaçının mülkiyyəti kimi qeyd olunmuşdur. “xxxx” MMC tərəfindən qiymətləndirmə apa rılarkən qeyri-yaşayış sahələrinin bazar dəyərinin ümumilikdə 97.500 manat təşkil etməsi barədə rəy verilmişdir. Məhkəmə qiymətləndirici tərəfindən müəyyən olunmuş əmlakın bazar dəyərini iddiaçıya dəymiş ziyan kimi qəbul edərək iddianın həmin hissədə rəydə göstərilən məbləğdə təmin etmişdir. İşdən göründüyü kimi mütəxəssis tərəfindən həmin rəy verilərkən qeyri-yaşayış sahələri sökülmüş vəziyyətdə olmuşdur. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin olunarkən mütəxəssisdən əmlakın 2017-ci ilə olan bazar dəyərinin müəyyən olunması tələb edilmiş və bununla əlaqədar “xxxx” MMC tərəfindən əmlakların dəyəri bu günkü bazar dəyərindən aşağı qiymətləndirilmişdir. Cavabdehin hərəkəti nəticəsində iddiaçıya dəymiş ziyan indiyə kimi ö dənilmədiyindən kollegiya hesab edir ki, əmlakın 2017-ci ilə olan bazar dəyəri ona dəymiş ziyanın məbləği kimi qəbul edilə bilməzdi. Çünki belə qiymətləndirmə əmlakın hazırkı bazar dəyərini əks etdirməməklə iddiaçıya dəymiş ziyanın məbləğinin azaldılmasına səbəb olur. Cavabdeh tərəfindən mağazaların sökülməsi ilə əlaqədar törədilən özbaşınalıq nəticəsində iddiaçının hüquqlarının pozulması bu gün də davam etdiyindən iddiaçıya əmlakın hazırkı bazar dəyərinə uyğun ədalətli kompensasiya ödənilməklə onun pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveric iliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdehin hüquqa zidd hərəkəti mülkiyyətin tam itirilməsi ilə nəticələndiyindən belə vəziyyətdə iddiaçıya dəymiş ziyanın yalnız əmlakın dəyərinin ödənilməsi ilə bərpa olunmasına və bu zaman qiymətin mütəxəssis rəyində qeyd olunduğu kimi azaldılmaqla hesablanmasına pozulmuş hüquqların ədaləti bərpası üçün nə dərəcədə təminat verməsinə qiymət verilməlidir. Şərh olunanlara əsas ən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-410/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-410/2020
29.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver