Məhkəmə qərarları › İş №2(102)-410/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-410/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-410/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2512/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları İddiaçı ilə X6 28 aprel 1978-ci il tarixdə 50 nömrə ilə nikahlarını rəsmi qeydiyyatdan keçirmişlər. X6 21 iyul 2020-ci ildə vəfat etmişdir. Qazax rayon Notariat Ofisinin 20 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 21 iyul 2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur. Cavabdeh Qazax Rayon Polis Şöbəsinə verdiyi 08 sentyabr 2020-ci il tarixli izahatından görünür ki, o, izahatında Namazova Sədaqət Ağacan qızından əvvəlcə 2.000 manat, sonra 10.000 manat, 2020-ci ilin fevral ayında X2 10.100 manat, 2020-ci ilin mart ayından başlayaraq X5 əvvəlcə 17.000 manat, sonra isə 20.000 manat pul aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 115.000 (bir yüz on beş min) manat məbləğində pulun və ödənilmiş 30 mana t dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə mərhum X8 münasibətləri yaxşı olmuş, cavabdeh həmişə onların evinə gedib-gəlmişdir. Cavabdeh X8 vasitəsi ilə tanımışdır. X8 vasitəsi ilə 2018-ci ilin əvvəllərindən başlayaraq Cavabdehnın xahişini nəzərə alıb, sonuncuya etibar edərək, ona ayrı-ayrı vaxtlarda ümumilikdə 115.000 manat pulu borc olaraq vermişdir. Cavabeh həmin pulu qaytaracağına söz versə də, sözünə əməl etməmişdir. Cavabdehə dəfələrlə pulların qaytarılmasını tələb etmiş, hər dəfə müxtəlif bəhanələrlə həmin borcunu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdehin həmin pulu qaytarması üçün kifayət qədər əmlakı vardır. Cavabdeh heç bir hüquqi əsası olmadan onun pul vəsaitinin hesabına əmlakl ar əldə etmiş, bu hal isə cavabdehin əsassız varlanmasına rəvac vermişdir. Hətta borc pul verməsi ilə əlaqədar polis şöbəsində araşdırılma aparılmış, cavabdeh ondan borc almasının bir hissəsini etiraf etmişdir. Lakin oğlu rayon polis şöbəsində işlədiyindən cavabdeh bundan istifadə edərək böhtan xarakterli şikayətlər edir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 izahat verərək bildirmişdir ki, o X12nın qızıdır. Cavabdeh anası YYY vasitəsilə tanımışdır. Onunla qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bir neçə dəfə anasından borc alaraq qaytarmamağı barədə onun da məlumatı olmuşdur. Hətta 2020-ci ilin fevral ayında anası YYY ona zəng edərək Cavabdeh borc pul lazım olduğunu bildirmiş, ondan 10.100 manat da pul alaraq Cavabdeh vermişdir. Sonradan anası onun 10.100 manat pulunu özü qaytarmış, və həmin vaxt YYY ona bildirmişdir ki Cavabdeh hələ də ona olan borclarını qaytarmamışdır. Anasının dediyinə görə, Cavabdeh ona 100.000 manatdan çox borcu vardır. Məhkəmə iclasında dindirilmiş şahid X9 izahat verərək bildirmişdir ki, o X12nın gəlinidir. Cavabdeh YYY vasitəsilə tanımışdır. Onunla qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bir neçə dəfə qaynanasından borc alaraq qaytarmamağı barədə onun da məlumatı olmuşdur. 2020-ci ilin mart ayında YYY Bakı şəhərində xəstəxanada olarkən ona zəng etmiş, əri İddiaçı ona 17.000 manat verəcəyini bildirmiş, ondan həmin pulların qayınatası İddiaçı götürüb Nəzilə Nəbiyevaya verməsini xahiş etmişdir. O da qayınanasının xahişinə əsasən Cavabdeh 17.000 manat vermişdir. Sonradan bilmişdir ki, Cavabdeh həmin pulları YYYya qaytarmamışdır. Qaynanasının dediyinə görə, Cavabdeh ona 100.000 manatdan çox borcu qalmışdır. Qazax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(023)–229/2021 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilərək, Cavabdeh 59.100 (əlli doqquz min bir yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh İddiaçı arvadı YYYdan əvvəlcə 2000 manat, sonra 10000 manat, 2020-ci ilin fevral ayında X4 10.100 manat, 2020-ci ilin mart ayından başlayaraq X5 əvvəl 17.000 manat, sonra ayrı-ayrı vaxtlarda 3 dəfəyə 20.000 manat, ümumilikdə 59.100 manat borc pul almışdır. Məhkəmə hesab etmişdir bu fakt iddiaçının, onun nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdiklə ri izahatları, habelə Cavabdeh Qazax rayon Polis Şöbəsində verdiyi yazılı izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya 59.100 manat pulun borc verməsi kifayət qədər sübuta yetirilmişdir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddiaçı 59.100 manat pulun cavabdehə borc verilməsini sübut etmək vəzifəsindən azaddır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 115.000 manatdan qalan 55.900 manat pulun iddiaçıya verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1, 385, 427, 442, 448.1, 529.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Qa zax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayətləri verərək, Qazax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(023)–229/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və Loğman Süleymanov) 25 iyun 2021-ci il tarixli, 2(104)-2512/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Qazax Rayon Məhkəməs inin 09 mart 2021-ci il tarixli, 2(023)–229/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, Cavabdeh 59.100 (əlli doqquz min bir yüz) manat və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun yarısı, yəni 15 (on beş) manat alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə 115000 manat pulun borc verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin isə 115000 borc pulun verilməsini görmədiklərini, yalnız X12nın sözlərindən onlara məlum olduğunu bildirmişlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Sədaqət Namazova isə vəfat etdiyindən həmin ifadənin alınma mənbəyi göstərilə bilməyən mənbə kimi qiymətləndirilir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehdən 59100 manat pulun tutulmalı olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, cavabdeh polis tərəfindən aparılan araşdırma zamanı 2.000 manat, 10.000 manat, 10.100 manat, 17.000 manat və nəhayət 20.000 manat pul aldığını etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində konkret işin hallarına və polisdə verdiyi izahatına münasibət bildirməyərək, Günay Namazovaya 320000 manat pul ödədiyini iddia etmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdehin aldığı borcun məbləğinin dəqiqləşdirilməsi bir qədər çətinlik yaratmışdır. Belə ki, cavabdehin iz ahatları bəzən birbiri ilə əlaqəsiz olmaqla, təkrar dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Beləliklə, cavabdeh 59100 manat hissə-hissə borc aldığını etiraf etmişdir. İddiaçı isə cavabdehə 115000 manat borc pul verildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də, apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən 59100 manat pulun tutulmalı olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsində işin halları ilə bağlı düzgün nəticəyə gəlsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə borc müqaviləsindən irəli gələn maddi h üquq normalarını tətbiq edərək, cavabdehlərin borc müqaviləsindən irəli gələn tələblər əsasında götürülmüş borcun geri qaytarılmalı olması qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan etibarsız olmuşdur. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsız əqd hesab olunsa da, cavabdehin iddiaçıdan 59100 manat borc götürməsi iş materialları ilə təsdiq olunmuş və Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etiba rsız əqd üzrə aldıqlarını iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Cavabdeh isə iddiaçı tərəfə hər hansı bir məbləğdə faiz ödəməsini sübuta yetirə bilməmişdir. Buna görə də Qazax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(023)–229/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilərək, Cavabdeh 59.100 (əlli doqquz min bir yüz) manat, iddia isə qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun yarısı, yəni 15 manatı alınaraq İddiaçı verilməlidir. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, istər etibarsız müqavilə tərəfi kimi, istərsə də vərəsə qismində iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Buna görə də, məhkəmə kollegiyası cavabdehə verilmiş pul məbləği üzrə müqavilə tərəfi kimi iddiaçının və ya onun mərhum arvadının olmasını dəqiq müəyyən edilməsinə zərurət görməmişdir. Apellyasiya Məhkəməsi qətnaməsini Azərbaycan respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 740.1, 739.1 və 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(104)-2512/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci və həm də apellyasiya instansiya məhkəmələrinin və ilk öncə mülki iş teriallarındakı iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədlərin təhlili zamanı 115 000 manat tələbinə dair iddianın yalnız və yalnız söz yığmağından ibarət olmasını müəyyən edir. Yəni, ödənilməsi tələb edilən pul məbləğini təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur ki, Cavabdeh həmin pulun alınmasını məhkəmə qətnaməsi ilə qanuniləşdirilsin. X12 ilə Cavabdeh arasındakı borc pulun alınması və geri qaytarılması məsələləri onun sağlığında baş vermiş və sağlığında da tamamlanmışdır. Belə olduğu təqdirdə mötəbər sübuta əsaslanmadan külli miqdarda borc pulun cavabdehdən alınmasına dair qəbul edilmiş məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Cavabdeh qeyd etmişdir ki, baş vermiş pul haqq-hesablarının çözülməsi zəminində Cavabdeh artıq kəskin stresslər yaranması, ailəsinin dağılması, ictimai qınağa tuş gəlməsi, atdığ ı addımların, dediyi sözlərin, bir sözlə anlaqsızlığına səbəb olmuşdur. Adam danışıqlarla, mübahisələrlə Sədaqət Namazovaya borcunun olmadığını bildirsə də, əksinə təhdid və təhqirlərə məruz qalmış və bu səbəbdən hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmış, aparılmış təhqiqatda onun barəsində və izahatı alınmış digər şəxslərin dediklərindən və izahatlarında göstərdikləri ifadələrini təsdiq edən sübutların olmaması səbəbilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, sonradan iddia mülki müstəvi istiqamətini almış, yenə də yalnız izahatlarla kifayətlənilmiş, nəticə etibarı ilə 05.02.2021-ci il tarixdə Cavabdeh özünü intihar etməsi, 05.02.2021-ci il tarixdə kəskin stress pozğunluğu depressiv sindromu diaqnozu ilə Ağstafa RMX daxil olmuşdur. Fakta görə Qazax rayon prokurorluğu tərəfindən araşdırma başlanılmış, sonradan toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən icraata götürülmüşdür və hal-hazırda icraatdadır. Cavabdeh tərəfindən kassasiya şikayətinə dair izahatı məhkəməyə daxil olmuşdur. İzahatda cavabdeh qeyd etmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi Cavabdeh 59100 manat məbləğində pulu hissə-hissə iddiaçıdan (daha doğrusu məhrum Sədaqət Namazovadan) almasına dair səhv nəticəyə gəlmiş və bununla bağlı yeganə sübut kimi mövcud olan «cinayət işinin başlanmasman rədd edilməsi haqqmda» 17 sentyabr 2020-ci il tarixli qərarı sübut kimi düzgün qiymətləndirməmişdir. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndəril məsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə səhhəti ilə bağlı hər hansı bir sənəd göndərməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şər tləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadı qda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur. Məhkəmə kollegiyası hesab edir ki iddiaçının, onun nümayəndəsinin və şahidlərin birinci instansiyası məhkəməsinin iclasında verdikləri izahatları, habelə cavabdehin Qazax rayon Polis Şöbəsində verdiyi izahatı ilə cavabdeh iddiaçıdan 59100 manat borc alması faktını etiraf etmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də, kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə b axarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2512/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar