Məhkəmə qərarları › İş №2(102)-4100/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4100/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4100/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2177/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh ilə 07 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan üç uşaqları olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikaha girdikdən bir müddət sonra Bakı şəhərinə gələrək Buzovna qəsəbəsində torpaq sahəsi əldə etmələrini, həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək orada yaşamalarını, birgə təsərrüfat aparmaqla həmin evə istifadə hüququ əldə etməsini və s. əsas göstərərək azyaşlı uşaqları ilə birlikdə N küçəsində yerləşən 14 A saylı evə köçürülməsinə və istifadə hüquqlarının tan ınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1442/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: İ.Z.Qaralov) iddia təmin edilmiş İddiaçı, övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 14A saylı evə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Cavabdeh oğlu apellyasiya şikayəti verərək N küçəsində yerləşən 14A saylı evin atası tərəfindən inşa edildiyi, həmin evdə iddiaçı ilə birlikdə yaşasalar da, oradakı əşyaların iddiaçıya məxsus olmadığı, evin yerləşdiyi torpaq sahəsinin atası tərəfindən satın alındığı, məhkəmənin işdəki sübutlara düzgün qiymət verilmədən, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas gös tərərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2177/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1442/2020 saylı iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı, övladları 14 noyabr 2009-cu il təvəllüdlü X1, 26 sentyabr 2011-ci il təvəllüdlü X2 və 15 dekabr 2015-ci il təvəllüdlü X3 ilə birlikdə N küçəsində yerləşən 14A saylı evə köçürülmələri” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 34 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə 2009-cu ildə əldə edilmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilməklə tərəflər 2011-ci ildən etibarən həmin evdə bərabər yaşamışlar. Apellyasiya instansiyası məhkəməsi iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsini qanuni hesab edərkən Azərbaycan Respublikası Konstitusiyas ının 43-cü maddəsinə və Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Göstərilən vəziyyətdə iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi işdə olan sübutlara və qanunun tələblərinə uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2177/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar