Məhkəmə qərarları › İş №2(102)-4101/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4101/2020

23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4101/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və http://supremecourt.gov.az/static/view/261X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: B akı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Sadıqov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən A.Hüseyn, hakimlər E.Nəbiyev və R.Qurbanov) qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxx 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m. üm umi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, xx xxxxx 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat olmaqla 6 ay üçün 9000 (doqquz min) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddinın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə xx xxxxxx 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiy i 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması, xx xxxxx 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, M MC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Tərəflər razılaşmışlar ki, qeyri-yaşayış sahəsi təhvil verilənə qədər iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödəniləcəkdir. Hazırda iddiaçı cavabdehin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini iddia edərək müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin cavabdehə həvalə edilməsini, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün əldən çıxmış faydanın, ödənilməmiş kirayə haqqının əvəzinin tutulmasını tələb edir. Cavabdeh MMC iddia tələbinə etirazda göstərilmişd ir ki, cəmiyyət müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə və vaxtında icra etmişdir, dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçı ona verilməli olan 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina edir Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının memarlıq planlaşdırma həllindən (eskiz layihə) görünür ki, binanın 1*-C blokunun 1-ci mərtəbəsində 7 ədəd (ayrılıqda 65.5 kv.m; 76.6 kv.m; 125 kv.m; 76,6 kv.m; 50.9 kv.m və 89.4 kv.m sahələri olan) marketin, binanın 1*-C blokunun zirzəmi mərtəbəsində ümumilikdə 551 kv.m sahəsi olan qarajın yerləşməsi müəyyən edilmiş və razılaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektu ra Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-3245 saylı məktubunda qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının memarlıq-planlaşdırma layihəsi ilə bağlı aşağıdakıları bildirirlər:

1. CHиП 2.08.02-89*, əlavə 4 * -ə əsasən qeyri-yaşayış və içtimai iaşə obyektləri binaların zirzəmi mərtəbəsində yerləşdirilə bilər; 2. 1 * C blokunun mərtəbə planlarından göründüyü kimi binanın 1-ci mərtəbəsində ticarət obyekti (market), zirzəmi mərtəbəsində isə qaraj nəzərdə tutulmuşdur;

3. Tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47-ci maddəsinin 47.4.2 bəndinə uyğun olaraq tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə 1-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1 * -C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. İddiaçı bildirir ki, Cavabdeh MMC ilə aralarında xx xxxxxx 2016-cı il tarixdə Bakı 15 saylı notariat kontorunda “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2 bəndinə əsasən tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında binanın zirzəmisin də yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında Cavabdeh MMC-yə təhvil verir, 1.3 bəndinə əsasən MMC həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290 kv.m ümumi sahəsi olan 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsini “sakinə” təhvil verir. Onun və digər sahibkarların iştirakı ilə müqaviləni notariusda bağlamamışdan öncə cavabdehin nümayəndələri onlarla iclaslar keçirmişlər və həmin iclaslarda bütün şərtləri onlarla müzakirə etmişlər. Bildirmişlər ki, 20 faiz artıq sahə veriləcəkdir. Hətta müqavilədə də göstərmişlər ki, veriləcək əlavə sahə 20 faiz olacaqdır. Sonra hər birini tək-tək çağırmışlar ki, 20 faizindən imtina et, əvəzində sənə 1-ci mərtəbədən yer verək. Onlara layihəni göstərmiş, bildirmişlər ki, bura zirzəmidir, birinci mərtəbədəki sahə isə qeyri-yaşayış kimi yazılmışdır, onlar da müqavilədə yazılanla razılaşmışlar. Müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddətdən 5 aydan artıq vaxt keçməsinə və həmin yerdə inşa edilən binanın tikintisi başa çatmasına baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələr etməklə yayınır. Bu da öz növbəsində sahibkarlıq hüququnu həyata keçirməyinə maneə yaradaraq ona külli miqdarda zərərin vurulması ilə nəticələnir. Tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər edilsə də, məsələnin məhkəmədən kənar həlli istiqamətində cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçı iddia ərizəsində aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh MMC-nin öz öhdəliklərini icra etmədiyi göstərilmişdir. Lakin cəmiyyət tərəfindən həmin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklər tam şəkildə və vaxtında icra edilmişdir. Buna baxmayaraq iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) qəbul etməkdən imtina edir. Bununla əlaqədar dəfələrlə iddiaçıya müraciət olunmuşdur ki, 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) cəmiyyətdən qəbul etsin, lakin iddiaçı hər dəfə təhvil almalı olduğu qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən heç bir müqavilə şərtləri pozulmamışdır, əksinə olaraq İddiaçı müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəlikləri icra etməkdən imtina edir. Göstərilən xü susatlara əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair iddiasının rədd olunmasını xahiş edir. İş üzrə mübahisə apelyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Apelyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019cu il tarixli rəyi ilə 1-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zi rzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1 * -C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-ya şayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 1-C-1 saylı 290 kv.m qeyriyaşayış sahəsini iddiaçıya təklif etsə də iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 290 kv.m qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçının bununla bağlı dəlili ondan ibarıtdir ki, cavabdehin ona təklif etdiyi 1-C-1 saylı qeyri-yaşayış sahəsi qaraj sahəsidir. Onlar 290 kv.m. qaraj sahəsinin deyil qeyri-yaşayış sahəsinin (obyektin) verilməsi barədə razılığa gəlmişlər. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə əsaslandırmışdır. Həmin rəyə əsasən 1-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1 * -C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir və məhkəmə ekspert rəyini digər sübutlarla və işin fatktiki halları ilə müqayisəli şəkildə qiymətləndirməlidir. Mül ki Prossesual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan nəzərə alınmalıdır ki, hazırkı mübahisənin düzgün həlli üçün apelyasiya instansiyası məhkəməsi yalnız ekspert rəyinə əsaslanmaqla qərar qəbul etməməli, eyni zamanda tərəflərin müqavilə şərtlərinə uyğun iradə ifadəsini müəyyənləşdirməlidir. Mülki Məcəllənin 24.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi qanunvericiliiyin tələbinə əsasən tərəflrin iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə müqavilənin hərfi mənasina görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq müqavilə şərtlərinə uyğun tərələrin iradə ifadəsi ilə bağlı araşdırma aparmamış və onların iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunun nədən ibarət olmasını aydınlaşdırmamışdır. Beləliklə, işin hallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaların pozuntusu ilə çıxarmışdır və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar