Məhkəmə qərarları › İş №2(102)-4687/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4687/2022

20.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4687/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4687/2022 Açar sözlər: Müqavilənin bağlanmış sayılması, iradə ifadəsinin təfsiri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3390/2022 nömrəli, 4 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 18 mart 2004-cü il tarixdə verilmiş 001696 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 289,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır.

2. Həmin əmlakın 27 fevral 2004-cü il tarixdə tərtib edilərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən təsdiq olunmuş texniki pasportuna əsasən, ünvan 1 ünvanındakı tikili 1957-ci ildə tikilmişdir. Əsas göstəriciləri və təsnifatı - ümumi sahəsi 289,6 kv.m, əsas sahəsi 117,6 kv.m (boş otaqlar), köməkçi sahəsi 172,0 kv.m-dir (anbarlar 117,6 kv.m, dəhliz 47,6 kv.m, anbar 2,2 kv.m, sanitar qovşağı 4,6 kv.m), texniki göstəriciləri - hündürlüyü 2,60 m. olmaqla zirzəminin bir hissəsidir.

3. Öhdəliklərin və hüquqların alqı-satqısına dair 05 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış, müqavilənin predmeti və öhdəliklər aşağıdakı qaydada müəyyən edilmişdir: 4. “1.1.... Nizami rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarını rəhbər tutaraq Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 29 nömrəli Sərəncamına əsasən Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndiirlməsi üçün torpaq sahəsi icarə əsasında həmin “MMC”-nin istifadəsinə verilmişdir. 5. 1.2. Bu müqaviləyə əsasən “Sakin” Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə İddiaçı verilmiş 001696 qeydiyyat nömrəsi ilə 3 nömrəli kitabın 50 səhifəsində qeyd edilmiş Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. 6. 1.3. “MMC” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyriyaşayış sahəsini “Sakin”ə təhvil verir. 7. 1.4. “MMC” tərəfindən “Sakin”ə təhvil veriləcək mənzilin və ya qeyri-yaşayış sahəsinin ümumi sahəsi “Sakin”in mənzilinin və ya qeyri-yaşayış sahəsinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və bitişik olan əlavə tikililərin (əgər varsa) 50%-nin cəmi olaraq hesablanır. 8. 2.2. “MMC” inşaat işlərinə başlanılan gündən 24 ay ərzində tam təmirli qeyriyaşayış sahəsini “Sakin”ə təhvil verir. 9. 2.3. Qeyri-yaşayış sahəsi təhvil verilənə qədər “Sakin”ə müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla, təminatlı formada “X2 Azərbaycan” QSC-də, “MMC” tərəfindən t əmin olunmuş debit kartı (Master Card) vasitəsilə (aylıq olaraq-hər ayın 5-nədək) ödəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyriyaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55000 manat pulun tutulması, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18000 manat pulun tutulması, ödənilmiş dövlət rüsum unun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

11. İddiaçı məhkəmə baxışı zamanı yazılı vəsatət təqdim edərək göstərmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf hazırda müqavilə ilə razılaşdırılmış ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsini ona verməyi öhdəlik götürsə də, faktiki olaraq həmin yeri digər şəxslərə satmasını etiraf etmiş, belə olan halda, hesab edir ki, cavabdehin əməlində cinayət tərkibi vardır. Ona görə Cavabdeh MMC-nin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddətdən 5 aydan artıq vaxt keçməsinə və həmin yerdə inşa edilən binanın tikintisi başa çatmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələr etməklə yayınır. Bu da öz növbəsində sahibkarlıq hüququnu həyata keçirməyinə maneə yaradaraq, ona külli miqdarda zərərin vurulması ilə nəticələnir. Tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər edilsə də, məsələnin məhkəmədən kənar həlli istiqamətində cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır.

13. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində aralarında bağlanmış 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüqu qların alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh MMC-nin öz öhdəliklərini icra etmədiyi göstərilmişdir. Lakin cəmiyyət tərəfindən həmin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklər tam şəkildə və vaxtında icra edilmişdir. Buna baxmayaraq iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) qəbul etməkdən imtina edir. Bununla əlaqədar dəfələrlə iddiaçıya müraciət olunmuşdur ki, 1-C-1 290 kv.m qeyriyaşayış sahəsini (zirzəmini) cəmiyyətdən qəbul etsin, lakin iddiaçı hər dəfə təhvil almalı olduğu qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən heç bir müqavilə şərtləri pozulmamışdır, əksinə olaraq İddiaçı müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəlikləri icra etməkdən imtin a edir.

14. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, İddiaçı obyekti Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşmişdir. Cavabdeh MMC-nin nümayəndələri onlarla danışıqlar aparmışlar, şərtləşib obyektlərinin götürülməsi haqqında müqavilələr bağlamışlar. Təklif etmişlər ki, onlar obyektlərini boşaltsınlar, əvəzində onlara obyektlərdən 20 faiz artıq veriləcəkdir, onları zirzəmidən çıxarıb 1-ci mərtəbədən yer verəcəklər. İddiaçının bəzi obyektləri və onun obyekti binanın yarımzirzəmisində yerləşmişdir. Yarımzirzəmi deyəndə belə başa düşülür - pilləkəndə (üç-dörd pilləkən olur adətən) duranda insanın yarı hissəsi çöldə qalır, pəncərələr də böyük olur deyə, ora gün düşür. Yarımzirzəminin hündürlüyü təxminən 3 m etr olmuşdur, sadəcə şəhadətnamədə heç vaxt yarımzirzəmi yazılmır. İddiaçı öz sahəsində ehtiyat hissələrinin satışı üçün dükan kimi istifadə etmişdir. Əsas sahəsi mağaza olmuş, köməkçi sahədən isə ambar kimi istifadə etmişdir. İddiaçı cavabdehlə 290 kv.m-ə ona görə razılaşmışdır ki, onun fikrincə, cavabdehin onlara birinci mərtəbədən obyekt verməsi məsələsi müzakirə olunurdu. 20 faiz artıq sahənin onlara verilməməsini birinci mərtəbədən yer veriləcəyi ilə izah etmişlər. Şəxsən ona bu barədə demişlər. Eyni səbəblə cavabdeh iddiaçıya da 20 faiz artıq sahə verməkdən yayınmışdır. Bu söhbət şəxsən onun yanında olmuş, bu sözü Murada cavabdehin Miri adlı nümayəndəsi demişdir. İddiaçının obyektinə dair müqavilə iddiaçı ilə cavabdehin nümayəndəsinin iştirakı ilə notariusda bağlanmışdır. O, həmin mü qavilənin bağlanmasında iştirak etməmişdir, müqavilənin şərtləri barədə dəqiq məlumatı yoxdur, lakin istənilən alqı-satqını rəsmiləşdirməkdən öncə tərəflər danışıqlar aparır, razılığa gəlirlər və gəldikləri razılıq əsasında notariusa müraciət edib müqavilə bağlayırlar.

15. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, özü Sədərək Ticarət Mərkəzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçıla obyektləri keçmiş Ş.Mirzəyev küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində yerləşmişdir. İddiaçının obyekti zirzəmidə yerləşmiş, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. İddiaçının obyektinin əsas sahəsi, satış məqsədi üçün istifadə etdiyi hissəsi təxminən 50-60 kv.m olardı. İddiaçının obyektin qalan hi ssəsini arxada yerləşən saxlanc yeri kimi istifadə etdiyi hissəni o, görməmişdir. Cavabdeh MMC-nin nümayəndələri pilot layihəni təklif edəndə aparılmış danışıqlarda iştirak etmişdir. Hər gün cavabdehin nümayəndələri gəlmiş, yalvarmışlar, İcra Hakimiyyətində görüşlər keçirmişlər. Gündə gəlib təklif etmişlər ki, onlara 20 faiz artıqlaması ilə yer verəcəklər. Özündə 35 kv.m yer olmuş, ona haradasa 45 kv.m yaxın yer verməli idilər. Lakin heç bir artıq sahə verilməmiş, həmin sahəni saxlamışlar, amma 40 kv.m qalmışdır, o səbəbdən ki, onları birinci mərtəbəyə çıxarırlar, yəni zirzəmidən yuxarı çıxırlar. Cavabdehin nümayəndəsi bildirmişdir ki, 20 faizi vermirlər, amma əvəzində birinci mərtəbəyə çıxırlar. Yəni obyekt birinci mərtəbədə olacaqdır. İddiaçının cavabdehlə danışıqlarında o, şəxsən iştira k etməmişdir. Onun da, iddiaçının da obyektlərini cavabdeh bu günədək verməmişdir. Halbuki cavabdeh 2 il müddətinə obyektlərin veriləcəyini bildirmişdir. İddiaçı ilə bağlanmış müqavilənin şərtləri barədə məlumatı yoxdur, lakin hamısının şərtləri eyni olmuş, cavabdeh müqavilələri onlarla təxminən eyni vaxtda bağlamışdır.

16. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış 10 iyun 2019-cu il tarixli xx/xx-3245 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının tikinti layihəsi ilə bağlı sorğuda qaldırılan məsələyə Komitədə baxılmışdır, qaldırılan məsələ vətəndaş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə çərçivəsində həll edilməlidir. Bununla yanaşı çoxmərtəbəli yaşayış bin asının memarlıq-planlaşdırma layihəsi ilə aşağıdakılar bildirilir:

1. CHиП 2.08.02-89*, əlavə 4*-ə əsasən qeyri-yaşayış və ictimai iaşə obyektləri binaların zirzəmi mərtəbəsində yerləşdirilə bilər; 2. 1*C blokunun mərtəbə planlarından göründüyü kimi binanın 1-ci mərtəbəsində ticarət obyekti (market), zirzəmi mərtəbəsində isə qaraj nəzərdə tutulmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 avqust 2019-cu il tarixdə 13285 nömrəli rəy verilmiş, rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan binanın eskiz layihəsinə əsasən, 1*-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin fak tiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi uçun hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bır neçə nəfərin daxıl olması üçun keçidlər olmadığını, 1*-C blokuna aid zirzəmidə tam (bütov) şəkildə 290 kv.metr sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi uçun müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bır neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, "xxxx" MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüq uqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr umumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir.

18. Cavabdehin nümayəndəsi ekspertiza rəyinə yazılı etirazında Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” qaydalarının 3.7-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.6 və 3.7-ci bəndlərinə istinad etmiş, etirazını onunla əsasland ırmışdır ki, cavabdeh iddiaçıya verməli olduğu qeyri-yaşayış sahəsinə Q/Y-1-C-1 saylı ünvan nömrəsi verməklə həmin daşınmaz əmlakın 1-C blokunun zirzəmisində yerləşən -1 (mənfi bir) saylı qeyri-yaşayış sahəsi olmaqla fərdiləşməsini təmin etmişdir.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il il tarixli, 22(007)-1021/2019 nömrəli qətnaməsi ilə (hakim Məzahir Sadıqov) iddia tələbi rədd edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ona verilmək əvəzinə cavabdeh tərəfindən faktiki olaraq həmin yerin digər şəxslərə satılmasını göstərsə də, bu faktı təsdiq edəcək müqavilələri və digər sübutları, eləcə də nəzərdə tutduğu satılmış sahələrin məhz 05 avqust 2016-cı il tarixli müqavilə də əksini tapmış qeyri-yaşayış sahəsinin eyni sahələr olmasını, onların üst-üstə düşməsini təsdiq edən sübutlarını təqdim etməmiş, marağına toxunan şəxsləri, yəni ona verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi sahəni almış şəxsləri müəyyən edərək işə cəlb etməmişdir. Buradan da görünür ki, iddiaçının irəli sürdüyü dəlillərin də əsası yoxdur.

21. İddiaçı iddia tələbinin “tərəflər arasında bağlanmış 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması” hissəsində qanuni əsasları yoxdur, cavabdehin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini təsdiq və müəyyən edən hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir.

22. Məhkəmə iddia tələbinin ikinci - öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55000 manat pulun tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, faktiki olaraq ilk növbədə həmin tələb, iddianın 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, ona görə cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması ilə bağlı birinci hissəsindən irəli gələn, törəmə tələbdir, hansı ki, tələbin sözügedən əsas hissəsinin əsassız olması müəyyən edildiyinə görə, həmin törəmə tələbin təmin edilməsi üçün də əsaslar yoxdur.

23. Məhkəmə İddiaçı Cavabdeh MMC-nin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə xahişinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasınd a yaranmış mübahisə mülki xarakterli, müqavilə münasibətlərindən irəli gələn mübahisədir, bundan başqa, cavabdehin nümayəndəsinin başqa şəxslərə satıldığını qeyd etdiyi qeyri-yaşayış sahələri tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan sahə deyil, binanın eskiz layihəsində 1*- C blokunun 1-ci mərtəbəsində yerləşən sahələr olması müəyyən edilmişdir. İddiaçı isə ona verilməli olan sahənin başqa şəxslərə satılması barədə sübutlarını (müqavilə və s.) təqdim etməmişdir. Bununla da, məhkəmə cavabdehin əməlində cinayət tərkibinin olması barədə iddiaçının irəli sürdüyü dəlillərin əsassız olması, Cavabdeh MMC-nin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması üçün əsasların olmaması qənaətinə gəlir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləs inin 385.1, 389.1, 389.3, 390.1, 390.2 və 399.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2020-ci il tarixli, 2(103)-696/2020 nömrəli qətnaməsi ilə (hakimlər - Aida Hüseyn (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Raqib Qurbanov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C blokunda 1 -ci mərtəbədə yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün 9000 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun iddiaçıdan və 50 manat məbləğində pulun cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə 1-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1*-C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsi ndən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir.

28. Məhkəmə iddia tələbinin - öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddiaçı qanunvericiliyin tələbləri baxımından hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. 28 aprel 2019-cu i l tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması hissəsində isə iddia tələbi qismən əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas olan “Öhdəliklərin və hüquqların alqısatqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 nömrəli, tam təmirli qeyriyaşayış sahəsi təhvil verilənədək iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödənilməsini razılaşdırmışlar. Göründüyü kimi müqavilə ilə kirayə haqqının aylıq məbləği 3000 manat deyil, 1500 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, kirayə haqqı 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilmədiyindən, həmin tarixdən etibarən ödənilməmiş olan kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün kirayə haqqı cavabdeh tərəfindən ödənilməlidir.

29. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4101/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və Elşanə Vəliyeva) Cav abdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir və məhkəmə ekspert rəyini digər sübutlarla və işin fatktiki halları ilə müqayisəli şəkildə qiymətləndirməlidir. Hazırkı mübahisənin düzgün həlli üçün apellyasiya instansiyası məhkəməsi yalnız ekspert rəyinə əsaslanmaqla qərar qəbul etməməli, eyni zamanda tərəflərin müqavilə şərtlərinə uyğun iradə ifadəsini müəyyənləşdirməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq müqavilə şərtl ərinə uyğun tərələrin iradə ifadəsi ilə bağlı araşdırma aparmamış və onların iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunun nədən ibarət olmasını aydınlaşdırmamışdır.

32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 24.4, 324.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. İkinci apellyasiya baxışında mübahisəli halların dəqiqləşdirilməsi məqsədilə yenidən ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2287 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, xx.xx.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən çoxmərtəbəli binanın 1*-C blokunun zirzəmisi qaraj kimi və binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış (market) sahəsi kimi qeyd olunduğunu nəzərə alaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə göstərilən ünvan 2 ünvanında yerləşən 290 kv.m. ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsi binanın 1-ci mərtəbəsində nəzərdə tutulmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin eskiz layihə üzrə binanın zirzəmi hissəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, xx.xx.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən avtomaşınların surəti əks olunmaqla qaraj kimi nəzərdə tutulmuşdur. Qeyriyaşayış sahəsinin eskiz layihəsi üzrə binanın 1-ci mərtəbəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8- 03/1001 saylı, xx.xx.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihə yə əsasən qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. ünvan 2 ünvanında yerləşən 290 kv.m. ümumi sahəsi olan Q/Y-1-C-1 blokunda 1-ci mərtəbədən bir dəfəyə 290 kv.m. ümumi sahəyə uyğun şəkildə razılaşdırılmış eskiz layihədə göstərilən 89,4 kv.m., 50.9 kv.m., 76,6 kv.m., 43,8 kv.m., 4,5 kv.m., 5,2 kv.m., 4,9 kv.m., 5,0 kv.m. və 4,5 kv.m. sahələr faktiki olaraq ayrıla bilər.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(103)-1024/2021 nömrəli qətnaməsi ilə (hakimlər – Ziya Şirinov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Fuad Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəti cə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, keçirilmiş hər iki ekspertiza üzrə daxil olmuş ekspert rəyləri iş üzrə mübahisəli halın müəyyən edilməsi baxımından mötəbər deyil. Ona görə ki, ekspertlər sözügedən binaya baxış keçirməklə binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin (obyektlərin), mənfi 1-ci mərtəbəsində (zirzəmidə) isə qarajın nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilədə iddiaçıdan alınmış obyektin əvəzində ona verilməsi nəzərdə qeyri-yaşayış sahəsinin yerinin zirzəmi kimi göstərilmədiyini bildirməklə, iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin binanın 1ci mərtəbəsində yerləşməsi qənaətinə gəlmişlər. Göründüyü kimi, ekspert mübahisəli qeyri-yaşayış sahəsinin eksiz layihəsi, iddiaçının tələb etdiyi və cavabdehin təklif etdiyi sahələrin natu rada yerlərini müəyyən etməklə, hansı sahənin hesabına öhdəliyin icrasının mümkünlüyü məsələsinə qiymət verməli olduğu halda, qarşısına qoyulmuş suallara səlahiyyətlərindən kənara çıxaraq, tərəflər arasında bağlanmış müqavilənin məzmunu, onlar arasındakı qarşılıqlı münasibətlərin mahiyyəti baxımından cavab vermişdir. Bu isə məhkəmənin müstəsna səlahiyyətidir. Rəyin aydınlaşdırılması məqsədilə məhkəmə baxışında dəvət edilmiş ekspert Xəyyam İsgəndərov qeyd olunan halları eyni məzmunda izah etməyə çalışmışdır.

36. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, eyni zamanda işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından da iddianın əsaslılığı qənaətinə gəlmək mümkün deyil. İşə birinci instansiya mə hkəməsində baxılarkən iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də, qeyd olunan halın təsdiq olunması üçün kifayətedici hesab olunmur. Çünki, həmin şəxslər tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin tərəfi, iştirakçısı olmamaqla, ifadələrindən görünür ki, iddiaçı ilə yanaşı sökülmüş köhnə binanın müvafiq sahələrinin mülkiyyətçiləri olmuşlar, cavabdeh tərəfindən yeni tikilmiş binada onlara verilməli olan sahələrlə bağlı cavabdehlə aralarında bu və ya digər formada narazılıq mövcuddur, bu baxımdan onların ifadələri sübut növü qismində qəbul edilmir.

37. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəti cəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

38. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləsinə əsasən, o, mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdehə təhvil verməyi, cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ər zində 290 kv.m ümumi sahəsi olan 1-C-1 blokunda (zirzəmidə) yerləşən qeyri-yaşayış sahəsini ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 1-C-1 saylı 290 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya təklif etsə də, iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 290 kv.m qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Başqa sözlə, cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə bağlı qalmış və öhdəliyin icrasında hər hansı pozuntuya yol verməmişdir.

39. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 385.1, 386.1, 404.1, 404.2, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

40. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)706/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər - Zaur Əliyev (məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

42. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi iddianın qanuni əsas(lar)ını müəyyən etməmiş, tələbləri rədd edərkən iddiaçının bildirdiklərinin hansı maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun gəlmədiyini göstərməmiş, bu istiqamətdə bir əsaslandır ma aparmamışdır.

43. Məhkəmələr müəyyən etmişlər ki, tərəflərin bağladıqları müqavilə üzrə iddiaçı, ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə əvəzində 290 kv.m. ümumi sahəsi olan 1-C-1 saylı təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.

55. İddiaçı bildirir ki, cavabdeh inşa etdiyi binanın birinci mərtəbəsində ona qeyri-yaşayış sahəsini vermək öhdəliyini yerinə yetirmir.

44. Cavabdeh isə ifadə edir ki, iddiaçıya binanın birinci mərtəbəsindən yox, mənfi bir - zirzəmi hissəsindən qeyri-yaşayış sahəsi verməlidir, bu sahəni isə iddiaçı qəbul etmir. Belə olan halda, iddianın qanuni əsası kimi, Mülki Məcəllənin 567, 581.1 və 587.2.2- ci maddələri nəzərdən keçirilə bilər. Həmin norma ları hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı, alğı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətdə əşya verməyi cavabdehdən tələb edir. Müqavilədə nəzərdə tutulan əşya (qeyri-yaşayış sahəsinin binadakı yerləşmə yeri) isə tərəflər arasında mübahisəlidir. Belə ki, iddiaçı sahəni binanın birinci mərtəbəsində aldığını iddia edir, cavabdeh isə ona zirzəmi hissəsində sahə satdığını bildirir. Sözügedən xüsusat mübahisəli olduğu üçün işə daha əvvəl baxmış kassasiya kollegiyası qərarında göstərmişdir ki, mübahisəni mahiyyəti üzrə həll edən apellyasiya məhkəməsi tərəflərin müqavilə şərtlərinə uyğun iradələrini müəyyənləşdirməli, onların iradə ifadələrinin həqiqi məzmununun nədən ibarət olmasını aydınlaşdırmalı, işdəki sübutları müvafiq qaydada qiymətləndirməlidir.

45. İkinci apellyasiya kollegi yası işdəki sübutlar (ekspertiza rəyi, tərəflərin və şahidlərin izahatları) barəsində müvafiq qiymətləndirmə aparsa da, mübahisəli hala dair tərəflərin iradə bəyanlarını və müqaviləni təfsir etməmişdir. Məhkəmə, iradə ifadəsinin təfsirinə dair Mülki Məcəllənin 324 və 404-cü maddələrini qətnaməyə yazsa da, həmin normalar və müqavilə şərtləri ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müzakirə etməmiş, bu xüsusat üzrə təhlil aparmamışdır. Məhkəmə yekunda belə qənaətə gəlmişdir ki, iddiaçı ona təhvil verilən sahəni qəbul etmədiyi üçün iddia əsassızdır.

46. Kassasiya məhkməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli hal (alqı-satqının predmeti olan sahənin yerləşmə yeri) müqavilənin mühüm şərti olduğu üçün ilk növbədə tərəflərin həmin məsələdə ifadə etdik ləri iradələrinin bir-biri ilə uzlaşıbuzlaşmadığı müəyyən olunmalıdır. Çünki, bu hal onlar arasında etibarlı bir müqavilənin bağlanıb-bağlanmaması baxımından əhəmiyyət kəsb edir. Əgər tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticə üçün ifadə etdikləri iradələri eyni deyilsə, (məsələn, satıcının satmaq istəyi əşya alıcının almaq istədiyi əşyadan fərqlidirsə, bu işin halları baxımından desək, cavabdeh zirzəmidən sahə satmağı, iddiaçı isə birinci mərtəbədən sahə almağı ifadə edibsə) iradə bəyanlarının bir-birinə uyğun olmadığı qəbul edilir. Belə uyğunsuzluq isə keçərli bir razılaşmanın olmadığına dəlalət edir. Ona görə də qanunda nəzərdə tutulmuşdur ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyil. Tərəflər müqav ilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Amma bu hal qarşılıqlı olaraq eyni predmet barəsində bəyan edilmiş iradənin məzmunu barəsində əqdin tərəfinin yanılması ilə qarışdırılmamalıdır. Başqa sözlə, tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticə üçün ifadə etdikləri iradələr bir-birinə uyğundursa, bu işin halları baxımından desək, cavabdeh də iddiaçı da eyni (zirzəmidən və ya birinci mərtəbədən) sahənin alqı-satqısı barədə iradə bəyan ediblərsə müqavilə bağlanmış sayılır. Bu zaman tərəflərdən birinin bəyan etdiyi iradəsinin onun düşüncəsinə uyğun olmadığını (məsələn, birinci mərtəbədən sahə satılmasına dair iradə ifadə etsə də, əslində zirzəmidən sahə satdığını düşündüyünü) iddia etməsi etibarlı bir müqavilənin bağlanmadı ğı anlamına gəlməz. Ona görə ki, mülki hüquq münasibətlərində əsas götürülən güvən prinsipi” bir iradə bəyanına adətən verilməsi lazım gələn mənanı əsas götürməyi nəzərdə tutur. Belə ki, əqdin bir tərəfi düşüncəsinə uyğun olmayan iradə bəyan edibsə, qarşı tərəf də bunu bilmirsə və bilməli də deyilsə müqavilə qurulmuş hesab edilir. Çünki, müqavilənin bağlanması baxımından bir kimsənin daxili aləmindəki düşüncələrə deyil, ortada olan və faktiki olaraq qarşı tərəfə yönəldilmiş iradə bəyanına əhəmiyyət verilir. Bu baxımdan müqavilənin qarşı tərəfi hal və şəraitə görə ifadə olunan iradəyə güvənməkdə haqlıdırsa müqavilə bağlanmış sayılır. Bununla belə, açıqladığı iradə bəyanında yanılmaya düşmüş şəxs MM-in 347-ci maddəsinə uyğun olaraq həmin əqdi mübahisələndirməklə onu etibarsız hala gətirə bil ər. Bunun üçün tərəf, vacib əhəmiyyətli yanılma faktını, habelə yanıldığını bildiyi andan bir ay müddətində əqdi mübahisələndirdiyini (bu barədə iradə ifadəsini müqavilənin digər tərəfinə bildirməsini) sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə mübahisəli hal üzrə tərəflərin yazılı müqavilədə ifadə etdikləri iradələrinin həqiqi mənası düzgün müəyyənləşdirilməlidir (təfsir edilməlidir). Bunun üçün sözügedən əqdin bağlanması ilə tərəflərin hədəflədikləri nəticə, yəni iddiaçının verdiyi sahə müqabilində əldə etmək istədiyi (o cümlədən cavabdehin ona satmaq istədiyi) sahənin nədən ibarət olması aydınlaşdırılmalıdır. Bu çərçivədə iddiaçının verməyi öhdəsinə götürdüyü qeyri-yaşayış sahəsinin yerləşmə yeri və təyinatı ilə ona təqdim olunan sahənin yerləşdiyi yer, texniki göstəriciləri və təy inatı, cavabdehin verməli olduğu sahənin müqavilədə göstərilən “1-C-1” saylı fərqlənmə nişanının hansı yeri (zirzəmini, yoxsa birinci mərtəbəni) işarə etdiyi araşdırılmalı, bunun üçün binanın layihə sənədlərindəki məlumatlar, o cümlədən ekspertiza rəyləri ətraflı təhlil edilməli, habelə təhvil-təslim olunan sahələrin (təyinatına uyğun) istifadə məqsədini qarşılmaq baxımından imkanları və s. müqayisə olunmalıdır. Bu zaman cavabdehin sahəni tam təmirli təhvil verməsi barədə, habelə müqavilənin digər aidiyyəti şərtləri həm hərfi mənaya görə, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, tərəflərin iradəsinin həqiqi mahiyyəti baxımından onların mənası təhlil edilməlidir. Sözügedən hallara dair təqdim olunmuş sübutlar tədqiq edilərkən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəf lərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalı, təfsir qaydalarına uyğun bir təhlil aparılmaqla gəlinən nəticə əsaslandırılmalıdır. Göstərilən qaydada dəyərləndirmə aparıldıqdan sonra müqavilənin bağlanıb-bağlanmadığına, iddiaçıya verilməli olan sahənin yeri barədə cavabdehin öhdəliyinin nədən ibarət olmasına, bu öhdəliyinin pozulub-pozulmadığına və bütövlükdə iddia tələblərinə yekun hüquqi qiymət verilməklə mübahisə həll olunmalıldır.

47. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, kassasiya məhkəməsinin əvvəlki qərarındakı göstərişlərinin yerinə yetirilməsinə, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veril məsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.

48. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324, 347, 404, 567, 581.1 və 587.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3390/2022 nömrəli 4 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Şərafət Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)1021/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, 05 avqu st 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 manat, 6 ay üçün 9000 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

50. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları iddiaçının müqavilə öhdəliyinə əməl edərək əmlakı cavabdehə təhvil verməsi müəyyən edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi müəyyən edilmir. Belə ki, Cavabdeh MMC iddia tələbinə etirazda göstərmişdir ki, cəmiyyət m üqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə və vaxtında icra etmişdir, dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçı ona verilməli olan 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina edir. Öhdəliklərin və hüquqların alqı-satqısına dair 05 avqust 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “Sakin” Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə İddiaçı verilmiş 001696 qeydiyyat nömrəsi ilə 3 nömrəli kitabın 50-ci səhifəsində qeyd edilmiş Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “MMC” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini “Sakin”ə təhvil verir. Hazırda isə cavabdeh tərəf iddiaçıya 1-C bloku zirzəmi mərtəbədə 290 kv.m qeyriyaşayış sahəsini (zirzəmini) təklif edir. Halbuki iş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının memarlıq planlaşdırma həllindən (eskiz layihə) görünür ki, binanın 1*-C blokunun 1-ci mərtəbəsində 7 ədəd (ayrılıqda 65.5 kv.m; 76.6 kv.m; 125 kv.m; 76,6 kv.m; 50.9 kv.m və 89.4 kv.m sahələri olan) marketin, binanın 1*-C blokunun zirzəmi mə rtəbəsində ümumilikdə 551 kv.m sahəsi olan qarajın yerləşməsi müəyyən edilmiş və razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə, iddiaçının ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyriyaşayış sahəsini (əsas sahə 117,6 kv.m (boş otaqlar), köməkçi sahə 172,0 kv.m (anbarlar 117,6 kv.m, dəhliz 47,6 kv.m, anbar 2,2 kv.m, sanitar qovşağı 4,6 kv.m), hündürlük 2,60 m, yerləşmə yeri - zirzəminin 1 hissəsi) cavabdeh MMC-yə təhvil verməsi, MMC-nin həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi razılaşdırılmışdır.

51. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019 cu il t arixli xx/xx-3245 saylı məktubunda qeyd olunmuşdur ki,

1. CHиП 2.08.0289*, əlavə 4*-ə əsasən qeyri-yaşayış və içtimai iaşə obyektləri binaların zirzəmi mərtəbəsində yerləşdirilə bilər; 2. 1*C blokunun mərtəbə planlarından göründüyü kimi binanın 1-ci mərtəbəsində ticarət obyekti (market), zirzəmi mərtəbəsində isə qaraj nəzərdə tutulmuşdur;

3. Tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47-ci maddəsinin 47.4.2 bəndinə uyğun olaraq tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir. Göründüyü kimi cavabdehin iddiaçıya 1-C blokunda zirzəmi mərtəbəsində 290 kv.m qeyriyaşayış sahəsi (zirzəmi) təklif etməsi tərəflər arasında bağlanmış müqavilənin müddəalarına zidd olmuşdur.

52. Məhkəmə hesab etmişdir ki, istinad edilən müqavilədə cavabdeh 1-ci mərtəbədə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi barədə öhdəlik götürmüşdür ki, hazırda həmin öhdəlik icra edilməmişdir.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 13285 nömrəli rəyinə görə, tədqiq olunan binanın eskiz layihəsinə əsasən, 1*-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər h ansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1 *-C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir.

54. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbinin “tərəflər arasında bağlanmış 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması” hissəsində əsaslı olmuşdur, birinci instansiya məhkəməsi isə həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, istinad olunan normaların tələblərini pozmuşdur.

55. Məhkəmə iddia tələbinin - öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddiaçı qanunvericiliyin tələbləri baxımından hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. 56. 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat, 6 ay üçün 18000 manat pulun tutulması hissəsində isə iddia tələbini məhkəmə qismən əsaslı hesab edərək bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas olan “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1- C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsi təhvil verilənədək iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını - aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödənilməsini razılaşdırmışlar. Göründüyü kimi müqavilə ilə kirayə haqqının aylıq məbləği 3000 manat deyil, 1500 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, kirayə haqqı 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilmədiyindən, həmin tarixdən etibarən ödənilməmiş olan kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün kirayə haqqı cavabdeh tərəfindən ödənilməlidir.

57. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324, 389.1, 389.3, 390.1, 390.2, 404, 405.1, 567, 581, 587.2.2, 662.1, 662.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri təhvil verilib, qarşılıqlı olaraq cəmiyyət tərəfindən iddiaçıya müqavilə və qarşılıqlı münasibətlərdə yaranmış praktika üzrə (-1 mərtəbədə) zirzəmidə qeyri yaşayış sahəsi təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən təklif edilən sahəni qəbul etməkdən imtina etməsi və 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrini cavabdehdən tələb etməsi aşkar surətdə müqavi lə üzrə razılıqdan kənara çıxmasına dəlalət edir.

60. Məhkəmə müqavilə üzrə tərəflərin razılığa gəldikləri öhdəlikləri nəzərə almamışdır. Belə ki, cəmiyyət tərəfindən həmin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yəni, verməli olduğu 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) iddiaçıya təklif edir, iddiaçı isə öz növbəsində əsassız olaraq müqavilədə göstərilmiş “1-C” blokundan sonra - 1 (mənfi bir) qeyd olunmasını birinci mərtəbə kimi hesab edərək qəbul etməkdən imtina edir. Apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdeh ilə razılığa gəldiyini, lakin əsassız olaraq iddiaçı tərəfindən müqavilənin səhv təfsir etdiyi qəbul etməklə, maddi hüquq normasını tələblərini pozmuşdur.

61. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə yanaşı “X1” MMC-də rəyi mövcuddur, hansı ki, tələb olunan 290 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın mənfi bir yəni zirzəmi mərtəbəsində yerləşdiyi nəzərdə tutulduğu müəyyən edilir. 290 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın mənfi bir yəni zirzəmi və ya birinci mərtəbədə yerləşməsi ilə əlaqədar digər müstəqil ekspertiza mərkəzlərinin birində ekspertiza keçirilməlidir və müvafiq rəylə qeyd olunan suallara ətraflı cavab aldıqdan sonra, sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxaraq qiymət verilməlidir.

62. Apellyasiya instansiya məhkəməsi qətnaməsini 8-ci vərəqin, 4-cü abzasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13285 n ömrəli rəyinə istinad edir. Lakin rəyin əsaslandırılması şübhələr doğurur, belə ki, qeyd olunan ekspertiza mərkəzinin rəyi onunla əsaslandırılmışdır ki, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5 - 3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmamış, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığı, 1*-C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində isə qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəf ə binanın fasad hissəsində vitrin şüşələr quraşdırılması qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

63. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.

64. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarətdir. Şikayət təmin ediləməməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

65. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

66. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

67. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, h əm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

68. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

69. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

70. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

71. Maddə 347.2. şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hall arın mövcud olmaması vacib əhəmiyyətli yanılma hallarıdır.

72. Maddə 354.2. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

73. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

74. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

75. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, iş güzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

76. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

77. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

78. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

79. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mü qavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

80. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

81. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

82. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

83. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

84. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.

85. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələ blərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

86. Maddə 587.2.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

87. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

88. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə 8

9. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

92. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

93. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

94. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

95. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

96. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

97. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

98. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

99. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

100. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

101. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Prosessual Məsələlər

102. Cavabdeh MMC məhkəməyə elektron məhkəmə informa siya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə yazılı etiraz göndərərək hazırki işə baxan məhkəmə tərkibinə daxil olan hakimlərdən Həsənov Vüqar Təvəkgül oğluna və Əhmədov Əhməd Abbas oğluna etiraz etmişdir.

103. Etiraz onunla əsaslandırılmışdır ki, analoji iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı digər bir qeyri-yaşayış sahəsi üzrə oxşar tələblə məhkəməyə müraciət etmiş, həmin iş üzrə işə kassasiya məhkəməsində baxılarkən hakimlər Əhməd Əhmədov və Vüqar Həsənov iştirak etmişlər. Ona görə də, həmin hakimlər hazırki işə baxılmasında iştirak edə bilməzlər.

104. Mülki Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

105. Cavabdehin verdiyi etiraz baxılmamış saxlanmalıdır. Beləki, oxşar işlər üzrə eyni hakimlərin işə baxılmasında iştiraklarının istisna olunması qanunda nəzərdə tutulmadığından hakimlərə etiraz üçün əsas ola bilməz. Kassasiya baxışının hədləri

106. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

107. Hazırkı ka ssasiya baxışının hədlərini cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsi mübahisələndirildiyindən məhkəmə aktı yalnız mübahislələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

108. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

109. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəm əsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

110. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

111. Cavadeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə müqavilə üzrə tərəflərin razılığa gəldikləri öhdəl ikləri nəzərə almamışdır. Belə ki, cəmiyyət tərəfindən həmin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri, yəni verməli olduğu 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) iddiaçıya təklif edir, iddiaçı isə öz növbəsində əsassız olaraq müqavilədə göstərilmiş “1-C” blokundan sonra - 1 (mənfi bir) qeyd olunmasını birinci mərtəbə kimi hesab edərək qəbul etməkdən imtina edir.

112. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, cavabdehin iddiaçıya “1-C” blokundan sonra - 1 (mənfi bir), yəni zirzəmidən qeyri-yaşayış sahəsi verilməsi barədə dəlil, cavabdehin mülahizəsidir. İş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tərəflərin qarşıqlılı münasibətlərinə, müqavilədəki iradə ifadə lərinə, ekspert rəylərinə əsasən tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının cavabdehə qeyri-yaşayış sahəsi verməsi və ona uyğun olan qeyri-yaşayış sahəsi alması müəyyən edilmişdir.

113. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir.

114. Kassasiya şikayətinin digər dəlilinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə yanaşı “X1” MMC-də rəyi mövcuddur, hansı ki, tələb olunan 290 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəl i qeyri-yaşayış sahəsinin binanın mənfi bir yəni zirzəmi mərtəbəsində yerləşdiyi nəzərdə tutulduğu müəyyən edilir. 290 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın mənfi bir yəni zirzəmi və ya birinci mərtəbədə yerləşməsi ilə əlaqədar digər müstəqil ekspertiza mərkəzlərinin birində ekspertiza keçirilməlidir və müvafiq rəylə qeyd olunan suallara ətraflı cavab aldıqdan sonra, sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxaraq qiymət verilməlidir.

115. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş “X1” MMC-nin rəyi mötəbər sübut növü deyildir.

116. Belə ki, “Məhkəmə Ekspertizası Fəaliyyəti Haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həval ə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir.

117. Həmin Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsi ndə məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.

118. Məhkəmə təqdim edilmiş “X1” MMC-nin özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə, həmin rəyi mötbər sübut kimi qəbul etməməklə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

119. Eyni zamanda kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi iddianı təmin edərkən ekspert rəyinə digər sübutlarla birgə qiymət vermiş və onun mötəbərliliyini yoxlamışdır.

120. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəylərinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlillə ri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

121. Kassasiya şikayətində qeyd edilən bu hallarla bağlı hər hansı bir dəlil irəli sürülməmişdir.

122. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

123. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3390/2022 nömrəli, 4 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - yəni iddia tələbinin təmin olunan hisəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar