Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-706/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış sayılması, iradə ifadəsinin təfsiri, satıcının alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya vermək vəzifəsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1024/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış “öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Tərəflər razılaşmışlar ki, qeyri-yaşayış sahəsi təhvil verilənə qədər iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödəniləcəkdir.
2. Hazırda iddiaçı cavabdehin müq avilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini iddia edərək müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin cavabdehə həvalə olunmasını, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün əldən çıxmış faydanın, ödənilməmiş kirayə haqqının əvəzinin tutulmasını tələb edir.
3. Cavabdeh MMC isə etiraz edərək bildirir ki, cəmiyyət müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə və vaxtında icra etmişdir, dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçı ona verilməli olan 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
5. İddiaçı məhkəmə baxışı zamanı yazılı vəsatət təqdim edərək göstərmişdir ki, məhkəmə araşdırması zamanı cava bdeh tərəf hazırda müqavilə ilə razılaşdırılmış ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasını ona verməyi öhdəlik götürsə də, faktiki olaraq həmin yeri digər şəxslərə satmasını etiraf etmişdir, belə olan halda, hesab edir ki, cavabdehin əməlində cinayət tərkibi vardır. Ona görə Cavabdeh MMC-nin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddətdən 5 aydan artıq vaxt keçməsinə və həmin yerdə inşa edilən binanın tikintisi başa çatmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanə lər etməklə yayınır. Bu da öz növbəsində sahibkarlıq hüququnu həyata keçirməyinə maneə yaradaraq, ona külli miqdarda zərərin vurulması ilə nəticələnir. Tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər edilsə də, məsələnin məhkəmədən kənar həlli istiqamətində cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır.
7. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində aralarında bağlanmış 05 avqust 2016-cı il tarixli "xxxx" müqaviləsinə əsasən Vesta Construction MMC-nin öz öhdəliklərini icra etmədiyi göstərilmişdir. Lakin cəmiyyət tərəfindən həmin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklər tam şəkildə və vaxtında icra edilmişdir. Buna baxmayaraq iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 (yəni mənfi b ir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) qəbul etməkdən imtina edir. Bununla əlaqədar dəfələrlə iddiaçıya müraciət olunmuşdur ki, 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) cəmiyyətdən qəbul etsin, lakin iddiaçı hər dəfə təhvil almalı olduğu qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən heç bir müqavilə şərtləri pozulmamışdır, əksinə olaraq İddiaçı müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəlikləri icra etməkdən imtina edir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 10 oktyabr 2019-cu il il tarixli, 22(007)-1021/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilm iş 100 manat məbləğində pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ona verilmək əvəzinə cavabdeh tərəfindən faktiki olaraq həmin yerin digər şəxslərə satılmasını göstərsə də, bu faktı təsdiq edəcək müqavilələri və digər sübutları, eləcə də nəzərdə tutduğu satılmış sahələrin məhz 05 avqust 2016-cı il tarixli müqavilədə əksini tapmış qeyri-yaşayış sahəsinin eyni sahələr olmasını, onların üst-üstə düşməsini təsdiq edən sübutlarını təqdim etməmiş, marağına toxunan şəxsləri, yəni ona verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi sahəni almış şəxsləri müəyyən edərək işə cəlb etməmişdir. Buradan da görünür k i, iddiaçının irəli sürdüyü dəlillərin də əsası yoxdur. İddiaçı iddia tələbinin “tərəflər arasında bağlanmış 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması” hissəsində qanuni əsasları yoxdur, cavabdehin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini təsdiq və müəyyən edən hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin ikinci - öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, faktiki olaraq ilk növbədə həmin tələb, iddianın 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəli klərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, ona görə cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması ilə bağlı birinci hissəsindən irəli gələn, törəmə tələbdir, hansı ki, tələbin sözügedən əsas hissəsinin əsassız olması müəyyən edildiyinə görə, həmin törəmə tələbin təmin edilməsi üçün də əsaslar yoxdur. Eyni zamanda xüsusi qərardad çıxarılması barədə vəsatət əsaslı sayılmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) 05 fevral 2020-ci il tarixli, 2(103)-696/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat olmaqla 6 ay üçün 9000 (doqquz min) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun iddiaçıdan və 50 manat məbləğində pulun cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi m övqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 07.08.2019-cu il tarixli rəyi ilə 1C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1 * -C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və E.Vəliyeva) 2(102)-4101/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabde h MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir və məhkəmə ekspert rəyini digər sübutlarla və işin fatktiki halları ilə müqayisəli şəkildə qiymətləndirməlidir. Hazırkı mübahisənin düzgün həlli üçün apellyasiya instansiyası məhkəməsi yalnız ekspert rəyinə əsaslanmaqla qərar qəbul etməməli, eyni zamanda tərəflərin müqavilə şərtlərinə uyğun iradə ifadəsini müəyyənləşdirməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyətə ma lik olmasına baxmayaraq müqavilə şərtlərinə uyğun tərələrin iradə ifadəsi ilə bağlı araşdırma aparmamış və onların iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunun nədən ibarət olmasını aydınlaşdırmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. İkinci apellyasiya baxışında mübahisəli halların dəqiqləşdirilməsi məqsədilə yenidən ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 22.09.2021-ci il tarixli, 10/2287 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, 30.06.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən çoxmərtəbəli binanın 1*-C blokunun zirzəmisi qaraj kimi və binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış (market) sahəsi kimi qeyd olunduğunu nəzərə alaraq, tərəflər arasında 05.08. 2016-cı il tarixdə bağlanmış müqavilədə göstərilən ünvan 2 ünvanında yerləşən 290 kv.m. ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyriyaşayış sahəsi binanın 1-ci mərtəbəsində nəzərdə tutulmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin eskiz layihə üzrə binanın zirzəmi hissəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, 30.06.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən avtomaşınların surəti əks olunmaqla qaraj kimi nəzərdə tutulmuşdur. Qeyriyaşayış sahəsinin eskiz layihəsi üzrə binanın 1-ci mərtəbəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8- 03/1001 saylı, 30.06.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. ünvan 2 ünvanında yerləşən 290 kv.m. ümumi sahəsi olan Q/Y-1- C-1 blokunda 1-ci mərtəbədən bir dəfəyə 290 kv.m. ümumi sahəyə uyğun şəkildə razılaşdırılmış eskiz layihədə göstərilən 89,4 kv.m., 50.9 kv.m., 76,6 kv.m., 43,8 kv.m., 4,5 kv.m., 5,2 kv.m., 4,9 kv.m., 5,0 kv.m. və 4,5 kv.m. sahələr faktiki olaraq ayrıla bilər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), İ.İbrahimli və F.Talışinski) 15 oktyabr 2021-ci il tarixli, 2(103)-1024/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, keçirilmiş h ər iki ekspertiza üzrə daxil olmuş ekspert rəyləri iş üzrə mübahisəli halın müəyyən edilməsi baxımından mötəbər deyil. Ona görə ki, ekspertlər sözügedən binaya baxış keçirməklə binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin (obyektlərin), mənfi 1-ci mərtəbəsində (zirzəmidə) isə qarajın nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilədə iddiaçıdan alınmış obyektin əvəzində ona verilməsi nəzərdə qeyri-yaşayış sahəsinin yerinin zirzəmi kimi göstərilmədiyini bildirməklə, iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsi qənaətinə gəlmişlər. Göründüyü kimi, ekspert mübahisəli qeyri-yaşayış sahəsinin eksiz layihəsi, iddiaçının tələb etdiyi və cavabdehin təklif etdiyi sahələrin naturada yerlərini müəyyən etməklə, hansı sahənin hesabına öhdəliyin icrasının mümkünlüyü məsələsinə qiymət verməli olduğu halda, qarşısına qoyulmuş suallara səlahiyyətlərindən kənara çıxaraq, tərəflər arasında bağlanmış müqavilənin məzmunu, onlar arasındakı qarşılıqlı münasibətlərin mahiyyəti baxımından cavab vermişdir. Bu isə məhkəmənin müstəsna səlahiyyətidir. Rəyin aydınlaşdırılması məqsədilə məhkəmə baxışında dəvət edilmiş ekspert Xəyyam İsgəndərov qeyd olunan halları eyni məzmunda izah etməyə çalışmışdır. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, eyni zamanda işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından da iddianın əsaslılığı qənaətinə gəlmək mümkün deyil. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifa dələri də, qeyd olunan halın təsdiq olunması üçün kifayətedici hesab olunmur. Çünki, həmin şəxslər tərəflər arasında bağlanmış 05.08.2016-cı il tarixli müqavilənin tərəfi, iştirakçısı olmamaqla, ifadələrindən görünür ki, iddiaçı ilə yanaşı sökülmüş köhnə binanın müvafiq sahələrinin mülkiyyətçiləri olmuşlar, cavabdeh tərəfindən yeni tikilmiş binada onlara verilməli olan sahələrlə bağlı cavabdehlə aralarında bu və ya digər formada narazılıq mövcuddur, bu baxımdan onların ifadələri sübut növü qismində qəbul edilmir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd olunanları birlikdə qiymətləndirərək, Kollegiya bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 05.08.2016-cı il tarixli "xxxx" müqaviləsinə əsasən, o, mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdehə təhvil verməyi, cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290 kv.m ümumi sahəsi olan 1-C-1 blokunda (zirzəmidə) yerləşən qe yri-yaşayış sahəsini ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 1-C-1 saylı 290 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya təklif etsə də, iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 290 kv.m qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Başqa sözlə, cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə bağlı qalmış və öhdəliyin icrasında hər hansı pozuntuya yol verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsiş məsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının memarlıq planlaşdırma həllindən (eskiz layihə) görünür ki, binanın 1*-C blokunun 1-ci mərtəbəsində 7 ədəd (ayrılıqda 65.5 kv.m; 76.6 kv.m; 125 kv.m; 76,6 kv.m; 50.9 kv.m və 89.4 kv.m sahələri olan) marketin, binanın 1*-C blokunun zirzəmi mərtəbəsində ümumilikdə 551 kv.m sahəsi olan qarajın yerləşməsi müəyyən edilmiş və razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə, iddiaçının ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini (əsas sahə 117,6 kv.m (boş otaqlar), köməkçi sahə 172,0 kv.m (anbarlar 117,6 kv.m, dəhliz 47,6 kv.m, anbar 2,2 kv.m, sanitar qovşağı 4,6 kv.m), hündürlük 2,60 m, yerləşmə yeri- zirzəminin 1 hissəsi) cavabdeh MMC-yə təhvil verməsi. MM C-nin həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-l-C-1 nömrəli, tam təmirli qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən müqavilə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tikinti sökülərək inşa edildiyi zaman sakinlərin tikilən binadakı yeni mənzillərinin və ya qeyri yaşayış obyektinin sahəsi əvvəlki mənzil və ya qeyri-yaşayış obyektlərinin sahəsindən 20% artıq olmalı idi. Belə ki, istinad edilən müqavilədə cavabdeh 1-ci mərtəbədə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi barədə öhdəlik götürmüşdür ki, hazırda həmin öhdəlik icra edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik ol masa da, ekspert rəyində əks olunan məlumatların digər sübutlarla müqayisəli tədqiqi ekspert rəyinin həqiqiliyinə təminatın kifayət qədər yüksək olduğunu göstərir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələrdə yeni tikilmiş binadan iddiaçıya veriləcək qeyri-yaşayış sahələrinin binanın məhz zirzəmi mərtəbəsində yerləşməsi göstərilməyib. Belə olan halda iddianın qeyd olunan hissədə əsassız olması açıq-aşkar müəyyən edilmir və hazırda iddiaçının irəli sürdüyü tələb cavabdehlə aralarında olan müqavilələrdə qeyd olunan sahələrə uyğundur. Bundan başqa cavabdehin iddiaçıya 1 -C blokunda zirzəmi mərtəbəsində 290 kv.m qeyriyaşayış sahəsi (zirzəmi) təklif etməsi tərəflər arasında bağlanmış müqavilənin müddəalarına zidd olmuşdur. İddiaçı özünün 20% payından imtina etmiş və əvəzində 1-ci mə rtəbədən qeyriyaşayış sahəsinin verilməsinə razılaşmışdır. Belə ki, iddiaçı sözügedən və hazırda miibahisələndirilən yerdə avtomobillərin ehtiyyat hissələrinin alqı-satqısı ilə (ticarətlə) məşğul olmuş, cavabdeh isə gələcəkdə ticarət üçün daha əlverişli olan yeni tikiləcək binadan qeyri-yaşayış sahələrini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığnı tələb etdiyi tərzdə, yəni şərtləşdiriİmiş vaxtda və yerdə öhdəliklərini lazımi şəkildə icra edib və ticarət fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahələrini cavabdehə təhvil verdiyi halda, cavabdeh öz növbəsində həmin qeyri-yaşayış sahələrini söküb onun yerində hündür mərtəbəli yaşayış binası inşa etməklə qazanc əldə etdiyi halda, sözügedə n müqavilələrdə göstərilən ölçüsü 290 kv.metr olan qeyri-yaşayış sahəsini şərtləndirilmiş vaxtda və lazımi şəkildə iddiaçıya təhvil verməməklə tərəflər arasında olan müqavilə üzrə maddi hüquq normalarının tələblərini pozub. Eyni zamanda sözügedən müqavilələrdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahələrinin yeni tikilmiş binanın zirzəmisində və ya birinci mərtəbəsində olmasını tərəflər xüsusi olaraq razılaşdırmayıblar. İşin hallarından, habelə işdə iştirak edən şahidlərində izahatlarından görünür ki, iddiaçı qeyd olunan müqavilələr üzrə cavabdehə təhvil verdiyi qeyri-yaşayış sahələrindən ticarət obyekti (mağaza) kimi istifadə edib və həmin obyektin ayrıca giriş-çıxışı, işıq düşən pəncərələri və sair olub. İşin bu halını cavabdeh tərəf özü də inkar etmir. Digər tərəfdən isə məhkəmə tərəfindən təyin edilmiş və keçirilmiş ekspertizadan sonra verilmiş ekspert rəyində də qeyd edilir ki, binanın eskiz layihəsinə əsasən binanın zirzəmisində qaraj yerləyir. Ticarət məqsədi üçün nəzərdə tutulmuş obyektlər isə binanın 1-ci mərtəbəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalı idi. Məhz işi yenidən Apellyasiya Məhkəməsinə qaytaran Ali Məhkəmənin hüquqi mövqeyi də belə olmuşdur. Mülki Məcəllənin 324.5-ci maddəsində göstərilir ki, iradə ifadəsini n təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Tərəflər arasında olan müqavilənin hərfi mənasından belə başa düşülür ki, iddiaçı mülkiyyətində olan, sahibkarlıq və ticarət məqsədilə istifadə etdiyi qeyri- yaşayış sahələrini sözügedən müqavilələr üzrə cavabdehə təhvil verərkən, əvəzində müəyyən müddətdən sonra yeni binada ticarət məqsədilə daha əlverişli istifadə edilə bilən qeyri-yaşayış sahələrini təhvil almağı arzu edib. Həmin hallar və niyyət sözügedən müqavilələr bağlanarkən cavabdehə də əvvəlcədən bəlli olub. Lakin, mülki iş materiallarından və ekspertin rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya təklif olunan qeyri-yaşayış sahələri açıq-aşkar müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinə, habe lə ticarət üçün uyğun deyil. Çünki, təklif olunan sahədə ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün heç bir şərait yoxdur və eləcədə lahiyədə nəzərdə tutulmamışdır. Eyni zamanda cavabdeh, təklif olunan sahənin zirzəmi olduğunu qeyd etsə də, məhz təyinatının qaraj yəni, avtomobillərin mühafizə edilməsi ilə bağlı yer olmasını danır. Bundan başqa həmin zirzəmiyə (qaraja) insanların (bir neçə nəfərin) girişi-çıxışı üçün panduslar (keçidlər) qoyulmayıb və həmin sahələr tam təmirsiz vəziyyətdədir. Bundan başqa tərəflər arasında olan analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 21.09.2021-ci il tarixli qərar mövcuddur ki, məhz həmin qərarda da Ali Məhkəmə Kassasiya şikayətində qeyd edilən xüsusatlara geniş şəkildə izah veri lmişdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazır ki mülki mübahisəyə tətbiq etməli və Ali Məhkəmə tərəfindən qarşısına qoyulan məsələnin həllində yuxarıda qeyd edilən MM-nin tələbləri baxımından yanaşmalı olduğu halda, iş üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərara zidd olaraq cavabdehin etirazı kimi istinad etdiyi formal hallarla razılaşmış və tərəflərin müqavilələr üzrə iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilələrin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan səhv nəticəyə gəlmiş və bununla da tətbiq etməli olduğu maddi-hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, Konstitusiya Məhk əməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarındakı mövqeyinə əsasən də indiki halda İddiaçı tərəfindən Cavabdeh MMC-yə istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289.6 kv.m. qeyri-yaşayış sahəsi təhvil verildiyindən Cavabdeh MMC tərəfindən də həmin qeyri-yaşayış sahəsinin əvəzində yeni tikilən binanın zirzəmi mərtəbəsindən İddiaçı qeyri-yaşayış sahəsi verilməlidir. Həmçinin 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri cavabdehin mülkiyyətində deyil, digər şəxslərə satılıb. Məhkəmə kassasiya şikayətini təmin edərək iddia tələbinin tə min olunması barədə qərar qəbul etsə belə cavabdeh tərəfindən həmin qərarın icrası mümkün olmayacaqdır. Bundan əlavə, tərəflər arasında olan analoji digər bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(102)-4911/2021 saylı qərarını da 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri cavabdehin mülkiyyətində olmadığından bu günədək icra etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
23. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
26. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
27. Maddə 347.2. şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutm aqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma hallarıdır.
28. Maddə 354.2. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin q arşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
32. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
33. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
34. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsi nə uyğun gələn əşya verməyə borcludur.
39. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
40. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.
41. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıc ı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
42. Maddə 587.2.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
43. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.
44. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq s urətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə
420. Kassasiya instans iyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi
52. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
53. Hazırkı işə mahiyyəti üzrə baxmış apellya siya məhkəməsi iddianın qanuni əsas(lar)ını müəyyən etməmiş, tələbləri rədd edərkən iddiaçının bildirdiklərinin hansı maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun gəlmədiyini göstərməmiş, bu istiqamətdə bir əsaslandırma aparmamışdır.
54. Məhkəmələr müəyyən etmişlər ki, tərəflərin bağladıqları müqavilə üzrə iddiaçı, ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə əvəzində 290 kv.m. ümumi sahəsi olan 1-C-1 saylı təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
55. İddiaçı bildirir ki, cavabdeh inşa etdiyi binanın birinci mərtəbəsində ona qeyri-yaşayış sahəsini vermək öhdəliyini yerinə yetirmir.
56. Cavabdeh isə ifadə edir ki, iddiaçıya binanın birinci mərtəbəsindən yox, mənfi bir - zirzəmi hissəsindən qeyri-yaşayış sahəsi verməlidir, bu sahəni isə iddiaçı qəbul etmir.
57. Belə olan halda, iddianın qanuni əsası kimi, Mülki Məcəllənin 567, 581.1 və 587.2.2-ci maddələri nəzərdən keçirilə bilər.
58. Belə ki, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiy arı var ki, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (§ 37-44).
59. Həmin qaydaları hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı, alğı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətdə əşya verməyi cavabdehdən tələb edir. Müqavilədə nəzərdə tutulan əşya (qeyri-yaşayış sahəsinin binadakı yerləşmə yeri) isə tərəflər arasında mübahisəlidir. Belə ki, iddiaçı sahəni binanın birinci mərtəbəsində aldığını iddia edir, cavabdeh isə ona zirzəmi hissəsində sahə satdığını bildirir.
60. Sözügedən xüsusat mübahisəli olduğu üçün işə daha əvvəl baxmış kassasiya kollegiyası qərarında göstərmişdir ki, mübahisəni mahiyyəti üzrə həll edən apellyasiya məhkəməsi tərəflərin müqavilə şərtlərinə uyğun iradələrini müəyyənləşdirməli, onların iradə ifadələrinin həqiqi məz mununun nədən ibarət olmasını aydınlaşdırmalı, işdəki sübutları müvafiq qaydada qiymətləndirməlidir.
61. İkinci apellyasiya kollegiyası işdəki sübutlar (ekspertiza rəyi, tərəflərin və şahidlərin izahatları) barəsində müvafiq qiymətləndirmə aparsa da, mübahisəli hala dair tərəflərin iradə bəyanlarını və müqaviləni təfsir etməmişdir. Məhkəmə, iradə ifadəsinin təfsirinə dair Mülki Məcəllənin 324 və 404-cü maddələrini qətnaməyə yazsa da, həmin normalar və müqavilə şərtləri ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müzakirə etməmiş, bu xüsusat üzrə təhlil aparmamışdır. Məhkəmə yekunda belə qənaətə gəlmişdir ki, iddiaçı ona təhvil verilən sahəni qəbul etmədiyi üçün iddia əsassızdır.
62. Kollegiya vurğulayır ki, hazırkı iş üzrə mübahisəli hal (alqı-satqının predmeti ola n sahənin yerləşmə yeri) müqavilənin mühüm şərti olduğu üçün ilk növbədə tərəflərin həmin məsələdə ifadə etdikləri iradələrinin bir-biri ilə uzlaşıb-uzlaşmadığı müəyyən olunmalıdır. Çünki, bu hal onlar arasında etibarlı bir müqavilənin bağlanıb-bağlanmaması baxımından əhəmiyyət kəsb edir.
63. Məlum olduğu kimi, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (§ 21-22, 29).
64. Əgər tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticə üçün ifadə etdikləri iradələri eyni deyilsə, (məsələn, satıcının satmaq istəyi əşya alıcının almaq istədiyi əşyadan fərqlidirsə, bu işin halları baxımından desək, cavabdeh zirzəmidən sahə satmağı, iddiaçı isə birinci mərtəbədən sahə almağı ifadə edibsə) iradə bəyanlarının bir-birinə uyğun olmadığı qəbul edilir. Belə uyğunsuzluq isə keçərli bir razılaşmanın olmadığına dəlalət edir.
65. Ona görə də qanunda nəzərdə tutulmuşdur ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyil. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (§ 24, 35).
66. Amma bu hal qarşılıqlı olaraq eyni predmet barəsində bəyan edilmiş iradənin məzmunu barəsində əqdin tərəfinin yanılması ilə qarışdırılmamalıdır. Başqa sözlə, tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticə üçün ifadə etdikləri iradələr bir-birinə uyğundursa, bu işin halları baxımından desək, cavabdeh də iddiaçı da eyni (zirzəmidən və ya birinci mərtəbədən) sahənin alqı-satqısı barədə iradə bəyan ediblərsə müqavilə bağlanmış sayılır.
67. Bu zaman tərəflərdən birinin bəyan etdiyi iradəsinin onun düşüncəsinə uyğun olmadığını (məsələn, birinci mərtəbədən sahə satılmasına dair iradə ifadə etsə də, əslində zirzəmidən sahə satdığını düşündüyünü) iddia etməsi etibarlı bir müqavilənin bağlanmadığı anlamına gəlməz.
68. Ona görə ki, mülki hüquq münasibətlərində əsas götürülən güvən prinsipi” bir iradə bəyanına adətən verilməsi lazım gələn mənanı əsas götürməyi nəzərdə tutur. Belə ki, əqdin bir tərəfi düşüncəsinə uyğun olmayan iradə bəyan edibsə, qarşı tərəf də bunu bilmirsə və bilməli də deyilsə müqavilə qurulmuş hesab edilir. Çünki, müqavilənin bağlanması baxımından bir kimsənin daxili aləmindəki düşüncələrə deyil, ortada olan və faktiki olaraq qarşı tərəfə y önəldilmiş iradə bəyanına əhəmiyyət verilir. Bu baxımdan müqavilənin qarşı tərəfi hal və şəraitə görə ifadə olunan iradəyə güvənməkdə haqlıdırsa müqavilə bağlanmış sayılır.
69. Bununla belə, açıqladığı iradə bəyanında yanılmaya düşmüş şəxs MM-in 347-ci maddəsinə uyğun olaraq həmin əqdi mübahisələndirməklə onu etibarsız hala gətirə bilər. Bunun üçün tərəf, vacib əhəmiyyətli yanılma faktını, habelə yanıldığını bildiyi andan bir ay müddətində əqdi mübahisələndirdiyini (bu barədə iradə ifadəsini müqavilənin digər tərəfinə bildirməsini) sübuta yetirməlidir (§ 25-28).
70. Bu baxımdan hazırkı işdə mübahisəli hal üzrə tərəflərin yazılı müqavilədə ifadə etdikləri iradələrinin həqiqi mənası düzgün müəyyənləşdirilməlidir (təfsir edilməlidir). Bunun üçün sözügedən əqdin bağlanması ilə tərəflərin hədəf lədikləri nəticə, yəni iddiaçının verdiyi sahə müqabilində əldə etmək istədiyi (o cümlədən cavabdehin ona satmaq istədiyi) sahənin nədən ibarət olması aydınlaşdırılmalıdır.
71. Bu çərçivədə iddiaçının verməyi öhdəsinə götürdüyü qeyri-yaşayış sahəsinin yerləşmə yeri və təyinatı ilə ona təqdim olunan sahənin yerləşdiyi yer, texniki göstəriciləri və təyinatı, cavabdehin verməli olduğu sahənin müqavilədə göstərilən “1-C-1” saylı fərqlənmə nişanının hansı yeri (zirzəmini, yoxsa birinci mərtəbəni) işarə etdiyi araşdırılmalı, bunun üçün binanın layihə sənədlərindəki məlumatlar, o cümlədən ekspertiza rəyləri ətraflı təhlil edilməli, habelə təhviltəslim olunan sahələrin (təyinatına uyğun) istifadə məqsədini qarşılmaq baxımından imkanları və s. müqayisə olunmalıdır. Bu zaman cavabdehin sahəni tam tə mirli təhvil verməsi barədə, habelə müqavilənin digər aidiyyəti şərtləri həm hərfi mənaya görə, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, tərəflərin iradəsinin həqiqi mahiyyəti baxımından onların mənası təhlil edilməlidir.
72. Sözügedən hallara dair təqdim olunmuş sübutlar tədqiq edilərkən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalı, təfsir qaydalarına uyğun bir təhlil aparılmaqla gəlinən nəticə əsaslandırılmalıdır (§ 23, 30-34).
73. Göstərilən qaydada dəyərləndirmə aparıldıqdan sonra müqavilənin bağlanıb-bağlanmadığına, iddiaçıya verilməli olan sahənin yeri barədə cavabdehin öhdəliyinin nədən ibarət olmasına, bu öhdəliyinin pozulub-pozulmadığına və bütöv lükdə iddia tələblərinə yekun hüquqi qiymət verilməklə mübahisə həll olunmalıldır.
74. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, kassasiya məhkəməsinin əvvəlki qərarındakı göstərişlərinin yerinə yetirilməsinə, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 45-47, 49). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
75. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qə rarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1024/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov