Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4101/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, əqdə əsaslanan iddialar üzrə məhkəmə icraatının vəzifələri, əqdə əsaslanan iddialara baxıldığı halda ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2608/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 13 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat kontorunda cavabdeh tərəfindən iddiaçıya 1 il müddətinə qaytarmaq şərti ilə 160.000 ABŞ dolları məbləğində borc verilməsi barədə kredit müqaviləsi imzalanmışdır.
2. Cavabdeh həmin müqaviləyə istinad edərək, iddiaçıya qarşı borcun qaytarılması barədə iddia qaldırmış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1032/2020 nömrəli, 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6061/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunmuşdur ki,...tərəflər arasındakı müqavilənin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamış və ümumiyyətlə belə bir tələb irəli sürülməmişdir.
3. Həmin iş üzə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış, Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə şifahi olaraq biznes fəaliyyəti ilə məşğul olmuş, bir neçə dəfə ondan telefon alqı-satqısı ilə məşğul olması üçün pul almış və əldə edilmiş qazancdan ona da vermişdir. Sonradan aralarında pulla bağlı mübahisə yaranmış, haqq-hesab zamanı cavabdeh 160.000 ABŞ dolları borcunun olduğunu bildirdikdə etiraz etmiş, cavabdeh isə barəsində polisə və işlədiyi müəssisəyə müraciə t ediləcəyi ilə onu hədələmişdir. Məsələnin bu səviyyəyə qalxmasından, yəni işindən çıxarılmasından qorxduğundan onunla razılaşmış və xx.xx.2017-ci il tarixdə aralarında notarial qaydada qeyd edilən məbləğdə borcun götürülməsinə dair uydurma borc müqaviləsi imzalamışdır. Müqavilənin məzmunu notariat kontorunun işçiləri tərəfindən cavabdehin sözləri ilə tərtib edilmiş, o da, tanış olmadan imza etmişdir. Həmin müqavilə hüquqi nəticələr yaratmaq üçün bağlanmamış, müqavilə üzrə ona həmin gün və ya əvvəlki günlərdə heç bir borc məbləği verilməmişdir. Eyni zamanda, cavabdeh də bu məbləğdə pula malik olmasına, həmin pulu ona verməsinə dair kredit müqaviləsindən savayı hər hansı sübut təqdim etməmişdir.
6. Cavabdeh iddiaçıya qarşı ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı cavabdehə qarşı aralarında bağlanmış 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin hədə təsiri altında bağlanması əsası ilə etibarsızlığına dair iddia ərizəsini həmin müqavilənin bağlandığı tarixdən 3 il 11 ay keçdikdən sonra vermiş, bununla da, əqdin mübahisələndirilməsinə dair qanunla nəzərə tutulmuş 1 illik müddəti ötürmüşdür.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5978/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış kredit müqaviləsinin uydurma əqd olduğunu, cavabdeh tərəfindən ona həmin müqavilə üzrə borc verilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə sübutlar təqdim e də bilməmişdir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 337.1, 337.2, 337.4, 340.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, tərəflər arasındakı münasibətlərin xarakterini, borc müqaviləsinin həqiqi və ya uydurma olmasını, borc vəsaitinin iddiaçı tərəfindən qəbul-olunub olunmamasını aydınlaşdırmamış, müqavilənin bağlandığı notariat kontoruna sorğu versə də, nəticəsi gözlənilmədən qərar qəbul etmişdir.
12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə aralarında balanmış kredit müqaviləsi üzrə borcun qaytarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin müqaviləyə hüquqi qiymət verilmiş və etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2608/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsas landırma ilə razılaşaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadla, həmçinin qeyd etmişdir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə, bu müqavilənin qanuniliyi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1062/2020 saylı mülki iş üzrə yoxlanılmış və xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuş, məhkəmə müqavilənin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və iddiaçıdan 160.000 ABŞ dolları (manatın məzənnəsi nəzərə alınmaqla) alınaraq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir.
15. Hazırkı işdə iddiaçı mübahisələndirdiyi həmin kredit müqaviləsini hədələndikdən sonra, yəni işindən çıxarılacağından qorxaraq notariusa gedərək imzaladığını bildirsə də, bu dəlillərin nə qədər əsaslı yaxud əsassız, əhəmiyyətli və ya əhəmiyyətsiz olmasına baxmayaraq, onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın, yaxud icraatın predmeti olsa belə, yuxarıda qeyd olunan məhkəmə aktlarına zidd yeni məhkəmə aktının çıxarılması üçün əsas ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsip inə ziddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan iş üçün əhəmiyyətli hallar sübut olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
20. Maddə 337.1-337.4. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin b ildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
21. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
22. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı
23. Müəyyən bir əqd əsasında yar andığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
24. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı
25. Bənd
27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədə n ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
26. Bənd
36. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, va rsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
27. Bənd
37. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin baxımından yolverilməzdir.
28. Bənd
53. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ə rizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:...153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə min miş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa...
32. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:..261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa...
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
37. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadla belə əsaslandırmışdır ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə, bu müqavilənin qanuniliyi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1062/2020 saylı mülki iş üzrə yoxlanılmış və xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuş, məhkəmə müqavilənin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və iddiaçıdan 160.000 ABŞ dolları (manatın məzənnəsi nəzərə alınmaqla) alınaraq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir.
41. Hazırkı işdə iddiaçı mübahisələndirdiyi həmin kredit müqaviləsini hədələndikdən sonra, yəni işindən çıxarılacağından qorxaraq notariusa gedə rək imzaladığını bildirsə də, bu dəlillərin nə qədər əsaslı yaxud əsassız, əhəmiyyətli və ya əhəmiyyətsiz olmasına baxmayaraq, onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın, yaxud icraatın predmeti olsa belə, yuxarıda qeyd olunan məhkəmə aktlarına zidd yeni məhkəmə aktının çıxarılması üçün əsas ola bilməz.
42. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda ifadə edilmiş əsaslandırmanın hüquqi nəticəsi olaraq iş üzrə icraata xitam verməli olduğu halda birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə müəyyən bir əqd əsasında yarandığ ı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əl aqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. 44. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında yuxarıda ifadə edilmiş hüquqi mövqelərdən irəli gələrək qeyd edilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin baxımından yolverilməzdir (bənd 37).
45. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini a lmış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (bənd 53).
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 261.0.2-ci, 417.1.5 və 418.4.10-cu maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin i craatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə xitam verilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5, 418.4.10 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2608/2022 nömrəli mülk iş üzrə 28 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.