Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4103/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1850/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-68/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.E.Hətəmzadə) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, **nə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, **nin cavabdehlər tərəfindən boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1850/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), F.F.Babayev və E.M.Həsənov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Ray on Məhkəməsinin 2(001)-68/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, **-də yerləşən fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin müraciəti əsasında Bakı şəhərinin notariusu H.Orucovun 11.01.2012-ci i l tarixli icra qeydi əsasında İddiaçı ASC-nin tələbi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinin A və B tikililərinə yönəldilmişdir. İddiaçı “xxxx” MMC cavabdeh Bakı şəhərinin notariusu X1 qarşı üçüncü şəxslər İddiaçı ASC, Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh1 işə cəlb olunmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” MMC ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi ünvanında yerləşən 24 saylı fərdi yaşayış evinin A və B tikililərinə tutmanın yönəldilməsi haqqında Bakı şəhərinin notariusu H.Orucov tərəfindən verilmiş 11 yanvar 2012-ci il tarixli icra qeydini n ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1526/2013 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2013-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı “xxxx” MMC və üçüncü şəxs Cavabdeh1 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2013-cü il tarixli qərarının tamamilə ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1530/2013 saylı, 05 noyabr 2013-cü il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2013-cü il tarixli qərarı dəyişdi rilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2013-cü il tarixli qərarını tamamilə ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2014cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2013-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. İcra qeydinin icrası qaydasında əmlaklar açıq hərraca çıxarılmışdır. “xxxx” MMC-nin hərrac yekunlarına dair y-304 nömrəli, 08 oktyabr 2015-ci il tarixli protokoluna və həmin tarixli alqı-satqı barədə müqaviləyə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 24 saylı fərdi yaşayış evinin A və B tikililəri İddiaçı ASC-nin mülkiyyətinə alınmışdır. Əmlaka dair mülkiyyət hüququ DƏDRXdə ********** qeydiyyat nömrəsi ilə 19.07.2016-cı il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Hazırda Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi arayışına əsasən, qəsəbənin Faiq Rüstəmov küçəsi 24 saylı ünvanda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 pasport qeydiyyatındadırlar. Qeyd edilənlərə əsasən Bakı şəhəri, **-də yerləşən fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yu xarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Zeynalov Orxan Rauf oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası onların başqa yaşayış yerinin olmamasını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə ə sasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı ASCnin vəkili Əzizli Nəvazi Vidadi oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, 11.01.2012-ci il tarixli icra qeydi ilə İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan 21.06.1955-ci il təvəllüdlü, Ermənistan Respublikası Spitak rayonunda anadan olmuş Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, F.Rü stəmov küçəsi, ev 24-də yaşayan Cavabdeh1 məxsus ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)1526/2013 saylı, 19.06.2013-cü il tarixli qərarı ilə, iddiaçı “xxxx” MMC cavabdeh Bakı şəhərinin notariusu X1 qarşı üçüncü şəxslər "İddiaçı” ASC, Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh1 işə cəlb olunmaqla, “xxxx” MMC ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi ünvanda yerləşən 24 saylı fərdi yaşayış evinin A və B tikililərinə tutmanın yönəldilməsi haqqında Bakı şəhərinin notariusu H.Orucov tərəfindən verilmiş 11 yanvar 2012-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia tələbi əsa ssız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1530/2013 saylı, 05.11.2013-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1526/2013 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2013cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-318/2014 saylı, 13.03.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)1530/2013 saylı iş üzrə 05 noyabr 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Hərracın nəticələri haqqında Y-304 nömrəli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən aydın olur ki, Bakı şəhər notariusunun 7E-01-153 sa ylı, 11.01.2012-ci il tarixli icra qeydinin icrası nəticəsində keçirilmiş hərracda Cavabdeh1 məxsus ünvan 1 24 saylı fərdi yaşayış evinin A və B tikililəri İddiaçı ASC tərəfindən 114750 manata alınmışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 24 saylı evin A tikilisi İddiaçı ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 96 saylı reyestr kitabında 8748 nömrəli vərəqində 19 iyul 2016-cı il tarixdə qeydə alınmışdır.Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin 10.11.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, 24 saylı evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 daimi pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının m üdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbə st surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -228.4-cü maddəsinin tələbinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli, 89 saylı “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Qərarına əsasən, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin siyahının qeyd hissəsində isə göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Mübahisə predmeti olan mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsini nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarında göstərilən müddəalar hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyası qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şika yətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1850/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4103/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4103/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver