Məhkəmə qərarları › İş №2(102)-4103/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4103/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4103/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddət, kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 dekabr 2025-ci il tarixli, 2(103)2708/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli e-2(004)47/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Grand Plaza” MTK-dan 21.150 manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun 153 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertizalar üzrə 150 manat məbləğində ekspertiza xərcinin cavabdeh "Grand Plaza” MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2025-ci il tarixli 2(103)2708/2025 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2025-ci il tarixli 2(102)-2901/2025 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2025-ci il tarixli 2(103)-2708/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2708/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti (yolverilməz hesab edilərək) qaytarılmışdır.

5. Cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2025-ci il tarixli 2(103)-2708/2025 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 26 sentyabr 2025-ci il tarixli 2(103)-2708/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli 2(103)-2708/2025 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır.

7. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2025-ci il tarixli 2(103)-2708/2025 nömrəli qərardadından kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki,, müddət üzrlü səbəbdən ötürülmüşdür. Çünki Cavabdeh MTK-nın daxil olduğu şirkətlər qrupunun tərkibində 10-dan çox şirkət olduğu üçün həmin şirkətin elektron məhkəmə kabinetinə daxil olub qərardadı görə bilməmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2025-ci il tarixli, 2(103)-2708/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir (hakimlər Talışinski Fuad - sədrlik edən və məruzəçi), Abbasova Günel və Məmmədov Məmməd).

9. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən qərardad cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2708/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə isə xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixə qədər kifayət qədər uzun zaman keçmiş və qeyd edilən müddətin buraxılmasının üzrlü olması heç b ir sübutla öz təsdiqini tapmamışdır. Hazırkı ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu zamanda kassasiya şikayətinin təqdim etmək imkanın olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2025-ci il tarixli 2(103)-2508/2025 nömrəli qərardadının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2025-ci il tarixli 2(103)-2708/2025 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi və həmin qərarda ddan verilmiş kassasiya şikayətin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələbi pozulmuşdur. Belə ki, müddətin ötürülməsi hüquqi şəxsin nəzarəti daxilində olmadığı üçün o, müddət bərpa barədə ərizə versə də, ərizə təmin edilməmiş, bununla onun apellyasiya vermək hüququ pozulmuşdur. Bildirir ki, müddətin ötürülməsi cavabdehin iradəsi və nəzarət imkanı xaricində baş vermişdir. Müddətin bərpasından imtina qərardadı mahiyyət etibarilə tərəfin apellyasiya hüququnu məhdudlaşdırır və bu, Konstitusiyanın 60-cı maddəsinə zidd olaraq qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 133.1 məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “el ektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Cavabdehin ərizəsini iş materialları əsasında araşdıran apelyasiya məhkəməsi qeyd etmişdir ki, “sözügedən qərardad cavabdehin elektron kab inetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)2708/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə isə xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixə qədər kifayət qədər uzun zaman keçmiş və qeyd edilən müddətin buraxılmasının üzrlü olması heç bir sübutla öz təsdiqini tapmamışdır. Hazırkı ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu zamanda kassasiya şikayətinin təqdim etmək imkanın olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir”.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

27. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmiş, ona görə də müddətin bərpa olunması üçün əsaslar mövcud deyil.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasə n hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 dekabr 2025-ci il tarixli, 2(103)2708/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar