Məhkəmə qərarları › İş №2(102)-4106/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4106/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4106/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, iddiaçı Cavabdeh İddiaçı qarşı ilk və qarşılıqlı tələblərə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-4106/2023 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin elektron qaydada verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-264/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinin mümkünlüyünü y oxlayaraq MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-264/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti, elektron kabinet vasitəsilə verilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı həmin qətnamədən təkrar kassasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-264/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti yenə də elektron kabinet vasitəsilə verilmədiyi və üstəlik, 2 aylıq prosessual müddət ötdüyü üçün geri qaytarılmışdır. İddiaçı hazırda Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)264/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 10- 1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Qeyd edilən prosessual normaların tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilməmişdir. MPM-nin 408.1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elek tron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qətnamədən verilmiş kassasiya şikayətini, elektron kabinet vasitəsilə verilmədiyi üçün iki dəfə geri qaytardığı halda, apellyasiya instansiyası məhkəməsi sonuncu qərardaddan da elektron kabinet vasitəsilə verilməyən kassasiya şikayətini Ali Məhkəməyə göndərməklə Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərini pozmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (şikayət elektron kabinet vasitəsilə veilmədiyi üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şər h edilənləri və Mülki Prosessual Məcəllənin 408.1.7 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-264/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar