Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-411/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24 oğlunun, iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1842/2018 saylı 27 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh, eyni zamanda digər Cavabdeh1 hüquqi varisi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Kazımov, iş № 2(051)-2400/2017) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, miras qalmış 4,5 sot torpaq sahəsinin İddiaçı2 və Cavabdeh1 tərəfindən qəbul edilməsi təsdiq edilmiş, həmin miras əmlak olan 4,5 sot torpaq sahəsi üzərində onların payları müəyyən edilmiş, həmin miras əmlak olan 4,5 sot torpaq sahəsinin ½ hissəsinin İddiaçı2, ½ hissəsinin isə Cavabdeh1 adına qeydə alınması qət edilmiş, iddianın qalan hissəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X21, X28, Cavabdeh2, Cavabdeh1, X17, X7, X8, X6 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı miras əmlak olan torpaq sahəsinin vərəsələr arasında bölünməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumları müvafiq olaraq həmin iddialar üzrə iddiaçılara aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim M.A.Əsədli, hakimlər Ə.T.Məcidov və İ.F.Quliyev, iş № 2(107)132/2018) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli 2(051)-2400/2017 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçıların cavabdehlərə qarşı «torpaq sahəsi üzərində miras faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi, mirasda payların müəyyən olunması, həmin paylara müvafiq olaraq həyətyanı torpaq sahəsinin bölünməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumları müvafiq olaraq həmin iddialar üzrə iddiaçılara aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim İ.R.Xələfov, hakimlər Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev, iş № 2(102)-3581/2018) İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi İddiaçı2 iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək, həmin hissəyə yenidən baxılması üçün iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Əliyev, hakimlər M.M.Hüseynov və İ.H.Şükürov, iş № 2(107)1842/2018) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayə tinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh, eyni zamanda digər Cavabdeh1 hüquqi varisi Cavabdeh2 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan ərizələrlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4,5 sot torpaq sahəsi üzərində miras faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi, mirasda payların müəyyən olunması, həmin paylara müvafiq olaraq onların və cavabdehlərin arasında 4,5 sot həyətyanı torpaq sahəsinin bərabər qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 1995-ci ildə Oci Mehdi Zülfəli oğlu ilə ailə quraraq yuxarıda qeyd edilən ünvana gəlin köçmüş və nikahlar ı 2003- cü ildə rəsmiləşdirilmişdir. 1996-cı ildə həmin nikahdan İddiaçı2 doğulmuşdur. Mingəçevir şəhər ZDS İKnın 02.11.1961-ci il tarixli qərarına əsasən, X12 fərdi ev tikmək üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində Oci Zülfəli tərəfindən 2 mərtəbəli ev inşa edilmişdir. Həyat yoldaşı Oci Mehdi Zülfəli oğlu 18.07.2005-ci ildə suda boğulma nəticəsində vəfat etmişdir. X9 isə 25.07.2007-ci ildə vəfat etmişdir. X22 2014-cü ilin iyul ayında vəfat etmişdir. Oci Zülfəli və Oci Niyarın sağlıqlarında və ölümlərindən sonra onlar faktiki olaraq torpaq sahəsindən və evdən istifadə etmiş və hazırda da istifadə edirlər. Lakin buna baxmayaraq, cavabdehlərlə torpaq sahəsindən istifadə ilə əlaqədar narazılıqlar yaranmışdır. Oci Zülfəli və Oci Niyarın ölümündən sonra qalmış mirası n bölünməsi və istifadəsi ilə əlaqədar cavabdehlərlə aralarında problemlər yaranmışdır. Buna görə də mirasın bölgüsü ilə bağlı Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna rəsmi müraciət etmişlər. Mingəçevir şəhər 2 saylı notariat kontorunun notariusu aralarında mirasla bağlı mübahisə olduğu üçün məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Mirasla bağlı cavabdehlərlə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etmişlər. İddiaçılar MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə təqdim etdikləri ərizədə əlavə olaraq qeyd etmişlər ki, məhkəmə prosesi zamanı iş üzrə digər halların mövcud olması müəyyən edilmişdir. Belə ki, keçmiş mülkiyyətçi X22 vəfat etməzdən əvvəl mülkiyyətində olan 3 sot həyətyanı torpaq sahəsini Mülki Məcəlləyə müvafi q olaraq mülki iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir. Bu da o deməkdir ki, Oci Niyarın mülkiyyətində olan torpaq sahəsinin 50 faizi Cavabdeh2 payına düşür. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi payı vardır. Bu da onu göstərir ki, qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan 6 sot torpaq sahəsinin 1,5 sotu Cavabdeh2 payına düşməklə yanaşı, qalan 4,5 sot torpaq sahəsi onlarla Cavabdeh1 arasında bölünməlidir. Bundan başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X21, X28, X17, X7 və X8 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı «miras əmlak olan torpaq sahəsinin və mənzilin vərəsələr arası nda bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların (3-cü şəxslərin) arasında miras qalmış Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 49 «a» saylı mənzilin və torpaq sahəsinin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X21, X28, X17, X7, X8, X13 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı «miras əmlak olan torpaq sahəsinin vərəsələr arasında bölünməsi» tələbinə dair iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, qalan payların onların (3- cü şəxslərin) arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onlar mərhum X23 və X3 övladlarıdırlar. Atası və anası rəhmətə gedəndən sonra dövlət reyestrindən keçməyən evi qalmışdır. Hazırda iddiaçılar, yəni mərhum Oci Mehdi Zülfəli oğlunun arvadı və uşağı iddia qaldıraraq torpağa və mənzilə miras payların verilməsini tələb edirlər. Bildirirlər ki, X9 rəhmətə gedəndən sonra İddiaçı2 və onun yoldaşı Oci X5 Şəhər Məhkəməsində 07.10.2008-ci ildə miras payını tələb etməklə X9 və Oci Mehdi Zülfəli oğlunun torpaq payları bölünərək 0,03 hektar torpaq sahəsi onlara vərəsəlik əsasında paylarına verilmişdir. Həmin dövrdə X9 31.07.2007-ci ildə vəfat etmişdir və məhkəmə qətnaməsində göstərilmişdir ki, ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 adına qeydə alınsın. Həmçinin, göstərilmişdir ki, bu qeydə alınan 0,09 hektar torpaq sahəsindən 0,03 hektar torpaq sahəsi ayrılsın. Yəni ümum i vərəsəlik payından düşən əmlakdan söhbət gedir. Həmçinin, Cavabdeh2 adına X10 verilmiş vəsiyyətnamə vardır. Beləliklə, 07.10.2008-ci il tarixli qətnaməyə əsasən, İddiaçı2 və İddiaçı1 ümumi əmlakdan miras payını götürmüşlər. Qalan paylar isə onların arasında qanuna uyğun olaraq bölünməlidir. Mənzil dövlət qeydiyyatında olmadığına görə, mübahisə predmeti deyildir. Mənzilin miras payı kimi bölünməsini tələb etmirlər. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh, eyni zamanda digər Cavabdeh1 hüquqi varisi Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş e tmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1193, 1194-cü, MPM-nin 385, 420-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə görə X4 əmlaka vərəsəlik açılanadək vəfat etdiyindən onun Niyar Ocidən qalmış miras əmlaka məcburi pay hüququ yaranmamışdır, ona görə də məhkəmə X30 Ociyə vəsiyyət etdiyi 0,03 ha torpaq sahəsinin yarısına digər vərəsələrin məcburi pay hüququnun yarandığını qeyd etməkdə haqlı olmamış, maddi hüquq normasını səhv təfsir etmişdir. Bundan başqa, kassasiya şikayətində hesab edilir ki, Zülfəli Ocidən miras qalmış 0,03 ha torpaq sahəsi on un arvadı Niyar Oci, oğlanları Mehti və Cavabdeh1 arasında 1/3 hissədə bölünməlidir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh, eyni zamanda digər Cavabdeh1 hüquqi varisi Cavabdeh2 və vəkili Vəkil2 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş, sonrakı məhkəmə iclasında iştirak etməmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Vəkil1 ayrı-ayrılıqda kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiklərini bildirərək kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh, eyni zamanda digər Cavabdeh1 hüquqi varisi Cavabdeh2 və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Cavabdehin kassasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırki mübahisənin predmetini X1 və X11 miras qalmış 0,06 hektar torpaq sahəsi təşkil edir. Odur ki, kassasiya şikayəti üzrə araşdırma yalnız həmin hissəyə aid aparılır. Belə ki, kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdud laşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Bununla belə, Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, işdə iştirak edən şəxslərin izahatl arını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Mingəçevir ŞİH-nin 23.07.2004-cü il tarixli 293 nömrəli qərarı ilə X9, ailə üzvləri X22 və Oci Mehdi Zülfəli oğluna Mingəçevir şəhərində yerləşən 0,09 ha torpaq sahəsi verilmişdir. 09.07.2014-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X22 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən mənzil, ev, torpaq sahəsi, nəqliyyat vasitələri və s. Cavabdeh2 vəsiyyət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 07.10.2008-ci il tarixli 2(051)-669/2008 nömrəli qətnaməsi ilə X14 Cavabdeh1 və qeyrilərinə qarşı qanuni vərəsəliyin tanınması və mirasda payların müəyyənləşdirilməsi tələbinə dair ilk iddiası baxılmamış saxlanılmış, İddiaçı1 X16 qarşı «ümumi birgə mülkiyyətdə olan 0,09 ha torpaq sahəsindən miras qalmış 0,03 ha torpaq sahəsinin ayrılıb onun və övladının mülkiyyətinə verilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, ünvan 1 saylı evin 0,09 ha torpaq sahəsindən 0,03 hektarının qanun üzrə birinci növbə vərəsələr kimi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı2 adına qeydə alınması, qətnamənin icrasının DƏDRX-nin Yevlax rayon ərazi idarəsinə tapşırılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cəmi 0,09 hektardan ibarət torpaq sahəsi X9, Oci Mehdi Zülfəli oğlu və X15 mülkiyyyətində olmuşdur. İddiaçı1 həyat yoldaşı Oci Mehdi Zülfəli oğlu 18.07.2005-ci ildə, qaynatası X9 25.07.2007-ci ildə, qayınanası X22 isə 2014-cü ilin iyul ayında vəfat etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 07.10.2008-ci il tarixli qətnaməsi ilə 0,09 ha torpaq sahəsindən 0,03 hektarının qanun üzrə birinci növbə vərəsələr kimi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və mərhum Mehdi Ocinin oğlu İddiaçı2 adına qeydə alınması qət edilmişdir. Yerdə qalan 0,06 ha torpaq sahəsinin 0,03 hektarının mülkiyyətçisi olan X22 isə ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən torpaq sahəsini gəlini, eyni zamanda iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab e tmişdir ki, Oci Mehdi Zülfəli oğlu miras açılarkən sağ olmadığından, onun qanun üzrə vərəsəsi həmin normaya əsasən İddiaçı2 olmuşdur. Belə olan halda İddiaçı2 və Cavabdeh1 qanun üzrə vərəsələr hesab olunurlar. Bu vəziyyətdə X19 və X11 miras qalmış 0,06 ha torpaq sahəsi onların qeyd olunan vərəsələri arasında bölünməlidir. Bu zaman Niyar Ocinin öz mülkiyyətində olan 0,03 ha torpaq sahəsini gəlini Cavabdeh2 vəsiyyət etməsi və həmin vəsiyyətnaməyə əsasən, həmin torpaq sahəsinin 0,015 hektarının məcburi pay kimi qanun üzrə vərəsələr arasında bölünməli olması nəzərə alındıqda, iki vərəsə arasında ümumilikdə bölünməli olan torpaq sahəsi 0,045 sot təşkil edir. Ona görə də apelyasiya şikayətinin bu barədə dəlilləri əsaslı deyil, birinci instansiya məhkəməsi mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instasiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki qanunvericiliyin vərəsəlik hüququ haqqında müddəalarına əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxlərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəl əri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmçinin, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1.1, 1159.1.3, 1166-cı maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən isə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Mülki Məcəllənin 1196-cı maddəsinin tələbinə görə isə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair» 22 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, “Belə liklə, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə ü zrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə k eçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.” Məhkəmə kollegiyası qeyd edir ki, X22 2014-cü ilin iyul ayında, onun oğlu Oci Mehdi Zülfəli oğlu isə 18.07.2005-ci ildə vəfat etmişdir, yəni X15 əmlakı üzrə miras açılarkən oğlu Oci Mehdi sağ olmadığından onun həmin əmlakın vəsiyyəti üzrə məcburi pay almaq hüququ yaranmamışdır və belə halda atasının məcburi pay almaq hüququ olmadığından İddiaçı2 X15 Cavabdeh2 vəsiyyət etdiyi əmlakına hər hansı vərəsəlik hüququ yoxdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının tələblərini nəzərə almamış, İddiaçı2, X15 Ca vabdeh2 vəsiyyət etdiyi torpaq sahəsinə məcburi pay hüququnun yarandığı qənaətinə gəlmiş, bununla da maddi hüquq normasının tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X3 miras açılarkən mirası qəbul etmiş qanun üzrə 3 vərəsəsi olmuşdur: arvadı X22, oğlu Cavabdeh1 və vəfat etmiş oğlu Oci Mehdi Zülfəli oğlunun övladı İddiaçı2. Başqa sözlə, qanun üzrə vərəsəlik hüququ üzrə X1 qalmış miras əmlakın, yəni 0,03 ha torpaq sahəsinin 1/3 hissəsi X16, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi mərhum Oci Mehd i Zülfəli oğlunun övladı İddiaçı2 keçmişdir. X22 mülkiyyətində olan 0,04 hektar torpaq sahəsini gəlini Cavabdeh2 vəsiyyət etmiş, miras açılarkən onun qanun üzrə 1 vərəsəsi olmuşdur: oğlu Cavabdeh1. Vəsiyyətnamə olmasaydı Cavabdeh1 qanun üzrə vərəsə kimi miras əmlakda payı tam olacaqdı. Lakin hazırki halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən Cavabdeh1 miras əmlakda məcburi payı 0,04 ha torpaq sahəsinin yarısı, yəni 0,02 ha hissə təşkil edir. Beləliklə, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, İddiaçı2 nənəsinin deyil, babasının miras əmlakının atası Oci Mehdi Zülfəli oğluna çatası 1/3 hissəsinin qanun üzrə birinci növbəli vərəsəsidir və hazırda mübahisələndirilən 0,06 hektar torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh1, 0,02 h a hissəsi Cavabdeh2 və 0,01 ha hissəsi isə mərhum Oci Mehdi Zülfəli oğlunun övladı İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşi n yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair» 22 aprel 2014-cü il tarixli qərarında göstərilənlərə və qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh, eyni zamanda digər Cavabdeh1 hüquqi varisi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1842/2018 saylı 27 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə gö
Məhkəmə qərarları › İş №2(102)-411/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-411/2019
28.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver