Məhkəmə qərarları › İş №2(102)-411/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-411/2020

18.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-411/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili İbrahimov Taleh Vəli oğlu və cavabdehin vəkili Kərimli Nurlan Əzizağa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarix li qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) idda tələbi təmin olunmuş, x2-dən 23.12.2009-cu il tarixli 10985 saylı və 23.12.2009-cu il tarixli 10984 saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”lərə əsasən ödənilmiş 417 900 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun x1na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)-8905/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı iş üzrə 07 mart 2019cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, x1nun x2-yə qarşı “mənzillərin alqı-satqısı haqqında müqavilələrə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbi təmin edilməmişdir. İşin halları İddiaçı x1 x2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, şirkətlə aralarında bağlanmış 23.12.2009-cu il tarixli 10985 saylı və 23.12.2009-cu il tarixli 10984 saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”lərə əsasən tərəfindən ödənilmiş 417 900 manat məbləğində pulun şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Kərimli Nurlan Əzizağa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək x1 x2-yə qarşı “mənzillərin alqı-satqı haqqında müqavilələrə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbini təmin etməyən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandır mışdır ki, mübahisəli mənzillərə dair ilkin müqavilələrin x3 ilə bağlanmış olması, sonradan “barter təsdiq forması”nın tərtib edilməsi, həmin sənəddə mübahisəli mənzillərin iddiaçının direktoru olduğu kreditor x4-yə olan borcun müqabilində əvəzləşdirildiyinin göstərilməsi, 23 dekabr 2009-cu il tarixdə isə x2-nin müvafiq ərizələr ünvanlayaraq x3nun adına olan mübahisəli mənzillərin x1 (iddiaçının) adına sənədləşdirilməsini xahiş etməsi və iddiaçının iddiasının faktiki əsasını təşkil edən müqavilələrin də məhz həmin tarixdə rəsmiləşdirilməsi ilə bağlı işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərə alaraq hesab edir ki,mübahisəli mənzillərə dair iddiaçı ilə cavabdeh şirkət arasında 23.12.2009-cu il tarixdə bağlanmış 10984 və 10985 saylı müqavilələrin rəsmiləşdirilməsinə və eyni tar ixli 4155 və 4156 saylı maliyyə arayışlarının verilməsinə baxmayaraq, mənzillərə görə cavabdehə müvafiq ödənişlərin edilmədiyi qənaətinə gəlmək daha məntiqlidir. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dəlilləri əsaslı olsa belə onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375- ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək v erdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilələr 2009- cu ilin dekabr ayında bağlanmış və müvafiq (3.1.2.4) bəndlərinə əsasən mənzillərin alıcıya 12 ay müddətində təhvil veriləcəyi qeyd edilmişdir. İddiaçı isə mənzillərin təhvil verilməli olduğu həmin tarixdən sonra cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 30.10.2018-ci il tarixdə (mənzillərin təhvil verilməli olduğu tarixdən 7 il 10 ay sonra) hazırkı iddia tələbləri ilə çıxış etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi h üquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh şirkət arasında 23.12.2009-cu il tarixdə “mənzilin alqı-satqısı haqqında” 10984 və 10985 saylı iki ayrı müqavilə rəsmiləşdirilmiş, 10984 saylı müqaviləyə görə şirkət, ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binanın, _blok, _saylı 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzilini, 10985 saylı müqaviləyə görə ünvan 1 ünvanında inşa etdiyi 1-2 saylı binanın _blok, _saylı 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan mənzilini iddiaçıya sataraq 12 ay müddətində ona təhvil verməyi, iddiaçı isə tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini ödəməyi öhdəsinə götürmüş, 10984 saylı müqavilə üzrə mənzilin qiyməti 226 600 manat, 10985 saylı müqavilə üzrə mənzilin qiyməti 191 300 manat məbləğində müəyyənləşdirilmişdir. x2-nin surəti iş materiallarına əlavə edilmiş 23.12.2009-cu il tarixli 4155 saylı maliyyə arayışına əsasən iddiaçı, ünvan 1 ünvanında inşa edilmiş 1-2 saylı binanın, _blok, _saylı 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 m2 olan mənzilinin ümumi dəyəri olan 226 600 manatı, eyni tarixli 4156 saylı maliyyə arayışına əsasən isə həmin binanın _blok, _saylı 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 m2 olan mənzilinin ümumi dəyəri olan 191 300 manatı tam ödəmişdir və heç bir borcu yoxdur. Həmin müqavilələrdən görünür ki, inşa etdiyi binadakı evi 12 ay müddətində alıcıya təhvil verəcəkdir. İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilməklə iddiaçı həmin mənzillərə gözlənilən mülkiyyət hüqüqünu əldə etmişdir. Həmin m üqavilələr qüvvədə olmaqla müqavilələrin qanunsuz olması cavadeh tərəfindən mübahisələndirilməmişdir və cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq mənzil ona təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olm alıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavi lə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şə xsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməyərkən Azərbaycan Respublikası Mülki Məcəllənin yuxarıda göstərilən normalarını pozmaqla iddiaçı ilə cavabdeh arasında olan müqavilənin hal-hazırda qüvvədə olmasını, həmin müqavilənin şərtlərinin məhz cavabdeh tərəfindən icra edilməməsini nəzə rə almamış, əsassız olaraq bu iş üçün əhəmiyyəti olmayan Xətai rayon məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə iddia müddətini tətbiq etməklə iddianı təmin etməməklə haqlı olmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr qüvvədə olmaqla cavabdeh iddiaçıya evin verilməsinə dair öhdəliyi icra etməmiş, evin ona verilmədiyini görən iddiaçı ödədiyi pulun tutulmasına dair hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarını pozulduğunu biliyi və ya bilməli olduğu gündən başlayır. İş materiallarından da görünür ki, iddiaçı isə öz hüququnun pozulduğunu həmin mənzillərin x5 əfindən başqa şəxslərə satıldığını öyrəndiyi zaman, yəni x5-yə qarşı iddia qaldırdığı zaman bilmişdir. İddiaçı artıq müəyyən etmişdir ki, həmin mənzillərin yerləşdiyi bina x5 tərəfindən tikilir və mənzillər cavabdeh tərəfindən təhvil verilə bilmədiyi üçün mənzillərə görə ödənilmiş pul cavabdehdən tələb edilməlidir. Belə olan halda iddiaçının iddia müddətini buraxmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir və apellyasiya məhkəməsi bunu öz qətnaməsində də əsaslandırmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərkən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən bax ılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar