Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-411/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma və həmin ərazidə inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxx oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2 020-ci il tarixli, 2(106)117/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 kəndində 0,09 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Qonşuluqda yerləşən 0,18 ha torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli qərarı ilə Cavabdeh və onun ailə üzvləri: X7, X4, X1, X5, X2 və X3 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın Torpaq sahəsinin planı və ölçüsünün elektron baza materialındakı döngə nöqtələrinin koordinatlarına əsasən, İddiaçı mülkiyyətə verilmiş 0,09 ha və ona məxsus faktiki istifadə kimi plana alınmış 0,0931 ha həyətyanı torpaq sahəsinin cənub-qərb istiqamətində Cavabdeh və ailə üzvlərinə JN-233A nömrəli Şəhadətnamənin yerəuyğun şərti yerləşmə mövqeyinə görə fiziki sərhədlər daxilində faktiki istifadə kimi plana alınmış 0,1884 hektar həyətyanı torpaq sahəsinin hüdudları daxilində 0.0042 hektar (43,27 metr x 0,80 metr / 1,13 metr) mübahisəli olan hissəsi yerləşir. Mübahisəli olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında göstərilmişdir. xxx kəndi, C.Cabbarlı adına təsərrüfatın kompleks yerquluşu layihəsinin elektron baza materialına əsasən Cavabdeh və ai lə üzvlərinə JN-233A nömrəli Şəhadətnamənin yerəuyğun şərti yerləşmə mövqeyinə görə mülkiyyətə verilmiş 0,18 ha və onlara məxsus fiziki sərhədlər daxilində faktiki istifadə kimi plana alınmış 0,1884 ha həyətyanı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,0042 ha (43,27 metr x 0,80 metr /1,13 metr) mübahisəli olan hissəsi RX seriyalı, ******* nömrəli çıxarışın Torpaq sahəsinin planı və ölçüsünün elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin ayrılmaz hissəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın Torpaq sahəsinin planı və ölçüsünün elektron baza materialındakı döngə nöqtələrinin koordinatlarına əsasən, İddiaçı mülkiyyətə verilmi ş 0,09 ha həyətyanı torpaq sahəsinin Cavabdeh və ailə üzvlərinə JN233A nömrəli Şəhadətnamənin yerəuyğun şərti yerləşmə mövqeyinə görə fiziki sərhədlər daxilində faktiki istifadə kimi plana alınmış 0,1884 hektar həyətyanı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,0042 hektar (43,27 metr x 0,80 metr / 1,13 metr) mübahisəli olan hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş əlavə məhkəmə-tikinti texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrinin elektron baza materiallarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 0,0042 ha (42,27 metr x 0,80 metr / 1,13 metr) mübahisəli hissəsi Cavabde h adına verilmiş torpaqların mülkiyyətinə verilməsinə dair JN-233A nömrəli şəhadətnamədə göstərilən 0,18 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Biləsuvar rayon X6 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli qərarına əsasən həyətyanı torpaq sahəsinin naturada faktiki yerləşmə yerini dəqiq müəyyən etmək və müqayisələndirmək mümkün deyildir. Belə ki, aktda cizgilərin torpaq sahəsi sxeminin cəhətlərə uyğun yerləşmə mövqeyi, konfiqurasiya parametrləri, qonşuluqları ilə Cavabdeh və ailə üzvlərinə JN-233A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,18 ha həyətyanı torpaq sahəsi arasında uyğunsuzluqlar vardır. xxx kəndi, C.Cabbarlı adına təsərrüfatın kompleks yerquluşu layihəsi elektron baza materialına əsasən, Cavabdeh və ailə üzvlə rinə JN-233A nömrəli şəhadətnamənin yerəuyğun yerləşmə mövqeyinə görə mülkiyyətə verilmiş 0.18 ha və onlara məxsus çəpər daxilində faktiki istifadə kimi plana alınmış 0,19 ha həyətyanı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,0042 ha (43,27 metr x 0,80 metr / 1,13 metr) olan mübahisəli hissəsi **********19-10301 reyestr nömrəli çıxarışın Torpaq sahəsinin plan və ölçüsünün elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş sənədlərin texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş xx xxxx 1992-ci il tarixli Həyətyanı torpaq sahəsinin verilməsinə dair Aktdakı “xx xxxx 1992” tarix göst əricisindəki “92” rəqəmlərinin, “верилəн 0,2 hектар” yazısındakı “0,2” rəqəmlərinin kimyəvi üsulla silmə, mexaniki üsulla pozma aparılaraq indiki yazılar icra edilmişdir. Düzəlişlər yerli və intensiv olduğu üçün həmin hissələrdəki əvvəlki yazıları müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş xx xxxx 1992-ci il tarixli Həyətyanı torpaq sahəsinin verilməsinə dair Aktdakı torpaq sahəsinin planındakı “25 m”, “48 m” yazıları sonradan əlavə edilib. İş üzrə apelyasiya baxışı zamanı təyin olunmuş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Biləsuvar rayonu Zəhmətabad kəndində yerl əşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı (reyestr nömrəsi **********19) çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron kadastr bazasında xx xxxxxx 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat alınmışdır. JN-233 A seriyalı 80804018 kodlu şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş 0,18 ha torpaq sahəsi Torpaq islahatına dair Kompleks Yerquruluşu Layihəsində mövcuddur və xx xxxxxx 2000-ci il tarixdə Dövlət Yerquruluş Layihə İnstitutu və Biləsuvar rayon torpaq şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ü nvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki torpaq sahəsi elektron kadastr baza məlumatlarında mövcuddur və baza məlumatlarına əsasən üst-üstə düşmür (hüququmüəyyənedici və hüquqi sənədlərə əsasən). Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində 0,0902 ha torpaq sahəsi mövcuddur. Cavabdeh faktiki istifadəsində 0,1882 ha torpaq sahəsi mövcuddur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin mübahisələndirilən 0,0067 ha olan hissəsinin 0,0042 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı (reyestr nömrəsi **********19) “Çıxarışda əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsi ilə üst-üstə düşür (hüdudları daxilində yerləşir). Tikanlı məftillə ayrılmış torpaq sahəsinin 0,0025 ha olan digər bitişik hissəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xxx kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin cavabdeh ilə sərhəd hissəsində sonuncu tərəfindən 0,0042 ha (43,27 metr x 0,80 metr / 1,13 metr) ölçüdə zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması və zəbt olunmuş ərazidə inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, həmin 0,0042 ha (43,27 metr x 0,80 metr / 1,13 metr) ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 kəndində mülkiyyətində 0,09 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır və cavabdehin yaşadığı ev ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan sərhəd səddini aşmış, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək, həmin ərazini məftillə hasara almış, bununla da öz evinin və daş hasarının ətrafında özü üçün 0,8 metr-1,5 metr enində keçid yaratmışdır. Halbuki, cavabdeh öz evini və daş hasarını ona məxsus torpaq sahəsi ilə özünün faktiki istifadəsində olan torpaq sahələrinin birləşdiyi yerdə, yəni torpaq sahələrinin sərhədləri boyunca inşa etmişdir. Belə ki, iddiaçının mülkiyyətindəki torpaq sahəsinin eni boyunca ölçüsü hüquq verən sənədə əsasən 20,80 metr olmalı olduğu halda, faktiki olaraq 19,90 metrdir və mülkiyyətindəki torpaq sahəsinin enindən 0,90 metr cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh ona aid zəbt edilmiş torpaq sahəsini məftillə ayırmışdır. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsindən birgə istifadə qaydalarını müəyyənləşdirmək üçün təkliflər vermiş, cavabdeh isə təkliflərinə heç bir məhəl qoymamış, əksinə öz tələblərini daha da artırmışdır. Biləsuvar Rayon Məhkəməsinin xx xxx xx 2019-cu il tarixli, 2(022)-7/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Əliyev) iddia qismən təmin olunmuş, Cavabdeh **********1910301 reyestr nömrəli çıxarışın Torpaq sahəsinin plan və ölçüsünün elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan və xxx kəndi, C.Cabbarlı adına təsərrüfatın kompleks yerquluşu layihəsi elektron baza materialına əsasən JN-233A nömrəli şəhadətnamənin yerəuyğun yerləşmə mövqeyinə görə mülkiyyətə verilmiş 0,18 hektar və çəpər daxilində faktiki istifadə kimi plana alınmış 0,19 hektar həyətyanı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,0042 ha (43,27 metr x 0,80 metr / 1,13 metr) hissəsindən çıxarılması, Cavabdeh tərəfindən **********19-10301 reyestr nömrəli çıxa rışın Torpaq sahəsinin plan və ölçüsünün elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan və xxx kəndi, C.Cabbarlı adına təsərrüfatın kompleks yerquluşu layihəsi elektron baza materialına əsasən JN-233A nömrəli şəhadətnamənin yerəuyğun yerləşmə mövqeyinə görə mülkiyyətə verilmiş 0,18 hektar və çəpər daxilində faktiki istifadə kimi plana alınmış 0,19 hektar həyətyanı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,0042 ha (43,27 metr x 0,80 metr / 1,13 metr) hissəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh vəsaiti hesabına sökülməsi, Cavabdeh tərəfindən **********19-10301 reyestr nömrəli çıxarışın Torpaq sahəsinin plan və ölçüsünün elektron baza materialının döngə nöqtələrinin koordinat larına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan və xxx kəndi, C.Cabbarlı adına təsərrüfatın kompleks yerquluşu layihəsi elektron baza materialına əsasən JN-233A nömrəli şəhadətnamənin yerəuyğun yerləşmə mövqeyinə görə mülkiyyətə verilmiş 0,18 hektar və çəpər daxilində faktiki istifadə kimi plana alınmış 0,19 hektar həyətyanı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,0042 ha (43,27 metr x 0,80 metr / 1,13 metr) hissəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi iş materialları, o cümlədən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə sübut olunsa da, Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları təs diq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız mübahisə predmeti olan torpaq sahəsinin Biləsuvar rayon X6 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli qərarına əsasən həyətyanı torpaq sahəsinin verilməsinə dair xx xxxx 1992-ci il tarixli akt əsasında 233A (kod ********) saylı şəhadətnamə əsasında mülkiyyətinə verilməsinə istinad etmiş, xx xxxx 1992-ci il tarixli aktın surətini sübut qismində məhkəməyə təqdim etmişdir. Lakin sənədlərin texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi ilə tədqiqata təqdim edilmiş xx xxxx 1992-ci il tarixli Həyətyanı torpaq sahəsinin verilməsinə dair Aktdakı “xx xxxx 1992” tarix göstəricisindəki “02” rəqəmlərinin, “верилəн 0,2 hектар” yazısındakı “0,2” rəqəmlərinin kimyəvi üsulla silmə, mexaniki üsulla pozma aparılaraq indiki yazılar icra edildiyi, təqdim edilmiş xx xxxx 1992-ci il tarixli Həyətyanı torpaq sahəsinin verilməsinə dair Aktdakı torpaq sahəsinin planındakı “25 m”, “48 m” yazıları sonradan əlavə edildiyi bildirilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verilərək, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(022)-7/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-117/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər F.K.Soltanovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2 (022)-7/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya baxışı zamanı aparılan məhkəmə araşdırması zamanı cavabdehin apelyasiya şikayətində qeyd etdiyi dəlillər öz təsdiqini tapmamış, tam əksinə iş üzrə təyin olunmuş əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə bir daha birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə düzgün, obyektiv və ədalətli hüquqi qiymət verildiyi öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində 0,18 ha torpaq sahəsi olmasına baxmayaraq, onun faktiki sahibliyində olan torpaq sahəsinin ölçüsü 0,1882 hektardır. İddiaçı ilə cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Tərəfl ər arasında mübahisələndirilən 0,0067 ha torpaq sahəsinin 0,0042 ha hissəsi İddiaçı mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsidir, qalan 0,0025 ha hissəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının mülkiyyətində 0,09 ha torpaq sahəsinin olmasına baxmayaraq, torpaq sahəsinin faktiki ölçüsünün 0,0931 ha təşkil etməsinə və buradan da, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməməsindən ibarət apelyasiya şikayətinin dəlilinə kollegiya münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının tamamilə başqa bir istiqamətdən artıq torpaq sahəsini zəbt edibetməməsinin, cavabdehlə aralarında yaranan mübahisənin həllində heç-bir əhəmiyyəti yoxdur. Çünki torpaq sahələrinin sərhədləri, elektron baza məlumat larına əsasən yerdə müvafiq koordinatlarla xüsusi texniki avadanlıqlardan istifadə etməklə müəyyən olunur. İddiaçının artıq tutduğu torpaq sahəsi ilə bağlı maraqlarına toxunan şəxs tərəfindən zəbtdən azad edilməsi ilə bağlı iddia verilə bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-117/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, cavabdeh mülkiyyət hüquqlarını təhlükə al tına qoymuşdur. Cavabdeh ona verilmiş hüquqmüəyyənedici sənədlər əsasında torpaq üzərində ev və yardımçı təsərrüfat tikmişdir. İddiaçı isə mübahisələndirilən torpaq sahəsini 2015-ci ildə əldə etmiş və sonuncunun mülkiyyət sənədlərinin qanunsuz olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ekspertiza rəylərində və məhkəmə qətnamələrində iddiaçının torpaq sahəsinin ona ayrılmış ölçülərdən artıq olması qeyd olunmuş, buna baxmayaraq iddiaçı əmlak hüquqlarının pozulduğunu iddia etmişdir. Buna baxmayaraq məhkəmələr cavabdehin 25 ildən artıq müddət əvvəl tikdiyi tikililərin sökülməsi və bunun hesabına iddiaçının torpaq sahəsinin daha da artırılması barədə qərar qəbul etmişlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulm azdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) ö z istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi də lillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasl andırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və o byektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, iş materiallarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda olan torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli qərarı ilə yalnız Cavabdeh mülkiyyətinə deyil, həmçinin onun 6 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin onların birgə sahiblik və istifadələrində olması mübahisələndirilmir. O cümlədən zəbt olunduğu kimi iddia olunan torpaq sahəsi hazırda faktiki olaraq bütün ailə üzvlərin faktiki istifadəsindədir. Lakin iddiada cavabdeh qismində yalnız Cavabdeh göstərilmiş, sonuncunun ailə üzvləri işə hər hansı statusda cəlb olunmamış və həm birinci instansiya, həm də apelyasiy a instansiyası məhkəmələri bu şəxslərin iştirakı olmadan işə baxaraq qətnamə qəbul etmişlər. Halbuki, qəbul edilən qətnamələr cavabdehin ailə üzvlərinin hüquq və mənafelərinə toxunması ilə yanaşı, işə onların iştirakları olmadan baxılması gələcəkdə məhkəmə aktlarının icrasının mümkünsüz edə bilər. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının tələblərindən biri mübahisələndirilən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsindən ibarət olmuş, birinci instansiyası məhkəməsi tərəfindən həmin tələb təmin olunmuş, apelyasiya instansiyası məhkəməsi tərəfindən isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr cavabdeh tərəfindən zəbt olunması iddia olunan və müəyyən edilən torpaq sahəsi üzərində cavabdeh tərə findən hər hansı tikilinin inşa olunub-olunmaması, həmin tikili inşa edilən dövrdə tikilinin qanuni olubolmaması, tikili qanunsuz olduğu halda, onun sökülməsinin mümkünlüyü ətrafında araşdırma aparılmamışdır. Halbuki, cavabdeh etirazı və şikayətlərində göstərmişdir ki, onun tərəfindən tikililər 25 il əvvəl inşa olunmuş, həmin zaman mübahisəli torpaq sahəsi onun faktiki istifadəsində olmuş, iddiaçı isə mülkiyyətində olan torpaq sahəsini 2015-ci ildə əldə etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırıl malıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məh kəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin üzərində hər hansı tikilinin mövcud olub-olmaması, olduğu halda nə vaxt inşa edilməsi, inşa edildiyi dövrdə həmin torpaq sahəsinin kim in mülkiyyətində olması, iddiaçının (yaxud onun hüquq sələfinin) mülkiyyətinə keçdiyi zaman cavabdehin xeyrinə qonşuluq hüququ ilə və ya başqa qaydada məhdudiyyətlə yüklü olub-olmaması araşdırmalı, araşdırma zamanı zəbt olunması iddia olunan torpaq sahəsi ilə bitişik olan torpaq sahəsinin bütün mülkiyyətçiləri işə müvafiq prosessual tərəf qismində cəlb olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və vəkili Vəkil tərəfindən veril miş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-117/2020 nömrəli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-411/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-411/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver