Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4112/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4112/2023 (Açar sözlər: qalıq borcun və dəbbə pulunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “qalıq borcun və dəbbə pulunun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3587/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətn aməsindən Cavabdeh (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər arasında 15 sentyabr 2020-ci il tarixli D-31/20 saylı daşınmaz əmlakda fasad və iç dizayn xidmətlərinin yerinə yetirilməsi və bu xidmətlərin yerinə yetirilməsinə görə muzdun ödənilməsi barədə xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən – həmin Müqavilə ilə İddiaçı MMC sifarişçi Cavabdeh sifarişi əsasında ünvan 1 ünvanda 600 m2 sahədə fasad və iç dizayn xidmətlərini yerinə yetirməli, Sifarişçi isə sifariş etdiyi xidmətləri İcraçıdan qəbul edir və ona müqavilənin 3-cü bəndində razılaşdırılmış muz ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən m üqavilənin qiyməti 15.000 manat ƏDV daxil olmaqla, həmin məbləğ Sifarişçi tərəfindən İcraçıya nağd qaydada ödənilməli və müqavilə üzrə görüləcək işlərə start verilməlidir. Müqavilənin 6-cı bəndi cərimə hesablanması qaydasını və məbləğini müəyyən edir. Müqavilənin birinci səhifəsi hər iki tərəf, ikinci səhifəsi yalnız İcraçı tərəfindən imzalanmışdır.
2. Müqavilənin birinci səhifəsi hər iki tərəf, ikinci səhifəsi isə yalnız İcraçı tərəfindən imzalanmışdır. Sifarişçi ikinci səhifəni imzalamağı unutmuşdur. İcraçı tərəf bu məqama diqqət yetirməmişdir. 3. 15 sentyabr 2020-ci il tarixli 572.330 saylı kassa mədaxil orderinə əsasən sifarişçi olan cavabdeh icraçı olan iddiaçının hesabına müqavilə ilə müəyyən edilmiş xidmət haqqının (muzdun) 50 % hissəsini, yəni 7.500 manatı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “qalıq borcun və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, onların arasında bağlanmış xx.xx.2020-ci il tarixli D-31/20 saylı “Xidmət müqaviləsi”nə əsasən 7.500 manat məbləğində qalıq borcun, gecikdirilmiş dövr üçün hesablanmış 775 manat dəbbə pulunun və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli D-31/20 saylı xidmət müqaviləsinə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında ünvan 2 ünvanda 600 kv.m. sahədə fasad və iç dizayn xidmətlər ini həyata keçirməyi, cavabdeh isə sifariş etdiyi xidmətləri iddiaçıdan qəbul edib xx.xx.2020-ci il tarixli D-31/20 saylı “Xidmət müqaviləsi”nin 3-cü bəndində razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bəhs edilən müqavilə üzrə cavabdeh ümumi dəyəri ƏDV daxil olmaqla 15.000 manat məbləğində xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xidmət haqqının 50 %-i öncədən iddiaçıya ödənilmiş, lakin iddiaçı öhdəliklərini tam şəkildə icra etməsinə baxmayaraq, cavabdeh tərəfindən xidmət haqqının qalan 50 %-i iddiaçıya ödənilməmişdir. Müqavilənin ilk səhifəsində əsas hüquq və vəzifələrini şəxsi imzası ilə qəbul etməsinə baxmayaraq, bu müqavilədən yarana biləcək mübahisələrin həlli qaydası, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və digər şərtlərlə bağlı müddəalara həsr olunmuş ikinci səhifə cavabdeh tərəfindən imza edilməmişdir. 18 aprel 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq məktubu ünvanlanaraq, müqavilənin 2-ci səhifəsinin imzalanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunmuş, xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə təhvil alınmasına baxmayaraq cavabdeh bu günə qədər öhdəliklərinin icrasından boyun qaçırır. Eyni zamanda, xx.xx.2020-ci il tarixli D-31/20 saylı “Xidmət müqaviləsi”nin 6.2-ci bəndinə əsasən, cavabdeh bu Müqavilənin 3-cü bəndində göstərilən məbləği (15.000 manat) iddiaçının hesabına ödəməzsə, onda hər gecikdirilmiş gün üçün müqavilə məbləğinin 0,1 %-i miqdarında icraçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, cərimənin ümumi məbləği müqavilə qi ymətinin 5 %-indən aşağı olmamalıdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2124/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim - Kamran Əsədov) iddianın qismən təmin edilməsi, 7.500 manat pul vəsaitinin, 100 manat dəbbə pulunun və ödənilmiş 102 manat 75 qəpik dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə həqiqi müqavilə olmaqla, tərəflərin iradə ifadələrinə uyğun bağlanmışdır. Müqavilə tərəfləri müqaviləni qeyd olunan şərtlər daxilində bağlamaqla, hər bir tərəf digər tərəf qarşısında öhdəlik və vəzifələr götürmüşdür. Təsadüfi deyildir ki, 15 sentyabr 2020-ci il tarixli 572330 saylı kassa mədaxil orderinə əsasən sifarişçi olan cavabdeh i craçı olan iddiaçının hesabına müqavilə ilə müəyyən edilmiş xidmət haqqının (muzdun) 50 % hissəsini, yəni 7.500 manatı ödəmişdir. Bu, bir daha, müqavilənin real müqavilə olduğunu təsdiq edir. Edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ödənilməmiş 7.500 manat borcu qalmışdır.
8. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsində qeyd etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.
9. Məhkəmə hesab etmişdir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 100 manat məblə ğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 185.5, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən cavabdeh (vəkil Nümayəndə2) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Məhkəmə müəyyən edilmiş fakt olmadan, iddiaçının əsass ız mülahizəsini sübut kimi qəbul edərək, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, müqavilə bağlanan gün, xidmət haqqının 7.500 manatı cavabdeh tərəfindən qabaqcadan ödənilmişdir. Lakin bu günədək sifarişçiyə xidmət göstərilməmişdir. Əksinə ödədikləri 7.500 manatın geri qaytarılmasını tələb etməməyi Türkiyədə olması ilə bağlı olmuşdur. Qətnamədə qeyd olunandan fəqli olaraq, iddiaçı müqavilə öhdəliklərini icra etməmişdir. Cavabdehə iddiaçı tərəfindən hər hansı bir formada dizayn layihəsi təqdim olunmamışdır. İş materiallarında da iddiaçının öhdəliklərini tam və vaxtında icra etdiyini təsdiq edən sübut müəyyən olunmamışdır. Bundan başqa, xidmət müqaviləsinin 5.2-ci bəndinə əsasən, cavabdeh xidməti “işlərin yerinə yetirilməsi haqqında” aktla təhvil verməli old uğu halda, belə bir akt mövcud deyil. Habelə, cavabdeh tərəfindən layihənin qəbul edilməməsi, yaxud hər hansı formada icradan imtina etməsini təsdiq edəcək dəlil yoxdur. Bundan başqa, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinin 5.1-ci bəndinə əsasən, icraçı 50 iş günü ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi öhdəsinə götürür. Artıq icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, iş materiallarında nəinki öhdəliyini icrası müddəti ilə bağlı, ümumiyyətlə, icrası və təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İş materiallarında mötəbər sübut olmadığı (hətta saxtalaşdırılmasına şübhə yarandığı) halda, məhkəmənin “müqavilənin ikinci səhifəsinin imzalanması və qalan pul vəsaitinin ödənilməsi, əks təqdirdə məhkəməyə mürac iət olunacağı barədə cavabdehin xəbərdar olunması” qənaətə gəlməsi anlaşılan deyil. Müqavilənin ikinci səhifəsinin sifarişçi tərəfindən imza edilməməsi və bundan boyun qaçırması barədə qeyd olunanlar tamamilə şər, böhtan, olmaqla iddiaçının uydurduğu cəfəngiyyatdır. İddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl “sənəd-sübutları qaydaya salmaq” məqsədilə formal hazırlanmış sənəddən başqa bir şey deyildir. Məktubu alan Eldar adlı şəxsin şəxsiyyəti ümumiyyətlə cavabdehə məlum deyil. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1 il 7 aydan sonra (xx.xx.2022-ci il tarixdə) xəbərdarlıq məktubunun göndərilməsi də iddianın əsassızlığına dəlalət edən hallardan biridir. Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etmə hüququ qanunvericilikdə təsbit olunduğundan, eyni zamanda xidmət təhvil verilmədiyindən iddiaçının bu müddət ərzində hər hansı bir tələbinin irəli sürülməməsi ağlabatan idi. Məhkəmə qətnamədə göstərmişdir ki, “cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.” Halbuki, iş materiallarında cavabdehin məlumatlandırılmasına dair sübut yoxdur. Belə ki, cavabdehin ünvanına məhkəmə bildirişlərinin çatdırılması barədə sənəd, habelə, həmin bildirişin rabitə qovşağına təqdim edilməsinə dair müvafiq reyestr və məktubun göndərilməsinə dair rabitə qovşağı tərəfindən qeydə alınmış nömrəsi barədə işdə məlumat mövcud deyildir. Bundan başqa, AZEMİS vasitəsilə cavabdehin mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilməmişdir. Göründüyü kimi, məhkəmə iş materiallarında olan sənədləri tam və hərtərəfli tədqiq edib qiymətləndirə bilməmiş, nəticədə əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinin 4.1-ci bəndində müqavilə qiyməti nağd qaydada icraçıya ödənildikdən sonra görüləcək işlərə start verilməsi nəzərdə tutulduğu halda, iddiaçı tərəfin ödənişin yarı hissəsini almaqla icranı yekunlaşdırması inandırıcı deyil. Belə ki, bütün məbləğ ödənildikdən sonra işə (xidmətə) başlanmalı idisə, ümumiyyətlə, icraya başlanmamışdır.
13. Apellyasiya baxışı zamanı iddiaçı tərəf məhkəməyə layihənin həm poçt vasitəsilə cavabdehə göndərildiyini təsdiq edən qaimənin surətini, həm də “whotsapp” proqramı vasitəsilə göndərildiyini təsdiq edən tərəflər arasındakı yazışmaları təqdim etmiş və bildirmişdir ki, bu sübutların birinci instansiya məhkəməsində təqdim edilməməsinə səbəb cavabdehin layihə ilə tanış olduğunu inkar edəcəyini bilməməsindən və cavabdehin məhkəmə iclaslarında iştirak etməməsindən irəli gəlib. Məhkəmə iclasında həmin sübutlarla cavabdeh tərəf tanış olmuş, nəticədə “whotsapp” yazışmalarını qəbul etdiyini bildirsə də, “Atlas Express”-ə məxsus qaimənin surətinin sübut kimi qiymətləndirilməsinə etiraz etmişdir.
14. Apellyasiuya məhkəməsinin iclasında cavabdehin nümayəndə-vəkili izahat verərək göstərmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra 15.000 manat xidmət haqqından 7.500 manat ödəniş olu nmuş, qalan 7.500 manat isə evin layihəsi təqdim edildikdən sonra ödəniləcəkdi. Lakin layihə bugünədək heç bir formada təqdim olunmadığından qalıq borcun – 7.500 manatın verilməsi üçün üzərinə düşən öhdəliyini icra etməmişdir. Həmçinin cavabdehin xaricdə olması iddiaçının sifarişi vaxtında yerinə yetirməsinə maneə yarada bilməz. Layihə gecikdiyinə görə cavabdeh məcbur qalıb sonradan istəmədiyini bildirmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3587/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahis əsiz halları ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlanan zaman 15.000 manat xidmət haqqının 7.500 manat hissəsini cavabdeh iddiaçıya ödəmiş, qalan 7.500 manat məbləğin isə evin layihəsi təqdim edildikdən sonra ödənilməsi razılaşdırılmışdır. Hazırki iş üzrə tərəflərin izahatlarından görünür ki, iddiaçı evin layihəsinin hazır olduğunu və cavabdehə vaxtında təqdim edildiyini iddia etsə də, cavabdeh bu halı qəbul etməyərək təkzib edir və bununla bağlı hər hansı sübutun mövcud olmadığını ifadə edir.
17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən, hazırda isə onun tərəfindən irəli sürülən dəlillərə cavab olaraq iddiaçı tərəfindən təqdim edilən “Whotsapp” yazışmaları qəbul edilməlidir. Bununla belə məhkəmə kolleg iyası hesab etmişdir ki, poçt qaiməsinin surəti cavabdeh tərəfindən mübahisələndirildiyindən və əsli təqdim edilmədiyindən o, layihənin göndərilməsi faktını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
18. Məhkəmə kollegiyası tərəflər arasındakı yazışmalaı, tərəflər arasında yaranmış münasibətləri və onların sonrakı hərəkətləri nəzərə alınmaqla hesab etmişdir ki, iddiaçı müqavilə münasibətlərindən irəli gələn öhdəliyini icra edərək, layihəni hazırlamış, cavabdehə təqdim etmiş və cavabdeh evin layihəsi ilə tanış olmuşdur. Belə olan halda, iddiaçı xidmət haqqının qalan hissəsinin, yəni 7.500 manat vəsaitin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olundu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, (məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından tərəflər arasında yazılı müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Digər tərəfdən, cavabdeh iddiaçı MMC tərəfindən ona bugünədək layihənin təqdim edilmədiyini bildirsə də, qeyd etdikləri ilə bağlı hər hansı bir sübut (yəni iddiaçının təqdim etdiyi sübutları təkzib edəcək sübutları) təqdim edə bilməmişdir. 2
0. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi dəbbə pulunun qismən təmin edilərək 100 manat məbləğində müəyyən edilməsi ilə bağlı qənaəti də ədalətli olmaqla, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini qorumuş olur.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 21.1, 385, 405.1, 417.1, 427.3, 442, 445.1, 448.1, 467-ci maddələri və Mülki Prosessual Məcəlləni n 14.2, 77.1, 217.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti şikayətini apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının apellyasiya instansiya məhkəməsində sonuncu məhkəmə prosesinə bir gün qalmış elektron məhkəmə sistemi vasitəsilə “xəbərnamə” adı altında təqdim etdiyi “xx.xx.2020-ci il tarixə aid” qaimənin mötəbərliyi kifayət qədər şübhə doğurmuşdur. Belə ki, sürətli poçt rabitəsi xidməti ilə məşğu l olan "xxxx" MMC-ə məxsus xx.xx.2020-ci il tarixli, 284165 nömrəli qaimənin (waybill) saxta olmasına dəlalət edən əsaslı şübhələrin olması barədə kifayət qədər dəlillər mövcuddur. Həmin qaiməyə görə, Əli və Ruslan adlı kuryerlər tərəfindən xx.xx.2020-ci ildə cavabdehin ünvanına “lahiyə (fleş kart)” göndərilmiş, “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Lakin iddiaçı tərəfindən sözügedən qaimə nə iddia ərizəsinə əlavə olunmuş, nə birinci instansiya məhkəməsində keçirilən məhkəmə proseslərində, nə apellyasiya məhkəməsində - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə proseslərində sübut kimi əlavə edilmişdir. Halbuki, iddiaçı tərəfin qeyd olunan qaimənin təqdim edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Bundan başqa, xx.xx.2020ci il tarixində həmin qaimənin göndə rilməsi ona görə şübhə doğurmuşdur ki, iş materiallarında həmin tarixdən sonrakı “whotsapp” yazışmalarının məzmunundan açıqaşkar görünür ki, tərəflər arasında lahiyənin hazırlanması ilə bağlı müzakirələr davam etməkdədir. Bundan başqa, 284165 nömrəli qaimənin həmin dövrə aid olmasına əsaslı şübhə həmçinin ondan ibarətdir ki, hazırki işlə bağlı olmayan "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü ilə aid qaimənin nömrəsi 281175 olmuşdur. Bu o deməkdir ki, 2020-ci ildə "xxxx" MMC-nin sifarişi əsasında çap olunan qaimələrin nömrələri ilə və 2023-cü ilə aid qaimələrin nömrələrinin eyni rəqəmlərlə başlanması kifayət qədər şübhəlidir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə verilməsi ehtimal olunan 284165 nömrəli qaimənin qeydiyyat jurnalı və ya elektron qaydada qeydiyyatının aparılması, qaimənin həmin döv rə aid olub-olmaması, qaimədə adı göstərilən kuryerlərin həqiqətən həmin dövrdə belə bir göndərişin çatdırmasının müəyyən olunması və 3 il əvvələ aid sənədin mövcudluğunun həqiqiliyi barədə cavabdehin "xxxx" MMC-yə verdiyi sorğusu cavabsız qalmışdır. Bütün bunlara baxmayaraq, apellyasiya instansiya məhkəməsi qaimənin saxtalığının yoxlanılması ilə bağlı cavabdeh tərəfin vəsatətini təmin etməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
25. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçının vəkili Nümayəndə1 yazılı etiraz vermiş, etirazında kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüqu q: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müə yyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üç ün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
32. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən ir əli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavi lə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyy əti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimo vun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
56. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin vəkilinin işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edi r ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə hazırki mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məh kəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ca vabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3587/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.