Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4114/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, habelə iddiaçılar Cavabdeh və X4 cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahə sinin zəbt edilməsi, maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)289/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1ndə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 1,3 ha həyətyanı torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ İddiaçı, X11, X5, X3, X8, xxxoğlunun və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 2 kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1,9171 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahələrinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir və həmin torpaq sahəsində məhsuldar fındıq kolları mövcuddur. X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həmin torpaq sahəsində əkilən fındıq kolları hələ tam olaraq məhsuldar deyildir. Torpaq sahəsin in yanında İddiaçı məxsus fındıq zavodu yerləşir. X15 Təchizatı və Satışı İdarəsinin 17 iyul 2020-ci il tarixli arayışına əsasən 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanması 2 ədəd dəmir beton dayağı və dayaqlararası naqil X4 ünvan 3 kəndində yerləşən 1,9171 hektar pay torpaq sahəsindən keçir, Fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanma Qəbələ paylayıcı Şəbəkə sahəsinin balansında deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehin DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və cavabdehdən iddiaçının xeyrinə 32825 manat dəymiş ziyanın və 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində təxminən 20 illik meyvə ağacları bitir. Şifahi razılıq əsasında o, həmin torpaq sahəsinin 0,30 ha torpaq hissəsini bacısı oğlu X12 və 1 ha hissəsini qa rdaşı Cavabdeh müvəqqəti baxmağa və istifadə edərək meyvəsini toplamağa icazə vermişdir. 2014-cü ildə iddiaçı bağ sahəsi ilə məşğul olmaq və meyvəsini toplayaraq satmaq istəmiş, lakin Cavabdeh torpaq sahəsini ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh həmin sahəni qanunsuz zəbt edərək 5 ildən artıqdır fındıq meyvəsini toplayıb satır, qazanc əldə edir və əsassız varlanır. Qəbələ bazarından və Qəbələ rayon Statistika İdarəsindən aldığı və məhkəməyə təqdim etdiyi sənədlərə əsasən cavabdeh tərəfindən 6 il ərzində 10100 kq məhsul yığılmış, bu illər ərzində orta qiyməti 3,25 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 10100 kq x 3,25 manat 32825 manat dəyərində məhsul yığılmış və mənimsənilmişdir. İddiaçılar Cavabdeh və X14 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idd iaçılara məxsus olan və hal-hazırda cavabdehin istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməsinə görə 50000 manat maddi ziyanın cavabdehdən tutulması, həmin torpaq sahəsinin tərk etməsi (boşaldılması), 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış dəmir-beton elektrik dirəklərinin, həmin dirəklərlə keçirilmiş və istifadədə olan elektrik xəttinin sökülüb aparılması, 2010-cu ildən cavabdehə məxsus 1 hektar torpaq sahəsi üzərində 1991-92-ci illərdə əkib-becərilmiş və qulluq etdiyi, iddiaçılara məxsus olan 167 ədəd fındıq ağaclarının ümumi dəyəri 25000 manat olan pul məbləğinin iddiaçıların xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin 167 ədəd ağacın çıxarılıb onlara qaytarılması barədə qətnamə qə bul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qardaşıdır. Mübahisəli torpaq ərazisi 10-15 hektar olmaqla 1991-ci ilə qədər ünvan 1ndə yerləşən “Xanlar” adına kolxozun tütün bitkisinin əkildiyi sahə olmuşdur. Sonradan baxımsız qalmış ərazidə tütün bitkisi məhv olmuş, kolxoz rəhbərliyinin tövsiyəsi ilə o, həmin tütün sahəsinin bir hissəsini, yəni 1 hektar ərazisini əkib-becərməyi qərara almışdır. 1990-91-ci illər ərzində müxtəlif yerlərdən cavan fındıq ağacları alıb, gətirərək əkməyə və qulluq etməyə başlamışdır. Bu minvalla həmin 1 hektar sahədə cəmi 167 ədəd fındıq ağacları əkmiş və ötən 30 il ərzində özü və ailə üzvləri qulluq edərək becərmişdir. Qardaşı xxx X2 ərazisində başqa bir torpaq sahəsini istifadə edirdi. Onlar birgə təsərrüfatla m əşğul olmuş, onların başqa yerdə də torpaq sahəsi, obyekt və məhdud məsuliyyətli cəmiyyəti də olmuş, təsərrüfata rəhbərliyi və sənədləşməni qardaşı aparmışdır. Torpaq islahatı ilə əlaqədar bölgü zamanı qardaşı İddiaçı keçmiş tütün sahəsinin ərazisindən öz ailəsi üçün pay torpağı götürmüş və qarşılıqlı iddia üzrə iddiaçının əkib-becərdiyi bir hektar torpaq sahəsi də İddiaçı ailə üzvlərinin adına sənədləşdirilmişdir. Cavabdeh həyat yoldaşı X9 verilən 1,9171 hektar pay torpaq sahəsi isə qardaşının o dövrdə istifadə etdiyi torpaq sahəsinin bir hissəsinə düşmüşdür. Həmin vaxt onlar torpaq sahələrindən qarşılıqlı istifadə etmək barədə razılaşmışlar. Buna baxmayaraq qardaşı onun əkib-becərdiyi 167 ədəd fındıq ağaclarını onun əlindən almaq istəyir. Onun ailə üzvlərinin mülkiyyətindəki heç bir icaz ə olmadan və onlara bildirmədən, təhlükəsizlik və istismar qaydalarını pozaraq hündür dəmir beton dirəklər quraşdırmaqla yüksəkgərginlikli elektrik xətti keçirmiş və qeyri-qanuni olaraq istifadə etmişdir. Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən edilməsi, ilkin iddia üzrə İddia çı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər rəsmi mülkiyyət sənədləri ilə xüsusi mülkiyyətlərindəki torpaq sahələrinin qarşılıqlı razılıq əsasında rəsmi sənəddə olmadığı kimi - dəyişik olaraq bir-birinin istifadə etmələrini etiraf etmişlər. Tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh qardaşı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətindəki 1,3 ha torpaq sahəsinin 1 hektarına sahiblik etməklə istifadə etmiş, əkdiyi və becərdiyi fındıq kollarının məhsulunu yığmışdır. İddiaçı d ə qardaşı Cavabdeh arvadı, qarşılıqlı iddia üzrə iddiaçı X4 mülkiyyətindəki 1,9171 hektar torpaq sahəsində fındıq kolları əkmişdir. Yəni, torpaqlardan istifadə və sahiblik heç də tərəflərin hazırda iddia etdikləri kimi qanunsuz və özbaşına zəbtlə həyata keçirilməmişdir. Mübahisələndirilən 1,3 hektar torpaq sahəsinin və 1 hektarında olan fındıq ağaclarının məhsuldar olması, lakin 1,9171 hektar sahədə əkilmiş fındıq ağaclarının isə hələ tam məhsuldar olmadığı məhkəmə tərəfindən keçirilən baxış zamanı sübutunu tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək hesab etmişdir k i, ilkin iddia torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması hissəsində və qarşılıqlı iddia torpaq sahəsinin boşaldılması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər aralarında mübahisələndirilən 1,9171 ha torpaq sahəsi X4 mülkiyyətində olsa da, qarşılıqlı iddia üzrə iddiaçılar həmin torpaq sahəsində elektrik dirəklərinin və xəttinin İddiaçı tərəfindən aparıldığına dair heç bir sübutu onlarda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, xxx xxxanın öz hərəkətlərinə hüquqi ixtiyarı olsa da, cavabdeh İddiaçı qarşı irəli sürülən iddia tələbinə münasibətdə tələb etmək hüququ (yüksək gərginlikli elektrik xəttinin və onun aparıldığı dirəklərin torpaqdan çıxarılmasına dair) olmadığı üçün həmin tələb ona y önəldilə bilməz və bir sözlə İddiaçı münasibətdə onun belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Buna görə də iddia tələbi həmin hissədə əsassızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, torpaq sahələrindən istifadə və sahiblik, eləcə də həmin torpaqda əkilən kənd təsərrüfatı məhsullarından bəhrələnmə hər iki tərəfin könüllü iradə ifadələri olaraq razılıqları əsasında olmuş və tərəflər maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələblərinin əsaslandıqları hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin Cavabdeh 167 ədəd fındıq ağacının dəyərinin 25000 manat təşkil etdiyini göstərsə də, həmin tələblə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər b ir tərəfdən isə onunla İddiaçı arasında mübahisələndirilən 1 hektar torpaq sahəsi onun deyil, məhz sonuncunun mülkiyyətində olduğu üçün öz hərəkətlərinə hüquqi ixtiyar sahibi deyildir. Buna görə də onun belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, tərəflər məhkəməyə verdiyi izahatlarda da qeyd olunan fındıq ağaclarının 1991-1992-ci illərdə əkildiyini bildirmişlər. Həmin dövrdə isə qeyd olunan torpaq sahələrini hazırkı tərəflərə məxsus olmamış və kolxoz mülkiyyəti kimi qeydiyyatda olmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, fındıq ağaclarının dəyəri sübut olunmadığından və həmin tələblə ağacların çıxarılıb özünə qaytarılması tələbi arasında səbəbli əlaqə olduğundan birinci tələb təmin olunmadığı halda həmin tələb də təmin olunmamalıdır. b) Ap ellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsinin iddia tələbinin maddi ziyanın təmin olunmaması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi, habelə qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə də qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsinin ləğv olunaraq, 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 35 kv-luq Nic hava xəttinin İddiaçı məxsus Fındıq zavodunu qidalandıran budaqlanmasının 2 dayağı və dayaqlararası naqilin reyestr nömrəsi **********31 olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən, ailələrinə məxsus olmaqla X10 adına olan 1,9171 hektar pay sahəsindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və V.İ.Məlikovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apell yasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsinin qismən, maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, habelə qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə də qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir. Kassasiya şikayəti ilk iddia ərizəsində göstərilən hallara və işin gedişatına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətində olan faktları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respu blikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveri ciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəflərin qarşılıqlı olaraq apellyasiya şikayətlərini təmin etməsə də, həmin qətnamədən yalnız iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) kassasiya şikayəti icraata qəbul edilmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar kassasiya şikayəti versələr də, həmin şikayətləri vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatorun şikayətinin dəlillərinə uyğun ilk iddianın təmin olunmamış, habelə qarşılıqlı idd ianın təmin olunmuş hissələrində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əml akına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa nunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş ziyanla bağlı iddianın sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olmas ı. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Əksinə işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, qarşılıqlı razılaşma əsasında tərəflərdən hər biri digərinin mülkiyyətinə olan torpaq sahələrindən istifadə etmiş və orada təsərrüfat aparmışlar. Belə olan halda, cavabdehin həmin istifadə nəticəsində iddiaçıya zərər vurulması aşağı instansiya məhkəmələrində sübut olunmamışdır. Kassasiya şikayətinin digər hissəsinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin qeydə əsasən isə ünvan 2 kəndində 1,9171 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətindədir. İddiaçı göstərilən torpaq sahəsinin onun istifadəsində qalmasına dair əsas verə biləcək hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçının onun mülkiyyətində olan, lakin kassatorun faktiki istifadəsində olan torpaq sahəsindən sonuncunu çıxarılması tələbini irəli sürməyə hüququ olmuş və həmin tələb MM-in 157.2 və 239.2-ci maddələrinə uyğun olaraq məhkəmələr tərəfindən təmin olunmuşdur. Kassasiya şikayətinin sübutların düzgün q iymətləndirilməməsi və işin hallarının araşdırılmaması ilə bağlı dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmamış və qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4114/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4114/2021
30.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver