Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4115/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXX Cavabdeh1 və Cavabdeh2 iddiaçı Cavabdeh1 cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4115/21 (Açar sözlər: maddi ziyan, əldən çıxmış fayda, sübutetmə yükü) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Şahzadə Zahid Musa oğlunun və onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh Cavabdeh1 və onun vəkili Zalışov Pərviz Mirzə oğlunun iştitakı ilə, İddiaçı XXX Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə ilk, Cavabdeh1 XXX qarşı “pulun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1179/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı XXX kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı XXX ilə cavabdeh Cavabdeh1 arasında yağ-pendir sexinin tikintisi və həmin sexin ortaq işlədilməsi barədə razılaşma olmuşdur.
2. Tərəflər arasında sözügedən sexin işlədilməsi ilə bağlı narazılıq yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı XXX Cavabdeh1 və Cavabdeh2 qarşı iddia əri zəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 461796 manat, Cavabdeh2 isə 31010 manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılıb ki, Cavabdeh1 iddiaçı ilə sonuncunun sahibkar qardaşı Camal Şahbazov 2013-cü ildə tanış etmişdir. İddiaçının Qaradağ rayonu, Gülbaxt daş karxanasında karyeri olmuş, qardaşı XX karyerinin daşlarını şəhərdə satmış, karyerin daş karxanasının daşlarını alan müştərilərdən biri də Cavabdeh1 olmuş, işgüzar münasibətləri də bundan sonra yaranmışdır. Daşların alqı-satqısı zamanı Cavabdeh1 iddiaçının qardaşı Camal Şahbazovdan 20000-30000 manat məbləğində mal alara q borclu qalmış və həmin borcu vaxtlı-vaxtında ödəmişdir.
5. İddiaçı 2016-cı ilin əvvəllərində Cavabdeh1lə müştərək ortaqlıqla qazanc əldə etmək üçün yağ-pendir sexi yaratmaqları barədə qarşılıqlı razılığa gəliblər. Cavabdeh1 sexin tikintisi üçün 0,10 ha torpaq sahəsinin olmasını iddiaçıya bildirib, həmin torpağa dair sənədlərin surətini iddiaçıya təqdim edib.
6. Sexin tikintisinə görə iddiaçı qardaşı XXX 2017-ci il may ayının əvvəllərində 40000 manat, həmin ayın sonlarında yenidən 40000 manat alaraq tikintiyə xərcləyib.
7. Bundan əlavə, iddiaçı 23.07.2017-ci il tarixində “X3” markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 35000 manata sataraq üstünə 5000 manat da əlavə edib, yenə 40 000 manatı tikintiyə sərf edib. Cavabdeh1 iddiaçını həvəsləndirməkdən ötrü tikintiyə hissə-h issə cəmi 47 000 manat vəsait qoyub.
8. Pul çatışmadığından iddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 80 saylı evin 72 saylı mənzilini 09.10.2017-ci il tarixdə “Bank Milli İran”ın Bakı filialına girov qoyaraq 26000 manat kredit götürüb və üstünə 4000 manat da əlavə edərək cəmi 30000 manat pulu da tikintiyə sərf edib. Sexə quraşdırılmış avadanlıqların və işçiliyin cəmi 132000 manat təşkil edib. Avadanlıqların quraşdırılması zamanı iddiaçı iş adamı olan qardaşı Fəxri Şahbazovdan 05.11.2017-ci il tarixdə 20000 manat alıb sexin tikintisinə xərcləyib, məcburiyyətdən özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq 10000 manat pul götürüb, Buzovnadakı 0,10 ha torpaq sahəsini də 45000 manata sataraq və qardaşı Camal Şahbazovdan 50000 manat alaraq 105000 manat əldə etməklə tikinti ni başa çatdırıb. 31.12.2017-ci il tarixdə ağartı məhsullarının istehsalına başlanıb. Beləliklə yağ-pendir sexinə cəmi 366 968 manat xərc çəkildiyini bildirmişdir.
9. Bu vəsaitdən 47700 manatı Cavabdeh1, qalanı (319268 manatının) iddiaçıya məxsusdur. Bundan başqa, həmin ərazidə iddiaçının “Kamaz” markalı avtomobili hər ay 3000 manatdan 12 ay işləyib. Avadanlıq alınmasından ötrü Tanrıverdi Qasım adlı şəxslə Türkiyə Respublikasına gedərkən iddiaçı 4000 manat sərf edib. Tikintinin davam etdiyi 12 ay ərzində telefon danışıqlarına təqribən 750 manat ödəyib. İddiaçı özünə məxsus “X6” markalı avtomobili həmin işlər üçün 7 ay istifadə edib. Bir ay üçün 1000 manat nəzərə alınmaqla 7000 manat iddiaçıya zərər dəyib. İşləri özünün icra etməsinə görə zəhmət haqqı kimi 45000 manat iddiaçıya pul ödənil məli idi.
10. Bununla da Cavabdeh1 iddiaçıya cəmi 419848 manat borcu yaranıb, həmin məbləği azı 10 faizlə depozitə qoyacağı təqdirdə, iddiaçı bundan 41948 manat gəlir əldə edə bilərdi. Cavabdeh1 vəd etdiyi məbləği qoymamasına görə maliyyə çatışmazlığı üzündən istehsalı davam etdirə bilməyiblər.
11. Qarşılıqlı razılığa əsasən sexi satmaq üçün elan verbilər. Alıcı tapılmadığından sexi birinci 3 ayda 2600 manata, 3 aydan sonra 3000 manata, 6 aydan sonra 4000 manata, bir ildən sonra isə 6000 manata icarəyə vermək qərarına gəliblər.
12. İcarəçi Cavabdeh2 ilə belə şərtləşiblər ki, sonuncu iddiaçıya məxsus ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqları və pendir qəliblərini alır.
13. Razılaşmaya baxmayaraq, Cavabdeh2 bu günədək əldə etdiyi qab-qacaq və pendir qəliblərinin dəyərini öd əməyib.
14. İddiaçı aylıq icarə haqqının yalnız ona verilməsinə dair Cavabdeh1lə razılığa gəlib, sex 15 iyun 2018-ci il tarixdən Cavabdeh2 icarəyə verilsə də, icarə haqqı iddiaçıya ödənilmir, iddiaçı sexə buraxılmır. Habelə Cavabdeh2 həmin sexdə iddiaçıya məxsus qiyməti 20000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ədəd “Şəlalə”ni satıb. Cavabdeh2 31010 manat borcu yaranıb. Cavabdeh1 isə aldatma yolu ilə iddiaçının 419848 manat məbləğində külli miqdarda pulunu mənimsəyib.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 404, 405, 430.1 442, 449.1ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh1 də qarşılıqlı iddia ərizəsi əsasında XXX 17000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddia ərizəsi onunla əsasland ırılıb ki, iddiaçı cavabdeh XXX ilə onun qardaşları vasitəsilə tanış olmuş, Zahid ondan dəfələrlə borc pul almış və qaytarmışdır. Həmçinin “Azadlıq” metrosu çıxışında Zahidgilin dükanları olmuşdur. Həmin dükanı işlətmək üçün Zahid ondan cəmi 13500 manat pul borc alımışdır. Bir gün Zahid ona ağartı məhsullarında yaxşı gəlir olduğunu söyləyərək 20-yə yaxın mağaza tanıdığını və istehsal olunan məhsulları problemsiz sata biləcəyinə onu inandırmışdır.
18. Bu söhbətdən bir neçə gün əvvəl qarşılıqlı iddiaçı qonşuluğunda sex işlədən Xşəxslə görüşmüş, söhbət etmişlər. Tofiq “PRADO” markalı maşınını və torpağını satdığını, iş qurmaq istədiyini bildirmiş, birləşib bir iş qurmalarını təklif etmişdir. Xtəklifindən sonra qarşılıqlı iddiaçının yadına Tofiqin təklifi düşmüş və bildirmişdir ki, Tofiq ona b elə bir təklif etmişdir. Xözündə pul olmadığını bildirmiş və təklif etmişdir Tofiqlə razılaşsın, tikintiyə başlansın, sonra tikinti əsnasında o da pul tapar.
19. Belə də olmuş, qarşılıqlı iddiaçı qonşuluqda sex işlədən Tofiqlə görüşmüş və razılaşmışlr. Tofiqlə görüşündən bir həftə sonra işə başlamışlar.
20. Qarşılıqlı iddiaçının tikintisi və qapalı ərazisi əvvəlcədən olmuş, X n maliyyə vəsaiti ilə həmin tikilidə müəyyən qədər dəyişikliklər etməklə və bəzi tikililəri söküb materiallarını istifadə etməklə tikintini həyata keçirtmişlər. Tikintini qarşılıqlı iddiaçı, Xvə X üçü bir yerdə Tofiqin 44000 manat vəsaitini xərcləməklə aparmışlar. Sonra X maşınını sataraq qarşılıqlı iddiaçıya olan borcundan 5000 manatını qaytarmış, qalan pulu isə başqa adamlara da borclu olduğundan sonra ödəcəyinə söz vermişdir. Daha sonra iki dəfəyə 2500 manat olmaqla, X borcundan 5000 manat da qaytarmışdır. Ümumilikdə, X qarşılıqlı iddiaçıya borcdan 10 000 manat qaytarmış, qalan 3500 manat pulun əvəzinə isə bir miqdar araq, çaxır vermişdir.
21. Tikintinin gedişində qarşılıqlı iddiaçı Masazırda olan 3 otaqlı evini satmış və Zahidə 47700 manat vermişdir ki, tikinti işləri dayanmasın. Daha sonra isə X özünə məxsus “Mersedes C klass” və “Vaz 2107” markalı maşınları sataraq həmin pulu da sexin tikintisinə xərcləyərək ümumilikdə 54000 manat pul qoymuşdur. Bütün xərclərin və pulların qeydiyyatını X dəftərə yazmış, həmin dəftər onların üçünün otağında bütün qaimələr ilə bir yerdə olmuşdur. Onlar X inanmışlar.
22. Zahid həmin qaimələr və dəftərləri də yığışdırıb özündə saxlamışdır ki, itməsin. Sexin bütün ava danlığını isə paslanmayan nerj materiallarını X adlı şəxs “Santral Elektrik” düzkının arxasından almışdır. Sexin soyuducu sisteminin, qazanxananın və qazanların, vannalar və bunların montajı, quraşdırılması, yığılması Qasım tərəfindən həyata keçirilmişdir.
23. Qamaqanizator və Separator dəzgahlarını Türkiyədən almağa da Qasımı Zahidlə bir yerdə Türkiyəyə qarşılıqlı iddiaçı göndərmiş, nəhayət tikinti bitdikdən və avadanlıqlar quraşdırıldıqdan sonra Zahid özündən hesabat apararaq guya 105000 manat xərclədiyini bildirmişdir. Zahiddən gördüyü işlərin hesabatını təqdim etməsini istəmiş, Zahid isə hər dəfə bir bəhanə ilə 4 ay hesabat verməyi yubatmışdır.
24. Özü binanın hesabatını aparmağa başlamış, məlum olmuşdur ki, onların verdikləri puldan da 17000 manatı mənimsəməklə onların xərclərini sü ni şəkildə şişirdərək Zahid guya 105000 manat qoymasını bildirmişdir. X mərhələ-mərhələ sübut etmək üçün əvvəlcə təkcə ustalara verilən pulun süni şəkildə 2300 manat şişirtdiyini bildirmiş, X bunu qəti sürətdə rədd etmiş və hesablamanın səhv olduğunu bildirmişdir.
25. Zahid özü gəlib hesablama aparacağını bildirmiş və həmin hesablamanı, yəni hörgü, suvaq, kafel, mərmər və lambrin işlərini ölçərək ona təqdim etmişdir. Ölçülərə göz gəzdirdikdə yenə orada da onları aldatmaq istədiyinin şahidi olmuş, X şəffaf hesabat verməyə çağırdıqda Zahid ona votsap vasitəsi ilə şantaj xatrakterli böhtanlar yazmış ərizələr göndərmiş, onu polisə verməklə hədələmişdir. Hesabatdan qaça bilməyəcəyini və məhkəmə vasitəsi ilə hesablama aparılmasının vacibliyini polislərə də, Zahidə də söyləmiş və onun sexinə gəli b təxribat törətməməsini tələb etmişdir.
26. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında 05 aprel 2019-cu il tarixli qərardadla məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertin qarşısında X yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsinin (süd məhsulları istehsal edilən sexin) tikintisinə nə qədər pul xərclənməsi və orada yerləşən yerləşən avadanlıqların dəyərinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.
27. Məhkəmə Ekspertizası Mərkəzinin 17366/67 saylı, 07 avqust 2020-ci il tarixli rəyinə əsasən XX massivində yerləşən qeyri-yaşayış sahəsi (süd məhsulları istehsal edən sex) üzrə yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 103467,0 manat, ekspertiza tədqiqatına təqdim e dilmiş malların istifadədə olması nəzərə alınmaqla onların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 62980,30 manatdır.
28. Binəqədi rayon Məhkəməsinin 2(001)-93/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim Fərid Hətəmzadə)
29. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, ilk iddiaçı mübahisəli yağ-pendir sexinə cəmi 366.968 manat xərc çəkildiyini (ilk iddiaya görə, bu vəsaitdən 47.700 manatı Cavabdeh1 aiddir) bildirsə də, həmin sexə qeyd edilən məbləğdə vəsaitin xər clənmiş olduğu ümumiyyətlə müəyyən edilməmişdir. Əksinə, əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17366/67 saylı, 07 avqust 2020-ci il tarixli rəyi ilə həmin sex üzrə yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 103467,0 manat, quraşdırılmış avadanlıqların isə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 62980,30 manat olduğu müəyyən edilmişdir. Belə olan halda təkcə ilkin iddiaçının mübahisəli yağ-pendir sexinə 319.268 manat xərc çəkdiyi qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən o, müxtəlif məbləğlərdə borc pullar götürməklə, avtomobilini və torpaq sahəsini
30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətl əri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, ilk iddiaçı mübahisəli yağ-pendir sexinə cəmi 366.968 manat xərc çəkildiyini (ilk iddiaya görə, bu vəsaitdən 47.700 manatı Cavabdeh1 aiddir) bildirsə də, həmin sexə qeyd edilən məbləğdə vəsaitin xərclənmiş olduğu ümumiyyətlə müəyyən edilməmişdir. Əksinə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17366/67 saylı, 07 avqust 2020-ci il tarixli rəyi ilə həmin sex üzrə yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 103467,0 manat məbləğində, quraşdırılmış avadanlıqların isə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminə n 62980,30 manat olduğu müəyyən edilmişdir. Belə olan halda təkcə ilkin iddiaçının mübahisəli yağpendir sexinə 319.268 manat xərc çəkdiyi qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən ilk iddiaçı müxtəlif məbləğlərdə borc pullar götürməklə, avtomobilini və torpaq sahəsini satmaqla mübahisəli sexin tikintisinə vəsait xərclədiyini, tikintidə zəhməti olduğuna, tikintidə “Kamaz” markalı və “X5” avtomobilini isifadə etdiyinə və telefon danışığı xərcinə görə cavabdehin ona borclandığını (əvəzini ödəməli olduğunu), ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqlarını və pendir qəliblərini icarəçi Cavabdeh2 alaraq onların dəyərini ödəmədiyini, həmçinin sonuncunun mübahisəli sexdə ona məxsus qiymət 20.000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ədəd “Şəlalə”ni satdığını irəli sürsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir.
31. Məhkəmə xüsusilə vurğulayıb ki, hətta ilkin iddiaçı, borc almasına və əmlakının alğı-satqına dair sübutlar təqdim etmiş olsaydı belə, bu hal əldə edilən pul vəsaitlərinin məhz mübahisədə adı keçən sexə xərclənmiş olduğu qənaətinə gəlmək üçün yetərli olmayacaqdı. Bu mənada “Bank Milli İran” bankından götürülmüş kredit məbləğinin mübahisədə adı keçən sexə xərclənmiş olduğu qənaətinə gəlmək də mümkün deyildir. Nəzərə alınmalıdır ki, həmin kredit Bakı şəhəri, X küçəsi 80 saylı evin, 72 saylı mənzil ipoteka ilə yüklü edilməklə götürülmüş, müqavilənin 1.4-cü bəndində isə kreditin təyinatının mənzilin təmiri olduğu göstərilmişdir.
32. İlk iddiaçı tərəfindən sübut qismində təqdim edilən əlyazmalara, qaimə adlı sənə dlərə və "xxxx" ASC vasitəsilə pul köçürməsinə dair sənədlərə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd edib ki, əvvəla əlyazmaların və qaimə sənədlərin əksəriyyəti fotosurətdir; Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə isə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Digər tərəfdən həmin yazılardakı və qaimələrdəki xərclərin məhz mübahisədə adı keçən sexin tikintisi ilə bağlı olduğu və məhz Zahid Şahzadə tərəfindən onun vəsaiti hesabına ödənilmiş olduğu qənaətinə gəlmək mümkün deyildir. Ziraat Bank Azərbaycan” ASC vasitəsilə pul köçürməsinə dair sənədlərin mövcudluğu həmin sənədlərə aid hissədə ilkin iddianın əsaslı olduğu nəticəsinə gəlmək üçün əsas vermir. Belə ki, ilkin iddiaçı sexin avadanlıqlarına görə qalan borcu məhz özünün ödədiyini iddia edərək həmin sənədləri təqdim etmiş, bununla belə, məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 (avadanlıqların alınması və quraşdırılması işini məhz onun gördüyü müəyyən edilmişdir) həmin borcu ödənilməsi üçün məhz Tahirin Zahidə verdiyini izahatında göstərmişdir.
33. Bununla da birinci instansiya məhkəməsi ilk iddia üzrə belə qənaətə gəlmişdir ki, ilk iddia əsassızdır.
34. Qarşılıqlı iddia tələbi üzrə də birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının məhkəməyə heç bir mötəbər sübut təqdim etməməsinə istinadən belə nəticəyə gəlib ki, qarşılıqlı iddia da təmin edilə bilməz.
35. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2 və 89.3-cü maddələri ilə əsaslandırmışdır b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
36. İddiaçı Zahid Şahzadə (Şahbazi) apellyas iya şikayəti verib, qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəməsi işi tam araşdırmadan qətnamə qəbul etmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1179/2021 nömrəli 11 fevral 2021-ci il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2020 saylı iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmış dır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)
39. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə o laraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Apellyasiya instansiyasının qənaətinə görə, İddiaçı iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, həmçinin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz ilkin iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
41. Apellyasiya instansiyası qeyd edib ki, İddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilmə mişdir. Belə ki, o, yağpendir sexinə cəmi 366968 manat xərc çəkildiyini bildirsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə sexin tikinti-quraşdırma və təmir işlərinin təqribən 103467,0 manat, quraşdırılmış avadanlıqların dəyərinin isə təxminən 62980,30 manat təşkil etdiyi müəyyən olunmuş, müxtəlif məbləğlərdə borc pullar götürdüyünə, avtomobilini və torpaq sahəsini satmaqla sexin tikintisinə xərclədiyinə, tikintidə “Kamaz” markalı və “X5” avtomobilini isifadə etdiyinə və telofon danışığı xərcləri çəkdiyinə, ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqlarını və pendir qəliblərini icarəçi Cavabdeh2 alaraq onların dəyərini ödəmədiyinə, həmçinin sonuncunun sexdə ona məxsus qiyməti 20000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ə dəd “Şəlalə”ni satdığına dair isə ümumiyyətlə heç bir sübut təqdim etməmişdir.
42. Apellyasiya instansiyası o qənaətlə də razılaşıb ki, hətta ilkin iddiaçı borc almasına və əmlakının alqı-satqına dair sübutlar təqdim etmiş olsaydı belə, bu hal, əldə edilən pul vəsaitlərinin məhz sexə xərclənmiş olduğu nəticəsinə gəlmək üçün yetərli olmayacaqdı. Bu mənada “Bank Milli İran”dan götürülmüş kredit məbləğinin sexə xərclənmiş olduğu qənaətinə gəlmək də mümkün deyildir; çünkü həmin kredit Bakı şəhəri, X mənzili ipoteka ilə yüklü edilməklə götürülmüş, müqavilənin 1.4-cü bəndində isə kreditin təyinatının mənzilin təmiri olduğu göstərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı X (vəkili Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
45. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
46. Məhkəmə kollegiyasının iclasında iddiaçı X və onun nümayəndəsi (vəkili) Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
47. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 və onun vəkili X kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər.
48. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh2 məhkəmə iclasın a gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyas ı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsindən iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də ilk iddiaçının apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, ilk iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş hissə, yəni ilk iddianın təmin edilməyən hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
53. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
54. İddia tələbi sexin tikilməsinə sərf olunan və sexdə qalan əmlakların pulunun cavabdehlərdən tutulması barədədir.
55. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiy i halları işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Məhkəmə kollegiyası iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 39-42-ci bəndlərində əks edilən dəyərləndirməsini və mövqeyini əsaslı sayır.
57. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə ic raatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
58. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq dəyişdirmədən saxlamışdır.
59. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(103)1179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.