Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4116/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)5312/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Məmmədov) iddia tələbi təmin edilərək, Cavabdeh 4736,24 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)1147/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-5312/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. İşin halları: İddiaçı İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4736,24 manat (dörd min yeddi yüz otuz altı manat iyirmi dörd qəpik) məbləğində borc və 30 (otuz) manat dövlə t rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh “Hyundai Elantra” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini öz adına kreditlə götürmüşdür. Kredit müqaviləsi “xxxx” ASC ilə cavabdeh arasında bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər xarici valyuta - dollarla müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh xx xxxxxx 2015-ci il tarixli etibarnamə ilə avtomobil alğı-satqısı ilə bağlı münasibətlərdə səlahiyyətlərini ona ötürmüş və aralarındakı razılığa əsasən, kredit müqaviləsi üzrə bütün kredit ödənişləri tərəfindən ödənilməli idi. Eyni zamanda xx xxxxxx 2015-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə sözügedən avtomobilə sahiblik və istifadə hüququ yar anmışdır. Həmin tarixdən etibarən tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş müddətlərdə və məbləğlərdə “xxxx” ASC-ə mütəmadi olaraq ödənişlər edilmişdir. Eyni zamanda Bakı Şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-11375/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh cəmi 6975,26 ABŞ dolları və ödənilmiş dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti tutularaq, “xxxx” ASC-nin xeyrinə ödənilməli idi. Həmin pul məbləği də xx.xx.2017-ci il tarixində onun tərəfindən “xxxx” ASC-ə ödənilmişdir. İddia ərizəsinə həmin ödənişləri təsdiq edən sənədlərin surətləri də əlavə olunmuşdur. Qeyd etmək istəyir ki, sözügedən avtomobilə görə kreditlərin ödənilməsi dövründə ölkədə devalvasiya baş vermiş və dollara görə manatın məzənnəsi 1 dollar=1,55 manata qədər aşağı düşmüşdür. Məlum olduğu kimi, xx xxxxxx 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalamışdır. Bu fərmana müvafiq olaraq, fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməli idi. Fərmana müva fiq olaraq, sözügedən kredit müqaviləsi üzrə ödənişlərə görə bank tərəfindən 4736,24 (dörd min yeddi yüz otuz altı manat iyirmi dörd qəpik) manat kompensasiya ödənilmiş və bu kompensasiyanı baxmayaraq ki, kredit müqaviləsi üzrə əsas borc öhdəlikləri onun tərəfindən yerinə yetirilmişdir, Cavabdeh öz hesabına götürmüşdür. Bu barədə cavabdehə dəfələrlə bildirməyinə baxmayaraq o, bu pul məbləğini ona geri qaytarmaqdan imtina etmişdir. Müqavilə üzrə öhdəliklər tərəfindən yerinə yetirildiyinə görə kredit müqaviləsi üzrə ödənişlərə görə olunacaq kompensasiyanın da ona çatmalı olduğunu hesab edir. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən edilən bu hərəkət nəticəsində əmlak hüquqları pozulmuş və maddi ziyan vurulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayəti nin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh əsassız olaraq varlanmışdır. Əslində məhkəmə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməli idi. Kredit müqaviləsi cavabdehlə bağlanmış olsa da, borc məbləği onun tərəfindən ödənildiyi üçün kompensasiya da ona çatmalı idi. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası mə hkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış he sab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, qeyd etmişdir ki, cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən Bank tərəfindən verilmiş 4736,24 manat kompensasiyanı almaqla, əsassız varlanmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müə yyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin əsasını “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən Bank tərəfindən hesablanaraq 4736,24 manat məbləğində kompensasiyanın cavabdehə ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin mübahisəsiz halı odur ki, Cavabdeh “Hyundai Elantra” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini öz adına kreditlə götürmüşdür. Kredit müqaviləsi “xxxx” ASC ilə cavabdeh arasında bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər xarici valyuta - dollarla müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh xx xxxxxx 2015-ci il tarixli etibarnamə ilə avtomobili alğı-satqısı ilə bağlı münasibətlərdə səlahiyyətlərini ona ötürmüş və aralarındakı razılığa əsasən, kredit müqaviləsi üzrə bütün kredit ödənişləri tərəfindən ödənilməli idi. Həmin tarixdən etibarən tərəfindən müqavilə ilə m üəyyənləşdirilmiş müddətlərdə və məbləğlərdə “xxxx” ASC-yə mütəmadi olaraq, ödənişlər edilmişdir. Cavabdehin iddiaçının qarşısında hər hansı bir öhdəliyi olmamışdır. İddiaçı avtomobilin razılaşdırılmış dəyərini ödəmiş, nəticə etibarilə icra vərəqəsi üzrə icraata borcun ödənilməsi əsası ilə xitam verilmişdir. Buna görə də, iddiaçıya hər hansı formada zərər dəyməmişdir. İddiaçı cavabdehin banka olan borcunu təmənnasız olaraq ödəməmiş, bu borcu avtomobili əldə etmək üçün etibarnamə ilə alğı-satqı zamanı razılaşdırılmış məbləğdən nəğd şəkildə ödəmədiyi pulun əvəzi olaraq banka ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna ol maqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının cavabdehlə arasında hazırkı mübahisədən irəli gələn müqavilə və digər əsasla hər hansı tələb hüququ yaranmamış, cavabdehin iddiaçı qarşısında öhdəliyi mövcud olmadığından, iddiaçı iddia tələbində göstərilən əsaslarla cavabdehdən pul tələb etmək hüququna malik olmadığından, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənl ərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4116/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4116/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver