Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4116/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3425/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsi ünvanda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 588.000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam şəkildə ödənilmiş və bu barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur.
2. Cavabdeh MTK ilə alıcı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2 010-cu il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə görə, Cavabdeh MTK Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsi ünvanda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 138.000 manat təşkil edir. Maraqlı şəxs qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinə dair Cavabdeh MTK tərəfindən xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/582 nömrəli ekspert rəyinə görə, iş materiallarında olan sxemə əsasən İddiaçı ayrılmış sahənin eskiz layihəsi üzrə C1-F oxları və 9/10-13 oxları arasında yerləşməklə, arxa və yan sərhədlərinin binanın fasad divarları boyunca verildiyi, giriş hissədəki sərhəd divarının isə birbaşa lift şaxtasının qapıları olan divara bitişik verildiyi qeyd olunmuşdur (sxem əlavə olunur). Faktiki vəziyyətdə C1 oxu üzrə 10-13 oxları arasında, həmçinin binanın eskiz layihəsində və faktiki vəziyyətdə D oxu üzrə 9/10-13 oxları arasında bütöv divar olduğu, eləcə də lift şaxtasının qarşı hissəsinin liftlərə girişçıxış məqsədilə açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Maraqlı şəxs ayrılmış qeyriyaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin ilkin baxış zamanı mübahisəli qeyri-yaşayış oby ektinin ümumi sahəsinin "xxxx" MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115 kv.m. (10,9x10,55 metr) sahəyə uyğun olduğu, hazırkı vəziyyətdə isə mübahisəli sahə genişləndirildiyindən, həmin sahənin Maraqlı şəxs ayrılmış sahədən 19 kv.m. çox olduğu müəyyən edilmişdir. Mülki iş materiallarının 96-cı vərəqindəki sxemdə göstərilən qeyri-yaşayış sahəsinin İddiaçı ayrıldığını və mübahisəli qeyri-yaşayış obyektinin ilkin vəziyyətdəki ümumi sahəsinin Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115 kv.m. (10,9x10,55 metr) sahəyə uyğun olduğunu nəzərə aldıqda, həmin qeyri-yaşayış sahələrinin 115 kv.m. hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Tədqiq olunan obyektin kimin istifadəsində olmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədilə həmin sahənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, işin məhkəmədə araşdırılmış halları əsasında tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən cavabdehin Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi təsdiq edilir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsind ən işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunub, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-214/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamədə ifadə edilmiş “1-ci giriş” hissəsi ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan qismən səhv nəticəyə gələr ək iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etmişdir. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi yolverilməzdir. Hər iki müqavilə üzrə müxtəlif sahələrin verilməsini birinci mərtəbədə öhdəsinə götürmüş MTK mülki məsuliyyət daşıyır və müqavilə ilə yerləşməsi dəqiq müəyyən edilməyən sahələrlə təmin etmək və ya müqavilədən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsinin tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsədə, digər marağlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Bununla bərabər, ekspertiza tədqiqatı və yerində müayinə zamanı sahələrin faktiki olaraq üst-üstə düşdüyü və şikayət verənin maraqlarına toxunması, iddiaçının təqdim etdiyi ekspert rəyi ilə isə ona verilmiş sahənin ölçüsü ilə mübahisə edilən sahənin uyğunsuzluğu müəyyən edilir. Ona gorə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməli, lakin müqavilədə əks edilməyən “1-ci giriş” ifadəsi hissəsi çıxılmaqla qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin məhz burada yerləşməsi hər hansı hüquqi sənəd və ekspert rəyləri ilə sübuta yetirilmir.” c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayətləri vermişlər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5690/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şə fiyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.
12. Ali Məhkəmə qərarında kassasiya baxışının hədlərini müəyyən edərək, göstərmişdir ki, “Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə baxmayaraq, kassasiya dəlillərindən görünür ki, kassatorlar qeyri-yaşayış sahəsinin 1-ci girişdən verilməsi barədə iddianın təmin olunmayan hissəni mübahisələndirir və iddianın həmin hissədə də təmin edilməsini xahiş edirlər. Buna görə də qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır (§25).
13. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “Ap ellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ekspert rəylərini qiymətləndirməmiş, Maraqlı şəxs verilmiş qeyri-yaşayış sahəsinin yerini müəyyən etmək üçün sxem olmadığı, onunla bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsini təhvil vermə öhdəliyi daşıyan Cavabdeh MTK-nın təhvil vermədiyi və bu sahənin ona verilməli olmadığını bildirdiyi halda, Maraqlı şəxs iddiaçının tələb etdiyi sahəyə iddia verməyə subyektiv hüququnun olmasını kifayət qədər mötəbər əsaslarla müəyyən etmədən iddiaçının tələbini əsassız hesab etmiş, qətnamənin şikayət verənin maraqlarına toxunması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iki fərqli ekspert rəyi olduğu halda qanunla müəyyən olunmuş əlavə və ya təkrar ekspertiza təyin olunması imkanlarını nəzərdən keçirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin “çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsi” barədə hissəsində ifadə edilmiş “1-ci giriş” sözünü çıxarılmaqla əslində qətnamənin icrası, iddiaçının hüququnun səmərəli təmin olunması qeyri-müəyyən vəziyyətə düşmüşdür.... Bundan başqa, cavabdeh iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin 1-ci girişdə olmasını qəbul edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etməsi əsassızdır. Əvvəla müqavilədə “1-ci gi riş” sözünün yazılmaması, iddiaçıya verilməli olan qeyriyaşayış sahəsinin 1-ci girişdə olmaması anlamına gəlmir. Maraqlı şəxs ilə sonradan bağlanmış müqavilədə də ona verilən qeyri-yaşayış sahəsinin hansı girişdə olması qeyd olunmamışdır. Bu halda məhkəmənin nəyə görə Maraqlı şəxs etiraz dəlillərini üstün tutması, onun sahəsinin 1-ci girişdə olması barədə gəlinən nəticə ağlabatan dəlillərlə əsaslandırılmamışdır.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1861/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəmə sinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - bu qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən ona təhvil verilmiş 115 kv.m. qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəyə münasibətdə ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... aparılmış araşdırma nəticəsində müəyyən edilir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən sonuncunun əldə etdiyi 420 kv.m qeyri-yaşayış sahəsi mübahisəli binanın 1-ci blokunun 1- ci mərtəbəsində ye rləşməklə, bir hissəsi Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sonuncunun əldə etdiyi və ona faktiki olaraq təhvil verilmiş 115,00 kv.m (10,9x10,55 metr) sahə ilə üst-üstə düşür. Qeyd edilən 115,0 kv.m sahə hal-hazırda Maraqlı şəxs istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normanın dispozisiya şərtindən göründüyü kimi, kreditorun fərdimüəyyən əşyanı (hazırki halda mənzilləri) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Kollegiya hesab edir ki, hazırkı mübahisə həmin normanın tələbləri əsasında həll edilməlidir. Bu məqsədlə ilk növbədə fərdi-müəyyən əşya olan qeyri-yaşayış sahəsinin kimin mülkiyyətinə verilməsi məsələsi müəyyən edilməli, yalnız bundan sonr a həmin sahə ilə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanması nəzərə alınmalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir.” e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1478/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Ali Məh kəmə qərarında kassasiya baxışının hədlərini müəyyən edərək, göstərmişdir ki, “Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən - iddia tələbinin maraqlarına toxunan şəxs Maraqlı şəxs ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m. qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəyə münasibətdə təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır” (həmin Qərar, §71).
19. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... iş materiallarında 115,0 kv.m. hissənin qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs real olaraq təhvil verilməsi barədə hər hansı sübut mövcud deyildir və apellyasiya instansiyası məhkəməsi də gəldiyi həmin nəticə ilə bağlı konkret sübuta istinad etməmişdir. Eyni zamanda, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxemin mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyi ilə də təsdiqini tapmışdır. Eyni zamanda iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya 420,0 kv.m. qeyriyaşayış sahəsinə görə eskiz sxem verildiyi müəyyən edilsə də, qətnamə maraqlarına toxunan şəxsə belə bir sənədin təqdim edilməsi təsdiqin i tapmır.... İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 420.kv.metrini qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs daha əvvəl əldə etməsi, bununla da öhdəliyin iddiaçının xeyrinə daha əvvəl əmələ gəlməsi və onun daha əvvəl iddia irəli sürməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 15 noyabr 2008- ci il tarixdə bağlanmış müqavilə daha üstün hüquqi qüvvəyə malikdir.” f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3425/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Maraqlı şəxs qeyd edilən 115,00 kv.m qeyri yaşayış sahəsinin MTK tərəfindən ona təhvil verildiyini, həmin sahənin onun faktiki istifadəsində olduğunu, həmin sahəyə onun təşəbbüsü ilə öz adına qeydə alınmış su sayğacı da quraşdırıldığını bildirir. İş üzrə birinci apellyasiya baxışı zamanı mübahisəli ərazinin məhkəmə heyəti tərəfindən yerində müayinəsi zamanı 1-ci blokun girişində liftlərlə üzbəüz qapıdan daxil olmaqla, 115 kv.m sahənin qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs istifadəsində olması, həmin sahənin açarlarının onda olması müəyyən edilmişdir. Həmin sahənin Maraqlı şəxs istifadəs ində olmasını yerində müayinə zamanı özünü həmin ərazidə qeyri-rəsmi komendant işləyən şəxs kimi təqdim etmiş və şahid qismində ifadə vermiş X2 da təsdiq etmişdir. Həm iddiaçı, həm də cavabdehin nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında müqavilə ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs mülkiyyətinə verilmiş 115 kv.m sahəni də əhatə etməklə, 1-ci blokda yerləşdiyini qeyd edirlər. Bu halın müəyyən edilməsi məqsədi ilə birinci apellyasiya baxışı zamanı məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, xx.xx.2021-ci il tarixli 10/1938 saylı ekspert rəyində İddiaçı xx.xx.2008-ci il tarixli müqavilə əsasında ayrılmış qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin rəylə tədqiq ed ilən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs ayrılmış 115,00 kv.m sahəyə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı özünün təşəbbüsü ilə X1 tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli 153 saylı rəylə MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən binanın 1-ci mərtəbəsində yerləşən 420 kv.m qeyri-yaşayış sahəsinin planda, “Bərpa-Tikinti MMC tərəfindən 2007-ci ildə tərtib edilmiş eskiz layihəsi üzrə Marketin bir hissəsində, 9,10-13 rəqəm oxları ilə C1 -F hərf oxları arasında yerləşməsi müəyyən edilmişdir. Bu rəylə həmçinin müəyyən edilmişdir ki, tikilməkdə olan binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin eskiz layihəsi üzrə planda yerləşməsinə görə ümumi sahəsi xx.xx.2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş sahədən azdır. Həmin sahənin az olmasına səbəb kimi isə qeyri-yaşayış sahəsinin bəzi hissələrinin arakəsmələr vasitəsilə hörülərək qapalı vəziyyətə salınması göstərilmişdir.... Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, 2005-ci ildən Cavabdeh MTK-da rəsmi şəkildə işləmişdir. İddiaçı qeyri- yaşayış sahəsi almaq istədiyini bildirmiş, mübahisə edilən əmlakı təxmini 2008-ci ildə almış və ona təhvil verilmişdir. İddiaçı tərəfindən həmin sahədə hər hansı bir təmir tikinti işləri aparılmamışdır. Həmçinin qeyd etmişdir ki, Səlimova Günay və Maraqlı şəxs satılan yerlərin cizgiləri, planları olmamışdır və onlara əmlakın kimin satdığını da bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxemin olmaması, yəni həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyi ilə də təsdiqini tapmışdır. Həmçinin, iş materiallarında 115,0 kv.m. hissənin Maraqlı şəxs real olaraq təhvil verilməsi barədə hər hansı sübut mövcud deyildir. Daha sonra, iş materiallarından müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh MTK birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Hətta, birinci apellyasiya baxışında qətnamə dəyişdirilərkən Cavabdeh MTK kassasiya şikayəti verərək iddianın tam təmin edilməsi barədə ye ni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kollegiya həmçinin hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 420.kv.metrini qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs daha əvvəl əldə etməsi, bununla da öhdəliyin iddiaçının xeyrinə daha əvvəl əmələ gəlməsi və onun daha əvvəl iddia irəli sürməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 15 noyabr 2008-ci il tarixdə bağlanmış müqavilə daha üstün hüquqi qüvvəyə malikdir. Bun dan başqa məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş materiallardan görünür ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə əsasında verilmiş icra vərəqəsi artıq icra olunmuş və 420.0 kv. metr qeyri-yaşayış sahəsi artıq iddiaçıya təhvil verilmişdir. Bundan başqa iddiaçı ona ayrılan sahənin ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsi olduğunu bildirir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Maraqlı şəxs ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kas sasiya şikayətinin dəlillərinə görə, iddiaçının təqdim etdiyi sxemə əsasən 420 kv.m-dən ibarət sahənin binanın birinci mərtəbəsinin hansı girişindən başlayaraq ərazini əhatə etməsi heç bir sənəd ilə öz təsdiqini tapmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinay ət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 27. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək h üququnu məhdudlaşdırmır.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveric iliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları say ılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada); Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, ö hdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə
442. Öhdəliyin icra edilməmə si anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kredito r həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz old uqda isə tam yoxlayır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxl anılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, apellyasiya instansiyasının yekun məhkəmə aktı, Ali Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilən və iş yenidən baxılması üçün göndərilən (qeyri-yaşayış sahəsinin 1-ci girişdən verilməsi barədə iddia rədd olunan) hissədə, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır. Belə ki, qalan hissədə qətnamə artıq xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahi dliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
35. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi “1-ci giriş” hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya baxışının hədləri “qeyri-y aşayış sahəsinin 1-ci girişdən verilməsi barədə iddianın təmin olunmayan hissəsi” kimi müəyyən edilərək, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi də məhz sözügedən mübahisələndirilən hissədə ləğv edilərək, yenidən baxılması üçün göndərilmişdir.
37. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs kassasiya şikayəti vermədiyindən, kassasiya şikayətləri iddiaçı və MTK tərəfindən verildiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi “cavabdehin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binası nın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi” hissəsində yoxlanılmamış, bununla da Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi artıq qanuni qüvvəyə minmiş olmuşdur.
38. Lakin işə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya baxışının hədlərini aşaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin “cavabdehin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təh vil verilməsinin cavabdehə həvalə edilməsi” hissədə qanuni qüvvəyə mindiyini nəzərə almadan, xx.xx.2018-ci il tarixli qətnaməni yenidən “bütünlüklə yoxlayaraq” (BAM MK Qətnamə xx.xx.2023, §45), birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır.
39. Odur ki, hazırkı kassasiya baxışının predmetini də yalnız “qeyri-yaşayış sahəsinin 1-ci girişdən verilməsi barədə iddianın təmin olunmayan hissəsi” təşkil edir.
40. Bu kontekstdə, kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işdə olan sübutlar, ekspert rəyləri, bilavasitə yerində aparılmış baxışlar, tərəflərin izahatları və şahid ifadələri ilə sabit olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi binanın 1- ci girişində yerləşir, fakt hər hansı qaydada təkzib olunmur.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qətnamənin ləğvi hissədə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “çoxmərtəbəli yaşayış binasının 1-ci giriş” hissədə dəyişiklik edilmədən saxlanılmalı, qətnamə qalan, yəni iddia təmin olunan və artıq qanuni qüvvəyə minən “cavabdehin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi” hissədə ləğv edilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayət qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3425/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi “çoxmərtəbəli yaşayış binasının 1-ci giriş” hissədə dəyişiklik edilmədən saxlanılsın. Qətnamə qalan hissədə ləğv edilsin. Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.