Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4119/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, İddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4119/21 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, həmin sahəyə köçürülmə, inşa edilmiş tikiliyə sərf olunmuş vəsaitə hüququn tanınması, çıxarışın ləğvi) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X25 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil3, cavabdeh (iddiaçı) Cavabdehnin, onun nümayəndəsi və vəkili V əkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilmə, tikilinin cavabdehin sahibliyindən alınıb onun sahibliyinə verilməsi, cavabdehin azyaşlı uşağı ilə birgə yaşayış sahəsindən çıxarılması, həmin sahəyə onun köçürülməsi”, iddiaçı Cavabdeh İddiaçı qarşı “inşa edilmiş tikiliyə sərf olunmuş vəsaitə hüququn tanınması, çıxarışın ləğvi” tələblərinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1063/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı ev İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh iddiaçı nın mərhum qardaşının keçmiş arvadıdır.
3. Cavabdeh mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış yuxarıda göstərilən evin “B” tikilisində yaşayır.
4. İddiaçı ilə Cavabdeh arasında mübahisə həmin tikli ilə bağlıdır. a) İş üzrə birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmin ünvanda yerləşən 2 mərtəbəli “B” tikilisinin Cavabdeh sahibliyindən alınıb onun sahibliyinə verilməsi, Cavabdeh azyaşlı övladı, 19.08.2008-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayış sahəsindən çıxarılması, özünün həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə Bakı şəhəri Binəqədi Rayon İcra Başçısının 01.03.2000-ci il tarixli 255 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi. 10-cu döngə, R.Allahverdiyev küçəsində yerləşən 600 m2 torpaq sahəsində 130 m2 sahəsi olan 35 saylı yaşayış evi tikib ailəsi ilə birlikdə oraya köçmüşdür. Ailə tərkibi geniş olduğundan, o cümlədən atası və anası da İddiaçıla birlikdə yaşadığından iddiaçı 2003-cü ildə həyətdə olan qarajın üstündə atasının və anasının yaşaması üçün iki otaq və yardımçı sahələr inşa etmişdir. Həmin evdə iddiaçı həyat yoldaşı X11, qızı X8, oğlu X16, atası İsmayılov XXX anası X12 və mərhum qardaşı X4 qeydiyyata düşməklə yaşamışdır. 05.06. 2007-ci ildə iddiaçının mərhum qardaşı X4 hazırki iş ürə Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurublar.
7. Qardaşının öz evi olmadığına görə kirayədə qalmamaları, əlavə kirayə pulu ödəməmələri üçün müvəqqəti olaraq iddiaçı özünə məxsus olan ümumi sahəsi təxminən 62 m2 olan 2 otaq, 1 mətbəx, 1 hamam, 1 tualetdən ibarət həmin sahədə qardaşının cavabdehlə yaşamalarına icazə vermişdir. İddiaçının qardaşı 22.08.2016-cı ildə ağciyər vərəmi xəstələliyindən vəfat etmişdir.
8. Cavabdeh nə ərinin dəfnində, nə də yas mərasimində iştirak etməmişdir.
9. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 01.03.2000-ci il tarixli, 255 saylı sərəncamı iddiaçının həmin mənzil üzərində gözlənilən mülkiyyət hüququ idi və iddiaçı həmin hüququ 19.01.2018-ci ildə ƏMDK DƏDRX-də hüquqların dövlət qeydiyyatına aldırmış və bu barədə RX seriyalı ******* n ömrəli çıxarış əldə etmişdir. Hazırda həmin torpaq sahəsi və üzərindəki yaşayış sahəsi iddiaçının xüsusi mülkivyətindədir.
10. İddiaçı cavabdehdən mənzildən çıxmasını tələb etməsinə baxmayaraq hələ də cavabddeh mənzildən çıxmamış və mənzildən istifadə hüququnun olduğunu bildirmişdir. Bu səbəbdən də iddiaçı öz mülkiyyətinə sahiblənə bilmir.
11. Cavabdeh qeyd edilən ünvana 2007-ci ildə köçüb yaşasa da, hüquq münasibətlərinin yaranması həmin tarixdən başlasa da, iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etməsi ilə bu münasibətlərin xarakteri və yaşayış sahəsinə münasibətdə hüquq və vəzifələrin həcmi dəyişmişdir. Bir sözlə yeni münasibətlər yaranmışdır. Buna görə də hazırki münasibətə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə mübahisə həll edilməli, c avabdeh qeyd edilən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməklə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisi Cavabdeh sahibliyindən alınıb iddiaçının sahibliyinə verilməli, Cavabdeh azyaşlı övladı, 19.08.2008-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayış sahəsindən çıxarılmalı, iddiaçı özü həmin sahəyə köçürülməlidir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.3, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qər arının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir.
13. İddiaçı Cavabdeh da cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı ev ünvanda yerləşən qarajüstü sahənin X4 ilə Cavabdeh birgə vəsaiti hesabına tikilməsi və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində X1 pay hüququnun müəyyən edilməsi, Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı fərdi yaşayış sahəsinə dair İddiaçı verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.
14. İddia onunla əsaslandırıb ki, iddiaçı Cavabdeh 05.06.2007-ci il tarixdə X4 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Sulutəpə qəsəbəsi, 10-cu döngə, R.Allahverdiyev küçəsindəki 35 saylı evə gəlin gəlib və onların bu ünvanda faktiki nikah münasibətlərindən 29.08.2008-ci ildə Nazənin adlı övladları doğulub. Təxminən 3 il faktiki nikah münasibətlərindən sonra 18.09.2010-cu il tarixdə iddiaçı G.X3 nikahları rəsmiləşdirilmiş, 22.08.2016-cı ildə isə Ruslan İsmayılov ağciyər vərəmindən vəfat etmişdir.
15. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 10, R.Allahverdiyev küçəsində yerləşən 35 saylı ev iddiaçının mərhum ərinin qardaşı olan cavabdehə bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində inşa edilmişdir. Belə ki, ilk başda cavabdeh həmin tor paq sahəsində özü üçün ev inşa edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamış, daha sonra isə iddiaçının mərhum əri cavabdehin icazəsi əsasında eyni torpaq sahəsində yerləşən qaraj sahəsinin üzərində hazırda iddiaçının və azyaşlı övladının yaşadığı evin inşasına başlamışdır. Həmin evin tikilməsinə sərf olunmuş bütün mal, material və xərclər iddiaçının ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Yəni, iddiaçının ərinin həmin evə olan hüquqları dövlət qeydiyyatına alınmasa da, faktiki olaraq, həmin əmlak iddiaçının əri tərəfindən inşa edilmiş və onun mülkiyyətində olmuşdur.
16. Hazırda isə mərhum Ruslan İsmayılovun birinci dərəcəli vərəsələri olaraq, iddiaçı və birgə nikahdan doğulan qızları miras əmlakı olan mübahisəli evə sahiblik və istifadə hüquqlarını həyata keçirirlər və həmin ev də yaşamağa davam edirlər.
17. İddiaçının 2007-ci ildə Ruslan İsmayılovla faktiki ailə münasibətləri başlayan zaman mübahisəli ev tikilmiş olsa da, tikintinin tamamlanması və evin təmiri birgə nikah dövründə ümumi vəsaitləri hesabına həyata keçirilmişdir. İddiaçının həmin evə olan hüquqları yalnız Ruslan İsmayılovun birinci dərəcəli vərəsəsi olaraq deyil, həmçinin birgə mülkiyyətçi kimi də mövcuddur. 2017-ci ildə İddiaçıya qarşı yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş üzrə yekun qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin 09.02.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir.
18. Məhkəmə mübahisəsi zamanı verilmiş şahid ifadələri ilə sübuta yetirilmişdir ki, həmin ev Ruslan İsmayılovun vəsaiti hesabına tikil məyə başlanmış, evin tikintisinin tamamlanması, təmiri, əşyaları, hətta evin qapılarının qoyulması kimi əsas xərclər isə iddiaçı həmin evə gəlin köçdükdən sonra, Ruslan İsmayılovla iddiaçının ortaq vəsaiti hesabına həyata keçirilmişdir.
19. İddiaçı Cavabdeh iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 157.8-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir.
20. Binəqədi Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
21. İddiaçı Cavabdeh vəsatəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir.
22. Birinci iş üzrə (İddiaçı iddiası üzrə) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh faktiki yaşadığ ı yaşayış sahələrinin iddiaçının mülkiyyətində olan evə daxil olub-olmaması barədə suallar qoyulmuşdur.
23. Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2020-ci il tarixli, 18370 saylı rəyinə əsasən Cavabdeh faktiki yaşadığı yaşayış sahələri texniki pasport üzrə B tikilisinin 1-ci və 2-ci mərtəbələrində yerləşir və həmin sahələr İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evinin sahəsinə daxildir. Cavabdeh faktiki olaraq istifadə etdiyi tikililər tədqiq olunan evin B tikilisinin 1-ci mərtəbəsində (1 saylı tikili) və 2-ci mərtəbəsində (1,2,3,4,5,6,7 saylı tikililər) yerləşir.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarş ı iddia tələbi təmin edilməmiş, Cavabdeh iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı evin B tikilisinin X4 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X1 payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş 19.01.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilməsi, Cavabdeh iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, İddiaçı iş üzrə keçirilən eks pertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmişdir. (hakim Səadət Səimova)
25. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, birinci iş üzrə İddiaçı valideynləri İsmayılov Fəxrəddin Nağı oğlu və X9 mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə övladları İddiaçı və X4 ilə birlikdə yaşadıqları mənzili sataraq torpaq sahəsi alıb ev tikmək, alınacaq torpaq sahəsini övladlarından böyüyü olan İddiaçı adına rəsmiləşdirmək barədə razılaşmışlar. Bundan sonra İddiaçı Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində bir-birindən təcrid olunmuş vəziyyətdə, hər biri bütün kommunal xidmətlərlə təchiz olunmuş A və B tikilisindən ibar ət fərdi yaşayış evləri inşa olunmuş, Cavabdeh övladı ilə birlikdə B tikilisində yaşayır. İsmayılov X6 Günay Həsən qızına qarşı yaşayış evinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş onun iddia tələbi təmin edilməmiş, qəbul olunan məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin mülki işə baxılarkən Cavabdeh yaşadığı evə 2007ci ildən köçməsi, həmin evə sahiblik etməsi, evi yaxşılaşdırmağa başlaması, bu evin onun və övladının yeganə yaşayış yeri olması müəyyən edilmişdir.
26. Birinci instansiya məhkəməsinə görə İddiaçı Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı fərdi yaşayış evinin B tikilisinin onun vəsaiti hesabına inşa edilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı, yəni həmin tikilinin inşasına vəsait sərf etməsini, bu tikilidə nə vaxtsa yaşamasını sübuta yetirə bilməmişdir.
27. Birinci instansiya məhkəməsi İddiaçı şahid qismində məhkəməyə təqdim etdiyi valideynlərinin ifadələri ilə tikinti işlərinin X1 da istifadə hüququ olan mənzil satıldıqdan sonra əldə olunan pul vəsaiti hesabına aparılmasını, Cavabdeh məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə Cavabdeh yaşadığı evdə tikinti təmir işlərinin sonuncunun bu evə köçdükdən sonra Ruslan və Günay tərəfindən tamamlanmasını müəyyən etmişdir.
28. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi hallarına əsasən Cavabdeh iddiası (ikinci iş) üzrə belə nəticəyə gəlib ki, Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı fərdi yaşayış evinin B tikilisinin X4 və Cavabdeh tərəfindən sonuncuların vəsaiti hesabına inşa olunması araşdırma zamanı öz təsdiqini tapdığından, Cavabdeh iddia ərizəsi Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı evin B tikilisinin (qarajüstü sahənin) X4 ilə onun birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə onun, ½ hissəsinə X1 payının müəyyən edilməsinə dair tələbləri əsaslıdır.
29. Həmçinin birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı ayrılan torpaq sahəsində inşa olunan A tikilisi ilə yanaşı B tikilisinə də İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması müəyyən olunduğundan İddiaçı verilmiş 19.01.2018-ci il tarixli RX ******* saylı çıxarış B tikilisinə dair hissəsində ləğv edilməlidir.
30. İddiaçı iddiası (birinci iş) üzrə birinci instansiya məhkəməsi qeyd edib ki, torpaq sahəsinin ayrılması faktı onun üzərində inşa olunan bü tün tikililərə torpaq sahəsi ayrılmış şəxsin mülkiyyət hüququnun yaranması üçün yeganə əsas ola bilməz. İddiaçı ona ayrılan torpaq sahəsində inşa olunan B tikilisinin onun tərəfindən inşa edilməsini sübuta yetirə bilmədiyindən, onun iddia tələbləri tam həcmdə əsassızdır.
31. Birinci instansiya məhkəməsi İddiaçı iddiası (birinci iş) üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.2, 1092.1-ci, Cavabdeh iddiası (ikinci iş) üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. İddiaçı Rauf İsmaylov apellyaisya şikayəti verib, qətnamənin ləğv, öz iddiasının təmin, Cavabdeh iddiasının rədd edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi qə tnamənin əsaslandırıcı hissəsində şahidlərin ziddiyətli, dəqiq olmayan, qeyri-mötəbər ifadələrini sübut kimi qiymətləndirib. Cavabdeh iddiaçı özü mənzilin tikilməsinin 2007-ci ildə olduğunu qeyd etsə də, şahid X13 mənzilin 2006-cı ildə tikildiyini qeyd etmişdir. Digər şahid X2 isə Günayın evinə gedib-gəldiyindən onun gəlin gələrkən tikilinin yarım olduğunu və sonradan tikintinin Günay və Ruslanla davam edilib bitdiyini bildirmişdir. Cavabdeh bacısının əri, şahid X7 ifadəsini Ruslanın dostu Cavanşir adlı şəxsin sözlərinə istinadən vermişdir; - X4 və Cavabdeh 18.09.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Hətta şahid ifadələri və digər hallarla tikilinin 2007-ci ildə inşa edildiyi sübut edilmiş olsa belə, tərəflərin rəsmi nikahları 2010-cu ildə olduğundan məhkəmənin Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 32, 36, 37-ci maddələrinə istinad edərək qətnamə qəbul etməsi qanunsuzdur; - əgər həqiqətən də pay hüququ müəyyən olunması mümkün, qanuni, əsaslı və ədalətli olsa idi, o zaman miras qoyan sayılan Ruslan İsmayılovun digər vərəslərinin də payı müəyyən olunmalı idi; - hətta hesab olunsa ki, Ruslan İsmayılov mənzilin inşasında vəsait xərcləyib bu da ona mülkiyyət hüququ verilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, X23 İsmayılovun vəfatından sonra sonuncunun kredit borclarını da ödəməkdən imtina etmiş və onun vərəsəliyini belə qəbul etməmişdir;
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1063/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti rədd edilmiş, Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), Elmira Nağıyeva və Cahagir Yusifov)
35. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Cavabdeh əri ölənə qədər İddiaçı həmin tikili ilə bağlı heç bir tələb irəli sürməyib. 2016-cı ildə Cavabdeh əri, bundan 2 gün sonra anası, 2017-ci ildə isə atası ölüb. Məhz bundan sonra İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh uşağı ilə birlikdə “B” tikilisindən çıxarılmasını tələb edib: əvvəl 1-ci iddianı irəli sürüb, bu iddia rədd edildikdən sonra, 2-ci iddianı rəli sürüb. Nəzərə alınmalıdır ki, ailənin yaşaması üçün ər-arvad tərəfindən tikilən evdə inşaat işləri adətən ər tərəfindən həyata keçirilir. Cavabdeh əri həyatda olmadığına görə İddiaçı hesab edib ki, “B” tikilisini öz vəsaiti və əməyi hesabına inşa edilmiş tikili kimi tə qdim edə biləcək, Cavabdeh isə buna etiraz edə bilməyəcək. Cavabdeh polis orqanının inzibati binasında qeydiyyatdadır, onun və azyaşlı qızının yaşamağa başqa yaşayış sahəsi yoxdur. O cümlədən tibb müəssisəsində tibb bacısı işlədiyinə görə özünə və uşağına başqa yaşayış sahəsi əldə etməyə maddi imkanı yoxdur. Apellyasiya icraatı zamanı Cavabdeh kompensasiya ödənilməsinin (başqa yaşayış sahəsi əldə edə bilməsi üçün) mümkünlüyü məsələsi müzakirə olunarkən İddiaçı vəkili buna etiraz etdi.
36. Apellyasiya məhkəməsinin mövqeyinə görə əgər İddiaçı iddiası təmin olunarsa Cavabdeh və onu azyaşlı qızı hər hansı kompensasiya almadan yaşayış yerindən məhrum olacaq. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq reyestr çıxarışının “B” tikilisinə aid hissədə ləğv edilməsini qət edib. Reyestr çıxar ışının ləğv edilməsi “B” tikilisinə münasibətdə müvafiq reyestr qeydinin də ləğvini ehtiva edir. Tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətində olması reyestr çıxarışının ləğvinə mane olmur. Belə ki, birinci, mülkiyyətçinin torpaq sahəsində başqa şəxsə aid tikili yerləşə bilər, qanun bunu qadağan etmir; ikinci, həmin torpaq sahəsində Cavabdeh və əri tərəfindən inşaat işləri aparılarkən İddiaçı buna etiraz etməyib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (cavabdeh) İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti apellyasiya şikayətin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına stinad edilmişdir. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. g) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iddiaçı (cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil3 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
41. Məhkəmə kollegiyasının iclasında cavabdeh (iddiaçı) Cavabdehnin, onun nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.
42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini m əhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adı na əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əml akdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab etmir.
46. Hazırki işdə İddiaçı Cavabdeh qarşı, Cavabdeh da Rauf Hüseynova qarşı müvafiq iddiaları vardır. Buna görə də məhkəmə kollegiy ası hər bir iddia üzrə gəlinən nəticələrə dair mövqeyini bildirməyə zərurət görürür.
47. İddiaçı Cavabdeh qarşı iddia tələbi cavabdehin Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmin ünvanda yerləşən 2 mərtəbəli “B” tikilisinin cavabdehin sahibliyindən alınıb onun sahibliyinə verilməsi, cavabdehin azyaşlı övladı, 19.08.2008-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayış sahəsindən çıxarılması, özünün həmin sahəyə köçürülməsi barədədir.
48. İddiaçı iddia tələbinin faktiki əsası kimi qeyd edilən evin mülkiyyətində olmasına, cavabdehin həmin evin “B” tikilisində yaşamasının qanunsuz olmasına, hüququ əsası kimi isə Mülki Məcəllənin 152.1, 152.3, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir.
49. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən əvvəllər tərəflər arasındakı məhkəmə mübahisəsi zamanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh yaşadığı evə 2007-ci ildən köçməsi, həmin evə sahiblik etməsi, evi yaxşılaşdırmağa başlaması, bu evin onun və övladının yeganə yaşayış yeri olmasının müəyyən edilməsi ilə əsaslandırmışdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad etsə də, həmin məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisədə adı keçən evə istifadə hüququnun yaranmasının müəyyən edilibedilməməsini, həmin işdə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinin hansı əsaslarla təmin edilməməsini araşdırmamışdır. İstinad edilən həmin məhkəmə aktlarından görünür ki, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi o əsasla rədd edilib ki, həmin vaxt İddiaçı ev üzərində mülkiyyət hüququ qeydə alınmamışdı. Lakin hazırki iddiada İddiaçı artıq mülkiyyətçi kimi bu iddianı verib. Belə olan halda, İddiaçı iddiasının əsaslılığına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarının kontekstində qiymət verilməli idi. Üstəlik, İddiaçı da iddiasında məhz həmin Qərara istinad etmişdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
52. Birinci instansiya məhkəməsi isə İddiaçı iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqe baxımından hər hansı münasibət bildirməyib, evin hazırda iddiaçının mülkiyyətində olması, işin bu halının iddiaçı ilə cavabdeh arasında mövcud olan hüquq və vəzifələrin həcmini dəyişib-dəyişməsməsinə qiymət verməyib. Eyni səhvi apellyasiya məhkəməsi də tə krar etmişdir. Bu baxımdan, İddiaçı iddiası üzrə gəlinən nəticə əsaslı və qanuni sayıla bilməz.
53. Cavabdeh İddiaçı qarşı iddia tələbi Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı ev ünvanda yerləşən qarajüstü sahənin X4 ilə onun birgə vəsaiti hesabına tikilməsi və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində X1 pay hüququnun müəyyən edilməsi, həmin evə dair İddiaçı verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədədir.
54. Birinci instansiya məhkəməsi Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı evin “B” tikilisinin X4 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edərkən yalnız şahid ifadələrinə istinad etmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, analoji iddialarda şahid ifadələrinin sübut kimi qəbul edilməsi istisna edilməsə də, nəzərə alınmalıdır ki, mübahisə edilən hüquq cavabdehin dövlət tərəfindən qeydə alınmış və dövlət tərəfindən qorunan mülkiyyət hüququdur. Belə hallarda yalnız şahid ifadələrinə istinad edilməklə kifayətlənməməli, həmin şahidlərin ifadələrinə qarşılıqlı və işdəki digər sübutlarla məcmu şəkilində qiymət verilməklə şahidlərin ifadəsinin mötəbərliyinin qəbul edilib-edilməməsi qətnamədə əsaslandırılmalıdır. (MPM, 88, 220.4) Lakin hazırki işdə birinci instansiya məhkəməsi yalnız şahidlərin ifadəsinə istinad etmiş, həmin ifadələri müqayisəli şəkildə, həmçinin işdəki digər sübutlarla məcmu halında qiymətləndirməmişdir. Buna görə də hazırki işdə Sulutəpə qəsəbəsi, 10-cu döngə, R.Allahverdiyev küçəsində 35 saylı evin “B” tikilisinin X4 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi halı sübutlar ın qanunvericiliyin tələblərinə uyğun olmayan qiymətləndirilməsi ilə müəyyən edilmişdir.
56. Bundan əlavə, birinci instansiya məhkəməsi Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı evin “B” tikilisinin X4 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi və həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə onların payının bərabər olmasını müəyyən edərkən Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarına istinad etsə də, tərəflərin hansı vaxtdan rəsmi nikahda olmalarına aydınlıq gətirməmişdir. Halbuki birinci instansiya məhkəməsinin tətbiq etdiyi Ailə Məcəlləsin 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1ci maddələri rəsmi nikahda olan ər-arvadın mülkiyyət hüququnu nizama salır.
57. Çünki Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
58. İddiaçı Cavabdeh iddiasında mübahisədə adı keçən evin tam tikintisi 2007-ci ildə Ruslan İsmayılovla faktiki nikaha girəndən sonra tamamlamasını, nikahlarını 18 sentyabr 2010-cu ildə rəsmiləşdirməsinə istinad edir. Cavabdeh iddiasının qeyd edilən hissədə təmin edilməsinin əsası da o olub ki, Cavabdeh mübahisədə adı keçən evə 2007ci ildən köçüb, həmin evi yaxşılaşdırmağa başlayıb. Bu baxımdan, qeyd edilən evin rəsmi nikaha girənədək tikilməsi halında Ailə Məcəlləsin 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1-ci maddələrinin tətbiqinin mümkünlüyünə qiymət verilməli idi. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi buna diqqət yetirməyib, apellyasiya məhkəməsi d ə apellyasiya şikayətində bu barədə dəlil irəli sürülməsinə baxmayaraq, həmin dəlillə qiymət verməyib.
59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.
60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə ha zırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
61. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1063/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.