Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4119/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4119/2022 Açar sözlər: mülkiyyətin müdafiəsi Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğu (məruzəçi),Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-557/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 45675,47 ABŞ dolları əsas, 8544,52 ABŞ dolları faiz borcu və 1045 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 55264,99 ABŞ dolları kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 1 manat xidmət haqqının 25 manat hissəsinin əvəzinin tutularaq Finoko BOKT ASC-yə ödənilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ümumi sahəsi 66,93 kv.m, yaşayış sahəsi 46,96 kv.m və yardımçı sahəsi 19,97 kv.m olan 15 saylı evin 56 saylı mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin 80000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehin Finoko BOKT ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.
2. Külək MMC-nin xx.xx.2019-cu il tarixli 40/02 saylı ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 26 avqust 2019-cu il tarixdə ünvan 1 ünvanında Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 15 saylı evin 56 saylı mənzilinin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43. 7-ci maddəsinə müvafiq olan qiyməti 51000 manat müəyyən edilmiş, Mülki Məcəllənin 415-ci maddəsinə əsasən Abşeron ravon Məhkəməsinin 2(012)-1088/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Pobasiya Şöbəsinin 17/75-77-19-4 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Finoko BOKT ASC-nin 79-0819 saylı xx.xx.2019-cu il tarixli məktubunun icrasına əsasən İpoteka haqqında Qanunun 41.42. və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuş, 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İpoteka saxlayan Finoko BOKT Açıq Səhmdar Cəmiyyəti ipoteka predmetinin ilkin satış qiyməti (mənzil) 80 000 manat, təkrar hərracdakı satış qiyməti (mənzil) isə 68000 manat müəyyən edilmişdir. İpoteka haqqında Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti (rəqəm və sözlə) 51000 manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdi və mənzilin dəyəri köçürmə yolu ilə ödənilmişdir.
3. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 16 sentyabr 2019-cu il tarixli çıxarışa əsasən, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzili Finoko BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Finoko BOKT ASC Cavabdeh (bundan sonra-cavabdeh) qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və mənzildə yaşayan digər şəxslərin Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxa rılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə baxmayaraq, mülkiyyətçi kimi Finoko BOKT ASC-nin hüquqları pozulur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır.
6. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 02 avqust 2021-ci il tarixli, 2(012)-97/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzil in boşaldılması, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 20.40 manat (iyirmi manat qırx qəpik) iddiaçı X3 Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzil boşaldılmalıdır.
8. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Abşeron rayonu X ırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilində cavabdehdən savayı digər şəxslərin də yaşadığı bildirilsə də, lakin həmin şəxslərin kimliyi qeyri-müəyyən olduğundan və həmin mənzildə həqiqətən də yaşayıb-yaşamadıqları barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələblərinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 178.1, 203.1 və MPM-nin 14.2, 77.1 və 217.3 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki koll egiyasının (hakimlər –İ.K.Dəmirov (sədrlik edən və məruzəçi hakim),Z.İ.Məmmədov və F.Ə.Məmmədov) 2(105)-557/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğ vi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 178.1, 203.1 və MPM-nin 14.2, 77.1 və 217.3-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddələrinə istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassator Azərbaycan Respublika sının Konstitusiyanın 13, 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1, 418.3-cü maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya mə hkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-557/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.