Məhkəmə qərarları › İş №2(102)-4119/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4119/2025

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4119/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (Nidzhat Akberova) qarşı iş üzrə QƏRARI (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılması, müqavilənin ləğvi ilə bağlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Nidzhat Akberova (Cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-4330/2025 nömrəli 6 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-nin rəhbəri kimi fiziki şəxs X8 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi nəzərdə tutulmuş, mənzilin cəmi dəyəri 102200 manat təşkil etmişdir. Müqavilənin sonunda Rövşən Rüstəmovun adının önündə imza və möhür vardır, müqavilənin sonunda “ödəniş ” hissəsində: - xx.xx.2007 10000 manat, xx.xx.2007 13700 manat, xx.xx.2007 5000 manat, xx.xx.2008 2000 manat, xx.xx.2008 7000 manat, xx.xx.2008 5000 manat, xx.xx.2008 4500 manat, xx.xx.2008 10000 manat, xx.xx.2009 5000 manat, xx.xx.2010 40000 manat qeydləri mövcuddur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2023 nömrəli 03 aprel 2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh (Nıdzat Akberov) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X8 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4337/2023 nömrəli 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 1 1-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X8 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh (Nıdzat Akberov) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-348/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4337/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimidir: Nümayəndə 45%, İddiaçı 22,5%, X2 22,5% və X3 10%. Qanuni təmsilçi-X8. 6. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsələri qi smində qızı İddiaçı, oğlu X2 müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak kimi "xxxx" MMC-dən mərhum X6 məxsus 18 mənzildən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx"nin rəhbəri fiziki şəxs X8 arasında pay hüququnun əldə edilməsinə dair bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 11 saylı yaşayış binasının 41 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi, eləcə də vurulmuş mənəvi zərər üçün 7.000 manat, dövlət rüsumu üçün ödənilmiş 100 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat - cəmi 7.420 man atın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 çoxmərtəbəli yaşayış binalarının tikintisi və həmin binalarda yerləşən mənzillərin satışı ilə məşğul olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də inşa olunmuş və hazırda sakinlərinin istifadəsində olan 11 mərtəbəli yaşayış binası Rövşən Rüstəmovun təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" MMC tərəfindən inşa edilmişdir. Hazırda iddiaçı "xxxx" MMC-nin 22,5 faiz paya malik təsisçisi və sağlığında "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olmuş X4 qanuni vərəsəsidir. Sözü gedən binada yaşayan mənzillərin sakinlərinin müqavilələri yoxlanılarkən Cavabdeh faktiki olaraq istifadə etdiyi binanın 41 nömrəli mən zilinə pay hüququnun əldə edilməsinə dair mərhum Rövşən Rüstəmovla bağladığı müqavilənin surətini iddiaçının anası - "xxxx" MMC-nin digər təsisçisi Nümayəndə təqdim etmişdir. Müqavilənin üzərində mənzilin qiymətinin hissələrlə ödənilməsi ilə bağlı aparılmış qeydlərdə saxtakarlıq əlamətləri olduğundan bununla bağlı tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilmiş, lakin cavabdeh hüquq mühafizə orqanlarının çağırışına getmədiyindən və müqavilənin əslini təqdim etmədiyindən həmin müqavilə üzrə ekspertizanın təyin edilməsi mümkün olmamış və toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehin 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair hər hansı əsl (orijinal) müqaviləyə malik olmaması və texniki vasitələrlə saxtalaşdırılmış müqavilə əsasında həmin mən zildən qanunsuz əsaslarla istifadə etməsi barədə məlumat aldıqdan sonra cavabdehə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi əsasında Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində həyata keçirilən məhkəmə prosesi zamanı cavabdeh müqavilənin əslini məhkəməyə təqdim etmiş və həmin müqavilə üzrə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir: Məhkəmə Ekspertiza Mərkəzinin 4/1253-5/1000 nömrəli, 11 oktyabr 2022-ci il tarixli rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2007 5000 (beş min) AZN”, “xx.xx.2008 7000 (yeddi min) AZN”, “xx.xx.2008 10000 (on min) AZN” və “21.11.10. 40000 (qırx min) AZN” əlyazmaları qarşısındakı imzalar - X8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza, “Ödəmə” qrafasındakı kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10000 (on min) AZN” yazıları qrafasında əks olunmuş imza - X8 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2008 5000 (beş min)” və “xx.xx.2008 4500 (dörd min beş yüz) əlyazmaları qrafasındakı tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yarasız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin imzaların X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində olan möhür əksləri relyef kilşe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfinin “Rüstəmov Rövşən” yazısının və “10.000 (on min) AZN” yazısının qarşısında olan “AZƏRBAYCAN RESPUBLİKASİ X8 **********” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edirlər. Təqdim edilmiş Cavabdeh adına veri lmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində olan 1-ci sətrdəki “Ödəmə xx.xx.2007 10.000 (on min) AZN” mətni və 2-ci sətirdəki “Ödəmə xx.xx.2007 13.700 (on üç min yeddi yüz) AZN” mətni sonradan həmin hissəyə əlavə edilərək çap edilmişdir. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfinin sağ hissəsində olan 6 ədəd möhür əksləri bir-birinin üzərindən vurulduğu üçün onlara aid olan ümumi (hərflərin konfiqurasiyaları, sətirarası, sözarası məsafələri, məzmunu və s.) və xüsusi əlamətlərini (yalnız bu möhürə aid olan əlamətlər) müəyyən etmək mümkün olmadı. Buna görə də həmin möhür əksləri üzrə eyniləşdirici tədqiqat aparılmadı. Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 4/1831-5/1591 nömrəli əlavə kompleks ekspertizası nın rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza və “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10 000 (on min) AZN” yazıları qarşısında əks olunmuş imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 13.700 (on üç min yeddi yüz) AZN” yazıları qarşısında, “xx.xx.2008 2000 (iki min) AZN” və “xx.xx.2009 5000 (beş min) AZN” yazıları qarşısında imzalar yoxdur. Təqdim edilmiş, Cavabdeh adına verilmiş 19 noyabr 2007- ci il tarixli müqaviləmin arxa tərəfində olan möhür əkslərinin v ə imzalarının sayının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığından ekspertlər qarşısında qoyulmuş "Həmin müqavilədə imza və möhürlərin sayı ödəmə qeydlərinin sayına uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Ekspert rəylərindən göründüyü kimi, müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında olan yalnız “xx.xx.2007 5000 (beş min) AZN”, “xx.xx.2008 7000 (yeddi min) AZN”, “xx.xx.2008 10000 (on min) AZN” və 21.11.10 40000 (qırx min) AZN” ödəniş qeydlərinin Rövşən Rüstəmov tərəfindən imzalanması təsdiq edilmiş, digər qalan 40200 AZN məbləğində ödəniş qeydləri - “xx.xx.2007 10000 (on min) AZN” ödəniş qeyd Rövşən Rüstəmov tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmaqla mətni sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2007 13700 (on üç min yeddi yüz) AZN” ödəniş qeydi sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2008 2000 (İki min) AZN” və “xx.xx.2009 5000 (beş min) AZN” ödəniş qeydlərini təsdiq edən hər hansı imza olmamış, “xx.xx.2008 5000 (beş min) AZN” və “xx.xx.2008 4500 (dörd min beş yüz) AZN” qarşısında olan imzalar yararsız olduğundan imza müəllifini müəyyən etmək mümkün olmamışdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Bu hal öz təsdiqini əvvəlki mübahisələrlə bağlı yuxarı məhkəmə qərarlarında tapmışdır. Bundan başqa iddia müddətinin ötürülməsi ilə razı deyil. Belə ki, mübahisəli müqavilə bağlanan zaman iddiaçının 8 yaşı olmuş, müqavilədən məlumatsız olmuşdur. İddiaçının müqavilə ilə bağlı məlumatı yalnız vərəsəlik qaydasında mirası qəbul etdikdən sonra müqavilələrin yoxlanması zamanı olmuş, bundan sonra dəfələrlə cavabdehə müqavilənin əslinin təqdim edilməsi təklif edilsə də, gizlətmiş və hüquq mühafizə orqanlarına müraciət edilən zaman təqdim edilmişdir. Mübahisəli müqavilə nəticəsində cavabdehə təhvil verilmiş mənzilin dəyəri tam ödənilmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən möhürün qanunla müəyyən edilmiş qaydada əmrlə katibə verilməsi barədə hər hansı məlumatı yoxdur. Müqavilə üzrə cavabdeh mənzilin dəyərini Rövşən Nəcəfov vəfat etmədən əvvəl ödəməli idi, ödənişlərin edilməməsi ilə bağlı cavabdehə qarşı Rövşən Nəcəfovun sağlığında iddia irə li sürülməsi barədə məlumatı yoxdur. İşin həqiqi halı ondan ibarətdir ki, Rövşən Nəcəfov son illər yaşlı və xəstə olduğundan katibəsi istifadə etmiş və qeyd edilən möhür də həmin şəxs tərəfindən yerinə yetirilmişdir. İddiaçı tərəfindən hüquq mühafizə orqanlarına yalnız cavabdehlə bağlı müraciət edilmişdir, əvvəlki iddia tələbi baxılan zaman məhkəmə iclaslarında xüsusi qərardadla bağlı müraciət etsə də, təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmçinin qeyd etmişdir ki, iddia tələbi əsassız olmaqla, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə, subyektiv hüququ olmadan verilmişdir. Bu səbəbdən iddianın istər əsassız olmasına, istərsə də iddia müddətinin ötürülməsinə görə rədd edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-543/2025 nömrəli 11 aprel 2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Elnarə Vəliyeva).

12. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququ ilə bağlı qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışı əsasında "xxxx" MMCnin 22,5% təsis payı olan İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsi tələbləri baxımından hüquqi şəxsin fəaliyyəti və mənafeləri ilə hazırki iddia tələbi il ə mübahisəli müqavilənin tərəfi olan sifarişçiyə qarşı hüquqi şəxsin adından və öz adından iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

13. Daha sonra qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsələri qismində qızı İddiaçı, oğlu X2 müəyyən olunmuş və şəhadətnamə verilən miras əmlak kimi "xxxx" MMCdən mərhum X6 məxsus 18 mənzil müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehin sahibliyi və istifadəsində olan mənzilin qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə miras əmlak kimi müəyyən edilmiş mənzillərə aid olub-olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mülki iş üzrə təyin edilmiş kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli müvafiq rəyinə əsasən, müqavilələrə möhürün vurulması, imzalanması, iddiaçının atası X8 tərəfindən əqdin faktiki olaraq bəyənilməsi, əqdin həmin dövrdə mübahisələndirilməməsi, onun ölümündən sonra da iddiaçı tərəfindən kommunal xərclər ödənilməsi, heç bir etiraz olmadan cavabdehin mənzildə yaşamağa davam etməsi öz təsdiqini tapmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 125, 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 389, 390, 405, 421, 423, 425, 442, 443, 567, 598, 646, 648-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi, cavabdeh mənzilə dair bağlanmış müqavilə üzrə müqavilədə nəzərdə tutulmuş qaydada və vaxtda mənzilin qiymətini ödəməməklə müqavilə öhdəliyini vicdanla icra etməməklə pozmuşdur. Belə olduqda iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ yaranmışdır. İddiaçı bu hüququndan istifadə edərək məhkəmə qaydasında müqavilənin ləğvini tələb etmiş, lakin məhkəmə əsassız və qanunsuz olaraq onun tələbini təmin etməməklə maddi hüquq normalarını pozmuşdur. İddiaçını n təsisçisi olduğu hüquqi şəxsin əmlakına edilən qəsdən müdafiə üçün verdiyi iddia əsassız və qanunsuz olaraq məhkəmə tərəfindən təmin edilməməklə maddi hüquq normaları pozulmuşdur. Məhkəmə işə baxarkən cavabdehin müqavilə şərtinə uyğun mənzilin qiymətini tam ödəməməsi ilə bağlı iddiaçının təqdim etdiyi sübutları, hətta mötəbər sübut növü hesab edilən ekspert rəyini düzgün qiymətləndirməməklə prosessual hüquq normasını pozmuşdur. İşə baxmış məhkəmənin gəldiyi qənaətə görə iddiaçı təsisçisi olduğu hüquqi şəxsin əmlakının qanunsuz ələ keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxsin əmlakına edilən hər hansı qəsd hər şeydən əvvəl birinci növbədə onun təsisçilərinin maraqlarına və qanunla qorunan mənafeyinə toxunur. Beləliklə məhkəm ə əsassız və qanunsuz olaraq iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmaması qənaətinə gəlməklə iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdıraraq göstərilən prosessual hüquq normasını pozmuşdur. İş üzrə mühüm olan faktiki hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, sadəcə məhkəmə tərəfindən həmin hallar düzgün qiymətləndirilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə cavbdeh tərəfindən mənzilin müqavilə qiymətinin tam ödənilməməsi barədə iddiaçının irəli sürdüyü dəlil sübut edilməmişdir. Halbuki, iddiaçı bunu ekspert rəyi ilə əsaslandıraraq sübut etmişdir. Əksinə olaraq iddiaçının göstərdiyi ödənişlərin cavabdeh tərəfindən ödənilməsi sübut edilməmişdir. İşin sübutlarla təsdiq olunmuş hallarına görə cavabdeh müqavilə şərtinə uyğun olaraq mənzilin qiymətini tam öd əməmişdir. İddiaçının rəsmi xəbərdarlığına baxmayaraq o, mənzilin müqavilə qiymətinə və şərtlərinə uyğun borcunu ödəməkdən imtina etmişdir. Belə olduqda iddiaçı müqavilə şərtinə uyğun olaraq müqavilənin ləğv edilməsi və s. tələbinə dair məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. İddia tələbləri ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilsə də, məhkəmənin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

18. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etmişlər.

19. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4330/2025 nömrəli iş üzrə 6 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-543/2025 nömrəli 11 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X7 ibarət tərkibdə).

21. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, 19 noyabr 2007-ci ildə 18 ay müddətində bağlanmış müqavilənin 18 il sonra mübahisəli mənzilin yalnız dəyərinin tam ödənilməməsinə görə ləğvinin tələb edilməsi anlaşılan deyil. Çünki iddiaçı b u cür tələbin əvəzinə başqa məzmunlu iddia ilə də məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Ən azından ona görə ki, sağlığında vərəsəsi olduğu şəxs də bu müqavilənin müddətinin bitməsinə baxmayaraq ləğvini tələb etməmiş yaxud başqa formada mübahisələndirməmişdir. Demək ki, 18 il sonra da qarşı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini əsas gətirib məhz ləğvinin tələb edilməsi əsaslı ola bilməzdi. Məhkəmə müdafiəsi hüququndan istifadə etmək onun hər zaman uğurlu nəticələnə bilməsi demək deyil. Ona görə iddianın təmin edilməməsi hər bir halda maddi və prosessual hüquq normalarının pozulduğunu bəyan etməyə əsas vermir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 157, 385, 386, 389, 390, 405, 421, 425, 442, 443, 567, 598, 646, 648-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəmsinin Mülki kollegiyasının 2(103)-4330/2025 nömrəli 06 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti, iddia ərizəsi və apellyasiya şikayəti ilə ey ni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh nəinki müqavilə üzrə əldə etdiyi mənzil dəyərinin ödənilməsini sadəcə gecikdirməklə vicdanlı hərəkət etməmiş, o, öhdəlikdə vicdanlılıq şərtlərini açıq-aşkar və kobud şəkildə pozaraq müqavilə tərəfinin ölümündən suiistifadə edib müqavilə üzərində edilmiş saxtakarlıq xarakterli düzəlişlərə əsasən mənzilin müqavilə dəyərini ödəməkdən imtina etmiş, bu cür qanunsuz düzəlişlər aşkar edildikdən sonra isə iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq borcu qaldığı pul məbləğini uzun müddət ödəməkdən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsi iş üzrə nəticəyə gələrkən işin bu hallarını nəzərə almamaqla Mülki Məcəllənin 425-ci maddəsinin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi cavabdehin müqavilə öhdəliyini icra etməm əsinə görə iddiaçının müqavilə şərtinə uyğun müqaviləni məhkəmə qaydasında ləğv etmək hüququnun olmaması qənaətinə gələrək Mülki Məcəllənin 423-cü maddəsinin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi əsassız olaraq iddiaçının mübahisələndirilən müqavilənin ləğvini öz iradəsi ilə birtərəfli və məhkəmədən kənar qaydada həyata keçirməli olması barədə qənaətə gəlib onun məhkəməyə müraciət hüququnu məhdudlaşdırmaqla MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanuns uz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad s urətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəm iyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

35. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

36. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

37. Maddə 423.2. Mü qavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

41. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı al ıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

43. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

44. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

45. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşa ğıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

46. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü ma ddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

49. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

60. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları ba xımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4330/2025 nömrəli 6 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar