Məhkəmə qərarları › İş №2(102)-412/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-412/2021

27.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-412/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: özbaşına zəbt olunmuş həyətyanı torpaq sahəsindən çıxarılma Qarşılıqlı iddia tələbi: mülkiyyət hüququna dair şəhadətnamənin və çıxarışın ləğv edilməsi, torpaq sahəsinin mərzləri müəyyənləşdirilməklə cavabdehə qaytarılması Açar sözlər: torpaqların özbaşına tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının vəkili Vəkil2, Qarşılıqlı iddi a üzrə iddiaçı Cavabdeh, vəkili Vəkil1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-251/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçının ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Biləsuvar rayon Aqrar İslahatı Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 43 nömrəli qərarı ilə X3 mülkiyyətinə 0, 10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Biləsuvar rayon Aqrar İslahatı Komissiyasının eyni tarixli qərarı ilə X2 mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonuncunun ölümündən sonra həmin torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2017-ci il tarixdə Əmirahov X1 Bahar Ağaxan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus olan 0,10 hektar həyətyanı torpaq sahəsinin özbaşına zəbt olunmuş 0,03 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, mülkiyyətində olan, lakin cavabdeh tərəfindən zəbt edilmiş 3 metr eni, 26 metr uzunluğunda torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə alınmış xx xxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mübahisələndirilən həyətyanı torpaq sahələrinin yerləşdiyi ərazinin faktiki vəziyyəti ilə Biləsuvar rayonu Səmədabad kəndi 1 saylı müəssisənin kompleks yerquruluşu layihəsi baza materialı arasında uyğunsuzluq mövcuddur. Belə ki, mübahisə predmeti kimi faktiki plana alınmış və kompleks yerquruluşu layihəsi baza materialınının yerəuyğun yerləşmə mövqeyinə görə 0,15 ha və 0,10 ha həyətyanı torpaq sahəsi yerləşdirilərkən həm mübahisələndirilən, həm də qonşu həmsərhəd həyətyanı torpaq sahələrinin arasında fərqliliklərin olması, İddiaçı müvafiq nömrəli çıxarışa əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə texniki pasportun “Torpaq sahəsinin planı və ölçüsü”nün olmaması səbəbindən faktiki vəziyyəti yerəuyğun elektron baza materialı cizgisi üzərində düzgün yerlə şdirmək, mübahisəli torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək mümkün deyildir. Mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüləri rəyə əlavə edilmiş ölçü planında və Biləsuvar rayonu Səmədabad kəndi 1 saylı müəssisənin kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. İş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X4 LTİ-nin mütəxəssis rəyində məhkəmə qərardadı ilə qoyulmuş suallar cavablandırılmadığı üçün həmin suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-2/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Əliyev) ilk və q arşılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 238.1, 164.1, Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, daşınmaz əmlaka qəsd edən hərəkətlərə son qoyulmasına dair mübahisələrin həlli zamanı ilk öncə qəsdə məruz qalması iddia edilən əmlaka mülkiyyət hüquqları, qəsdin həqiqətən mövcud olub-olmaması və belə qəsd həqiqətən mövcuddursa, onun məhz cavabdehin hüquqa zidd davranışının təzahür forması olması, eləcə də həmin əmlaka qəsdlə onun məruz qaldığı dəyişikliklər müəyyənləşdirilməlidir. Lakin mülki işin məhkəmə tədqiqi zamanı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı yalnız daşınmaz əmlaka mülkiyyət hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, daşınmaz əmlaka qəsdin, y əni torpaq sahəsinin həqiqətən mövcud olub-olmamasını və belə zəbt həqiqətən mövcuddursa, onun məhz cavabdehin hüquqa zidd davranışının təzahür forması olmasını, eləcə də həmin torpaq sahələrinin zəbt edilməsi ilə onların məruz qaldığı dəyişiklikləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Bununla bərabər, birinci instansiya məhkəməsində mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X4 Layihə Tədqiqat İdarəsinin mütəxəssislərinin tədqiqat predmetinə naturada baxış keçirməsinin təmin edilməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər olmaması əsası ilə mütəxəssis rəyinin verilməsindən, buna müvafiq olaraq da ekspert rəyinin verilməsindən imt ina edilmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərərək ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-251/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov, M.K.Həsənov, Z.A.Zeynalov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət vermiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlk iddia üzrə iddiaçı kass asiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın rədd ediməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan 0,3 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirə bilməməsinə düzgün hüquqi qiymət verilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, iddiaçının mübahisəli torpaq sahəsinə dair çıxarışı saxta sənədlər əsasında alması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının vəkili, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı və vəkili kasasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələr i tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar