Məhkəmə qərarları › İş №2(102)-4122/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4122/2021

06.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4122/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehin ona aid hissədən çıxarılması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-554/2021 nömrəli iş üzrə 09 mart 2021-ci i l tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı və 1/5 hissə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınm ışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1061/2020 nömrəli, 29 iyun 2020ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üz rə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin torpaq sahəsinin yarıdan çox hissəsi tikililər altında yerləşir. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edildi. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 31 iyul 2019-cu il tarixli, 2(033)258/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahələrinə payları müəyyən edilmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə barəsində mübahisə gedə n torpaq sahələrinin paylı mülkiyyətçilərinin paylarına münasib olaraq naturada bölünməsi mümkün deyildir. İddiaçı isə torpaq sahəsinin onun mülkiyyətində olan hissəsində inşa edilmiş mağaza binasının sökülməsini və cavabdehin həmin hissədən çıxarılmasını tələb edir. Məhkəmənin qənaətinə görə isə, tərəflərin payları nə qədər ki naturada bölünməyib, həmçinin iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olması müəyyən edilməyib, ona görə də iddiaçının iddiası əsaslı hesab edilərək təmin edilə bilməz. Tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. Həmin tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə poz maqla tikilməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, hazırkı vaxtda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 19 iyul 2019cu qeydə alınmışdır. Lakin həmin torpaq sahəsi həmin dövrdə boş olmamış və cavabdehə məxsus uzun müddət istifadə olunan tikililərin altında yerləşir. Həmçinin iddiaçı cavabdehin ona torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.3, 215.1, 220.1, 220.2, 220.3, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Gündüz Abbasov) 09 mart 2021-ci il tarixli, 2(107)-554/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri il ə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)554/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnam əsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217, 216, 220.4, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ilk dəfə məhkəməyə müraciət edərək, sözügedən torpaq sahəsinin naturada bölünüb iddiaçıya aid olan hissənin təhvil verilməsini xahiş etmiş, həmin vaxt məhkəmə ekspertiza təyin edərək bildirdi ki, mübahisəli torpaq sahəsinin üzərində tikili olduğu üçün həmin torpaq sahəsini naturada bölmək mümkün deyildir. Yenidən məhkəməyə müraciət edib həmin tikilinin sökülməsi və ona aid hissədən cavabdehin çıxarılmasını xahiş etmiş, lakin işə baxan məhkəmə heç bir əsas göstərmədən həmin torpaq sahəsində olan qanunsuz tikilinin sökülməsini rədd etdi. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, onun üzərində yerləşən mağaza isə qanunsuz tikilidir. Qanunvericiliyin tövsiyəsinə baxmayaraq hər iki instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq iddiaçının mülkiyyətində olan qanunsuz tikilinin sökülməsinə göz yummuşdur. Məhkəmənin gəldiyi qənaətə görə o heç vaxt mülkiyyətində olan pay torpağından istifadə edə bilməyəcəkdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əl aqədar tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasın da sökülə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 3 72.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, ş ikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Hər iki məhkəmə instansiyası hesab etmişdir ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsini 180.4-cü maddəsinin tələblərinə əsasən həmin tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla t ikilməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehin ona torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlə paylı mülkiyyətində olan torpaq sahəsi üzərində mövcud olan qanunsuz tikililərin sökülməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir, apellyasiya məhkəməsi isə həmin normanı düzgün tətbiq etməmişdir. Həmin maddənin tələbinə əsasən təkcə lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular deyil, həm də müstəqil əsas kimi tikinti məqsədlə ri üçün ayrılmayan torpaq sahəsində tikilmiş bina və qurğular özbaşına tikili olmaqla, maraqlı şəxslərin iddiası üzrə sökülə bilər. Məhkəmələrin özlərinin müəyyən etdiyi işin faktiki hallarından görünür ki, tərəflərin paylı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Yəni bu torpaq sahəsi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi deyildir. Həmçinin sökülməsi tələb edilən tikililər paylı mülkiyyətdə olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edildiyi məhkəmələr tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi, buna digər mülkiyyətçinin razılığının alınması, həmçinin qeyri-yaşayış sahəsinin tikilməsi üçün lazımi icazələr in alınması və s. ilə bağlı sübutları məhkəməyə təqdim etmək və həmin tikililərin qanuni tikili olmasını sübut etmək yükü artıq cavabdehə aid olmuşdur. Digər tərəfdən, məhkəmələr özləri müəyyən etmişlər ki, mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin torpaq sahəsinin yarıdan çox hissəsi tikililər altında yerləşir. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Belə olan halda, cavabdehin iddiaçıya torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı iddiaçının sübut təqdim etməməsinə isti nad edilməsi əsassız olmuşdur. Məhkəmənin istinad etdiyi digər bir əsasa, tərəflərin payları naturada bölünmədiyinə və iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olmasının müəyyən edilmədiyinə istinadı da əsassızdır. Çünki iddiaçının torpaq sahəsinin naturada paylara uyğun bölünməsi barədə iddiası Zaqatala rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ona görə təmin edilməmişdir ki, həmin torpaq sahəsinin təqribən 300 kv.m hissəsi cavabdeh tərəfindən inşa edilən mağaza binası və əlavə tikililərin altında yerləşir, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, boş deyildir. Buna görə də ekspert torpaq sahəsinin paylara uyğun bölünməsini mümkünsüz hesab etmiş, məhkəmə də bu iddianı təmin etməmişdir. Hazırda iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qanunsuz tikililərin sökülməsi tələbi isə həmin torpaq sahəsinin naturada ayrılmaması və iddiaçıya aid hissəsinin müəyyən edilməməsi əsası ilə rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmişdir. Halbuki Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Göstərilənlərə əs asən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qənaətini kifayət qədər əsaslı saymır və hesab edir ki, işə yenidən baxılarkən qeyd edilən məsələlər bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnam əsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-554/2021 n ömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar