Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4123/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərkimya” X3-Polietilen zavoduna qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 və vəkili Nümayəndə iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il i tarixli, 2(105)-358/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı “Azərkimya” X3-Polietilen zavodunun 5 saylı Piroqazın və suyun hazırlanması sahəsində aparatçı vəzifəsində işləmişdir. 23 aprel 2020-ci il tarixdə Piroqazın və suyun hazırlanması sahəsində növbənin təhvil-təslimi zamanı növbə rəisi xxx İddiaçı maskasız olduğunu görmüş, ondan maska taxmasını tələb etmişdir. İddiaçı isə növbə rəisinin üzərinə hücum çəkmiş və başına şillə zərbəsi vuraraq nalayiq sözlərlə onu təhqir etmişdir. Növbə rəisi bu barədə zavod rəhbərliyinə məlumat vermişdir. Bundan sonra İstehsalat rəisinin müavi ni xxxsahəyə getmiş, İddiaçı intizama dəvət etmiş, sonuncu onu da nalayiq ifadələrlə təhqir etmişdir. Hadisədən sonra İddiaçı E-6 İEM-in qarşısında siqaret çəkdiyinə görə növbə rəisi və əməkdaşlar ona bunun təhlükəli olduğunu bildirsələr də o buna əhəmiyyət verməmişdir. Bu səbəbdən işçi işdən kənarlaşdırılmış və bu barədə akt tərtib olunmuşdur. İddiaçı işəgötürənə verdiyi 28 aprel 2020-ci il tarixli izahatında həqiqətən iş vaxtı tibbi maskadan istifadə etmədiyini və bununla bağlı növbə rəisi ilə aralarında mübahisə yarandığını etiraf etmiş, lakin iş vaxtı içkili olmadığını və evdə əsəbiləşdiyi üçün tibbi maskadan istifadə etmədiyini qeyd etmişdir. 5 saylı sahənin rəisi Rövşən Əliyevin, həmin sahənin aparatçıları Gülər Hacıyeva və Fizuli Allahverdiyevin, zavodun rəis müavini İlqar Qurbanovu n zavod direktoruna ünvanlanladığı izahatlarında İddiaçı iş vaxtı tibbi maskadan istifadə etmədiyini, spirtli içki qəbul etdiyini və iş yerində siqaret çəkdiyini göstərmişlər. Etilen-Polietilen zavodunun direktoru həmin zavodun həmkarlar ittifaqı komitəsinin sədrinə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi ilə bağlı müraciət etmiş və Həmkarlar İttifaqı Komitəsi rəyasət heyətinin 05 may 2020-ci il tarixli iclasında işçinin işdən azad edilməsinə razılıq verilmişdir. Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 20 may 2020-ci il tarixli, 386 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinc i instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Azərkimya” X3-Polietilen zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmasının qanunsuz hesab edilərək onunla əmək müqaviləsinin ləğvinə dair cavabdehin 20 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Etilen-Polietilen zavodunun 5 saylı Piroqazın və suyun hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı peşəsinə bərpa edilməsi, qanunsuz işsiz qaldığı vaxt üçün, yəni 20 may 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 23 aprel 2020-ci il tarixdə axşam növbəsində yenicə işə başlayarkən növbə rəisi heç bir əsas olmadan iddiaçıya öz iradlarını bildirmiş, cavabında ona iradlarının heç bir əsasının olmadığını və ona münasibətdə qərəzli olduğunu bildirmişdir. Əvəzində növbə rəisi məsələni şişirdərək guya iddiaçının içkili olduğunu, özünü idarə edə bilmədiyini və nəticə olaraq yanğından təhlükəli sahədə siqaret çəkdiyini əsas gətirərək tabeliyində olan işçiləri və digər əməkdaşları cəlb etməklə onu iş yerindən kənarlaşdırmışdır. Bu zaman dərhal tibb məntəqəsində müayinə olunmağına şərait yaradılması tələbi nəticəsiz qalmışdır. İşəgötürən tərəfindən aparılan araşdırma birtərəfli və subyektiv fikirlərə söykənir. Cavabdeh müəssisə iddiaçı barəsində çıxartdığı intizam tənbehi haqqında əmrdə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzg ün əsaslandırmamış və nəticə olaraq işçi olaraq onunla əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri əmək qanunvericiliyin tələblərini pozulmaqla verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(060)-3790/2020 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işçinin vəzifələrini yerinə yetirməmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmiş, əməyin təhlükəsizliyi normalarını pozmuşdur. İddiaçının iş vaxtı sərxoş vəziyyətdə olması və qadağan olunduğu halda siqaret çəkməsi işə əlavə edilmiş aktlarda öz əksini tapmışdır. İşəgötürən qanuna müvafiq olaraq həmkarlar ittifaqı təşkilatına işçinin əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmiş və həmkarl ar ittifaqı təşkilat buna razılıq vermişdir. Cavabdeh tərəfindən verilmiş 20 may 2020-ci il tarixli əmr qanunla müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(060)-3790/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-358/2021 nömrəli qətnaməsi ilə (hakim L.İddiaçının sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(060)-3790/20 20 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün qanuni əsaslar mövcud olmuş, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş və bu baxımdan, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair 20 may 2020-ci il tarixli, 386 saylı əmr Əmək Məcəlləsinin tələblərinə cavab verdiyindən əsaslı sayılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 aprel 2020-ci il tarixli aktdan görünür ki, 23 aprel 2020-ci il tarixd ə istehsalat rəisinin müavini xxxİddiaçı işlədiyi sexə gedərkən İddiaçı maskasız olmasını aşkar etmiş, ona irad bildirərkən işçi tabesizlik göstərərək növbə rəisi xxxun ünvanına nalayiq sözlər işlətmiş, hətta öldürəcəyi ilə hədələmişdir. Əlavə olaraq hadisədən sonra E-6 İEM-nin qarşısında İddiaçı siqaret çəkməsi müşahidə olunmuş, ona siqaret çəkməsinin qadağan və təhlükəli olması bildirilsə də, əhəmiyyət verməmişdir. Bu barədə zavod rəhbərliyinə məlumat verilmiş, saat 22:00 radələrində işçi zavoddan kənarlaşdırılmışdır. Eyni zamanda həmin gün onun spirtli içki qəbul etdiyi və sərxoş halda olduğu müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il i tarixli, 2(105)-358/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, gəldiyi nəticə üçün əhəmiyyətli hallar, o cümlədən iddiaçının şəxsiyyəti, ailə vəziyyəti araşdırılmamış, sübutlar hərtərəfli tədqiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərmiş və həmin şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıl ması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması tə şkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bənd ində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunm uş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən işlədiyi müəssisənin daxili intizam qaydalarını kobud pozulması halı işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən öz təsdiqini tapdığından, mübahisələndirilən əmrin əsaslılığına məhkəmələr tərəfindən verilmiş hüquqi qiymət maddi hüquq normalarına uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin müddəalarının pozulması işin faktiki hallarını araşdıran məhkə mələr tərəfindən müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini rədd etməklə maddi və prosessual hüquq normalarını pozmamışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-358/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4123/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4123/2021
06.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver