Məhkəmə qərarları › İş №2(102)-4123/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4123/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4123/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yolun açılması, yoldan istifadəyə qadağan qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasının cavabdehə qadağan edilməsi və həmin yolun açılması” barədə qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(104)-55/2023 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Tərtər rayon Umudlu kəndindən məcburi köçkündür, hazırda Bərdə rayonun Əyricə yolu kənarında müvəqqəti məskunlaşmışdır.

2. Bərdə rayonun Mirzalıbəyli kəndində yerləşən 2.798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə (********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli) qeydiyyata alınaraq, R X seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə A № 111441 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur.

3. Cavabdeh Bərdə rayonun Mirzalıbəyli kəndində yerləşən 0.3382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli) RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə AA № 018659 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

4. Həmçinin Bərdə rayonun Qaraməmmədli kəndində yerləşən 6.2387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə (*** ******* qeydiyyat nömrəli, **********34 reyestr nömrəli) qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə AA № 018658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılması, onun torpaq sahəsindən qanunsuz yol kimi istifadə etməyinə qadağan qoyulması, onun torpaq sahəsindən qanunsuz yol kimi istifadə etdiyi sahədə əkilmiş məhsulların məhv olduğuna görə zərərin əvəzi kimi 2000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia tələbi onunla əsaslandırılmışd ır ki, onun mülkiyyətində olan, Bərdə rayonun Mirzalıbəyli kəndi ərazisində yerləşən 2.798 ha torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən zəbt edilmişdir. Bundan başqa, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən yol edərək qanunsuz olaraq orada əkilmiş bitkiləri məhv etməklə ona ziyan vurur. O, həmin torpaq sahəsində arpa əkmişdir. Buna baxmayaraq cavabdeh əkilmiş arpa sahəsinin içərisindən istifadə etməklə ona ziyan vurur. O, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, buna məhəl qoymamışdır.

7. İddiaçının təqdim etdiyi Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatİ tərəfindən verilmiş 3/323 saylı xx.xx.2020-ci il tarixli arayışında qeyd olunur ki, Bərdə rayon Mirzalıbəyli kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 2.8 ha torpaq sahəsindən hər hektardan 40-45 sentner arpa götürülə bilər.

8. Zeynalov X1 Rüstəm Valeh oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş, mülkiyyətində olan torpaq sahəsinə gedən təsərrüfatlararası yolun bağlanmasına yönələn hərəkətlərə qadağa qoyulması və həmin yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ona qarşı verilmiş iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərzi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünüdüyü kimi onun mülkiyyətində Bərdə rayonun Mirzalıbəyli kəndi ərazisində kənd təsərrüfat təyinatlı 6.23 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində əkinçiliklə məşğul olaraq ailəsini dolandırır. Ancaq son vaxtlar cavabdeh İddiaçı onun torpaq sahəsini gediş-gəliş yolu kimi istifadə etmiş, təsərrüfatlararası yolu traktorla şumlayaraq oranı zəbt etmiş və onun öz torpaq sahəsindən istifadə etməsinə imkan verməmişdir. O, cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, buna məhəl qoymamışdır. O, heç vaxt cavabdehin torpaq sahəsindən yol kimi istifadə etməmişdir.

10. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 498 nömrəli 19 oktyabr 2020ci il tarixli mütəxəssis rəyində qeyd olunur k i, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatları və hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədindəki koordinatları, hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə tutuşduruldu. Məlum oldu ki, onlara sənəd üzrə mülkiyy ətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

11. Məhkəmənin qərardadı əsasında “X2”nin verdiyi xx.xx.2021-ci il tarixli 40 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gedişgəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ***** ** saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonun Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlər, ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqamətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir.

12. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tərəflərin torpaq sahələri qonşuluqda yerləşir. Onların qonşuluq sərhədində yol və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsindən su arxı keçir.

13. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-111/2021 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı “yolun açılması, yoldan istifadəyə qadağan qoyulması və maddi ziyan” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqamətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması, Cavabdeh RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmamış yoldan istifadəsinə qadağan qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş mütəxəssis rəyinə görə tərəflərin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüuququ qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatları və daşınmaz əmlakın dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh oglunun xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatları, hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə tutuşdurulmuş və məlum olmuşdur ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqe yi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmin ziddiyyətin aradan qaldırılması üçün məhkəmə ekspert rəyinə istinad etməyi zəruri bilir və həmin rəydə qeyd olunur ki, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi hüquqmüəyyə nedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı ərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqamətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsi ilə tərtib edilən plan-sxemdə aydın şəkildə göstəri lmişdir.

15. Məhkəmə ilkin iddia tələbinin ziyan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, İddiaçı ona dəymiş ziyanı sübut edən dəlili məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə həmçinin ilkin iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, ilk iddia tələbinin bu hissədə təmin olunması iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 1-4-cü, 60-cı, 43, Mülki Məcəllənin 170.1, 170.2-ci və Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh (qarşlılıqlı iddia üzrə iddiaçı) Cavab deh və onun nümayəndəsi (vəkil) Nümayəndə1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessaul hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə ilkin və qarşılıqlı iddia qaldırmağa tərəflərin sübyektiv hüquqlarının olmasını aşkar etməməklə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini aparmadan təqdim edilmiş sübutların hamısına hüquqi qiymət vermədən, yəni onların tərəflərin xeyrinə və ya ziddinə qəbul olunmaması ilə bağlı halları və təqdim etdikləri qeyriobyektiv sübutlara şərh vermədən qətnamə qəbul etmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2023-cü il tarixli 2(104)-55/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, qarşlıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gedən təsərrüfatlararası yolun bağlanmasına yönələn hərəkətlərə qadağa qoyulması və həmin yolun ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı hesabına açılması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasınd an yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üs tünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu, Mülki Məcəllənin 152.1, 157.4, 170.1, 170.2-ci, Torpaq Məcəlləsinin 68, 84.1, 111.1-ci və MPM-nin 14.2, 77.1,88, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(104)-55/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, tərəflərin mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatları, hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə tutuşdurulmuşdur. Məlum olmuşdur ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmin ziddiyətin aradan qaldırılm ası üçün məhkəmə ekspert rəyinə istinad etməyi zəruri bilmişdir və həmin rəydə qeyd olunmuşdur ki, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torapaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı tərəfindən gediş- gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdənşərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqamətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirilmişdir. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Lakin, apellyasiya məhkəməsi yalnız iş apellyasiya icraatında olarkən alınmış rəyi əsas götürərək ilkin iddianı rədd etmiş, qarşılıql ı iddianı isə təmin etmişdir. Halbuki, məhkəmə tərəfindən yerli baxış keçirilərkən onlar tərəfindən ekspertiza rəyinə münasibət bildirilmiş, həmin rəyin natamam və həqiqəti əks etdirməməsi göstərilmişdir. Belə ki, yerli baxışda məhkəmə özü də şahid olmuşdur ki, iddiçı ilə cavabdehin torpaq sahələrinin arasında su arxı mövcuddur və həmin arx cavabdeh tərəfindən məhz əvvəllər mövcud olmuş yolun yerində çəkilmişdir ki, həmin arxı bu gün yalnız cavabdeh istifadə edir. Bu gün iddiaçının məcbur olub yol kimi istifadə etdiyi ərazi isə başqa qonşunun mülkiyyətindədir və iddiaçı həmin yoldan məcburiyyət qarşısında müvəqəti olaraq istifadə edir. Bu yerli baxış zamanı məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki məhkəmənin yol kimi qəbul etdiyi ərazinin yol kimi xəri tədə nəzərdə tutulub-tutulmaması, kimin mülkiyətində olubolmaması məsələsi məhkəmə tərəfindən araşdırılmalıydı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

26. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilir sə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

32. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təs irləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

33. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

34. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

35. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazların ı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Baxılan iş üzrə ilkin və qarşılıqlı tələblər biri biri ilə əlaqədar olmaqla, ilkin iddia üzrə iddiaçının tələbi cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılması, cavabdehin onun torpaq sahəsindən qanunsuz yol kimi istifadəsinə qadağa qoyulması, onun torpaq sahəsindən qanunsuz yol kimi istifadə etdiyi sahədə əkilmiş məhsulların məhv olduğuna görə isə maddi ziyanın ödənilməsi, qarşılıqlı iddia ü zrə iddiaçının tələbi isə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən zəbt olunmuş, mülkiyyətində olan torpaq sahəsinə gedən təsərrüfatlararası yolun bağlanmasına yönələn hərəkətlərə qadağa qoyulması və həmin yolun açılması barədədir.

48. Kassator işin faktiki hallarına istinad etməklə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız iş apellyasiya icraatında olarkən alınmış rəyi əsas götürmüş, məhkəmənin yol kimi qəbul etdiyi ərazinin yol kimi xəritədə nəzərdə tutulubtutulmaması, kimin mülkiyətində olub-olmaması məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır.

49. Kollegiya kassatorun dəlillərini əsassız sayaraq qeyd edir ki, işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi yetərli araşdırma aparmış və həmin araşdır manın nəticələri üzrə mövqeyi qətnamənin əsaslandırıcı hissəsində əksini tapmışdır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən, kassasiya şikayətinin dəlillərində də göstərilən işin faktiki hallarının araşdırılması üçün təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********42 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, Bərdə rayonu, Mirzalibəyli kəndi, Qaraməmmədli kəndi ərazisində təqdim etdiyi Kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasında RX ****** * saylı çıxarışla İddiaçı adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinin şərq tərəfindən yol nəzərdə tutulub. Kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasında RX ******* saylı cıxarışla Cavabdeh adına qeydiyyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinin qərb hissəsindən təsərrüfatdaxili torpaq yol nəzərdə tutulub. Cənub şərq tərəfindən isə təsərrüfatlar arası asfalt yol mövcuddur. TEKUİS və yerquruluşu layihəsinə əsasən RX ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən hər hansı üsul ilə tutulmamışdır. RX ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiy yata alınmış Bərdə rayon Qaraməmmədli kəndində yerləşən 6.2387 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol İddiaçı mülkiyyətinə verilən 2.798 ha torpaq sahəsinin şərq tərəfinə bitişik olan ümumi istifadəli gediş-gəliş yolu 175 m uzunluqda yonca əkilərək məhdudlaşdırılmışdır.

51. Bundan başqa apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarının müəyyən edilməsi üçün işdə iştirak edən şəxslərin iştirakı ilə mübahisəli torpaq sahələrinə yerində baxış keçirmiş və ekspert rəyində qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaət ə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2023-cü il tari xli, 2(104)-55/2023 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar