Məhkəmə qərarları › İş №2(102)-4124/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4124/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4124/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, X1 ckatibliyiilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1800/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı: İddiaçı 31 yanvar 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında 2010-cu ildə torpaq sahəsi əldə edilmiş və orada müvafiq icazələr alınmadan özbaşına fərdi yaşayış evi inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin avqust ayında İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə inşa etdirdikləri mübahisəli evdə bir müddət yaşadıqdan sonra evi kirayəyə verib Bakı şəhərində kirayədə yaşamalarını, lakin hazırda cavabdehlərin onu birgə tikdirdikləri özbaşına tikiliyə buraxmamalarını əsas göstərməklə həmin tikiliyə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayo n Məhkəməsinin 2(012)-4692/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: S.M.Quliyeva) iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək mübahisəli özbaşına tikilinin bacısı Gültəkin Quliyeva tərəfindən inşa olunmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2739/2019 saylı, 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(012)- 4692/2018 saylı qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsinə birinci icraat İş üzrə İddiaçı qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-833/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər – S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli, 2(105)-2739/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(105)-1800/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(012)-4692/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilib iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmasını əsas göstərərək ləğv edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını və ya işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1800/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi ta m yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə 2010-cu ildə əldə edilmiş və evin 2012-ci ildən başlanan və başa çatdırılan tikintisi də tərəflərin birgə nikahda olduqları dövrdə baş vermişdir. Cavabdeh1 mübahisəli torpaq sahəsi və evin bacısının vəsaiti hesabına əldə edilməklə ona məxsus olmasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Apel lyasiya instansiyası məhkəməsi iddiaçını həmin evə köçürərkən qanuni əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə və Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Göstərilən vəziyyətdə iddiaçının evə köçürülməsi işdə olan sübutlara və qanunun tələblərinə uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1800/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar