Məhkəmə qərarları › İş №2(102)-4124/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4124/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4124/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş ilk, üzrə Cavabdeh1 İddiaçınə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Mənzildən çıxarılma, tikililərin sökülm əsi, müqavilənin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı başqa yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair ilk, Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin bağlanması “ tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1906/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Ağa-Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 11, 13, 15 saylı ünvanda yerləşən 1,082 ha torpaq sahəsi "Araz 2011 A” MMCnin daimi istifadəsinə verilmiş, "Araz 2011A” MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "Araz-2011 A” MMC-yə həvalə edilmiş, "Araz- 2011 A” MMC-nə Nərimanov rayonunun Ağa-Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 11, 13, 15 saylı ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sö külməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır.

2. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 130 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, "xxxx" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1758 nömrəli razı laşma məktublarını, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 və xx.xx.2018-ci il tarixli, 128 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə X4 X1 Dövlət Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınaraq, Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda sökülmüş qəzalı binaların yerində "Araz-2011A” MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır.

3. Tikintiyə icazə verilməsi zamanı Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınmışdır.

4. Nərimanov Rayon İcra Hakimiyyətinin 4 nömrəli, xx.xx.2019-cu il tarixli Tikintiyə icazə barədə Xüsusi Nişanın surətinə əs asən Nərimanov RİH layihəçi "Araz2011A” MMC-yə Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda 10820,0 kv metr və 5879,2 kv metr olan çoxmərtəbəli yaşayış binalarında tikintisinin aparılmasına icazə verilmişdir.

5. Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 30/0641 saylı arayışından görünür ki, ünvan 1 ünvanda Cavabdeh1 (1992-ci il tarixdən), Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır. Mənzilin ümumi sahəsi 40,9 kv metrdir.

6. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 ünvanlarda yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndisi Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 30 saylı Mənzil Kommunal istismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X5 Agentliyinin 25 yanvar 2018-ci il tarixli 36/00594 saylı tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 ünvanlarında yerləşən yaşayış binalarına vizual texniki baxış keçirmiş, müəyyən edilmişdir ki, Ağa Nemətulla 32 Üçmərtəbəli yaşayış binası 1962-ci ildə kürsülü, üçgirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina üç hissədən ibarətdir, ölçüləri 13,2 x 9,7; 14,0 x 9,7; 13,2 x 9,7 metrdir. Kürs ülərin hündürlüyü 0,8 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük çoxboşluqlu dəmirbeton plitələrdən, arakəsmələr çilləkən üzrə suvaq, damı ağac konstruksiyaları üzrə dalğalı metal vərəqələrlə örtülmüşdür. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda və tavanda nəmişlik əlamətləri mövcuddur Pilləkən qəfəsələrində pillələrin sınması, qopması, müşahidə olundu. Pilləkən qəfəsəsinin meydançalarının altından su çənləri asılmışdır. Bu isə sakinlərin təhlükəsiz hərəkətini məhdudlaşdırır və təhlükəli hesab edilir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması insanların həyatı üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ağa Nemətulla 34: Üçmərtəbəli yaşayış binası 1965-ci ildə kürsülü, dördgiriş li inşa olunub. Bina bir-birinə perpendikulyar tikilmiş iki hissədən ibarəldir, ölçüləri 27,2 x 9,7; 27,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, damı yastı tipli olub, üçqat ruberoidlə izolyasiya olunmuşdur. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, pilləkən qəfəsələrində pillələrin sınması, qopması, navalçaların və dam örtüyünün nasaz olması mövcuddur. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması həyat üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 9: İkimərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bina bir-birinə bitişik beş h issədən ibarətdir. Binanın ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialındandır. Pilləkən qəfəsələrinin bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında şaquli və pilləvari, eni 2-4 mm olan keçici çatlar, suvaq qatının aşınması, tökülməsi, qapı- pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli, eni 2-3 mm olan birtərəfli çatlar, tavanda və divarlarda nəmişlik əlamətləri, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəz iyyətdə olması müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatının tökülməsi, həmin hissələrdə açıq qalan armaturların korroziyaya uğraması mövcuddur. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükə mənbəyidir. Evlərin örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 11: Üçmərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ik igirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, divarlarda nəmişlik əlamətləri, çardaq konstruksiyalarının elementlərində sınma və köhnəlmə müşahidə olundu. B inanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bunlar isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükəlidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 13: İkimərtəbəli yaşayış binası 1953 -cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında üfüqi və şaquli elementlərindən ibarət gücləndirmə işləri aparılmışdır. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aş ınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insanların həyatı üçün təhlükə mənbəyidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 15: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş b ina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,6 metrdir. Divarları qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü, pilləkən qəfəsəsində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında pilləvari və şaquli ikitərəfli, eni 24 mm olan çatlar, suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün və atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik,su,kanalizasiya ) köhnəlmişdir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, X6 və X7 qarşı iddia qaldıraraq Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq s ahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, Cavabdeh1 mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20 faiz əlavə yaşayış sahəsi əlavə edilməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə onların təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış bi nalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv metr olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzi mləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392- İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərar qəbul etmişdir. Həmin qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mən zil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qərarın 1.3. bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması göstərilmişdir. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabin etinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Ağa-Neymətulla və F.Yusifov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin təmin etmək məqsədilə, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən AğaNeymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 11, 13, 15 saylı ünvanda yerləşən 1,082 ha torpaq sahəsi "Araz 2011 A” MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən "Araz 2011A” MMC Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sak inlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "Araz 2011 A” MMC-yə həvalə edilmişdir. Sərəncama əsasən "Araz-2011 A” MMC-nə ünvan 5 ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla İddiaçı MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işlənilməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi tapşırılmışdı r. 14 fevral 2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndis Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələləri üzrə müdir müavini Toğrul Əliyev və Nərimanov rayon 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X5 Agentliyinin 25 yanvar 2018-ci il tarixli, 36\00594 saylı tapşırığına əsasən ünvan 6 ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt tərtib etmişlər. Göstərilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur, evlərin da m örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olunmuş, həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlüləsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə t ədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. "xxxx" MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdeh istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Faiq Yusifov küçəsi 11 saylı binanın sakini olan cavabdeh ailə üzvləri ilə (özü və 2 oğlu) "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdeh bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzil li yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, onun mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onun mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 40,9 kv metr olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə "xxxx" MMC-nin təkliflərindən iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20 faiz sahə əlavə etməklə tam təmirli mənzilin verilməsi təklifindən imtina etmişlər və iddiaçının təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədirlər. Həmçinin, iddiaçı tərəfin dən cavabdeh yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin cavabdehlər iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, hüquqdan sui-istifadə edərək qeyri-real kompensasiyaların verilməsini tələb edir, icrası mümkün olmayan şərtlər irəli sürürlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və "xxxx" MMC ciddi maliyyə itkisi ilə üzləşmişdir. Belə olan halda, yən i Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilməsi məqsədi ilə "xxxx" məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada yerləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

10. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh “Araz-2011 A" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv metr olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmirli qeyriyaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «Araz-2011 A” MMC-yə həvalə edilməsi, cavabdehlər “Araz-2011A" MMC və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən söküntü işləri nəticəsində ona dəymiş 10000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada tutulması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı id dia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, mənzil 15, 23 fevral 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1-ci mərtəbədə, yol kənarında yerləşməklə 3 pəncərəsi yola baxır. Mənzildə iddiaçı və yetkinlik yaşına çatmış 2 oğlu qeydiyyatda olmaqla yaşayırlar. Mənzilləri yol kənarında əlverişli məkanda yerləşdiyindən onu qeyri-yaşayış sahəsi qiymətinə satmaqla 2 ayrı-ayrı mənzil almaq qərarına gəlmişdi. Lakin, sonradan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin və "xxxx" MMC-nin nümayəndələri onlar da daxil olmaqla sakinlərə binanın söküləcəyini, əvəzində sakinlərlə razılaşdırılmaqla yeni tam təmirli mənzillərin veriləcəyini və mənzillər hazır olanadək kirayə haqqı v eriləcəyini bildirmişlər. Cavabdehlərin etdiyi təklif onlar üçün əlverişsiz və ədalətsiz olduğundan razılığa gələ bilməmişlər. Buna görə də, iddiaçıya özünə məxsus olan mənzildə yaşamağa davam etmişdir. Bundan sonra cavabdehlər onların həyat və sağlamlığını təhlükəyə ataraq mənzildə yaşadıqları halda binanı ağır texnika və işçi qüvvəsi ilə uçurmağa başlamışlar. Söküntü zamanı mənzilləri titrəməyə və uçmağa başlamış, divarları çatlamış, ətraflarında olan bütün mənzillər sökülməyə başlamış, binanın damı tamamilə sökülmüşdür. İkinci mərtəbədə yerləşən mənzil və binanın damı tamamilə söküldüyündən evlərini su basmış, yağış yağarkən bütün yağış suları tavandan mənzilə daxil olmaqdadır. Bütün kommunikasiya xəttləri, qaz və işıq xəttləri kəsilmişdir. Hüquq mühafizə orqanlarına edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Etdikləri bütün müraciətlər cavabdehlərə yönləndirilmişdir. Bütün bu proseslər hal-hazıra kimi davam etməkdədir. Cavabdehlərin məqsədi onları təhlükəyə ataraq mənzildən çıxmağa məcbur etməkdir. Bundan əlavə cavabdeh "xxxx" MMC-nin istinad etdiyi Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarı xx.xx.2019-cu il tarixli 482 nömrəli qərarla ləğv edilmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Novruzova, iş № 2(005)-2096/2020) iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsinə da ir müqavilənin bağlanması» tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd olnması qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamına əsaslanmaqla Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv metr olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsi nə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi tələblərinin təmin olunması Cavabdeh1 mülkiyyət hüququna müdaixlə kimi dəyərləndirilə, yaşayış sahəsinə mülkiyyət hüququnun şərti və davamsız xarakter almasına səbəb ola bilər.

14. Hazırki işdə, ödənilməli kompensasiya məbləği ilə bağlı Cavabdeh1 tələbi ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh «Araz-2011A" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv metr olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsidir. Cavabdeh1 hazırkı tələbinin məhrum ola biləcək əmlakının bazar qiymətinə mütənasib deyildir.

15. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla qarşılıqlı iddiaçı «Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh "xxxx" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv metr olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmirli qeyriyaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi» tələbi təmin oluna bilməz. Qarşılıqlı iddiaçının hazırkı tələbinin təmin olunması «müqavilə azadlığı» prinsipinə zidd olmaqla “Araz-2011A" MMC-ni müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərin ə uyğun deyildir.

16. Mülkiyyətçinin hüquqlarının üstünlüyü baxımından və Cavabdeh1 "xxxx" MMC qarşısında tələbinin qeyri-adekvat olmamasını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbləri təmin oluna bilməz. Cavabdeh1 qarşılıqlı iddia tələbi isə "xxxx" MMC- ni müqavilə bağlamağa məcbur etdiyindən əsaslı sayıla bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Çünki məhkəmə araşdırılması zamanı qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən və ilk iddianın rədd edilməsi hissəsində ləğv edib, ilk iddianın təmin olunmasını xahiş etmişdir.

18. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov, iş № 2(103)-5977/2021) iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı iş üzrə qəbul etdiyi 03 noyabr 2020-ci il tarixli qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, ilk iddia tələbinin tam təmin olunması, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sa həsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin yaşayış sahəsinin ilk iddiaçının vəsaiti hesabına sökülməsi, Cavabdeh1 həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində ümumi sahəsi 66 kv metr olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və cavabdehlər "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən Cavabdeh1 verilməsi, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya məhkəməsi belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinə dair işin faktiki hallarına düzgün qiymət verməmiş, ilk iddiaçının tələbinin cavabdehin mülkiyyət hüququna tənasübsüz müdaxilə kimi qiymətləndirməkdə səhv yol vermişdir. Halbuki hazırki iddia tələbi məhz cavabdehlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Cavabdehlər isə hüquqdan sui-istifadə edərək məhrum olacaqları əmlakla müqayisədə daha çox əmlak əldə etmək istəyir. Bu isə yeni tikilləcək binadan mənzil almaq hüququ olan bir çox şəxslərin mənafelərinə zidd olmaqla onların hüquqlarının pozuliması ilə nəticələnə bilər.

20. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, işə birinci instansiyada baxan qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia təmin olunması “Araz-2011A" MMC-ni müqavilə bağlamağa məcbur etmədi ki, bu da mülki qanunvericiliyin normaları na yolverilməzdir, müqavilə azadlağı prinsipinin pouzlmasıdır. Həmçinin qarşılıqlı iddia tələbi “mənəvi zərərin tutulması” hissəsində də əsassızdır, çünki qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Kassasiya instansiyası məhkəməsində birinci icraat a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnaməni ləğv edib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini işə baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməsi ilə əsalandıpmış dır. Cavabdeh göstəmişdir ki, mülkiyyətində olan mənzilin onun razılığı olmadan, müvafiq müqavilə bağlanmadan "xxxx" MMC tərəfindən sökülərək yararsız hala salınmasının onun mülkiyyət hüquqlarını nəinki pozmaması, əksinə həmin MTK-nın ona «yaxşılıq» edərək «qəzalı vəziyyətdə» olan mənzilinin əvəzinə ona tam təmirli, iki otaqlı 66 kv metr sahəsi olan mənzil təklif etməsi barədə məhkəmənin qənaəti yanlış olmuş, məhkəmə bu nəticəyə gəlməklə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Onun mülkiyyəti dövlət ehtiyacları üçün deyil, hansısa MTK-nın ambisiyaları, külli miqdarda qazanc əldə etməsi üçün iradəsinin ziddinə məhkəmə qərarı olmadan sökülərək yararsız vəziyyətə salınmış, MTK hərəkətləri qanunsuz olmuşdur.

22. Azərbaycan Respublikası Al i Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(102)6420/2021 nömrəli qərarı ilə (hakimlər Həsənov Vüqar-sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, qətnamə tam ləğv olunaraq iş yenidən axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmişdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş dir. Mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və qanunvericiliyə uyğun həll edilməsi MMC-yə həvalə olunmuşdur. Cavabdeh tərəf mülkiyyətə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən (buna etiraz etmədən) ancaq ödənilən kompensasiyanın məbləği ilə və ona yaşayış sahəsi deyil, qeyri-yaşayış sahəsinin verilməsini, ona kirayə haqqı olaraq 400 manat deyil, 700 manat verilməli olmasını tələb etməsini məhkə mə nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehə verilən kompensasiyanın məbləğini müəyyən edərkən 1-ci mərətbə olduğuna görə mənzildən qeyri yaşayış sahəsi kimi istifadə üçün mülkiyyətçinin “gözləntiləri”nin olub-olmaması, binanın yuxarıda yerləşən mənzillərin sakinlərinə verilən kompensasiya ilə müqayisədə fərqli kompensasiyanın verilməsinin mümkünlüyü istiqamətində araşdırma aparmamış, yalnız formal hallardan çıxış edərək ilkin ididanın təmin olunması qənaətnə gəlmişdir.

24. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həmdə məhkəmələr tərəfindən konk ret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

25. Kassasiya İnstansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsaslı kimi Azərbaycan Respublikasının MM-in 5.3, 16.1, 152.6, 425.1, 560.1 və 560.2-ci madddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(103)1906/2022 nömrəli qətnaməsi ilə hakimlər (E.Ə.Mehdiyev-sədrlik edən və məruzəçi, N.Ş.Cəfərov və R.M.Həsənov) ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunması hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmış, ilk iddia təmin eedilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin yaşayış sahəsinin ilk iddi açının vəsaiti hesabına sökülməsi, Cavabdeh1 həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində ümumi sahəsi 66 kv metr olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və cavabdehlər "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının Cavabdeh1 verilməsi, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz onların özləri üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

28. İddiaçı "Araz-2011A” MMC-nin irəli sürdüyü təklifdən də görünür ki, həmin təklif kifayət qədər ədalətli və ağlabatandır, Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən onun icrasının dərhal həyata keçirilməsinə hər hansı maneə yoxdur. İlk iddia üzrə iddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər.

29. Sərəncamı icra edən iddiaçı "Araz-2011A” MMC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakı müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiy yətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehə söküləcək binadakı mənzilinin əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzil təklif olunur.

30. İlk iddia üzrə cavabdehin mənzilinin yerləşdiyi yeri və mərtəbəsi nəzərə alınaraq onun həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış evində yaşayış sahələri üçün nəzərdə tutulmuş ilk mərtəbəsində ümumi sahəsi 66 kv metr olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi mütənasiblik prinsipi baxımından mülki hüququ münasibətinin iştirakçısı kimi cavabdehin maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasına xidmət etmiş olar cavabdehdən başqa qalan bütün sakinlər mübahisəli binadan köçürülmüş, cavabdeh isə hazırda başqa ün vanda yaşasa da, qəzalı vəziyyətdə və uçmaq təhlükəsi olan evin sökülərək həmin ünvanda inşa ediləcək çoxmənzilli yaşayış evində ona daha artıq sahəsi olan yeni təmirli mənilin verilməsinə etiraz edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir.

31. İddiaçı MMC MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 60 faiz artıq sahəsi olan mən zil, habelə mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmamaları onların hüquqdan suiistifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzilə görə MMC-dən əsassız olaraq şərtlər irəli sürmələrində ifadə olunur. Həmçinin, bu sui-istifadə nəticəsində mübahisəli yaşayış evinin digər mülkiyyətçilərinin hüquqları da pozulur.

32. Apellyasiya instansiya məhkəməsi iş üzrı gəldiyi nəticənin hüquqi əsasları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1 və 560.2-ci, Mənzil Məcəlləsinin 1.1,, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 10.0.18 və 20.3-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2 və 4.2.1-ci, maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunmasına barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən, tətbiq edilməli orlan maddi hüquq normasını tətbiq etməmiş, aidiyyatı olmayan normaları sadalamaqla kifaytlənmişdir. Cavabdehə məxsus mülkiyyətin toxunulmazlığı təmin olunmamış, mülkiyyətdə olan mənzilin dövlət ehtiyacları üçün deyil, İddiaçı MMC-nin mənafeyini təmin etmək üçün alınmasına diqqət yetirilməmiş, iddiaçının özbaşına hərəkətlərinə qiymət verilməmişdir. İddiaçı "xxxx" MMC Nazirlər Kabinetinin müvafiq qərarında göstərildiyi kimi ədalətli ş ərtlərlə alqı-satqı müqaviləsi bağlamaqla mənzilinə yiyələndikdən sonra onu sökə bilərdi. Cavabdeh birinci mərtəbədə yerləşən, 3 pəncərəsi küçəyə açılan və gələcəkdə qeyri yaşayış sahəsinə çevirməklə gəlir gətirmək gözləntisi olan mənzilindən məhpum olmuşdur. Bu hallar nəzərə alınmaqla iddiaçı tikdiyi binanın birinci mərtəbəsində müvafiq ölçüdə qeyri-yaşayış sahəsi vermək əvəzinə, cavabdehə məcburi olaraq yaşayış sahəsi təklif edir ki, bu da onu tam əlverişsiz vəziyyətə salmaqla mənafeyimə uyğun deyildir. Halbuki iddiaçı Cavabdeh1 və digər sakinlərin birinci mərtəbədə yerləşən mənzillərini yerində tikəcəyi binanın birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahələrini olduqca baha qiymətə satıb külli miqdarda qazanc əldə etmək məqsədi güdür. Belə ki, onun cavabdehə təklif etdiyi mənzill ə satacağı qeyri-yaşayış obyektinin qiymətləri arasında çox böyük fərq vardır. Bu isə müqavilə bağlayan tərəflərin birinin, yəni tərəf kimi cavabdehin qanun qarşısında bərabərlik hüququnun pozulmasıdır. Məhkəmə bir tərəfdən guya cavabdehin qayğısına qalaraq işdə olan şübhəli ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin mənzili qəzalı, yaşayış üçün yararsız vəziyyətdədir, ona görə də Cavabdeh1 "xxxx" MMC-nin diktə etdiyi şərtlərlə onunla müqavilə bağlamalıdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh mənzilin bilavasitə Faiq Yusifov küçəsinə baxmaqla binanın birinci mərtəbəsində yerləşir. Zərurət yaranacağı təqdirdə cavabdeh öz vəsaiti hesabına mənzilini tam təmir edə bilərdi, bunu Cavabdeh1 əvəzinə "xxxx" MMC-nin etməsinə heç bir zərurət yox idi. Hətta cavabdeh istəsəydi mənzili qanuni yolla qeyryaşayış sahəsinə də çevirib icarəyə verməklə ailənin dolanışığını təmin edə bilərdi. Halbuki, birinci mərtəbədə yerləşən mənzilinin əvəzinə Cavabdeh1 65 kv metr qeyriyaşayış sahəsini verməkdən imtina edən İddiaçı MMC həmin ərazidə tikəcəyi binanın birinci və ikinci mərtəbələrində olan qeyri- yaşayış sahələrini baha qiymətə satmaqla külli miqdarda qazanc əldə edəcək, cavabdeh isə evlənmə yaşını keçmiş, lakin mənzilsizlik üzündən evlənə bilməyən iki oğluyla birlikdə yenə iki otaqdlı mənzildə yaşamağa məcbur olacaqdır.

33. Apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmiş, iddiaçının xeyrinə olan şübhəli sübutları qəbul etmiş, belə bir əsassız nəticəyə gəlmişdir ki, guya cavabdeh birinci mərt əbədə yerləşən, 3 pəncərəsi küçəyə açılan, obyekt kimi istifadə etməyi planlaşdırdığı tam təmirli mənzilin əvəzinə iddiaçıdan tikiləcək yeni binanın birinci mərtəbəsində qeyriyaşayış sahəsi tələb etməkdə haqlı olmamışdır. "xxxx" MMC-nin cavabdehə təklif etdiyi mənzilin mətbəxinin pəncərəsi olmamaqla yataq otağına birləşdirilmiş studio mənzildir ki, bu da Cavabdeh1 mənafeyinə uyğu gəlmir (layihə əlavə olunur). d) Kassasiya şikayətinə etiraz dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.

35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurma q niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

36. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnı z başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıl ması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.3 Apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Cavabdehin və qarşılıqlı iddiaçının kassasiya şikayətində irəli sürdüyü mülkiyyətində olan mənzilin 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməsi və 3 ədəd pəncərənin küçəyə açılması əlamətlərinə görə gələcəkdə qeyri yaşayış sahəsinə çevirmək, müvafiq olaraq qeyri-yaşayış sahəsi kimi gəlir əldə etmək imkanın olması, bu səbəbdən də ona MMC tərəfindən qeyri-yaşyış sahəsinin verilməli olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara əsasən nəticəyə gəlir, məhkəmə qətnaməsi mülahizələrə əsaslanmamalıdır. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 mənzilinin qeyri yaşayış sahəsinə çevirmək üçün hər hansı bir təşəbbüs göstərməsi, müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi, bunun üçün sənədlər toplaması, yaxud rəsmi icazə olmadan belə mənzilindən qeyri yaşayış sahəsi kimi istifadə etməsi və bununla əlaqədar gəlir götürməsinə dair hər hansı sübut təqdim etməmişdir.

50. Apellyasiya məhkəməsi mübahisəni həll edərkən hər iki tərəfin maraqlarının ədalətli təmin olunmasını nəzərə almış, normativ aktlarda göstərildiyi kimi cavabdehə malik olduğu mənzilin 40,9 kv metr sahəsindən əlavə 20 faiz deyil, 61 faiz əlavə sahənin (ümumi sahəsi 66 kv metr olan təmirli 2 otaqlı mənzil) verilməsini təmin etmiş, mənzil təhvil verilənə kimi isə müvəqqəti yaşayış sahəsi ilə əldə etmək üçün cavabdehlərə aylıq 400 manat kirayə haqqı ödənilməsi nəzərdə tululmuşdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi haqlı olmuşdur.

52. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1906/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar