Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4124/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehlər Cavabdeh1 və Şəki şəhəri 2 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi, vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, kəsici müddətlər (etibarsız əqdlərin mübahisələndirilməsi müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1048/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X13 24 dekabr 1999-cu il tarixdə vəfat etmiş, həmin anda mərhumun qanun üzrə 6 nəfər vərəsəsi olmuşdur: arvadı X9 (xx.xx.2012-ci il tarixdə vəfat edib), övladları X14 (xx.xx.2016-cı ildə vəfat etmiş oğlu), X12, X28, Cavabdeh1.
2. X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır.
3. Cavabdeh1 xx.xx.2006-cı ildə notariat ko ntoruna müraciət edərək, mərhum atası X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Ərizədə vərəsələr kimi X9, X6, X12 və İddiaçı göstərilmişdir.
4. X12 və X2 rayon 2 saylı dövlət notariat kontoruna ünvanladığı 22 yanvar 2005-ci il tarixli ərizələrində, X9 06 yanvar 2006-cı il tarixli ərizəsində X10 məsus olan və 21-ci rayon, M.Əliyev küçəsi ev 32 ünvanda yerləşən mülkdən irs payını qəbul etmədiklərini, buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etməyəcəyini bildirmişlər.
5. Həmçinin X16 şəhəri notariat kontoruna yazdığı ərizəsində mərhum atası X10 məxsus olan Şəki şəhəri, M.Əliyev küçəsi 32 saylı evdən ona düşən vərəsəlik payından anası X3 xeyrinə imtina etdiyini bildirmişdir. Vərəsəlik işində olan digər ərizəsində mərhum atası X10 m əxsus olan Şəki şəhəri, M.Əliyev küçəsi 32 saylı evdən ona düşən vərəsəlik payından bacısı Cavabdeh1 Abduləzim qızının xeyrinə imtina etdiyini bildirmişdir.
6. Şəki rayon 2 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 Abduləzim qızına mərhum atası X4 qalan mirasa dair 06 yanvar 2006-cı il tarixli, 2V-İ/02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə miras əmlak kimi Şəki şəhəri M.Əliyev küçəsində yerləşən iki otaqlı mülk qeyd olunmuşdur. Şəki şəhəri, M.Əliyev küçəsi 32 saylı evin üzərində Cavabdeh1 Abduləzim qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat
7. İddiaçı Səmədova X28 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa edilmiş 82,5 kv.m yaşayış evinə dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh1 Abduləzim qızına verilmiş 2V-1/02 reyestr nömrəli, 6 yanvar 2006-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və miras əmlakdan qanun üzrə vərəsələrin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı tələbin dəyişdirilməsinə dair ərizə təqdim edərək, mərhum at ası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m-lik iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh1 6 yanvar 2006-cı il tarixdə verilmiş 2V-1/02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında verilmiş daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin 367 kv. metr torpaq sahəsinə və 82,5 kv.m-lik yaşayış evinə dair xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, miras qalmış əmlaka dair vəsiyyətnamə qoyulmamışdır. Mərhum atasının ölümündən sonra miras qalmış əmlak faktiki olaraq vərəsələri tərəfindən qəbul edilmiş, miras əmlakın sənədləşdirilməsi barədə aralarında heç bir mübahisə olmamışdır. 5 ildən sonra, yəni 16 fevral 2004-cü il tarixdə miras qalmış əmlak atasının adına qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. Bundan sonra anası X9 ona telefonla dəfələrlə zəng edərək X4 miras qalmış əmlakın onun adına sənədləşdirilməsi üçün xeyrinə imtina ərizəsi yazma ğını bildirmişdir. O da yaşadığı ərazi üzrə Bakı şəhəri 39 saylı notariat ofisində atasından ona çatası payından anasının xeyrinə imtina ərizəsi yazıb göndərmişdir. Bundan sonra, daima doğulduğu evə gedib-gəlmiş, bacıları ilə aralarında bu barədə heç bir söz-söhbət olmamışdır. Sonradan Cavabdeh1 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş və müvafiq sənədləri cavabdeh, Şəki rayon 2 saylı notariat ofisinə təqdim etmişdir. Cavabdeh bacısı vərəsələrin dairəsini bilərəkdən gizlətmiş, düzgün məlumat verməmiş, yaşayış yeri üzrə vərəsəlik arayışında qardaşı X11 qeyd etdirməmiş, ərazi üzrə səlahiyyətli orqan “Topqarağac” ərazi nümayəndəliyi cavabdehin deyiminə görə arayış vermiş və notarius da vəzifə səlahiyyətlərindən tam şəkildə istifadə etməmiş, təqdim olunmuş sənədlər i araşdırmadan Cavabdeh1 tam mülkə dair 6 yanvar 2006-cı il tarixdə 2V-1/02 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Miras qalmış əmlak, Şəki şəhəri, Mahmud Əliyev küçəsi 600 kv.m torpaq sahəsində yerləşən, ümumu sahəsi 82,5 kv.m, yaşayış sahəsi 29,1 kv.m, köməkçi sahəsi 53,4 kv.m-dən ibarət 32 saylı mülkdən ibarətdir. Torpaq sahəsi üzrərində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi atası ilə anasının birgə nikahı zamanı tikilmişdir. Anası 5 may 2012-ci il tarixdə vəfat etmişdir. Anasının da vəfatından sonra, doğulub boya-başa çatdığı evdən ona övlad payını bacılarına bildirəndə, Cavabdeh1 “nə vaxt istəyirsən gəl, ata evindir, 1 otağı ata sənə yanımızda vəsiyyət etmişdi” demişdir. Ona əlavə olaraq notarial qaydada təsdiqlənmiş ərizə vermişdir ki, ata mülkünün ¼ hissəsinin dəyəri ona çatır. 2022-ci ildə ona qarşı soyuq münasibəti görəndən sonra notariat arxivinə müraciət etmiş və hazırda qeyd etdiyi məlumatları vərəsəlik işindən bilmişdir. Ona məlum olmuşdur ki, notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair cavabdeh vərəsəlik şəhadətnaməsi almış, mirası tam şəkildə adına sənədləşdirmişdir.
10. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iş üzrə iddiaçı hazırkı iddianı vermək üçün subyektiv hüquqa malik deyillər. İddiaçı və digər vərəsələr mərhum ataları Abduləzim Həsən oğlundan qalan miras paydan imtina etmələri barədə könüllü surətdə notariat kontoruna gedərək müvafiq ərizələr vermişlər. Həmin dövrdən 18 ilə yaxın müddət keçməsinə baxmayaraq, hazırkı bu əsassız iddianı vermişlər. İş materiallarından və iddiaçının izahatında n da aydın görünür ki, indiyədək vərəsələrin arasında miras əmlakla bağlı heç bir mübahisə olmamışdır. Sözügedən əmlak qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmiş, 2015-ci ildə sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin tarixdən də 8 il ötdükdən sonra iddiaçıların hazırki mübahisəni qaldırmaları hüquqdan sui-istifadədir. Odur ki, iddia müddətlərinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının atası sağ olan zaman tərəflər arasında heç bir mübahisə olmamışdır. Ataları vəfat etdikdən sonra vərəsələrdən Aləmzər Ulduz və Seylan analarının xeyrinə miras əmlakdan i mtina etmişlər. Lakin 2015-ci ildə onlara məlum olmuşdur ki, cavabdeh notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi və mülkiyyət çıxarışı almışdır. Vərəsəlik haqqında şəhadətnamə verilən zaman mərhum X7 digər vərəsələrinin olması nəzərə alınmamışdır. Bundan başqa atası sağ olarkən vərəsələrinin iştirakı ilə onlara məxsus həyətdə yerləşən evin iddiaçıya verilməsi barədə vəsiyyət etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək göstərmişdir ki, iddiaçı və digər vərəsələr 2005-ci ildə mərhum ataları Abduləzim Həsən oğlundan qalan miras paydan imtina etmələri barədə notariat orqanına rəsmi ərizə ilə müraciət etmişlər. İndiyədək vərəsələrin aralarında miras əmlakla bağlı heç bir müba hisə olmamışdır. Sözügedən əmlak qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmişdir. Həmin tarixdən də 8 il ötmüş və iddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Odur ki, iddanın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 izahat verərək bildirmişdir ki, cavabdeh 2006-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. 2012-ci ildə anası vəfat etdikdən sonra xəbərləri olmuşdur. 2015-ci ildə aralarında miras əmlakla bağlı mübahisə yarandığından, dəfələrlə müvafiq orqanlara müraciət etmələrinə baxmayaraq, həmin orqanlar tərəfindən onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Həmçinin cavabdehin notariat kontoruna təqdim etdiyi sənədlərdə saxtakarlıq var, digər vərəsələrlə bağlı araşdırılma aparılmadan cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı, bacısı Cavabdeh1 xeyrinə miras əmlakdan imtina etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsi ilə Səmədova X24 iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 24 dekabr 1999-cu il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakları nə faktiki, nə də rəsmi olaraq qəbul etmişdir. Cavabdeh Şəki rayonu 2 saylı dövlət notariat kontoruna müraciət edərək, X1 miras qalmış əmlakları rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına verilmiş vərəsəlik hüququ haqq ında şəhadətnamə əsasında həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı və cavabdeh arasında 2015-ci il tarixdən atalarından qalmış miras əmlakla bağlı mübahisə yaranmış, həmçinin bununla bağlı iddiaçı müvafiq orqanlara müraciət etmişdir. Eyni zamanda iş üzrə maraqlı şəxs Ulduz Qaffarovanın məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, miras əmlakla bağlı Şəki rayon 2 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyini anası vəfat etdikdən sonra, yəni 2012-ci il tarixdə xəbərləri olduğunu bildirmişdir. Bundan sonra isə iddiaçı 15 noyabr 2023-cü il tarixdə araşdırılan mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 2 aylıq müddət ötürülm üşdür.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145.1, 1146, 1159.1, 1243.1, 1243.2, 1246, 1272-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, məhkəmə iddia tələbləri üzrə tam şəkildə araşdırma aparmamış, iş materiallarında olan sənədlər və sübutlar əsasında düzgün nəticəyə gəlməmişdir. Mülki işə əlavə edilmiş notariat sənədləri tədqiq edilməmiş, Şəki rayon 2 saylı notariat ofisi cavabdeh qismində işə cəlb edilsə də, məhkəmə notariusun nümayəndəsinin iştirakını təmin etməmişdir. 13 vərəqdən ibarət mülki işə əlavə etdiyi notariat sənədləri saxtalaşdırıldığına baxmayaraq, məhkəmə tərəfindən bu yönümdə heç bir tədbir görülməmişdir. Miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən, həmin zaman sağ olmuş qanun üzrə vərəsə X15 bilərəkdən vərəsəliyə çağırılmamışdır. Məhkəmə tərəfindən miras əmlakın tam həcmi müəyyən edilməmişdir. X8 oğlu və qızı 3cü şəxs qismində işə cəlb olunsalar da, məhkəmə bu barədə ümumiyyətlə heç bir fikir irəli sürməmişdir. Mülki işə cəlb olunmuş maraqlı şəxs X5 və nümayəndəsinin fikirləri təhrif olunmuş qaydada qətnamədə göstərilmişdir. Miras əmlakın hazırkı durumu barədə məhkəməyə vəsatətlər verilsə də, t əmin olunmamışdır. Məhkəmə qətnamənin əsaslandırıcı və nəticə hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı miras əmlakın yerləşdiyi yer üzrə notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Ərizə ilə yaşadığı yer üzrə Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmiş, lakin ərizəçinin şəxsiyyəti və imzası notarius tərəfindən təsdiq olunmamışdır. Buna baxmayaraq, ərizədə düzəliş, pozuntu, saxtakarlıq aşkar edildiyi üçün məhkəmə tərəfindən ərizə etibarsız hesab edilə bildiyi halda və Şəki rayon 2 saylı notarit ofisi də bilərəkdən saxtakarlığa göz yumduğundan, notarius barəsində heç bir tədbir görülməməsi maddi hüquq normalarının tələblərinin pozuntusu hesab edilməlidir. Məhkəmə cavabdehin onun bacısı olmasını, bu vaxta qədər onunla aralarında olan münasibətləri, davranışlarını, onun daima mərhum valideynlərinin qayğısına qalmasını, onların qulluğunda durmasını, məhkəməyə müraciət edənədək (iş materiallarında olan sənədlərlə təsdiq olunur) sərbəst şəkildə miras qalmış evə getməyi, orada qalmağı hallarına düzgün qiymət verməmiş, sonda səhv nəticəyə gəlmişdir Məhkəmə prosesində təqdim etdiyi rəsmi sənədlər, miras əmlakın ardıcıllıqla kimlərə məxsus olması, qanun üzrə verilmiş vərəsəlik şəhadətnaməsində göstərilən əmlakın üzərində başqa şəxslərin mülkiyyətinin olub-olmaması (miras qoyan şəxsə aid sənədlər, əmlaka dair texniki göstəricilər və b.) barədə verilmiş vəsatətlər məhkəmə tərəfindən qəbul edilsə də, hərəkətsiz saxlanılmışdır.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1048/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Mehdi yev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki rayon 2 saylı notariat ofisi cavabdeh qismində işə cəlb edilsə də, məhkəmənin notariusun nümayəndəsinin iştirakını təmin etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan birinci instansiya məhkəməsinin 20 noyabr 2023-cü il və 18 yanvar 2024-cü il tarixli bildirişlərindən görünür ki, ünvan 3 ünvanlanmış həmin bildirişlərdə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar öz əksini tapmışdır. İş üzrə qəbul edilən məhkəmə aktı işdə iştirak edən digər şəxslərlə yanaşı cavabdeh notariat orqanına da göndərilməsinə baxmayaraq, həmin təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair iddiaçının apellyasiya şikayətində istinad etdiyi halı mübahisələndirməmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən miras əmlakın tam həcminin müəyyən edilməməsinə, miras əmlakın hazırkı durumu barədə məhkəməyə vəsatətlər verilsə də, təmin olunmamasına, məhkəməyə müraciət edənədək sərbəst şəkildə miras qalmış evə getməyi, orada qalmağı hallarına düzgün qiymət verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbində yalnız bir əmlakla, yəni Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlaka dair Cavabdeh1 2V1/02 reyestr nömrəsi ilə 6 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vər əsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənəd mübahisələndirilmiş, mirasın kütləsinə daxil olan digər hər hansı bir əmlak, həmçinin miras əmlakın hazırkı durumu, mirasdan kimin istifadə etməsi ilə bağlı məsələlər mübahisənin predmetini təşkil etməmişdir. İddia tələbi üzrə mübahisələndirilməyən bir məsələnin məhkəmə tərəfindən özbaşına və yaxud da vəsatət şəklində müzakirə edilməsi qanunvericiliyin tələbinə zidd olan bir haldır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilmiş şifahi izahatların təhrif olunmuş qaydada göstərilməsi, maraqlı şəxs X5 və nümayəndəsinin fikirlərinin təhrif olunmasına dair dəlillərini də əsaslı hesab etməyərək bildirmişdir ki, iş materialları öyrənilərkən işdə iştirak edən şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsində əksini tapmış izahatlarının birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarındakı izahatları ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Lakin işdə iştirak edən şəxslərdən hər hansı birinin izahatının təhrif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına qeyd verməsi halı müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 3-cü şəxs qismində cəlb edilən şəxslərin mərhum atalarına çatan paydan məhrum olmalarına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəm ə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Apellyatorun qeyd etdiyi üçüncü şəxslərin həmin məsələni mübahisələndirib-mübahisələndirməmələri qeyd edilən üçüncü şəxslərin səlahiyyətində olan bir məsələdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən “vərəsəlik arayışı” notariat ofisinə təqdim edilərkən vərəsələrin dairəsinin gizlədilməsi, X8 bilərəkdən vərəsəliyə çağırılmaması, notariat sənədləri saxtalaşdırıldığına baxmayaraq, məhkəmə tərəfindən bu yönümdə heç bir tədbir görülməməsi, nəticədə sağ olan vərəsənin sağlığında miras əmlakdan məhrum olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, 2015-ci ildə onlara məlum olmuşdur ki, cavabdeh notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi və mülkiyyət hüququna dair çıxarış almışdır. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 mübahisələndirilən şəhadətnamənin tərəflərindən notariat orqanından 1 avqust 2023-cü il tarixdə rəsmi qaydada alındığını, bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərsə də, hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə 1 avqust 2023-cü il tarixdən də 3 aydan artıq bir müddə tin keçməsindən sonra, yəni 15 noyabr 2023-cü il tarixdə verilməsi müəyyən edilmişdir. Beləliklə iddiaçı 2V-1/02 reyestr nömrəsi ilə 6 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən 2 aydan da əvvəldən xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 15 noyabr 2023-cü il tarixdə elektron qaydada təqdim edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. Bu baxımdan birinci instansiya məhkəməsi şəhadətnamənin verilməsinə səbəb olan imtina ərizəsinin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilməməsi, iddiaçının qanunda müəyyən edilmiş 2 aylı q müddəti ötürməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsi, bundan sonrakı tələblərin də ilkin tələbdən törəmə tələblər olmaqla ümumilikdə iddianın rədd edilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq etməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyə rləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Sovet Sosialist Respublikasının 11 sentyabr 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 527, 528, 532, 556-cı, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1151.1, 1243.1, 1272, 1321.3, 1322-ci maddələrinə, “Notariat haqqında” Qanunun 59-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsinin 4.1, 5.1-ci maddələrinə, “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsinin və apell yasiya şikatətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR Mülki Məcəlləsi (11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş)
31. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdir ilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
32. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
33. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
34. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
35. Maddə
552. Mirası əldə etmək ü çün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
36. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsd iq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab ol unur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instans iya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab e dərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
50. Baxılan işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktik halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.
51. İddiaçı hazırki məhkəmə mübahisəsində atasından miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və bu məqsədlə aşağıdakı tələbi irəli sürür: Cavabdeh1 6 yanvar 2006-cı il tarixdə verilmiş 2V-1/02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında verilmiş daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin 367 kv. metr torpaq sahəsinə və 82,5 kv.m-lik yaşayış evinə dair xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması.
52. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
53. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq nor malarının məcmusudur.
54. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
55. Baxılan iş üzrə mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsi vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən etmişdi və mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı.
56. Formalaşm ış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları qəbul olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
57. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müə yyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
58. Baxılan iş üzrə müəyyən edilmişdir ki, iddiaçı atasından qalan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onun atasından qalan mirasdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. İddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilm əklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessua l hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1048/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.