Məhkəmə qərarları › İş №2(102)-4126/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4126/2023

20.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4126/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun məruzəsi ilə, Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi,ev 32, 4 saylı 2 otaqlı mənzilin yaşayış sahəsi 19,5 kv.metr olan 1 otağının ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə X2 adına qeydə alınmışdır.

2. X5 öz payını 19 dekabr 2012-ci il tarixli bağışlama müqaviləsi ilə X8 bağışlamışdır. 13 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən həmin hissə 26 may 2022-ci il tarixdə İddiaçı (bundan sonra mətndə “iddiaçı”) adına keçmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi t ərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi,ev 32, 4 saylı 2 otaqlı mənzilin yaşayış sahəsi 19,5 kv.metr olan 1 otağının ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının, həmin otağın qalan ½ hissəsi X6, yaşayış sahəsi 21 kv.metr, köməkçi sahəsi 29 kv.metrdən ibarət olan 1 otağı isə X1 adına mülkiyyət hüququ ilə qeydə alınıb.

4. X5 xx.xx.2017-ci il tarixli etibarnamə ilə bütün əmlakının idarə edilməsi üçün Cavabdeh (bundan sonra mətndə “cavabdeh”) səlahiyyət vermişdir.

5. Ölüm haqqında AZ–İİ 091543 saylı şəhadətnamənin surətinə əsasən X5 06 iyul 2020-ci il tarixində vəfat etmişdir.

6. Cavabdeh mübahisədə adı keçən mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat

6. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, mənzil 4-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, mənzil 4-də yerləşən iki otaqlı mənzil iddiaçının mülkiyyətindədir. Mənzil iddiaçıya mərhum anasından qalmışdır. Həmin mənzilə bacısı Səbinə Məmmədova və 2 azyaşlı uşaqları da payçıdırlar.

8. İddiaçının cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. Ev 2 otaqlı olduğundan mənzildən sərbəst istifadəsinə problem yaranır. Cavabdehin həmin mənzildən heç bir formada istifadə hüququ yoxdur. Bir yerdə yaşamaları mümkünsüzdür. İddiaçı cavabdehə heç vaxt istifadə hüququ verməmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki M əcəllənin 152, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin (1982-ci il) 123-cü maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi X3 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.

11. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, evə məxsus məlumatlar çıxarışda olan məlumatlarla uyğun deyil, belə ki, çıxarışda evin sahəsi düzgün göstərilməyib. X12 uzunmüddətli xəstə olduğu üçün ona cavabdeh baxmışdır. xx.xx.2020-ci il tarixdə Oksana vəfat etmiş və onu cavabdeh dəfn etmişdir. Oksananın Larisa adında xalası qızı olmamışdır. İş materiallarından da görünür ki, cavabdeh Oksananın köməkçisi təyin edilmişdir. Oksana cavabdehə etibarnamə vermiş, cavabdeh Oksana ilə birlikdə yaşamışdır. Oksana evi kiməsə bağışlamaq istəsəydi, bu barədə cavabdehə deyərdi.

12. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 bildirmişdir ki, mübahisədə adı keçən mənzildə yaşamır. Həmin mənzilə bəzən gəlib baxırlar. Mənzildə Oksana, Larisa və Larisanın övladları yaşayırdılar. Cavabdeh Oksana ilə sevgilisi kimi birlikdə yaşayırdı. Onlar evli deyildirlər. Keçən il orada olanda cavabdeh onlardan həmin evdə qalmağı xahiş etmişdir. Qış ayı olduğu üçün cavabdehə kirayəçi kimi qalmağa icazə vermişlər. Cavabdeh yaza kimi qalacağını, sonra gedəcəyini bildirmişdir.

13. Bakı şəhəri Səbail Rayon məhkəməsi xx.xx.2022-cü il tarixli, 2(009)-1735/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, mənzil 4-dən çıxarılması, iddiaçı tərəfind ən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Şəhla Süleymanova)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh həmin mənzildə yaşayır.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanındığı imkanından istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin mübahisəli mənzilə hər hansı hüququ yoxdur.

16. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi etibarnaməy ə münasibət bildirərək qeyd etmişdir ki, etibarnaməni vermiş şəxsin 06 iyul 2020-ci il tarixində ölməsi ilə Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələblərinə əsasən etibarnaməyə xitam verilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

18. İş üzrə cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apell yasiya şikayətinin dəlilləri belə olub: - mərhum Oksananın ailəsi, övladı olmayıb, o, uzunmüddətli xəstə idi. 5 ildən çoxdur ki, cavabdeh ona baxmış, bütün yeməyini, dərmanını, bir sözlə bütün ehtiyaclarını ödəmişdir. Bütün kommunal xərcləri cavabdeh öz adına ödəmişdir. xx.xx.2020-ci il tarixdə Oksana vəfat etmiş və onu cavabdeh dəfn etdirmiş, bütün dəfn mərasimini və digər xərcləri öz şəxsi vəsaiti hesabına cavabdeh qarşılamışdır; - Oksana sağ olarkən heç bir qohum, tanış gəlib maraqlanmayıblar. Cavabdeh Oksananın köməkçisi təyin edilmişdi, ona etibarnamə vermiş, onunla birlikdə yaşamışdır, əgər Oksana evi kiməsə bağışlamaq istəsəydi, ona deyərdi.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-915/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-1735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov),

21. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, işin mübahisəsiz hallarına görə Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

22. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, mərhum X5 mübahisəli mənzilin mülkiyyətçisi olmamışdır, həmçinin etibarnamə mənzilə dair hər hansı hüquq müəyyən etmir, bundan başqa, 06 iyul 2020-ci il tari xdə etibarnaməni vermiş şəxsin ölməsi ilə Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələblərinə əsasən etibarnaməyə xitam verilmişdir. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri:

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə Oksana Filimonova ilə 2015-ci ildən bir mənzildə yaşayıb, birgə təsərrüfat aparıb, faktiki onun ailə üzvü olub. Mənzilə dair kommunal xərcləri öz adına ödəyib. Onun mənzilə dair faktiki yaranmış istifadə hüququnu məhkə mə nəzərə almamışdır. Məhkəmə cavabdehin hüquqlarını müzakirə etməmişdir.

25. Cavabdehin yaşadığı mənzildən çıxarılması qanunsuzdur. Məhkəmə mülkiyyətçinin – iddiaçının hüquqlarını təmin etsə də, cavabdehin hüquqlarını müdafiə etməmişdir. Məhkəmə tərəflərin bərabərliyi prinsipini pozmuş, araşdırmada ancaq iddiaçının sübutlarına hüquqi qiymət vermiş, cavabdehin təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. hissə İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mül ki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geritələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xi tam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin po zulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

32. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi həmin mənzilin ½ hissəsinin mülkiyyət hüququ ilə ona məxsus olmasına istinad etmişdir.

33. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı mənzilin 1 otağının ½ hissədə mülkiyyətçisidir. Cavabdeh isə heç bir hüququ olmadan hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

34. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hal larına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, cavabdeh mənzilə dair faktiki yaranmış istifadə hüququnun nəzərə alınmamasını bildirsə də, işə mahiyyəti üzrə baxan məhkəmələr cavabdehin belə bir hüququnun olmasını müəyyən etməmişlər. Eləcə də cavabdehin istinad etdiyi etibarnaməyə məhkəmələr qiymət vermişlər. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, bu dəlillər iddianın rədd edilməsi üçün əsas olmamışdır.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar