Məhkəmə qərarları › İş №2(102)-4127/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4127/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4127/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Ərizəçi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxsaylı qətnaməsindən Ərizəçi kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.R.Burcayev) ərizəçi X2 “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilib. Ərizəçi qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxsaylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Ərizəçi qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərək, onun 28 avqust 1998-ci il tarixdə Rusiya Federasiyası, Çeçenistan Respublikası, Qroznı şəhərində 18 fevral 1980-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X4 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onun la əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Ərizəçi və vəkili xx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Maraqlı şəxslər 05 saylı Bakı “Asan Xidmət” X3, Bakı şəhəri, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərd ar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, ərizənin əsassız olmasına, ərizəni rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 305.1.1, 306.1, 310-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edi b, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, ərizəçi iddia edir ki, o 28 avqust 1998-ci ildə Rusiya Federasiyası, Çeçenistan Respublikası, Qroznı şəhərində anadan olub. X9 xxx 18 fevral 1980-ci ildə Rusiya Federasiyası, Çeçenistan Respublikası xxx kəndində anadan olub və hazırda Rusiya Federasiyasının vətəndaşıdır. X7 Ramazanoviç 25 sentyabr 1962-ci ildə Gürcüstan Respublikası, x şəhərində anadan olub, lakin həmin ölkənin vətəndaşı deyil. O, 1986-cı ildə Rusiya Federasiyası, Çeçenistan Respublikasına gedərək orada yaşamağa başlayıb. Valideynləri 1996-cı ildə tanış olub və evləniblər (onlar nikaha daxil olmayıblar). Onları n evliliyindən 28 avqust 1998-ci ildə o, doğulub və anasının deməsinə görə o, Rusiya Federasiyası, Çeçenistan Respublikasında anadan olsa da, orada onun doğum faktı qeydə alınmayıb. Belə ki, 1998-ci ildə ölkədə iğtişaşlar davam etdiyi üçün Çeçenistanda fövqəladə hal rejimi tətbiq olunub. Bu səbəbdən də onun doğum faktının qeydiyyata alınması mümkün olmayıb. 1999-cu ildə 2-ci Çeçen müharibəsi başladığı üçün həmin ilin oktyabr ayında ölkədən qaçaraq Gürcüstan Respublikasına gedib. 2000-ci ilin mart ayında qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlib. Həmin vaxtdan Azərbaycan Respublikasında yaşayır və qaçqın kimi BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədir. Anası heç bir yerdə işləmir, atası elektrikdir və hazırda fərdi əməklə məşğuldur. 2005-ci ildə Bakı şəhəri, C. Cabbarlı adına 187 saylı tam orta məktəbin 1-ci sinifinə gedib və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün məktəbə həmin vaxt BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilən himayə sənədi əsasında getdiyi üçün onun həm ümumi orta təhsil haqqında şəhadətnaməsində, həm də tam orta təhsil haqqında attestatında soyadı Kavtarov kimi qeyd olunub. Belə ki, 2001-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət etdikləri zaman ailəsindən heç kimin şəxsiyyətini təsdiq edən sənədi yox idi. Anası faktiki nikahda olduğu şəxsin soyadına uyğun olaraq xxxkimi özünü təqdim etmişdi (baxmayaraq ki, atasının doğum haqqında şəhadətnaməsində soyadı Marqoşvili kimi qeyd edilib, onun təhsil haqqında şəhadətnaməsində və hərbi bile tində soyadı ata babasının soyadına uyğun olaraq Kavtaroşvili kimi qeyd edilib. Ona görə də anası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına qeydiyyata alınarkən özünü xxx kimi təqdim edib. Bu səbəbdən də onlara verilən himayə sənədində soyadlarının anasının verdiyi şifahi məlumata əsasən “Kavtarova/Kavtarov” kimi qeyd edilib. Anası 2015-ci ildə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən pasportla təmin edildikdən sonra həmin pasporta uyğun olaraq himayə sənədində onların soyadları dəyişdirilərək “Kavtarova/Kavtarov” soyadı “Betsieva/Betsiev” soyadı ilə əvəz edilib. Orta məktəbi bitirdikdən sonra şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün təhsilini davam etdirə bilməyib. Rusiya Federasiyası, Çeçenistan Respublikası, VVAQ İdarəsinin arayışına görə 2005-ci ilədək VVAQ İda rəsinin arxivi tamamilə məhv edilib. Bu səbəbdən də onun doğum faktının qeydə alıb-alınmamasna dair məlumat əldə etmək mümkün olmayıb. Bundan sonra, Maraqlı şəxs1nə müraciət edərək, onun 28 avqust 1998-ci ildə Rusiya Federasiyası, Çeçenistan Respublikasında X4 (X7 olmaqla) doğulması faktının qeydə alınaraq onun adına “doğum haqqında” Şəhadətnamə verilməsini xahiş edib. Lakin Maraqlı şəxs1 əsassız olaraq bundan imtina edib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədinə əsasən Aslambek Betsıev 28 avq ust 1998-ci ildə Rusiya Federasiyasında doğulub və ona qaçqın statusu verilib. Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 23 avqust 2019-cu il tarixli arayışına görə 28 avqust 1998-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Aslambek Betsıev 07 mart 2019-cu ildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib və 30 iyun 2021-ci ilədək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalanda yerləşən, 622 saylı evə olduğu yer üzrə qeydiyyata alınıb. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərl ə iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması üçün əsas ola bilməz. Belə ki, əvvəla ona görə ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi faktı dolayısı ilə də olsa təsdiq edən sənədlər, o cümlədən BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin təqdim etdiyi sənədlər var. Ərizəçi nin son olaraq istəyi və arzusu doğulduğu ölkəyə, yəni Rusiya Federasiyası Çeçenistan Respblikasına getmək və həmin ölkənin vətəndaşlığını əldə etməyə nail olmaqdır. Lakin, bunun üçün də qanuni əsas olmalıdır. Ərizəçinin bu faktın müəyyən edilməsi yolu ilə istəyi və arzusunun təmin edilməsi isə hüquqa uyğun ola bilməz. Bunun üçün, ərizəçi başqa vasitələrdən (məsələn Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmək və s.) istifadə edə bilər. Lakin o, məqsədinə nail olmaq üçün doğru yol seçməyib. Digər tərəfdən, ərizəçi tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməyib, eləcədə ərizədə göstərdiklərinə dair mötəbər dəlillər gətirməyib. Belə ki, ərizəçi həqiəqətən 28 avqust 1998-ci ildə Rusiya Federasiyası, Çeçenistan Respubli kası, Qroznı şəhərində 18 fevral 1980-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X4 doğulmuşdursa, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməlidir. Təqdim edilən sənədlərdə göstərilənlər isə ərizəçinin müəyyən edilməsini istədiyi faktı təsdiq edən inandırıcı və ağlabatan məlumatlar deyildir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, ərizəçinin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ərizəçiyə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni, əsaslıdır və işdə, qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instan siya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Ərizəçi kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxsaylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar