Məhkəmə qərarları › İş №2(102)-4127/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4127/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4127/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4127/2022 (Açar sözlər: pulun və əşyaların qaytarılması tələbi, iddianın qanuni əsasının tapılması) Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1589/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) faktiki ərarvad münasibətlərində olmaqla bir müddət birlikdə yaşamış, sonradan isə münasibətləri pozulmuşdur.

2. Tərəflərin münasibətdə olduqları dövrdə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 64 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) dair cavabdehlə mənzilin əvvəlki payçısı X2 arasında pay haqqının verilməsi haqqında 03 aprel 2018-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə MMC-nin direktoru tərəfindən imzalanmaqla hüquqi şəxsin möhrü ilə təsdiq edilmişdir. Müqavilədə mənzilin pay haqqı kimi 29.000 manat göstərilmişdir.

3. Bundan sonra, 04 aprel 2018-ci il tarixdə X2 ilə cavabdeh arasında n otarial qaydada mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmış və həmin müqavilədə mənzilin ümumi dəyəri 39.920 manat göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin dəyəri olan 47.000 manatın; mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat maddi ziyanın; həmin mənzilin içərisində yerləşən – dəyəri 1250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu, dəyəri 1217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 ma nat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, dəyəri 1248 manat olan 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamok lu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya - 300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət - 2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar (1740 manat), Hoffmann 3450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların, həmin əşyalar olmadığı halda onların 23.137 manat məbləğində dəyərinin, həmçinin mübahisəli mənzildə olan ona məxsus 4500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunl a əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ildə tanış olmuş, tanışlıq getdikcə yaxın münasibətə çevrilmişdir. Rəsmi nikahda olduğu arvadı cavabdehlə münasibətindən xəbərdar olduqdan sonra aralarında münaqişə yaranmış, buna görə də, birgə nikah dövrünə düşməməsi üçün öz adına heç bir daşınmaz əmlak almamış, cavabdehə etibar etdiyindən Rüfət adlı şəxsin vasitəçiliyi ilə mübahisəli mənzili tam təmirsiz vəziyyətdə 47.000 manata cavabdehin adına almış, yüksək səviyyədə təmir etdirmiş, mənzil bir otaqdan üç otağa yığılmış, qaz, su, elektrik xətləri çəkilmiş, sayğaclar, kanalizasiya sistemi qurulmuş, təmir üçün lazım olan bütün avadanlıqlar alınmış, kombi sistemi çəkilmişdir. Ümumilikdə, mənzili təmirli vəziyyətə gətirmək üçün 25.650 manat sərf etmiş, həmçinin, mətbəx mebeli yığdırmış, mebel dəs ti (yataq və qonaq otağı mebeli), tələbdə sadalanan məişət əşyaları almış, mənzilin təmiri üçün "xxxx" ASC-dən kredit və “Birkart” adlanan kartdan yüksək məbləğlərdə pul götürmüş, lakin sonradan cavabdehlə münasibətləri pisləşdiyindən öz evindən qovulmuşdur. Yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilə onun adına olmaqla mənzildən çıxarıldığı günədək bütün kommunal borcları ödəmişdir. Bundan əlavə, münasibətdə olduqları dövrdə tərəfindən cavabdehə müxtəlif qızıl-zinət, geyim əşyaları, telefonlar və s. alınmışdır.

6. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin vəkil sorğusuna 04 iyun 2020-ci il tarixli, 02/69 saylı cavab məktubuna əsasən, mübahisəli mənzilin payçısı əvvəllər X2 olmuş, daha sonra həmin şəxs notarial qaydada öz payından imtina etmi ş və onunla cavabdeh arasında 03 aprel 2018-ci il tarixdə pay haqqının verilməsi haqqında yeni müqavilə bağlanmışdır. Müqavilədə mənzilin dəyəri 29.000 manat qeyd olunsa da, bu məbləğ ilkin payçının pay haqqının dəyəri olmuş, lakin satış zamanı ona iddiaçı tərəfindən 47.000 manat ödənilmişdir. Mənzilin payçısı iddiaçı olsa da, faktiki sahib kimi iddiaçını tanımışlar. Mənzil tam təmirsiz əldə edildikdən sonra iddiaçı tərəfindən təmir işləri aparılmış, təmir xərcləri onun tərəfindən ödənilmişdir. Mənzil alındığı gündən 2020-ci ilin aprel ayınadək iddiaçı və cavabdeh orada ər-arvad kimi yaşamışlar. Hazırda mənzildə cavabdeh iki azyaşlı uşağı ilə birlikdə yaşayır. 7. “X6” mağazası ilə iddiaçı arasında bağlanmış 26 iyul 2018-ci il tarixli müqaviləyə görə, ümumi dəyəri 6120 manat olan bir dəst y ataq mebeli və qonaq mebeli dəsti iddiaçı tərəfindən alınmış və dəyəri tam şəkildə ödənilmişdir; "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilələrə əsasən, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət; İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət-2104 manat; Hoffmann 3450 markalı mini soba (99 manat); 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 1248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; dəyəri 1217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC18/HEB+yeni qızıl zəmanət) kondisioner; ümumi dəyəri 1379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu; 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor alınmış və məhsulların dəyəri tam şəkildə ödənilmi şdir.

8. İddianın təmin tədbiri barədə məhkəmə qərarının icrası mərhələsində icra məmuru tərəfindən 18 adda əşya siyahıya alınmış və bu barədə akt tərtib edilmişdir.

9. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 10/3489 rəyinə əsasən, mübahisəli mənzil üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 17.104 manat məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, mübahisəli mənzilin dəyəri ona iddiaçı tərəfindən ödənilmiş, cavabdehi ilk dəfə müqavilə ilə bağlı notariat kontoruna gedərkən görmüş, mənzili təmirsiz vəziyyətdə satmışdır.

11. Digər şahid X3 ifadəsin də iddiaçıya məxsus olduğunu bildirdiyi həmin mənzildə usta kimi işləmiş, mənzil tam təmirsiz vəziyyətdə olmuş, onlar tərəfindən təmir edilmişdir. Mənzilin neçənci mərtəbədə yerləşməsini xatırlamır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 nömrəli, 23 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin edilərək, cavabdehdən mübahisəli mənzilin dəyəri olan 47.000 manatın, mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manatın, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducunun və dövlət rüsumuna görə ödə nilmiş 19 manatın alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumunun kəsrini təşkil edən 11 manatın iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 65 manatının cavabdehdən, qalan 35 manatının isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qeyri-rəsmi münasibətlər mövcud olmuş, bu münasibətlər əsnasında əmlak əldə edilmişdir. Tərəflərin rəsmi nikah münasibətləri olmadığından əldə edilmiş əmlak tərəflərin birgə əmlakı hesab edilə bilməz. Nə qədər ki, cavabdeh tərəfindən əmlakın iddiaçının vəsaiti hesabına əldə edilməsini təkzib edən hər hansı sübut təqdim edilməmişdir, iddiaçı tərəfin təqdim etdiyi sübutlardan irəli gələrək məhkəmə əsassız varlanma ilə bağlı normaların müddəalarını hazırkı işə tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil iş üzrə iddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilməklə alınmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Belə olan halda, iddiaçı dəyərini tam ödədiyi mənzil üzərində hər hansı pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə əksinə olaraq iddiaçının hesabına varlanmışdır. Ona görə də, cavabdehdən mənzilin dəyəri olan 47.000 manat alınaraq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat maddi ziyan tələbini araşdıraraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçı tərəfindən tam təmirsiz vəziyyətdə alınmış, iddiaçı mənzildə təmir işləri aparmış, təmir xərcləri onun tərəfindən ödənilmişdir. İşdə ol an qaimə-fakturalarla və təhvil-təslim aktları ilə təmir xərclərinin ödənilməsi təsdiq olunur. Mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi sübut qismində qəbul edilməli, cavabdehdən mübahisəli mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manat alınıb iddiaçıya ödənilməlidir.

15. Bundan başqa, məhkəmə araşdırması zamanı iddia ərizəsində qiyməti göstərilməklə sadalanan 18 adda əşyanın cavabdehin yaşadığı mübahisəli mənzildə olması aşkar edilmiş, iddiaçı həmin əşyaların onun vəsaiti hesabına əldə edildiyini qeyd etsə də, sübutları yalnız əşyaların bir hissəsi üçün təqdim edə bilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu iddiaçı tərəfindən dəyəri ödənilməklə alınmışdır. İddiaçının tələb etdiyi bu əşyalar cavabdehin yaşadığı mənzildə olduğundan mülkiyyətçinin sahibliyindən çıxmış və cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilmişdir. Belə olan halda, həmin əşyalar cavabdehdən alınaraq iddiaçıya təhvil verilməlidir.

16. Məhkəmə tələb olunan digər əşyalara (o cümlədən 4500 manat məbləğində pula) münasibətdə isə iddianı rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, etiraf olunmayan həmin əşyaların mövcudluğunu, dəyərini və onların hazırda cavabdehdə olduğunu sübut etmək vəzif əsi iddiaçının üzərinə düşsə də, iddiaçı bu əşyaların həqiqətən onun tərəfindən alınması və (və ya) ona məxsus olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 157.5, 386, 1091, 1092.1, 1092.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.

19. Şik ayət onunla əsaslandırılmışdır ki, məhkəmə 23 adda digər əşyaların və mübahisəli mənzildə olan iddiaçıya məxsus 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbini rədd edərkən əsassız olaraq bu əşyalar barədə mülkiyyət hüququna dair heç bir sənəd təqdim etməyən cavabdehin mövqeyindən çıxış etmiş, bu hissədə işə aid və mötəbər sübutlarla təsdiq olunan faktlar qətnamədə əks etdirilməmiş, həmin hissədə iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamışdır.

20. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosesin vaxtı barədə cavabdeh və nümayəndəsi lazımi qaydada məluma tlandırılmamış, maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş, yalnız iddiaçının əsassız və heç bir sübutla təsdiq olunmayan iddialarına əsasən onun xeyrinə qətnamə çıxarılmışdır. Birgə yaşadıqları dövrdə iddiaçı tərəfindən cavabdehin yaşadığı evə hədiyyə olaraq mebellər və bir sıra məişət əşyaları alınmışdır. Həmin əşyaların cavabdehə məxsus evdə olması onların hədiyyə olaraq alındığını təsdiqləyir. Tərəflər arasında Mülki Məcəllənin 673-cü maddəsində nəzərdə tutulmuş heç bir hal baş vermədiyi üçün alınmış hədiyyələrin geri qaytarılması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, mübahisəli mənzilin dəyəri olan 47.000 manatın məhz iddiaçıya məxsus olduğu hər hansı sübutla öz təsdiqini tapmadığı üçün əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq norm ası hazırkı mübahisəyə tətbiq edilə bilməz. Mənzilin pulu cavabdehin özü tərəfindən ödənilmişdir. Ödənişin iddiaçı tərəfindən təhvil verildiyi qəbul edilsə belə, bu, həmin pulun iddiaçıya məxsus olmasına dəlalət etmir. Çünki tərəflər qeyri-rəsmi nikah münasibətlərində olduqlarından pulun iddiaçı tərəfindən təhvil verilməsi tamamilə normal bir haldır. Eyni zamanda, özünün bildirdiyinə əsasən rəsmi nikahda olduğuna görə adına əmlak almayacaq birinin özündən 30 yaş kiçik, daim gərgin münasibətdə olduğu bir xanımın adına mənzil alması ağlabatan deyil. Digər tərəfdən, məhkəmə qətnaməsində tərəflərin faktiki ər-arvad olmasını təsdiq etsə də, aralarındakı əmlak münasibətlərinə qanunsuz olaraq digər hüquq normalarını tətbiq etmişdir. Mübahisəli mənzil cavabdehin sifarişi və vəsaiti hesabına təmir edildikdən sonra, heç kimin adı qeyd olunmayan qaimə-fakturalar və təhvil-təslim aktları saxlanılmış, lakin iddiaçı evdən çıxarkən onları ələ keçirmiş və öz adını əlavə edərək məhkəməyə sübut qismində təhvil vermişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) 2(103)-1589/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən (iddianın təmin olunmayan) hissəd ə tələbini təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikyətinin dəlillərinə münasibətdə isə vurğulamışdır ki, apellyasiya baxışı zamanı cavabdeh mənzilə görə 47.000 manat ödənişin iddiaçı tərəfindən təhvil verildiyini qəbul etmiş, lakin bu pulun ona məxsus olmasını (bu səbəbdən iddiaçı tərəfin mübahisəli mənzilin satın alınması ilə bağlı X1 pulun iddiaçı tərəfindən ödənilməsi faktının müəyyən edilməsi üçün xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində olan təhlükəsizlik kamerası görüntülərinin təqdim edilməsi ilə bağlı notariat ofisinə sorğu verilməsi barədə vəsatəti təmin olunmamışdır) heç yerdə işləmədiyini, mənzilin dəyərini və təmir xərcini qardaşının Rusiyadan göndərdiyini bildirsə də, buna dair hətta 3-c ü məhkəmə baxışı zamanı hər hansı sübut təqdim etməmişdir.

25. Cavabdehin mənzilin təmir xərclərinə aid hissədə dəlilləri (mənzilin onun sifarişi və vəsaiti hesabına təmir edilməsi, bu barədə heç kimin adı qeyd olunmayan qaimə-fakturalar və təhvil-təslim aktları saxlanılması, iddiaçının mənzildən çıxarkən onları ələ keçirməsi və öz adını əlavə edərək məhkəməyə sübut qismində təhvil vermiəsi barədə) isə, formal mülahizələrə əsaslanmış, birinci instansiya məhkəməsi bu hissədə həmin qaimə- fakturaları, təhvil-təslim aktlarını və ekspert rəyini əsas götürməklə düzgün nəticəyə gəlmişdir.

26. Qeyd olunanlardan əlavə, cavabdeh apellyasiya şikayətində mənzildə olan və iddiaçıya verilməsi qət olunmuş 5 adda əşyanın ondan alınaraq iddiaçıya verilməsi hissəsində qətnaməni mübahisələndirsə də, apell yasiya baxışından həmin əşyaların iddiaçı tərəfindən alındığını qəbul etməklə ona verilməsinə etiraz etmədiyini bildirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianın təmin edilməyən hissəsində qətnaməni hüquqi cəhətdən əsaslandırmamış, yalnız öz fərziyyələri və cavabdehin yoxlanılmamış məlumatları əsasında qərar qəbul etmiş, iddiaçının sübutlarını və vəsatətlərini iə nəzərə alınmamış, bununla da, tərəflərin hüquq bərabərliyi prinsipini və iddiaçının hüqu qlarını pozmuşdur.

29. Cavabdeh (Vəkil2) da, kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, birgə yaşadıqları dövrdə iddiaçı tərəfindən cavabdehin yaşadığı evə mebellər və bir sıra məişət əşyaları hədiyyə olaraq alınmış və aralarında Mülki Məcəllənin 673-cü maddəsində nəzərdə tutulmuş heç bir hal baş vermədiyindən hədiyyələrin qaytarılması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

31. Bundan başqa, mübahisəli mənzilin alqı-satqı müqaviləsindən də göründüyü kimi, mənzilin pulu notarial qaydada bank vasitəsilə cavabdeh tərəfindən ödənilmiş, satıcı Nüşabə Bayramaova isə birinci instansiya məhkəməsində mənzilin pulunu, yəni 47.000 manatı cavabdehin ona ödədiyini bildirmiş, lakin mənzil 47.000 manata deyil, 39.920 manata özkəninkiləşdirilmişdir. Mövcud ziddiyyətləri aydınlaşdırmaq məqsədi ilə N.Bayramovanın təkrar dindirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Eyni zamanda, məhkəmə Rüfət Məmmədovu da səlahiyyətlərini təsdiq edən sənədlərin təqdim edilməməsi əsası ilə şahid qismində dindirməmişdir. R.Məmmədov yalnız "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi oduğunu təsdiqləyən sənədləri məhkəməyə gətirməyi unutmuş, dərhal ərizə ilə müraciət edərək evin təmirinin onun rəhbərliyi altında cavabdehin sifarişi əsasında həyata keçirildiyini bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı da R.Məm mədovun "xxxx" MMC ilə əlaqəsi olduğunu, onun vasitəsi ilə mənzil aldığını bildirmişdir. Belə olan təqdirdə onun "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi olduğunu təsdiqləyəcək hər hansı sənədə ehtiyac olmamışdır. Qeyd olunanlar bir daha təsdiq edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının düzgün, hərtərəfli araşdırılması üçün müvafiq şərait yaradılmamış, ümumiyyətlə bundan imtina edilmişdir.

32. Digər tərəfdən, qətnamədə guya cavabdehin mənzilin alınmasına görə pulun həqiqətən də iddiaçı tərəfindən təhvil verildiyini qəbul etdiyi göstərilmişdir. Halbuki, cavabdeh bütün məhkəmə proseslərində yalnız ödənişin özü tərəfindən həyata keçirildiyini israrala təkid etmiş, eyni zamanda, bu xüsusat apellyasiya şikayətində öz əksini tapmış və məhkəmə iclasının videogörüntülərindən də müşah idə etmək olar. Əgər həqiqətən cavabdeh faktı qəbul etmiş olsaydı, faktın etiraf olunması məhkəmə iclasının protokoluna bu barədə imza etməli idi. Göründüyü kimi, məhkəmə tərəfindən MPM-in 106.3-cü maddəsinin tələblərinə də riayət edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh mebel və məişət əşyalarının hədiyyə kimi alındığını qeyd etsə də, iddiaçı həmin əmlakı hədiyyə kimi almamış, özü istifadə etməsi üçün əldə etmişdir. Digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin məktubu, mübahisəli mənzilin keçmiş payçısı olan Nüşabə Bayramovanın izahatları, yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilə və s. bu kimi hallar mənzilin dəyərinin iddiaçı tərəfind ən ödənilməsini açıq-aşkar sübut edir. Cavabdeh əksini iddia etsə də, bu barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh uzun müddət heç yerdə işləməmiş, daimi gəlir yeri olmamışdır. Göründüyü kimi, cavabdehin mənzil almaq və ya təmir etdirmək üçün heç bir gəlir mənbəyi olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öh dəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağı şlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

40. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsas sız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

44. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bötövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd olunmuş (tələb olunan mebel və məişət əşyalarının bir qisminə aid) hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən həmin hissədə tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Ona görə də, iddianın rədd olunmuş hissəsind ə apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayan iddiaçının kassasiya şikayəti rədd edilməli, qətnamə bu hissələrdə qüvvəsində saxlanılmalıdır.

57. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə iddianın təmin olunmuş (mənzilin dəyərinin, təmir xərcinin, 5 adda mebel və məişət əşyalarının, onlar olmaqdıqda dəyərinin qaytarılması) hissələrində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

58. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və fakt iki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

59. Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

60. Baxılan işin mübahisəsiz hallarından görünür ki, tərəflər faktiki münasibətlərdə olduqları dövrdə, cavabdehin adına mübahisəli mənzil a lınmış, təmir edilmiş, mebel və məişət əşyaları ilə təmin edilmişdir.

61. İddiaçı sözügedən əşyaları öz vəsaiti hesabına aldığını, həmçinin mənzilin təmir xərclərinin onun tərəfindən çəkildiyini bildirir, cavabdeh isə iddiaya etiraz edərək, mənzilin özü tərəfindən alındığını və təmir edildiyini, tələb olunan mebel və məişət əşyalarının bir qisiminin iddiaçı tərəfindən münasibətdə olduqları dövrdə ona hədiyyə edildiyini, qalanlarını isə öz vəsaiti hesabına aldığını deyir.

62. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianın təmin olunmuş hissəsində mövqelərini belə əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə arasında olan faktiki münasibətlər əsnasında əmlak əldə etmişdir. Lakin tərəflərin rəsmi nikahı olmadığından əldə edilmiş əmlak onların birgə əmlakı sayılmaz. Nə qədər ki, cavabdeh tərəfində n əmlakın iddiaçının vəsaiti hesabına əldə edilməsini təkzib edən sübut təqdim edilməmişdir, iddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin əldə etdiyi əmlakın (mənzilin, təmir xərcinin məişət əşyalarının dəyəri əsassız varlanma qaydaları çərçivəsində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı dəyərini tam ödədiyi və təmir etdirdiyi mənzil üzərində pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə iddiaçının hesabına varlanmışdır (§ 13-17, 23-26).

63. Kollegiya, bu mövqe ilə razılaşmır və ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, iddianın təmin edilməsi üçün iddiaçının hanasısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir.

64. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (§ 35-36).

65. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

66. Hazırkı işdə məhkmələr mübahisə predmetlərinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərin mövcud olub-olmadığını araşdırmamışlar.

67. İşdən belə görünür ki, sözügedən mənzilin və digər əşyaların cavabdehə məxsusluğu mübahisə olunmur və iddiaçı, onalara dair hər hansı hüquq iddia etmir. İddiaçı, daşınar və daşınmaz əşyaların əldə olunması (və mənzilin təmiri) üçün vəsaitin onun tərəfindən ödənildiyini bildirir. Əgər məhkəmələr bu xüsusatın iddiaçı tərəfindən sübuta yetirildiyi qənaətinə gəlmişlərsə, mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə verilməsi, yaxud cavabdehin xeyrinə əşya alınması (təmir edilməsi) məqsədilə üçüncü şəxslərə təqdim olunması hərəkətinin hüquqi mahiyyətinə qiymət verməlidirlər.

68. Nəzərə alınmalıdır ki, bir şəxs tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir.

69. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiy yə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (§ 39).

70. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə cavabdehin əmlak əldə etməsi üçün iddiaçı tərəfindən ödənildiyi bildirlən pul vəsaitlərinin bağışlama olub-olmamasını lazımi şəkildə araşdırmamış, bu hala hüquqi qiymət verilməmişdir.

71. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse).

72. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

73. Baxılan işdə iddiaçı, sözügedən əmlakı cavabdehin qazanması üçün verilmiş vəsaiti bağışlama düşüncəsi ilə xərcləmədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (§ 46).

74. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə hədiyyə edilmiş əşyaların və ya onların dəyərinin geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir.

75. Bu əsaslar bağışlamanın etibarsızlığı (§ 34) müqavilənin ləğv olunması (§ 37-38), bağışlamadan imtina edilməsi (§ 40) kimi müxtəlif mahiyyətdə ola bilər. İddiaçının birinci instansiya məhkəməsindəki icraatda bildirdiyi faktiki halların həmin əsaslardan hansına uyğun gəldiyini işə mahiyyəti üzrə baxan məhkəmə yoxlamalı, onlar içərsində mübahisələndirilən hallar üzrə sübutetmə yükünü müəyyən etməli, sonra isə tərəflərin təqdim etdiyi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir (§ 47). Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur.

76. Beləliklə, bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər.

77. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın hə lli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır.

78. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 41-44).

79. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cav abdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

80. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması və ya belə əsasın sonradan aradan qalxması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, müqavilənin ləğvi və ya bağışlamadan imtina sonradan aradan qalxmış müqavilə əsasına dəla lət edir.

81. Göründüyü kimi, cavabdehin sözügedən əmlakı bağışlama müqaviləsi əsasında əldə edib-etməməsinin, əldə etmişsə bağışlama (müqavilə) münasibətlərinin sonradan aradan qalxıb-qalxmamasının yuxarıda göstərilən hüquqi mövqelərə uyğun olaraq aydınlaşdırılması, iddiaya həm də əsassız varlanma qaydaları çərçivəsində hüquqi qiymət verilməsi üçün vacibdir.

82. Buna baxmayaraq, hazırkı iş üzrə mübahisə həll edilərkən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki halları ilə sadalanan maddi hüquq normalarının şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır.

83. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasi bətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 45, 48-49).

84. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 50-51).

85. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissələrində ləğv edilməli, iddia tələbinin həmin hissələrdə yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməli, məhkəmə aktı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1589/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilsin və həmin hissələrdə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar