Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4129/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4129/2022 (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X3 Cavabdehnə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcbur i iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1784/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı X8 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (bundan sonra – “MMC” və ya “cavabdeh”) ilə Kandemir Ahmet (bundan sonra – “iddiaçı”) arasında bağlanmış 17 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə həmin MMC-nin icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.
2. MMC tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlığa əsasən MMC-nin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən xx.xx.2020-ci i l tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcək və onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlığın xx.xx.2020-ci il tarixdən qüvvəyə minməsi bildirilmişdir. 3. "xxxx" MMC-nin nəzdində Köhnə Günəşli” Tibb Mərkəzinin 54 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə mərkəzdə müayinələrdən keçmişdir və ona “işialqiya, lyumbaqo” diaqnozu qoyulmuşdur. Xəstənin səhəti nəzərə alınaraq xx.xx.2021-ci il tarixinə qədər ambulator ev şəraitində müalicə təyin edilmişdir. 4. "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışa əsasən xx.xx.2020ci il tarixdə son haqq hesab 2026.67 manat və əmək haqqı 909 manat iddiaçının hesabına köçürülmüşdür. 5. "xxxx" MMC tər əfindən verilmiş beynəlxalq pul köçürmələri barədə məlumata əsasən iddiaçının adından xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 800 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, ümumilikdə 11300 ABŞ dolları Türkiyə Respublikasına göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddi a ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsaslanan xx.xx.2020-ci il tarixli əmrinin əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının 4700 manatdan hesablanaraq verilməsi, ona vurduğu 30.000 manat mənəvi ziyanın əvəzinin və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əmək müqaviləsi bildirişində onun işə götürülməyi 3 fevral 2020-ci il tarixi göstərilsə də, əslində, iddiaçı MMC-də əmək fəaliyyətinə 2019-cu ilin dekabr ayının 10-dan başlamışdır.
8. İddiaçı Azərbaycan Respublikasında müxtəlif şirkətlərdə işləmişdir və hazırki şirkətə də MMC-nin təsisçisi olan X7 dəvəti ilə gəlmişdir. Onunla olan razılaşmaya uyğun olaraq iddiaçıya hər ay əmək haqqı kimi 5.500 manat ödənilməli idi. Lakin COVİD-19 pandemiyası qarşısının alınması ilə bağlı mağazaların bağlanması ilə əlaqədar əmək haqları aşağı salınmış, o cümlədən iddiaçının öz təklifi əsasında da onun da əmək haqqı 4700 manata endirilmişdir. Həmin məbləğin 1000 manatı rəsmi, 3.700 manatı isə qeyrirəsmi verilmişdir. 9. “Music Gallery” X5 tərəfindən (Elektron ünvan ) xx.xx.2020-ci il tarixdə iddiaçıya göndərilmiş əmək haqqı cədvəli ilə xx.xx.2020-ci il tarixdə icraçı direk tor vəzifəsinə danışılan əmək haqqının 5500 manat, rəsmi əmək haqqının isə 1000 manat olması təsdiq edilir. İddiaçının ilkin olaraq 5500 manat, sonradan isə 4700 manat almağı şirkət daxili sənədləşmələrdə və yazışmalarda öz əksini tapmışdır. İddiaçının fəaliyyəti pandemiya dövrünə düşsə də, bu, heç də şirkətin fəaliyyətinə maneçilik törətməmiş, əksinə, bu müddətdə iddiaçı iki yeni mağazanın açılmasına nail olmuşdur. İddiaçının konkret nəticələr ortaya qoyaraq şirkətin inkişaf etdirilməsinə müstəsna fəaliyyəti olmuşdur.
10. İddiaçı 4 noyabr 2020-ci il tarixdə nahar fasiləsinə yaxın MMC-nin təsisçisi olan X10 tərəfindən heç bir əsas olmadan təhqir və təzyiqlərə məruz qalmışdır. İddiaçı MMC-nin təsisçisinə sakitləşdikdən sonra təkrar onunla danışacağını bildirmişdir. Nahar fasiləsindən qaytıd ıqdan sonra iddiaçı sistemə və mail ünvana girişinin qadağan olunduğunu, kompyuterdən istifadə edə bilməyəcəyini görmüşdür.
11. İddiaçı baş verən hadisədən özünü pis hiss etdiyi üçün 5 noyabr 2020-ci il tarixdə “Medera” hospitalına müraciət etmişdir. Bir müddət müalicə olunduqdan sonra 12 noyabr 2020-ci il tarixdə təkrar işə çıxmışdır. Lakin iddiaçını işə buraxmayaraq bildirmişlər ki, guya o işdən çıxarılmışdır. Ancaq iddiaçıya işdən çıxarılmağına dair əmr təqdim olunmamışdır və bugünə qədər də təqdim olunmayıb. Təkrar səhhətində ağırlaşmalar olduğu üçün iddiaçıya ambulator ev şəraitində müalicə təyin olunmuş və iddiaçı bu barədə şirkət rəhbərliyinə məlumat vermişdir. Sonuncu dəfə iddiaçıya şifahi qaydada 7 dekabr 2020-ci il tarixdə şirkətin hüquqşünası işdən çıxarılmağı barədə məlumat ver mişdir.
12. MMC-nin direktoru Əhəd Əsgərov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 202/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrlə “İcraçı direktor” ştatının ixtisar olunması barədə qərar verildiyindən iddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. MMC-nin 7 dekabr 2020-ci il tarixli əmri tamamilə qanunsuz və əsassız olduğundan, məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçı işdən azad olunarkən MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 13, 70, 73, 77, 78-ci, Mülki Məcəllənin 1096 və 115-ci maddələrinə istinad etmişdir.
14. MMC iddia ərizəsinə yazılı etiraz vermişdi r. Etirazın dəlilləri: - iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq iddiaçıya xx.xx.2020-ci il tarixində sürətli poçt vasitəsilə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Son haqq-hesab və müvafiq məbləğli əmək haqqı iddiaçının əmək haqqı hesabına köçürülmüşdür; - iddiaçının qeyd etdiyi bütün sözlər həqiqətdən kənardır. Əmək müqaviləsi ilə iddiaçının əmək haqqı 1000 (bir min) manat olmuşdur. Son-haqq hesab da onun əmək haqqı nəzərə alınmaqla qanunveri cilikdə nəzərdə tutulmuş qaydada hesablanmış və ödənilmişdir; - iddiaçı tələbini onunla əsaslandırmışdır ki, guya müddətli əmək müqaviləsinin ləğvi ilə bağlı qanunvericilikdə göstərilmiş tələblərə MMC tərəfindən riayət olunmamış və bununla da iddiaçının qanunla mühafizə olunan mənafeyinə zərər dəymişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi əmək müqaviləsinin müddətli və ya müddətsiz olması amilindən asılı edilməyib və bu səbəbdən də imperativ norma MMC tərəfindən AR ƏM-in 77.1-ci maddəsi ilə əlaqəli şəkildə düzgün tətbiq olunmuş və iddiaçı xəbərdarlıq müddətində yazılı etiraz bildirməmiş, nə də könüllü olaraq kompensasiya məbləğini götürməklə əmək münasibətlərinə daha tez xitam verilməsi barədə arzusunu ifadə etməmişdir; - iddiaçıya həmin tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli əmri və əmək kitabçasının əsli MMC tərəfindən sürətli poçt vasitəsilə göndərilmiş, lakin iddiaçı tərəfindən məktubların qəbulundan imtina olunmuşdur.
15. İddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, MMC-nin xx.xx.2020-ci il tarixli 202/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, MMC-dən 500 manat mənəvi ziyanın t utularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şəhla Süleymanova)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından əmrin verilməsinə səbəb iddiaçının vəzifəsinin ixtisar edilməsi olsa da iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan qərar və ya əmr məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə iddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi.
18. Əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələbin bu hissəsində də MMC tərəfindən qanunun tələblərin ə əməl edilməmişdir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədikdə, bu işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İş materiallarında olan əmək haqqı cədvəlinə əsasən əmək haqqı yüksək olduğu halda müqavilədə əmək haqqının məbləği az qeyd edilmişdir.
19. Birinci instansiya məhkəməsi iddiaçı ilə MMC arasında bağlanan əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmasını müəyyən edərək, hesab edib ki, iddiaçı qanunsuz olaraq işdən azad edildiyi üçün müddətli əmək müqaviləsinin müddəti uzadılaraq icraçı direktor vəzifəsinə bərpa edilməlidir
20. Birinci instansiya məhkəməsi iddiaçının onun iradəsinə zidd əmək müqaviləsinə xitam verilməsi nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirtməsi nəticəniə gəlib hesab etmişdir ki, mənəvi ziyan tələbi 500 manat hissəsində təmin olunmalı qalan hissədə isə rədd edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2 "xxxx", 70 "xxxx", 71.1, 71.3, 73.1, 77.1-77.4, 296.2, 296.3, 300.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.
23. Apellyasiya baxışı zamanı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İştirakçıların ümumi yığıncağının 02/2020 nömrəli protokoluna əsasən, MMC-nin ştat cədvəlində “icraçı direktor” ştatının ixtisar edilməsi qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2021ci il tarixli akta əsasən, MMC-nin direktoru Əhəd Əsgərov, MMC-nin baş mühasibi Nərgiz Səidova təsdiq etmişlər ki, MMC-də icraçı direktor vəzifəsində işləmiş iddiaçı işdən çıxarılarkən əmrlər kitabını heç kimə təhvil verməmişdir və buna görə də əmrlər kitabını təqdim edə bilməmişlər.
25. İddiaçının vəsatəti əsasında apellyasiya baxışında iştirak edən şahid X2 MMC-də İnsan Resursları üzrə baş mütəxəssis işlədiyini, onun işlədiyi vaxt rəhbərə tabe olduğunu, o vaxt kitab o lmadığı üçün əmrlər kitabını tərtib etdiyini, əsasən müəssisənin ümumi fəaliyyətinə aid təşkilati əmrləri həmin qeydiyyat kitabına daxil etdiyini, lakin iddiaçının əmrini qeydiyyata almadığını, işçilərin işə qəbul və azad olma barədə əmrlərini kitaba daxil etmədiyini, sonralar öz xahişi ilə işdən azad edildiyini, təhvil-təslim aktı üzrə şəxsi işlərini təhvil verib getdiyini, iddiaçı barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edildiyini, daha bir də iddiaçını işdə görmədiyini bildirmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4221/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (iddianın təmin edilən hissəsində) ləğv edilməsi, iddianın təmin edilən hissəsində iddianın təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Rafael Eyvzov və Şərafət Məmmədova)
27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə qanunla işəgötürənin iradəsinə aid səlahiyyətlərə müdaxilə edərək (əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı əsaslandırma dəlilləri yürüdüb) müddətli əmək müqaviləsinin müddətini uzadıb iddiaçını icraçı direktor vəzifəsinə bərpa etməklə, təkzibedilməz sübutlarla təsdiq edilməyən və yalnız iddiaçının dəlillərinə müvafiq əsassız məhkəmə aktı qəbul etmişdir.
28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın əsası ixtisar aparma ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmə məsi olmuşdur ki, bunlar da öz təsdiqini tapmamışdır. Burada müvafiq müddət tələblərinə riayət etməklə işçiyə xəbərdarlıq edilməsi və bu müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinın azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsidir ki, bunlara riayət edilməməsi sübuta yetirilməmişdir. Əksinə, iddiaçı özü xəbərdarlığın edilməsini təsdiq etmiş və ümumiyyətlə, işə buraxılmamasını qeyd etmişdir. İşə buraxılmama qarşı tərəfin etirafı və ya sübutlarla təsdiq edilməsə də, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi tələblərinə riayət edilməməsini sübuta yetirmir.
29. Apellyasiya instan siya məhkəməsi vurğulamışdır ki, iddiaçı özü icraçı direktor olmaqla səlahiyyətli şəxs olmuş və onun iş rejiminə nəzarətin mövcudluğu belə sübuta yetirilməmişdir.
30. Əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin göstərilməməsi və əsaslandırılması üzrə qanunvericiliyin tələblərinə riayət edilməməsinə dair apellyasiya instansiya məhkəməsi qeyd edilmişdir ki, əmrdə əsaslar qeyd edilmiş və bu əsas apellyasiya icraatı zamanı təqdim edilmişdir. Sənədlərin uçotu və qeydiyyatına dair pozuntuların olması barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər müvafiq icra hakimiyyəti orqanların səlahiyyətlərinə aid olduğundan hazırki iddianın araşdırma predmeti ola bilməz.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-15, 68, 70, 76-86, 287-3 00, 308-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunverciliyinin tətbiqinin məhkəmə təcrübəsi” haqqında xx.xx.1993cü il tarixli 5 nömrəli Qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-6186/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərar a alınmışdır.
34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - baxılan iş üzrə birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdeh məhkəmə iclaslarında təmsil olunmamışdır. xx.xx.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının verdiyi vəsatət təmin olunmuş, MPM-in 78-ci maddəsinə əsasən iddiaçının əmək müqaviləsinin, vəzifə təlimatının, əmək müqaviləsinin ləğv olunması barədə əmrin, habelə əmrin verilməsinə səbəb olan hallar barədə bütün sənədlərin təsdiq olunmuş surətinin 5 gün müddətində məhkəməyə təqdim olunması cavabdehə təklif edilmişdir. Yalnız iddiaçı tərəfin iştirak etdiyi xx.xx.2021-ci il tarixli məhkəmə baxışı iclasında tərəflərin iştirakını təmin etmək üçün məhkəmə iclası təxirə salınmış və cavabdehə eyni məzmunlu sorğu göndərilmişdir. xx.xx.2021-ci il tarixdə məh kəməyə cavabdehin yazılı etiraz daxil olmuş, etiraza bəzi sənədlərin surətləri əlavə olunsa da, iddiaçının tutduğu vəzifənin ixtisara salınması barədə əmrin (qərarın) surəti əlavə edilməmişdir. Etirazda cavabdehin vəkilinin COVİD-19 xəstəliyindən müalicə olunduğu nəzərə alınaraq məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsi və iddianın rədd olunması xahiş edilmişdir; - iddiaçı və onun nümayəndəsinin iştirak etdiyi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia qismən təmin edilmişdir; - cavabdehin şikayəti əsasında başlanmış apellyasiya icraatı üzrə xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh hüquqi şəxsin direktoru Əhəd Əsgərovun müəssisənin ştat vahidi olan “icraçı direktor” ştatının ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrini təqdim etmiş və sübut iş materiallarına əlavə edilmişdir. Növbəti xx.xx.2021-ci il tarixli məhkəmə iclasında isə cavabdehin nümayəndəsi cavabdeh hüquqi şəxsin “icraçı direktor” ştatının ixtisar edilməsi barədə cəmiyyətin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli iclas protokolundan çıxarışın surətini təqdim etmiş və sübut iş materiallarına əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında işə baxmış, birinci instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində ləğv edərək, iddianı həmin hissədə də təmin etməmişdir; - göründüyü kimi işə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəfə kifayət qədər şərait yaradılmasına baxmayaraq həmin tərəf onda olan və iş üçün əhəmiyyət kəsb edən sübutlarını (iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi barədə əmrin (qərarın) surətini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in 184.2 və 184.3-cü maddələrinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur; - apellyasiya baxışı zamanı MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə zidd olaraq cavabdehin təqdim etdiyi yeni sübutlar qəbul edilərək iş materiallarına əlavə edilmiş, lakin cavabdeh həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, bununla bağlı işdə iştirak edən şəxslərlə hər hansı müzakirə aparılmamışdır. Belə ki, hüquqi şəxs olan cavabdehin vəkilinin xəstə olması həmin tərəfi məhkəmədə digər vəkil və ya nü mayəndə ilə təmsil olunmaq hüququnu istisna edən vəziyyət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsinə göndərdiyi etirazda cavabdeh qeyd olunan əsasla işin baxılmasının təxirə salınması barədə vəsatət verməmiş, əksinə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1784/2022 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilsin” hissəsində dəyişdirilmiş, iddiaçının məcburi iş buraxma müddəti üçün aylıq 1000 (min) manat əmək haqqı ödənilməklə MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)
36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi baxılan iş üzrə iddiaçının irəli sürdüyü tələblərdən, əmrin ləğv edilməsi, işə bərpa və 500 manat mənəvi ziyan tutularaq iddiaçıya verilməsi hissəsini təmin etməkdə haqlı olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 16 və 70-ci maddəsinin "xxxx" bəndinə əsasən qeyd etmişdir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacib dir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əv əzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
38. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də şta tların ixtisarı formasında ola bilər.
39. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, əmək qanunvericiliyi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Bundan başqa iş materiallarından əmrin verilməsinə səbəb iddiaçının vəzifəsinin ixtisar edilməsi olsa da, iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan (qərar və ya əmr) birinci instansiya məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmişdir.
40. Apellyasiya inst ansiyası məhkəməsi iş materiallarına əsaslanaraq qeyd edib ki, işə birinci instansiyası məhkəməsində baxılması zaman cavabdehə kifayət qədər şərait yaradılmasına baxmayaraq, cavabdeh onda olan və iş üçün əhəmiyyət kəsb edən sübutlarını (iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi barədə əmrin (qərarın) surətini) məhkəməyə təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in 184.2 və 184.3-cü maddələrinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur.
41. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi yeni sübutları MPM-in 371 və 372.2-ci maddələrinin tələbləri baxımından qəbul etməmiş bunu onunla əsaslandırmışdır ki, hüquqi şəxs olan cavabdehin vəkilinin xəstə olması həmin tərəfi məhkəmədə digər v əkil və ya nümayəndə ilə təmsil olunmaq hüququnu istisna edən vəziyyət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsinə göndərdiyi etirazda cavabdeh qeyd olunan əsasla işin baxılmasının təxirə salınması barədə vəsatət verməmiş, əksinə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi ziyan tələbi hissəsində iddianın qismən təmin edilərək 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi barədə qənaətini də əsaslı hesab etmişdir.
43. Bununla belə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məcburi işə buraxma müddəti üçün ödənilməli əmək haqqının məbləğinin 4700 olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq, mövqeyini belə əsaslandırmışdır ki, tərə flər əmək müqaviləsi bağlayarkən onun məsuliyyətini və nəticəsini dərk etmişlər, onunla bağlı nəticələri də görmüşlər. Belə olan halda müqavilədən doğan məsuliyyəti də hər iki tərəf daşımalıdır. İş materiallarında məcburi işə buraxma müddəti üçün 4700 manat tutulması üçün hər hansı bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan əmək müqaviləsi və digər sənədlərə əsasən iddiaçının aylıq əmək haqqı 1000 manat olmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 70 b, 71.1, 71.3, 77.1-77.4-cü maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı ilə əsaslandırmışdır. Ka ssasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, məcburi iş buraxmaya müddəti üçün aylıq ona 4700 manat əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. İddiaçının şikayət belə əsaslandırılıb: - əmək haqqının rəsmi olaraq 4700 manat göstərilməməsi MMC-nin qanunun tələblərinə əməl etməməsinin nəticəsidir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi məhz işçi kimi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İş materiallarında olan cədvələ əsasən iddiaçının əmək haqqı yüksək olduğu halda müqavilədə əmək haqqı az qeyd e dilmişdir. Hazırki vəziyyətdə məhkəmə sübutlara düzgün qiymət verməyək, müqavilə bağlayarkən müqavilədən doğan məsuliyyətin mübahisənin hər iki tərəfinin daşımalı olduğunu vurğulamışdır. Halbuki, qanunvericiliyin pozulması üzrə məsuliyyəti iddiaçı deyil, cavabdeh şirkət daşıyır; - iddiaçı türk vətəndaşı olduğundan Azərbaycan Respublikasının mövcud qanunvericilik sistemini bilmək imkanı olmamışdır. Buna görə də məhkəmənin məcburi işburaxma müddəti üçün “tərəflərin hər ikisinin müqavilədən doğan məsuliyyəti və nəticəsini dərk etmələri” nəticəsi ilə iddiaçı razı deyildir; - əmək haqqının tam şəkildə rəsmiləşdirilməsi vergi ödəyicisi kimi MMC-nin öhdəliyidir. Həmçinin, iş materiallarında olan əmək haqqı cədvəli də şirkətin işçisi tərəfindən (Leyla Qasarayeva) göndərilmişdir. Belə bir detallı ə mək haqqı cədvəlinin iddiaçı tərəfindən hazırlanması isə ağlabatan deyildir; - iddiaçı tərəfindən təqdim edilmiş və müəssisənin işçisi Leyla Qasarayeva tərəfindən iddiaçıya mail formasında göndərilmiş əmək haqqı cədvəlindən aşkar şəkildə görünmüşdür ki, həmin cədvəldə müəssisədə çalışan işçilərə təklif edilən və hazırda aldıqları əmək haqqı məbləğləri qeyd olunmuş və 129-cu sırada, iddiaçının adı qarşısında hazırda 4700 manat məbləğində əmək haqqı aldığı yazılmışdır; - məhkəmə nəzərə almalı idi ki, həmin cədvəl birbaşa cavabdeh müəssisənin işçisi tərəfindən iddiaçıya göndərilmiş və siyahıda yalnız iddiaçının çalışdığı yox, cavabdehə məxsus olan bütün mağazaların işçilərinin adı sadalanmışdır. Belə ki, bu qədər detallı siyahının iddiaçı tərəfindən məhz məhkəməyə təqdim etmək məqsədilə hazır lanması heç bir halda mümkün ola bilməzdi; - həmçinin birinci instansiya məhkəməsinə təqdim etdiyi beynəlxalq pul köçürmələri barədə qəbzlərdən də görünür ki, iddiaçı tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 11.300 ABŞ dolları məbləğində pul Türkiyə Respublikasına göndərilmişdir. Əmək müqaviləsindən də göründüyü kimi, iddiaçı MMC-də həftənin 5 günü, gündə 9 saat olmaqla, əmək funksiyalarını icra etmişdir. Belə bir halda, iddiaçının əlavə bir işdə işləməyi heç bir halda mümkün olmamışdır; - bu hallar iddiaçının MMC-dən 4700 manat məbləğində əmək haqqı almağını sübuta yetirmişdir.
47. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Cavabdehin şikayəti be lə əsaslandırılıb: - apellyasiya instansiya məhkəməsi araşdırma zamanı belə qənaətə gəlmişdir ki, ixtisar real olmamışdır, çünki, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdehin “Məşğulluq haqqında” Qanunun 18.2-ci maddəsinin tələbinə əməl etməməsi belə iddiaçıya münasibətdə ixtisar prosedurunun reallığını və qanuniliyini şübhə altına ala bilməz; - apellyasiya instansiya məhkəməsinin cavabdehin ixtisar edilməsi barədə həmkarlar ittifaqı təşkilatının rəyinin alınmaması mövqeyi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı həmkarlar ittifaqı təşkilatının üzvü olmadığı üşün ixtisar barədə həmkarlar ittifaqı tə şkilatının rəyi tələb olunmur və belə bir rəyin olmaması iddiaçıya münasibətdə ixtisar prosedurunun reallığını və qanuniliyini şübhə altına ala bilməz; - apellyasiya instansiya məhkəməsinin işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədin məhkəməyə təqdim edilməməsi ilə bağlı qeyd edilməlidir ki, ixtisar olunan ştat vahidi “İcraçı Direktor” yalnız 1 ştat vahidi olmuşdur və həmin vəzifədə bir nəfər, yəni iddiaçı işləmişdir. Buna görə də işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd cavabdehdən tələb oluna bilməz və belə bir sənədin olmaması iddiaçıya münasibətdə ixtisar prosedurunun reallığını və qanuniliyini şübhə altına ala bilməz; - apellyasiya instansiyası məhkəməsi iddiaçının əcnəbi olmasını, Azərbaycan Respublikası nın Miqrasiya Məcəlləsinin 11-ci fəslinin (iş icazəsi barədə) və 7-ci fəslinin (müvəqqəti yaşamaq üçün icazə barədə) tələblərini nəzərə almamışdır; - apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 17 nömrəli əmək müqaviləsinin bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək bağlanmış olmasına, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İş İcazəsinin (Seriya İİ №0049106) müddətinin 14 yanvar 2021-ci ildə bitmiş olmasına diqqət yetirməmişdir; - bundan əlavə, 23 fevral 2022-ci il tarixli məhkəmə iclasının video görüntüsündən də açıq-aşkar görünmüşdür ki, iddiaçı hazırda Azərbaycan Respublikasında “Madame Coco Azərbaycan” şirkətində əmək fəaliyyəti ilə məşğul olduğunu və daha yüksək əmək haqqı aldığını, hazırkı iş yer ini buraxıb MMC-də işə qayıtmağa razı olmadığını demiş, amma xx.xx.2022-ci il tarixdə məhkəmə iclas protokolu ilə MMC-nin nümayəndəsi tanış olarkən, protokolda tam əksinin yazılmasını müşahidə etmişdir. Bu xüsusatlar faktiki olaraq, iddiaçıya iş icazəsi alınmasını və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin icrasını mümkünsüz etmişdir; - iddiaçıya iş icazəsi və müvəqqəti yaşamaq üçün icazəni verib-verməməyin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olmasını apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, bu da qanunazidd olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qeyri-müəyyən qətnaməsinin icrasını mümkünsüz etmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tərəfindən verilən iş icazəsi və müvəqqəti yaşamaq üçün icazə olma dan iddiaçı işə bərpa oluna bilməz. Əks halda həm iddiaçının (İXM-nin maddəsinə 575.1.2 və 575.1.3-cü maddələrinə əsasən), həm də cavabdehin (İXM-nin maddəsinə 578.1-ci maddələrinə əsasən) inzibati məsuliyyəti yarana bilər; - apellyasiya instansiyası məhkəməsinin qətnaməsində “Məhkəmə kollegiyası qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir; Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir; İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəti cələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd;..” hansı qanunvericiliyə əsaslandığı qeyd edilməmişdir; - ixtisarın aparılması barədə MMC-nin təsisçilərinin qərarı apellyasiya instansiyası məhkəməsində məhz iddiaçının vəsatəti və hakimin sorğusu əsasında təqdim olunmuşdur. Hətta hakim həmin vəsatətə əsaslanaraq əmrlər kitabının da təqdim olunmasını cavabdehdən sorğu etsə də, iddiaçının nümayəndəsi səbəbi qeyd olunmaqla bunun mümkün olmaması barədə apellyasiya instansiyası məhkəməsinə məktub vermişd ir. Belə olduğu təqdirdə, Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsaslanıb ixtisarın aparılması barədə MMC-nin təsisçilərinin qərarını sübut kimi qəbul etməmək prosessual pozuntu olmuş və həmin pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddaçı cavabdehin kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz iddia tələbinin əsaslandığı dəlillərlə əsaslandırılıb, etirazda cavabdehin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilib.
50. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (1-ci bənd). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 "xxxx". İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğu n olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşa ğıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta ayl ıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4 18.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən, cavabdeh isə təmin edilən hissəsində mübahisələndirib, bu baxımdan nəticə etibarilə məh kəmə kollegiyası qətnaməni tam yoxlayır.
53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nə ticəyə gəlmişdir,.
56. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.
57. İddiaçının əmək haqqının faktiki olaraq 4700 manat olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanan vaxt Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinin “ə” bəndinin qüvvədə olan redaksiyasına görə əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi olunması mütləq göstərilməlidir.
58. İşin müəyyəm edimiş halına görə də iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsində əmək haqqı 1000 manat şərtləşdirilib.
59. Bu baxımdan məcburi işə buraxma müddəti üçün aylıq 4700 manat pul tu tulması üçün hər hansı bir əsas müəyyən olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və qiymətləndirmə düzgün olmuşdur (bax: bənd 43.)
60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini dəlillərini əsassız sayır.
61. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaya etiraz kimi cavabdehin təqdim etdiyi sübutların qəbul edilənliyi ilə bağlı Ali Məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişləri nəzərə almaqla iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
62. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilən hissəsi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsini n hazırki qərarın 36-42-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbədən əlavə şərhə zərurət görmür, qeyd edilən hissədə kassasiya şikayətinin dəlillərini əsasız sayır. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlilləri MMC-nin təqdim etdiyi sübutların qiymətləndirlməsi ilə bağlıdır ki, apellyasiya instansiyası məhkəməsi də həmin sübutları MPM-in 372.2-ci maddəsini tələbləri baxımından qəbul etməyib, birinci instansiya məhkəməsi tərəfindən işə MPM-in 184.2 və 184.3-cü maddələrinə uyğun mövcud sübutlar əsasında baxılmasını əsaslı hesab edib.
63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənləri və Mülki Proses sual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X8 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1784/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.