Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4129/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalına və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-241/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Hspitalı (bundan sonra – Hospital) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Tibbi xidmət müqaviləsi”nə əsasən hospital tibbi heyətin nəzərdə tutduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkanı təmin etməyi, xəstə və ya xəstə yaxını isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdələrinə götürmüşlər. 2. xx.xx.2018-ci il tarixli fakturaya əsasən iddiaçı tərəfindən anasının müayinə və müalicəsi üçün Hospitalın hesabına 6.000 manat pul ödənilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019 -cu il tarixli qərarı ilə X4 anası, 1942-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə X15 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı şikayəti əsasında aparılmış araşdırma zamanı şahid izahatları alınmış, müvafiq sorğular verilmiş, material üzrə komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) və təkrar komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) təyin edilmişdir. 4. 1942-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə X12 aparıldıqdan sonra “Akademik M.A.Topçubaşov adına” Elmi-cərrahiyə Mərkəzində baş vermiş ölümündə hər iki xəstəxananın həkimlərinin əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X6 qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalına qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə icraatı gedişində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb olunması, cavabdehlərdən müştərək qaydada 6.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı, işin yuxarıda göstərilən hallarına istinad edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə saat 21 radələrində anası X13 qəf ildən yaşadığı evdə halı pisləşdiyindən və onda boğulma baş verdiyindən cavabdehə aparmışdır. Xəstəxanada anasını reanimasiya otağına yerləşdirmişlər və ilkin olaraq 4.000 manat depozitə pul qoymuşdur. xx.xx.2018-ci il tarixdə səhər tezdən anasının müalicə həkimi kardioloq-cərrah Cavabdeh2 olduğunu bilmiş, həkimlə görüşdükdə anasını müayinə etdiklərini və sağlamlığının stabil olduğunu bildirmişdir. İlkin olaraq böyrəyinin kreatin analizini götürdüklərini və onun cavabından asılı olaraq anju müayinəsinin lazım olubolmamasını biləcəklərini demişdir. Bir qədər sonra həkimlə söhbət zamanı anasının kreatin göstəricisinin normal olduğunu, ona görə də anju müayinəsi olmalı olduğunu və ürəkdə olan problemin konkret nə olmasını öyrənmək lazım olduğunu bildirmişdir. Anju müayinəsindən sonra həkim an asının ürəyinin bir damarında qaraltı olduğunu, əsas narahatçılığın ürək əzələsində olduğunu və ürəyə stent qoyulsa daha yaxşı olacağını bildirmişdir. Stent qoyulacağı halda fəsadların nə olacağını soruşduqda ona heç bir mənfi təsirinin olmayacağını, əksinə qan dövranının yaxşı olacağını, beyinə qanın yaxşı gedəcəyini bildirmiş və ona “xəstə yox, pul maraqlandırırsa müalicələri dayandıraq” demişdir. Buna görə də stentin qoyulmasına şifahi olaraq razılıq vermişdir. Həkim stent üçün əlavə 2.250 manat depozitə pul qoymağı tələb etmişdir. xx.xx.2018-ci il tarixdə anasına Samir həkim tərəfindən bir ədəd stent qoyulmuş və xəstəxananın reanimasiya həkimi Tural adlı şəxs də əməliyyatda iştirak etmişdir. Stent qoyulduqdan sonra anasına çoxlu miqdarda qan durulducu sistemlər vurulmuş, dərman həblə ri verilmişdir. Həmin günün səhəri isə anası palataya keçirilmiş, palatada olan zaman onda mədə qanaxması baş vermiş, bu səbəbdən halı pisləşmişdir. Bundan sonra həkimlərlə bununla bağlı müzakirə apararkən anasının mədəsini müayinə etmək və zond uddurmaq lazım olduğunu demişlər. Zond udulması müayinəsinə görə 2000 manat əlavə pul ödədikdən sonra müayinə zamanı anasının mədəsində şiş olmadığını, sadəcə yara olduğunu və qan durulducu dərmanlardan yaranın üzərinin açıldığını bildirmiş və başqa müalicələr tətbiq edəcəklərini demişlər. Bununla bağlı Tural həkimə şikayət etdikdə ki, xəstə gündən günə pisləşir, Tural həkim anasının infeksiyasının olduğunu və böyrəklərinin də fəaliyyətinin dayandığını, bunun üçün də 3 gün ardıcıl dializ olmalı olduğunu bildirmişdir. Çarəsiz qalaraq dializlə razıla şmış və xx.xx.2018ci il tarixdə anası dializ aparatı ilə dializ olunmuşdur. xx.xx.2018-ci il tarixdə anasını ziyarət etdikdə onun vəziyyətinin kritik ağır olduğunu görmüşdür. Həkimlər də bunu təsdiq etmiş və xəstəxananın baş həkiminin qəbulunda olarkən dializin yenə lazım olduğunu, hər bir tədbirin protokola uyğun aparıldığını bildirmişlər. xx.xx.2018-ci il tarixdə anasının vəziyyətinin pis olduğunu görəndə yenə həkimlər anasının dializ olacağını və bunun üçün əlavə 2000 manat ödəməli olacağını bildirdikdə buna kəskin etiraz edərək anasını xx.xx.2018-ci il tarixdə cavabdehdən çıxarıb “Akademik M.A.Topçubaşov adına ElmiCərrahiyə Mərkəzi”nə X15 təcili tibbi yardımı vasitəsi ilə aparmışdır. Həmin xəstəxanada anası reanimasiyaya yerləşdirilmiş və həkimlər konsilium etdikdən sonra ona anasının vəziyyətinin çox kritik olduğunu, həyati göstəricilərinin olmadığını və hər hansı tibbi müdaxilənin nəticəsiz olacağını, bir qədər gözləməli olacağını demiş, təxminən 2 saat anası “Akademik M. A.Topçubaşov adına” X7qdan sonra həkimlər artıq onun öldüyünü bildirmişlər. Bundan sonra anasının meyitini xəstəxanadan götürüb dəfn etmişdir. Daha sonra anasının ölməsi ilə bağlı cavabdehin həkimlərindən şikayət etmişdir. X2 “stent implant” edilməmişdən qabaq o, mədə xəstəliyinin olub-olmaması ilə bağlı müayinədən keçirilməmiş, onun xəstəxanaya yatış səbəbi ciddi ürək problemləri olmuşdur. “Akademik M.A.Topçubaşov adına” Elmi-Cərrahiyə Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Ölüm haqqında” tibbi şəhadətnaməsindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə Elmi-Cərrahiyə Mərkəzinə “mədə-bağırsaq q anaxması və kəskin böyrək çatmamazlığı diaqnozu ilə daxil olmuş, həmin gün kəskin mədə-bağırsaq qanaxması səbəbindən ölmüşdür. Anasının ölməsinə səbəb həkimlərin səriştəsizliyi, səhlənkarlığı, yoxlama aparmadan, mədə bağırsağı müayinə etmədən, düzgün diaqnoz qoymadan anasına çoxlu miqdarda qan durulaşdırıcı sistemlərin vurulması və qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. X16 invazif-kardioloq işləyən Cavabdeh2 bildirmişdir ki, mədə qanaxmasının yaranmasına səbəb xəstədə mədə xorasının olması və ona müalicə fonunda qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. Xəstə reanimasiyada olan zaman ürək çatışmazlığı və qan axma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişikliklər baş vermiş qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 eti raf etmişdir ki, anasının ürək damarlarında olan daralmanın aradan götürülməsi üçün stent qoyulmalıdır və təbii ki ürək-damar əməliyyatlarında mütləq şəkildə qan durulaşdırıcı vasitələrdən istifadə olunması bir qaydadır. Bu arada sual olunur ki, həkim Cavabdeh2 bilmirdi ki, qan durulaşdırıcı vasitələrdən hansı hallarda istifadə edilməsi (mədə-bağırsaqda olan xoralar, yazva, kolit, qastrit və s.) yolverilməzdir və aspirin preparatının yaşı 70-i ötmüş xəstələrə təyin etməzdən öncə mütləq şəkildə müvafiq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi var idi, necə ki anasında bu hal baş verdi. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stent qoyulmadan öncə qastros kapiya müayinəsi keçirməli, sonra qan durulaşdırıcı vasitələrdən istifadə edilib-edilməməsinə qərar verməli idi. O isə bunun tərsinə, siftə qan durulaşdırıcı vasitələrdən istifadə edir, qanaxmanı yaradır, daha sonra yaratdığı qanaxmanın səbəbini tapmaq üçün qastroskapiya müayinəsi keçirərək qanaxmanın səbəbi olan 12 barmaq bağırsaqda aktiv xoranın olmasını müəyyən edir ki, bu da artıq gec olur. Cavabdehin həkimi X23 bildirmişdir ki, anasının ürək damarlarına stent qoyandan sonra ona aspirin 150 mqr., pantasit 100 mqr., gündə iki dəfə, xartil 2.5 mqr., gündə 1 dəfə veraşbiron və s. dərmanlar verməklə müalicə aparılmışdır. Bu dərmanlardan aspirin ilə veraşbironun əks göstəriciləri və yan təsirləri kimi mədə-bağırsaq mikozasının eroziv və ülseratif leyzonlarının kəskinləşməsi, qaraciyər və və/ya böyrəklərin pozulmuş işləməsi, yüksək qanaxma riski, mədə-bağırsaq traktının orqanlarında qanaxmanın açıq və ya gizli təzahürü, qaraciyər fermentlərinin artan fəaliyyəti, kəskin böyrək çatışmazlığının inkişafı və s. Xartil dərmanının instruksiyasında isə göstərilmişdir ki, yaşlı xəstələrə ürək çatışmazlığına görə xartil dərmanı təyin edəndə xüsusən diqqətli olmalı, xəstədə bu dərmana necə reaksiya verməsinə uyğun müvafiq doza təyin edilməlidir. Belə ki, ürək çatışmazlığı nəticəsində arterial təzyiqin düşməsinə görə bu dərmanın qəbulu insan həyatına təhlükə yaradacaq dərəcədə böyrək çatışmazlığına gətirib çıxara bilir. Həkim anasının ürək damarına stent qoymaqdan əvvəl ətraflı müayinə aparılandan sonra onun səhhətinə, durumuna uyğun və əməliyyatından sonra əks fəsadlar törədə bilməyən dərmanlardan istifadəsinə qərar verilməli idi, lakin xəstəyə qan durulaşdırıcı vasitələrinin və dərman preparatlarının düzgün təyin olunması, dozası, və təyin etmədən öncə həmin dərmanlara necə reaksiya verməsini həkim tərəfindən müəyyən edilməməsi məsələlərindən yan keçmişdir. Anasına təyin olunmuş dərmanlara necə reaksiya verilməsinə dair iş materiallarında nə rəy nə araşdırma vardır, eyni zamanda əməliyyatdan əvvəl anestezioloq həkimin də imzası ilə təsdiq edilmiş rəyi mütləq şəkildə lazım olduğu halda iş materiallarında belə bir rəyin də olmaması ona dəlalət edir ki, Cavabdeh2 işinə səhlənkar yanaşmış, bu da ailəsi üçün faciə ilə nəticələnmiş, anasını itirmişdir. Cavabdehlər xx.xx.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin 2.1.3-cü bəndinin tələblərini pozaraq anasının həyatının qa rşılaşacağı yüksək riskləri barədə onu lazımi şəkildə məlumatlandırmamışdır. Belə ki, həkim anasının ürəyinə stent qoyulsa daha yaxşı olacağını bildirməklə yanaşı yaşlı xəstəyə çoxlu miqdarda qan durulducu sistemin vurulması və dərmanların verilməsi nəticəsində daxili xora, yara və s. olarsa qanaxma baş verə bilər və bunun üçün zond udduraraq mədə-bağırsaqlarda da müayinə aparılması yaxşı olar desəydi təbii ki, o, razı olardı. Amma həkim bu risk barədə ona bir kəlmə də olsun deməmiş, qanaxma baş verəndən sonra onu fakt qarşısında qoymuşdur. Yəni anasının ürəyində əməliyyat apararaq stent qoyulmasına görə qarşılıqlı razılığa əsasən 2474 manatı ödəmişdir. Daxili qanaxma təhlükəsi barədə məlumatlandırılmamışdır. Əgər məlumatlandırılsaydı, anasında mədə-bağırsaq müayinəsinə razılıq verib ona g örə də ödəniş edərdi. Eyni zamanda cavabdeh müqavilənin 2.2.6-cı bəndində qeyd olunan “xəstə”, hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür” qeyd olunmuş və cavabdehlər bu bəndə istinadən ondan əlavə vəsait almışdır. Lakin bu yanaşı xidmətlər və fəsad çıxmasının səbəbkarı cavabdehdir. Belə olan halda cavabdehlər səriştəsizlik, məsuliyyətsizlik və səhlənkarlığına görə ona ödəmiş olduğu vəsaiti geri qaytarmalıdır.
8. Bakı Şəhəri Yasamal Rayon prokurorluğunun müstəntiqinin “Cinayət işi ba şlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən: Validə Əkbərova xx.xx.2018-ci il tarixdə hospitala çox ağır vəziyyətdə döş qəfəsində olan göynədici ağrılarla müraciət etmişdir. Aparılmış klinik laborator və instrumental müayinələrdən sonra ona “durğunluq, ürəkçatmamazlığı. miokardın kəskin subendokardial infarktı” diaqnozu düzgün təyin edilmişdir. Validə Əkbərovanın müraciət etdiyi müalicə müəssisəsi şəraitində ona təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq müayinələr aparılmış və adekvat müalicə taktikası seçilmişdir. Validə Əkbərovaya aparılmış koronar angioqrafiya müayinəsi zamanı onda sağ tac arteriyada ciddi darlıq müəyyən edilmiş və bununla əlaqədar (DES) stent impl antasiya edilmişdir. Stentin implantasiyasının aparılmasına tibbi göstəriş olmuş, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Validə Əkbərovaya aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza və keçirilmiş əməliyyatın həcminə uyğun olmuşdur. Lakin dinamik müşahidə zamanı xx.xx.2018-ci il tarixdə vəziyyəti ağırlaşmış, bu ağırlaşma 12 barmaq bağırsaq yarasının aktivləşməsi və qusma zamanı qan laxtalarının xaric edilməsi ilə özünü büruzə vermiş, lazımı təyinat verilərək baş vermiş aktiv qanaxma dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə təkrar mədə-bağırsaq qanaxmasına şübhə yarandığından xəstə ezofaqoqastroduadenoskopiya müayinəsindən keçirilmiş, müayinə zamanı onda “12 barmaq bağırsağın aktiv xorası, qanama forrestinin ela” olduğu müəyyən edilmiş və qanaxma əleyhinə müvafiq tibbi yardımlar göstərilmişdir. Validə Əkbərovaya aparılmış müayinələr və göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Validə Əkbərovanın üzərində aparılmış stentləşdirmə əməliyyatından sonra ona göstərilmiş tibbi yardıma əməliyyatın həcmini və vəziyyətinin ağırlığına düzgün olmuşdur. Validə Əkbərovada daha sonra müəyyən edilmiş “qaraciyər və böyrək yetməzliyi” orqanizmin müqavimət və kompensator funksiyalarının pozulması nəticəsində meydana çıxa bilərdi və aparılmış müalicələrin buna səbəb olması inkar olunur. Validə Əkbərovada müəyyən edilmiş xroniki böyrək çatmamazlığı səbəbindən ona “dializ seansı“ aparılmasına düzgün qərar verilmiş və icra edilmişdir. Validə Əkbərovaya hospitalda aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təli mat qaydalarına uyğun olmuşdur.
9. Təkrar təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə X10 cavabdehdə xx.xx.2018-ci il tarixdə “durğunluq ürək çatmamazlığı; dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması; miokardın kəskin subendokardial infarktı; dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu düzgün qoyulduğu, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stent- plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stent implantasiya edilməsindən əvvə l xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stent implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi qənaətinə gəlinmişdir.
10. Bakı Şəhəri Yasamal Rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)1713/2021 saylı qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki məhkəmə araşdırmaları zamanı toplanılmış sübutların məcmusu ilə iddiaçının anası 1942-ci il təvəllüdlü X5 “durğunluq ürək çatmamazlığı; dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması; miokardın kəskin subendokardial infarktı; dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu ilə cavabdehdə müayinə və müalicə olunması, daha sonra xəstə yaxınları tərəfindən “Akademik M.A.Topçubaşov adına” Elmi-Cərrahiyə Mərkəzinə aparılması, orada ölməsi, başqa sözlə cavabdehdə aparılmış müalicələrlə xəstənin ölümü arasında hər hansı səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər tərəfindən pozulması təsdiq edilmədiyi üçün iddia rədd edilməlidir.
12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı dəymiş maddi ziyanı həkim Cavabdeh2 tələb etməkdə haqlı olmamışdır. Belə ki, X2 müvafiq tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə onunla tibb müəssisəsi arasın da bağlanmış və tibbi xidmətlərin göstərilməsi üçün pul vəsaiti həmin müəssisənin hesabına ödənilmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 14.1, 14.2.1, 14.2.9, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.2, 1112-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6316/2021 nömrəli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutlardan, həmçinin cinayət təqibi üzrə qərardan və keçirilmiş ekspertiza rəylərindən- iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stent-plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stent implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stent implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi və sair müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı iddiaçının bildirdikləri (iddiası) öz təsdiqini tapmamış, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkəti arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 386.1, 1096.1, 1096.2, 1112-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu maddəsinə, “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16 maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı, (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
20. Azər baycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(102)-1862/2022 saylı qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Məhkəmə kollegiyası apellasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbini rədd edən məhkəmələr iddiaçının anasını ölümü ilə bağlı Bakı şəhəri, Yasamal rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına və həmin icraat çərçivəsində aparılmış ekspertiza rəylərinə istinad etmişlər.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmələr sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuş və düzgün olmayan nəticəyə gəlmişlər. Apellyasiya instansiya məhkəməsi iddiaçının anasının ölümünə cavabdehdə aparılmış tibbi müayinənin səbəb olmaması qənaətinə gələrkən prokurorluq orqanında aparılmış araşdırma üzrə ekspert rəylərinə istinad etmiş, lakin işdə olan digər sübutları həmin sübutlarla yanaşı qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan “Akademik M.A.Topçubaşov adına” Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş “Ölüm haqqında” Tibbi Şəhadətnamədə iddiaçının anasının ölümünün səbəbi kimi göstərilmiş hallara qiymət verməmiş, bunun cavabdehdə ona göstərilmiş yanlış tibb xidmətin nəticəsində ola biləcəyini araşdırmamışdır. Belə ki, həmin şəhadətnamədə xəstə X14 “xora kəskin deşilmə” səbəbindən ölməsi göstərilmişdir. İddiaçı bildirib ki, anası xəstəxanaya gətirilərkən ürək problemi var idi, ürək əməliyyatından çıxanda da sağlamlığı qənaətbəxş idi. Lakin, həkim səhlənkarlığı və səriştəsizliyi nəticəsində xora kəskin deşilmə səbəbindən bədənində olan qan tam axıb getmişdir. Xəstənin qanının tam axıb getməsi təbii ki həkim təqsiri üzündən baş vermişdir. Buna baxmayaraq məhkəmə yalnız istintaq orqanı tərəfindən keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyləri ilə kifayətlənmiş, ölüm haqqında tibbi şəhadətnaməyə məhəl qoymamışdır. Məhkəmə nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Normanın tələbinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və digər qərarı mülki işə baxarkən preyudisial xarakter daşıyır və Yasamal Rayon Prokurorluğunun qərarı hazırki işə baxan məhkəmə üçün məcburi xarakter daşımır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Yasamal Rayon Prokurorluğunda aparılmış araşdırma cavabdeh Hospitalın həkimlərinin hərəkətlərində cinayət xarakterli əməllərin olub-olmamasının müəyyən edilməsi istiqamətində olmuş, ibtidai istintaq orqanı cavabdeh Hospitalın və hospitalın həkimlərinin hərəkətlərində mülki hüquq pozuntusunun, maddi və mənəvi məsuliyyətə səbəb ola biləcək hərəkət və hərəkətsizliyin olub-olmamasını müəyyən etmək vəzifəsi daşımamışdır. Müvafiq olaraq ekspertiza qarşısında qoyulan suallar da eyni xarakterli olmuşdur.
23. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.2, 1112-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.4, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” publik hüquqi şəxsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən X5 meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığı üçün onun ölümünün səbəbi ni müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, aparılmış müayinə və müalicələrlə onun baş vermiş ölümü arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkünsüzdür.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” publik hüquqi şəxsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli təkrar ekspert rəyinə əsasən 1942-ci il təvəllüdlü X5 adına tərtib olunmuş tibbi sənədlərdə və onun ölüm faktına dair məhkəmə-tibbi ekspert rəylərində yazılanlara, iş materiallarında qeyd olunanlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suala uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: “X1”na əsasən X5 düçar olduğu ağır xəstəliklərin ya özü, ya da onun hər hansı ağırlaşması üzv və toxumalarda morfoloji dəyişiklərə və kl inik pozğunluqlara gətirib çıxararaq xəstənin tibbi yardım üçün cavabdehə daha sonra “M.A.Topçubaşov adına” Elmi-Cərrahiyə Mərkəzinə müraciət etməsinə, müalicə üçün stasionara daxil olmasına və nəhayət son nəticədə ölümünə gətirib çıxarmasına səbəb olmuşdur. Bu səbəblərdən hansının X10 aparılmış müayinə və müalicələrlə səbəbli əlaqəsinin olub-olmamasının təyini ilə əlaqədar meyitin məhkəmə-tibbi müayinəsi aparılmalı idi. Lakin meyitin tanatoloji müayinəsi aparılmadığından, ölümün dəqiq səbəbi və digər xüsusatlar haqqında fikir söyləmək mümkün olmamışdır.
26. Məhkəmə kollegiyasının 11 aprel 2023-cü il tarixli iclasında mütəxəssis ATU-nun Tədris Cərrahiyyə Klinikasının Cərrahiyyə Kafedrasının dosenti X11 izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırkı təbabət 50 i l bundan əvvəlki kimi deyil. Belə ki, təbabət protokollar əsasında aparılır. Həkim invaziv kordioloqdu o, protokoldan bir addım kənara çıxa bilməz. Protokollarda yazılıb ki, infarktla bağlı hallarda antikardinatlar verilməlidir. Məqsəd odur ki, yenidən tramboz əmələ gəlməsin, ağırlaşmalar olmasın. X8 qəbul etdiyi protokol var ki, o protokollar ildə bir, iki dəfə dəyişilir, sonra ölkələrə göndərilir. Azərbaycanda həmin protokollar tərcümə edilərək xəstəxanalara paylanılır. Məsələn infarktla bağlı olan xəstədə birinci həyati məsələ ürəyə müdaxilədir. Bunun üçün xəstəyə qan duruldan dərmanlar verilməlidir. Hazırki halda həkim tərəfindən aparılmış tibbi müayinə və müalicələr tibbi qaydalara uyğun olmuşdur. Hətta, infarkt xəstəsində mədədə qanaxma vardırsa belə, birinci həyati göstəriş ürəyə mü daxilə olduğu üçün, qan duruldan dərmanlar verilməlidir.
27. Həmçinin məhkəmə kollegiyasının 15 may 2023-cü il tarixli iclasında mütəxəssis “Akademik M.A.Topçubaşov adına” X26 X28 PHŞ-in Şüa diaqnostika şöbəsinin həkimi X27 izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, heç bir kordioloji xəstə bəri başdan lazımsız müayinələrə salınmır. Hazırki iş üzrə müalicə taktikası düzgün seçilib, stent düzgün qoyulub, ilk növbədə qan duruldan heparin, firoksobarin dərmanlar təyin olunub ki, trombozu ləğv eləsinlər. Təcili tibbi yardım zamanı qandurulaşdırıcı yeridilir, əməliyyat zamanı da heparin yeridilir, hətta əməliyyatdan sonra da tablet formasında kardiomaqzin, aspirin verilir. Xora sonra yoxlanıla bilər. Təbabətdə yüz faizlik deyilən bir şey yoxdur. Biz ürək xəstəsini qastroskopi yaya göndərə bilmərik, ilk əvvəl yoxlayırıq ki, anemnezində xora olubmu, qanaxma olubmu, biz ehtiyac olanda yoxlayırıq, mərhumun yaşında olan şəxslərdə trombozlar əmələ gələ bilir. X8 qəbul etdiyi protokola əsasən infarktla bağlı xəstələrdə birinci həyati vacib məsələ-ürəyə müdaxilədir. Yəni, ürək elə bir orqandır ki, müdaxilə olunmasa, insan həyatını itirə bilər. Buna görə də, mədədə qanaxma olsa belə, qan duruldan dərmanlar vacib olaraq vurulmalıdır. Ölüm müxtəlif səbəblərdən ola bilər. Buna ekspert rəy verməlidir.
28. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)241/2023 saylı qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə sinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması, əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.
30. Göründüyü kimi ekspert – tibb müəssisələri tərəfindən təyin edilmiş müayinə və aparılmış müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olması, əgər vardırsa, burada tibb müəssisəsinin və həkimin məsuliyyəti və səhlənkarlığının olması ilə bağlı meyitin tanatoloji müayinəsi aparılmadığından ölümün dəqiq səb əbi və digər xüsusatları haqqında fikir söyləyə bilməmişdir.
31. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır.
32. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı halda isə, iş üzrə iki dəfə ekspertiza keçirilərək ekspert rəyləri, iki müxtəlif sahələr üzrə mütəxəssislərin məsləhəti alınmışdır. Ölümün baş verməsi halı müəyyən olunsa da, bunun cavabdeh tibb müəssisəsi və ya Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkəti arasında səbəbli əla qənin olması müəyyən edilməmişdir.
33. Əksinə, işdə olan tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnoz düzgün qoyulmuş, stasionar şəraitdə müayinə qoyulmuş diaqnoz həcmində aparılmış, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olmuş, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stent-plantasiyası əməliyyatı düzgün təyin edilmiş və bu hal tibbi göstəricilərə uyğun olmuşdur. Xəstəyə qan duruldan dərmanların verilməsi həyati göstəriş olaraq tibbi qaydalara uyğun olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
34. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.2, 1112.-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-241/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində iş üzrə təyin edilmiş hər iki ekspertiza rəyi və mütəxəssis kimi məhkəmə iclasına dəvət olunmuş həkimlərin verdikləri izahatlar kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh oluna n nöqsanları aradan qaldırmamışdır. Məsələnin çoxşaxəli və mürəkkəb olmasına görə əslində apellyasiya instansiyası məhkəməsi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinə istinadən kompleks məhkəmə ekspertizası təyin etməli idi. Ümid edirik ki, kassasiya instansiyası məhkəməsi iş üzrə kompleks məhkəmə ekspertizasının keçirilməsini apellyasiya instansiyası məhkəməsinə tövsiyyə edəcəkdir. Apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarında olan və sübut növü sayılan “Akademik M.A.Topçubaşov adına” X26 tərəfindən verilmiş ölüm haqqında Tibbi Şəhadətnaməni sübut növü saymayaraq MPM-nin 88 və 386-ci maddəsinin tələblərini pozmuşdur. Həmin ölüm haqqında tibbi şəhadətnamədən aydın görünür ki, xəstə X14 dərmanların dozası yüksək olduğundan xora kəskin deşilməsi səbəbin dən ölmüşdür. xx.xx.2022-ci il tarixli vəsatətlə məhkəmə kollegiyasından xahiş edilmişdir ki, “Akademik M.A.Topçubaşov adına” X18 ürək cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Fazil Abbasovu məhkəmə iclasında şahid (və ya mütəxəssis) qismində dindirilməsi təmin edilsin. Lakin, vəsatət təmin edilməmişdir və təmin edilməməsinə aydınlıq gətirilməmişdir. Bunun əksinə məhkəmə ürək cərrahiyyəsindən fərqli olan sahələr üzrə mütəxəssislər dəvət etmiş və qətnamə qəbul edərkən onların izahatlarına əsaslanmışdır. Belə ki, məhkəmə kollegiyasının 11 aprel 2023cü il tarixli iclasında mütəxəssis ATU-nun X9 Cərrahiyyə Kafedrasının dosenti (mədə cərrahiyyəsi üzrə mütəxəssis) X3 və 15 may 2023cü il tarixli iclasında mütəxəssis “Akademik M.A.Topçubaşov adına” X26 X28 PHŞ-in Şüa diaqnosti ka şöbəsinin həkimi X19 izahatları alınmışdır. Göründüyü kimi məhkəmə kollegiyası iş üzrə əsas mütəxəssis hesab edilən ürək cərrahiyyəsi üzrə professorun izahatını almaqdan imtina edərək səhiyyənin digər sahələri üzrə dosent və həkimin izahatını tutarlı hesab etmişdir. Məhkəmə kollegiyası ekspert rəylərinin qiymətləndirilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyası xx.xx.2022-ci tarixli rəyə qətnamədə istinad etmişdir, halbuki məhkəmə kollegiyası həmin rəylə razı olmadığına və vəkilin vəsatətinə əsasən xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-tibbi ekspertizaları təyin etmişdir. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli rəyə qətnamədə istinad etmişdir, halbuki həmin rəylə razı olmadığımıza görə xx.xx.2023-cü il tarixdə tərəfimizdən vəsatət verilmişdir. Vəs atət onunla əsaslandırılmışdır ki, sonuncu rəyi məhkəmə-tibbi ekspertləri Ceyhun Allahverdiyev və yenə də Elnur Nuriyev imzalamışdır, bununla da “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinin tələbləri ekspertlər tərəfindən kobudcasına pozulmuşdur. Belə ki, həmin maddədə göstərilir ki, “ ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etm irlər. xx.xx.2022-ci il tarixli ekspert rəyini və təkrar keçirilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyini eyni ekspert Elnur Nuriye imzalamışdır ki bu da yolverilməzdir. Təkcə bu hal ona dəlalət edir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi qeyri-mötəbər hesab edilsin. Digər tərəfdən həmin ekspertizanın aparılması zamanı prosessual qaydaların pozulması danılmaz faktdır. Buna baxmayaraq məhkəmə kollegiyası hər iki rəyə mötəbər bir rəy kimi yanaşaraq onlara istinadən qeyri-qanuni qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əl də edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2. Delik t törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.
45. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyə tdən azad edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2021-ci il tarixli qərarı
46. Həmin Qərarda göstərilir ki, yalnız aşağıdakı üç şərti məcmu halda özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıl aşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
59. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə idd iaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması, əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.
60. Göründüyü kimi ekspert- tibb müəssisələri tərəfindən təyin edilmiş müayinə və aparılmış müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olması, əgər vardırsa, burada tibb müəssisəsinin və həkimin məsuliyyəti və səhlənkarlığının olması ilə bağlı meyitin tanatoloji müayinəsi aparılmadığından, ölümün dəqiq səbəbi və digər xüsusatları h aqqında fikir söyləyə bilməmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, delikt- öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli və cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizlikləri ilə zərər arasında səbəbli əlaqə olmalıdır.
62. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı halda isə, iş üzrə iki dəfə ekspertiza keçirilərək ekspert rəyləri, iki müxtəlif sahələr üzrə mütəxəssislərin məsləhəti alınmışdır. Ölümün baş verməsi halı müəyyən olunsa da, bu nun cavabdeh tibb müəssisəsi və ya həkim Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkətləri arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir.
63. Əksinə, işdə olan tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnoz düzgün qoyulmuş, stasionar şəraitdə müayinə qoyulmuş diaqnoz həcmində aparılmış, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olmuş, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stent-plantasiyası əməliyyatı düzgün təyin edilmiş və bu hal tibbi göstəricilərə uyğun olmuşdur. Xəstəyə qan duruldan dərmanların verilməsi həyati göstəriş olaraq tibbi qaydalara uyğun olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
64. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-241/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.